Azərbaycan respublikasinin döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti



Yüklə 2,5 Mb.
səhifə1/5
tarix28.11.2023
ölçüsü2,5 Mb.
#137095
  1   2   3   4   5
Elmir


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT TURİZM AGENTLİYİ
AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ

BİZNESİN İDARƏÇİLİYİ FAKÜLTƏSİ İQTİSADİYYAT kafedrasının bakalavr tələbəsi
Qasımov Elmir Müşfiq oğlunun
Azərbaycan dövlət büdcəsinin son 10 ildə neft və qeyri neft sektorunda gələn gəlirlərin dinamikasının təhlili mövzusunda
KURS İŞİ 2
İxtisasın adi;Maliyyə
Qrup;Ml1902
Müəllim;i.ü.f.d C.C.Hacıyev
Qiymətləndirmə;___________________________
Bakı 2022

MÜNDƏRİCAT
Giriş………………………………………………………………………..……….3
1.Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti…………………………………...4
2Dövlət büdcəsinin gəlirlərinin iqtisadi mahiyyəti və təsnifatlaşdırılması........................……………………….………………………..9
3.Azərbaycan dövlət büdcəsinin son 10 ildə neft və qeyri neft sektorundan gələn gəlirlərin dinamikasının təhlili………………………………..……..….19
Nəticə…………………………………………………………………….…….…33
Ədəbiyyat…………………………………………………………………………34

GIRIŞ
Tarixən ''budget'' məvhumu ingilis mənşəli söz olub çanta, torba mənasında işlənmişdir. XVIII əsrdən etibarən maliyyə kateqoriyası kimi leksikona daxil olmuş, məna etibarilə xəzinə sözünə yaxın olmuşdur. Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərilərinə düşən vəzifə və funksiyaları yerinə yetirir.
Belə ki, dövlət büdcə vəsaiti hesabına idarəetmə aparatını və ordunu saxlayır, sosial-mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir. Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət hakimiyyəti və bələdiyyə orqanlarına onların fəaliyyətini yerinə yetirməyə imkan verir.
Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin və Ümumi daxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir. Büdcə maliyyə münasibətlərini əks etdirən tarixi iqtisadi kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və formalaşması ilə bilavasitə əlaqədədir.
Dövlət büdcədən özünün funksiyalarının həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir. Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.


Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə