Azərbaycan respublikasinin döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti


Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti



Yüklə 2,5 Mb.
səhifə2/5
tarix28.11.2023
ölçüsü2,5 Mb.
#137095
1   2   3   4   5
Elmir

1.Dövlət büdcəsinin sosial-iqtisadi mahiyyəti
Dövlətlə müxtəlif müəssisələr, təşkilatlar, idarələr və əhali arasında müxtəlif formada maliyyə münasibətləri yaranır. Bu münasibətlər büdcə münasibətləri adlanır. Maliyyə münasibətlərinin tərkib hissəsi kimi bu münasibətlərin spesifik xüsusiyyətləri ondan ibarətdir ki, onlar bölgü prosesində meydana gəlir və ümumdövlət tələbatının ödənilməsi üçün müəyyən edilmiş mərkəzləşdirilmiş pul vəsaiti fondunun formalaşması və istifadəsi ilə əlaqədardır. Hər bir dövlətin yaranması üçün onun zəruri atributlarından olan pul vəsaitləri fondlarının yaradılması çox vacib şərtlərdən biridir. Ölkələrin hamısında hökumət öz funksiyalarını yerinə yetirmək üçün cəmiyyətin yaratdığı maliyyə ehtiyatlarının bir hissəsini; əsasən icbari yolla mərkəzləşdirilmiş pul vəsaitləri fondlarına səfərbər edir. Bu fondlar sırasında əsas yeri dövlət büdcəsi tutur. Dövlət büdcəsi dövlət maliyyəsinin ən mühüm tərkib hissəsidir. Dövlət büdcəsi sözü bütün dillərə “budget” sözündən keçmişdir. Bu ingilis sözünün mənası çanta, torba kimi açıqlanır. “Budget” sözü isə “ bouget” sözünün dəyişilmiş formasıdır. Büdcə sözü XVIII əsrdən maliyyə kateqoriyası kimi iqtisadi leksikona daxil olunmuşdur. Bu söz məna etibarı ilə xəzinə sözünə yaxındır və XVIII əsrə qədər büdcə funksiyalarını bütövlükdə xəzinə yerinə yetirirdi. Məişətdə biz tez- tez ailə büdcəsi, vaxt büdcəsi, dövlət büdcəsi anlayışları ilə qarşılaşırıq. Əgər ailə büdcəsi ailənin gəlir və xərc balansını, vaxt büdcəsi potensial vaxtla onun istifadə balansını əks etdirirsə, dövlət büdcəsi dövlətin gəlirləri və xərcləri arasındakı balansı əks etdirir. Büdcə münasibətləri obyektiv xarakter daşıyır. Bu onunla müəyyən edilir ki, dövlət öz funksiyalarını həyata keçirmək üçün maddi maliyyə bazasına malik olmalıdır. Dövlətin əlində hər il bütün cəmiyyət səviyyəsində geniş təkrar istehsalın ehtiyaclarının ödənilməsi, vətəndaşların sosial- mədəni tələbatının təmin edilməsi, müdafiə və dövlət idarəetmə xərclərinin ödənilməsi və s. tədbirlərin həyata keçirilməsi üçün milli gəlirin müəyyən hissəsi mərkəzləşməlidir. Dövlətin mərkəzləşdirilmiş pul vəsaiti fondunun yaradılması və istifadəsi əsasında əmələ gələn pul münasibətlərinin məcmusu dövlət büdcəsi anlayışını təşkil edir. Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir. Büdcə-Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özününidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir. Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərlərinə düşən vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti hesabına idarəetmə aparatını və ordunu saxlayır, sosial- mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir. Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət hakimiyyəti və bələdiyyə orqanlarının onların fəaliyyətini yerinə yetirməyə imkan verir. Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin ümumdaxili məhsulun( ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaiti fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi həyata keçirir. Büdcə maliyyə münasibətlərini əks etdirən tarixi iqtisadi kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və formalaşması ilə əlaqədardır. Dövlət büdcədən özünün funksiyalarını həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir. Milli iqtisadiyyatın inkişafında , istehsalın stimullaşdırılmasında , eləcə də cəmiyyətin sosial tərəqqisində dövlət büdcəsi çox böyük rol oynayır. Bu rol özünü daha çox kəmiyyət və keyfiyyət təsirlərində göstərir. Kəmiyyət təsiri hansı istiqamətə nə qədər vəsait xərcləmək lazım gəldiyini bildirir. Keyfiyyət təsiri isə iki aspektdə nəzərdən keçirilir: bir tərəfdən vergilərin düzgün qurulması və vəsaitlərin səmərəli xərclənməsi, digər tərəfdən isə büdcə vasitəsilə nəzarət meyarı kimi götürülür. Bu aspektlərin hər ikisi iqtisadiyyatın keyfiyyətinə təsir göstərir. Bütün ölkələrdə büdcə ən mühüm iqtisadi tənzimləyici kimi çıxış etdiyindən o, makroiqtisadi tənzimləmənin ən önəmli elementlərindən birinə çevrilir. Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir. Dövlət büdcəsi onun mahiyyətini əks etdirən bir neçə çox mühüm funksiya daşıyır.Ümumiqtisadi əhəmiyyəti olan bu funksiyalar iqtisadiyyatın hər bir sahəsi ilə yaxından bağlıdır. Büdcənin əsas funksiyaları bölgü və nəzarət funksiyalarıdır. Bundan başqa iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi və dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı funksiyaları da vardır. Ümumiyyətlə büdcənin funksiyaları aşağıdakılardır: - Ümumi daxili məhsulun yenidən bölüşdürülməsi. - Iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi. - Dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı. - Mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət. Bu gün dövlət maliyyəsinin heç bir bölməsi çoxcəhətli və geniş həcmli pul vəsaitlərinin bölgüsünü həyata keçirə bilməz. Bu vəzifəni büdcə yerinə yetirir. O, milli gəlirin bölüşdürülməsində mühüm rol oynayır və bu prosesin təsir dairəsi çox genişdir. Məsələn, bu mərhələdə bütün istehsalçılar, yaxud istehsal iştirakçıları büdcə münasibətləri orbitinə daxil olurlar. Dövlət büdcəsində əsas yenidənbölgü obyekti xalis gəlirdir. Vergilər və digər dövlət gəlirləri şəklində dövlət büdcəsinə səfərbər olunan vəsait yenidən bölünərək milli iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına yönəldilir. Büdcənin bölüşdürülməsi funksiyası dövlət və yerli özünüidarəetmə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsi formasında özünü biruzə verir. Büdcə milli iqtisadiyyatın bütün sahələrinin əlaqələndirilməsidir. Ölkələrin əksəriyyətində ümumi milli məhsulun 15- 60 % - i büdcə vasitəsilə bölüşdürülür. Mərkəzləşdirilmiş planlı iqtisadiyyat ölkələrində bu göstərici yuxarı, bazar iqtisadiyyatı ölkələrində isə aşağı olur. 2000- ci ildə Azərbaycan Respublikasında ümumi milli məhsulun həcmi 3,66 milyard manat olduğu zaman, dövlət büdcəsi 780 milyon manat idi. Ümumi milli məhsulun bölgüsündə dövlət büdcəsinin xüsusi çəkisi 21% idi. Hazırda isə bu rəqəmlər xeyli böyümüş və faiz də dəyişmişdir. Pay etibari ilə götürsək, bu rəqəm hazırda 32%- ə yaxındır. Dövlət büdcəsi vasitəsilə ölkənin sosial sahələrinin maliyyələşdirilməsi təmin edilir, iqtisadi rayonların və ayrı- ayrı sahələrin inkişafı tənzimlənir. Dövlət iqtisadi münasibətlərin bu cür tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını tənzimləyir. Büdcə vasitəsilə ÜDM- un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir- biri ilə sıx əlaqədə olan ikitərəfli prosesdir: - Büdcənin gəlirlərinin yaradılması: - Büdcə vəsaitlərini istifadəsi ( büdcənin xərcləri) Büdcə gəlirləri- Azərbaycan Respublikasının,Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxil olmalardır. Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində yeni yaranan ÜDM- un bir hissəsini dövlətin və bələdiyyələrin xeyrinə məcburi yenidən bölüşdürülməsi baş verir. Bununla dövlətlə və bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri yaranır. Büdcə gəlirləri- büdcə təsnifatına uyğun olaraq dövlət büdcəsindən , Naxçıvan Muxtar Respublikasının büdcəsindən və yerli büdcələrdən qanunvericilikdə nəzərdə tutulan tələbatı ödəmək üçün ayrılan vəsaitdir.Büdcə xərcləri “ Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının qanununa və hər il qəbul olunmuş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq ayrıayrı təşkilatlar üzrə təsdiq olunmuş smetaya əsasən dövlət xəzinədarlıq orqanları vasitəsilə istifadəsi formasıdır. Dövlət büdcəsinin ənənəvi funksiyalarından biri nəzarətdir. Büdcənin köməyi ilə vəsait yığımına və ondan istifadəyə ciddi nəzarət edilir. Büdcənin təşkilini şərtləndirmiş tarixi amilləri təhlil edərkən bunun nəinki iqtisadi zərurət olduğunu, həm də siyasi səbəblərini , yəni hakimiyyətin büdcədən təbəqələrə qarşı bir siyasi təzyiq və nəzarət aləti kimi bəhrələndiyini seçmək mümkündür. Eyni zamanda büdcə təşkilinin təbiəti belədir ki, o dövləti idarə edənlərin özlərini də müəyyən məsuliyyət daşımağa, iqtisadi intizama sövq edir. Məsələn, İngiltərədə və Fransada büdcə iqtisadi arenaya xalq hərəkatlarının siyasi təzyiqinin nəticəsi kimi çıxmışdır. Hələ 1212- ci ildə Kral Conun imzaladığı sənədlərdə büdcənin yaradılmasına dair mülahizələr vardır. Sonralar büdcə dövlət idarəçiliyi mexanizminin ayrılmaz hissəsinə çevrildi. Idarəedici orqanlar müəyyən müddət üçün nəzərdə tutulmuş dövlət xərclərinə nəzarət etmək , eləcə də özlərinin dövlət gəlirlərini örtmək üçün büdcəni təşkil və təsdiq edirlər. Büdcə nəzarəti iqtisadiyyatın bütün sahələrini,pul kütləsinin hərəkətini , alqı- satqı əməliyyatlarını əhatə edir, çünki bütün bu proseslər büdcəyə daxil olan gəlirləri geniyasiyalaşdırır. Toplanmış mədaxillər büdcə gəlirlərini təşkil edir. Büdcədən istifadəyə hökumət , yaxud büdcə ilə məşğul olan başqa orqanlar nəzarət edir. Bu orqanlar büdcənin icrası zamanı heç bir əyintiyə və ya səhlənkarlığa yol verməməlidirlər. Bu nəzarət funksiyası özündə ikili məhdudlaşdırıcı vəzifəni əks etdirir.

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə