Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə40/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   100

165 
 
yazılarının müsabiqələrinin keçirilməsi ərzaq məsələlərini
əsasən də  ərzaq təhlükəsizliyi problemlərini işıqlandıran 
peşəkar jurnalistlərin yetişməsində, onların yeni yaradıcılıq 
effektlərinə yiyələnmələrində xüsusi rol oynayır. Bu cür 
müsabiqələrin respublika miqyasında kənd rayonlarının 
KİV-ləri arasında keçirilməsi daha yaxşı  nəticə verir. Belə 
müsabiqələrin təşkili üçün ilk növbədə müsabiqənin 
keçirilməsi Qaydaları  işlənilib hazırlanmalıdır. Bu sənəddə 
müsabiqənin təşkili və keçirilməsi  şərtləri, müsabiqə üçün 
materialların seçilməsi meyarları, laureatların və 
diplomantların mükafatlandırılması  tədbirləri müəyyən 
edilməlidir.  
Müsabiqənin təşkilat komitəsinin tərkibinə aidiyyəti 
dövlət və hakimiyyət strukturlarının, məsələn, Prezident 
Administrasiyası ictimai-siyasi və aqrar siyasət məsələləri 
şöbələrinin, kənd təsərrüfatı və s. nazirliklərin, informasiya-
analitik mərkəzlərin, iri ictimai təşkilatların (aqrarçılar 
hərəkatı, jurnalist-aqrarçıların assosiasiyası  və s. bu kimi 
təşkilatlar ola bilər) nümayəndələri daxil edilir. Bu 
qurumların təşkilat komitəsində  təmsil olunmaları 
müsabiqənin nüfuzunu xeyli artırır. Onlar müsabiqələrin 
keçirilməsi üçün müvafiq hazırlıq işləri görür, müsabiqə 
komissiyasının tərkibini formalaşdırır və müsabiqə 
iştirakçılarını müəyyən edirlər.  
Müsabiqənin keçirilməsi Qaydalarında müsabiqəyə 
qəbul olunan publikasiyaların çap dövrü, sənədlərin qəbulu 
vaxtı və şərtləri göstərilir, müsabiqədə iştirak üçün KİV-in 
və müəlliflərin komissiyaya təqdim etdikləri müraciətin 
nümunəsi verilir. Müraciətə lazımi materiallar əlavə olunur. 
Müraciətdə  iştirakçı haqqında məlumat: müəllifin adı, 
soyadı, atasının adı, iş yeri, vəzifəsi, telefonu, elektron 
ünvanı; işin təqdim olunduğu nominasiya, müəllifin 
arzusundan asılı olaraq digər məlumatlar göstərilir. 
Bütün rayon qəzetləri redaksiyalarının və bu redaksi-
166 
 
yaların jurnalist-aqrarçılarının müsabiqədə  iştiraklarının 
təmin olunması yeni yaradıcılıq element və effektlərinin 
əldə olunması imkanlarını xeyli artırır, milli və beynəlxalq 
təcrübənin öyrənilməsi və  mənimsənilməsi üçün şərait 
yaradır.  
Müsabiqə:  
 
kənd təssərrüfatında sahibkarlığın, aqrar-sənaye 
komplekslərinin (ASK) inkişafı, kəndin dirçəlişi məsələləri 
barədə pozitiv ictimai fikrin formalaşması; 
 
qabaqcıl təcrübənin, aqrar-sənaye komplekslərinin 
uğurlarının və respublikanın iqtisadiyyatında, ərzaq təhlükə-
sizliyinin təminatında onların rolunun təbliği; 
 
aqrar-sənaye komplekslərinin modernləşdiril-
məsinin və innovasion inkişafının təbliği; 
 
 jurnalistlərin sözügedən sahədə  vəziyyətin, kənd 
ərazilərinin problem və perspektivlərinin obyektiv 
işıqlandırılmasına maraqlarının stimullaşdırılması 
və s. məqsədlərə nail olunması  vəzifələrini yerinə 
yetirir. 
Yeni informasiya texnologiyalarının tətbiqi, daha çox 
tele-radiokompaniyaların və  İnternet-portalların bu cür 
müsabiqələrdə  iştirakı onların populyarlığını xeyli 
artırmaqla yanaşı, aqrar sektorun və bütövlükdə ölkə 
iqtisadiyyatının daha da inkişafına özünün ciddi töhfələrini 
verir.  
Ümumiyyətlə, jurnalist-aqrarçıların hazırlanması 
prosesində jurnalistin peşə  fəaliyyətinin və yaradıcılığının 
əhəmiyyətinin aqroiqtisadiyyat məsələləri ilə bir-birinə 
bağlı  şəkildə  təqdim olunması müsbət nəticələr verir. 
Aqroiqtisadiyyatın  əhatə etdiyi məsələlər jurnalistikanın 
sosial-siyasi  əsasları, jurnalistin yaradıcılıq fəaliyyətinin 
nəzəri  əsas və prinsipləri, jurnalistikanın siyasi əsasları, 
jurnalistin peşə etikası  və xüsusiyyətləri, kütləvi 
informasiya vasitələrinin hüquqi tənzimlənməsi, 


167 
 
iqtisadiyyatı və menecmenti
71
 məsələləri ilə əlaqəli surətdə 
təqdim olunması  və  mənimsənilməsi qlobal ərzaq 
təhlükəsizliyinin təminatı sahəsində  KİV-in iştirakını daha 
təsirli edir.  
Yuxarıda sadalanan elmi və praktik elementlər jurna-
listin uzmanlığını və aqrar dünyagörüşünü formalaşdırır. 
Jurnalist-aqrarçı “torpaq məsələsi”nin tarixi və nəzəriyyəsi; 
ölkənin iqtisadi həyatında və onun ərzaq təhlükəsizliyinin 
təmin olunmasında aqrosənaye komplekslərinin rolu və 
iştirakı; onların aktual məsələlərinin, kəndlərin və  kənd 
ərazilərinin inkişafı üzrə dövlət proqramlarının  əsas 
müddəalarının KİV-də 
işıqlandırılmasının səciyyəvi 
xüsusiyyətləri; milli və beynəlxalq səviyyəli jurnalist-
aqrarçıların yaradıcılıqları, publikasiyaları, onların 
hazırlanmasının metodoloji forma və yolları barədə  ətraflı 
biliyə  və praktik vərdişlərə yiyələnməli, eyni zamanda 
aqroiqtisadiyyat sahəsində fəaliyyət göstərən milli, regional 
və beynəlxalq təşkilatların həyata keçirdikləri layihələri 
daim izləməli, onların fəaliyyəti haqqında geniş və operativ 
məlumata malik olmalıdır. 
Jurnalist-aqrarçı 
həmçinin öz materiallarını 
hazırlayarkən malik olduğu nəzəri bilik və  məlumatları 
praktik səviyyədə 
tətbiq etməyi; aqrar-sənaye 
komplekslərinin müasir inkişaf nəzəriyyələrinə 
əsaslanmağı; aqroiqtisadiyyatın aktual suallarına adekvat 
cavab almağın optimal mexanizmlərini müəyyən etməyi 
bacarmalıdır. 
Beləliklə, aparılan araşdırma və təhlillər belə nəticəyə 
gəlməyə  əsas verir ki, müasir aqrar iqtisadiyyat öz 
aralarında bir-biri ilə sıx tabeçilik əlaqəsində olan mürəkkəb 
                     
71
  Məmmədli C.Я. Jurnalistikanın nяzяriyyяsi vя  tяcrцbяsi. 
Dяrslik. Bakы, “Zяrdabi LTD” MMC, 2012, sяh. 95-125, 188-255, 
550-573. 
168 
 
struktura malik istehsalat spektridir. Tarixən zəngin aqrar 
ölkə olan, heç vaxt ciddi aclıq problemi ilə qarşılaşmayan 
və  həmişə çörək dalınca başqa xalqların üz tutduqları 
Azərbaycanın yüzillikləri  əhatə edən aqrar tarixi və 
ənənələri, özünəməxsus geoiqlim xüsusiyyətləri və 
geosiyasi vəziyyəti ilə  fərqlənən aqrosənayesi müasir 
aqroiqtisadiyyatın, ekologiyanın, aqroqanunvericiliyin, 
menecment, marketinq və monitorinqin spesifik aspektləri 
ilə sıx şəkildə bağlıdır. 
Öz müstəqilliyini yenidən bərpa etdikdən (1991-ci il) 
sonra ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsulları 
90-na yaxın istehsal və istehlak sahəsində istifadə edilir. 
Xalq təsərrüfatının 100-dən artıq sahəsi isə 
aqroistehsalçıları öz məhsulları ilə  təmin edirlər. 
Respublikamızda istehsal olunan kənd təsərrüfatı məhsulları 
artıq dünyanın  ən iri şəhərlərinin mağazalarında satışa 
çıxarılır. Azərbaycanın  ərzaq təhlükəsizliyinin təmin 
olunması üçün dövlət tərəfindən çoxsaylı layihələr həyata 
keçirilir.  
Lakin, təəssüflə qeyd olunmalıdır ki, XXI əsrin əvvəl-
lərində Azərbaycan aqrosənayesinin böyük uğurlar əldə et-
məsinə baxmayaraq, bu sözləri aqrar mövzunu işıqlandıran 
KİV-lər haqqında demək olmur. Torpaq və kənd mövzusuna 
KİV-də fraqmentar və sxematik şəkildə rast gəlinir. Pub-
lisistika və elmi təfəkkür üçün böyük əhəmiyyət kəsb edən 
ziddiyyətlər - milli aqroiqtisadiyyatın potensial imkanları ilə 
onun real nəticələri arasındakı  təzadlar – demək olar ki, 
qəzetlərin nəzərindən və müasir elektron KİV-lərinin kadr-
larından kənarda qalır.  
Nəhayət, respublikada aqrojurnalistika məktəbinin 
zəif olması (ümumiyyətlə, olmaması da demək olar), torpaq 
və  kənd mövzularının qeyri-peşəkar işıqlandırılması, kənd 
təsərrüfatının inkişaf tempinin KİV-lərin bu mövzuya 
müraciət tezliyini və çox hallarda proqnozlarını 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə