Azərbaycan respublikasinin döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti


Dövlət büdcəsinin gəlirlərinin iqtisadi mahiyyəti və təsnifatlaşdırılması



Yüklə 2,5 Mb.
səhifə3/5
tarix28.11.2023
ölçüsü2,5 Mb.
#137095
1   2   3   4   5
Elmir

2Dövlət büdcəsinin gəlirlərinin iqtisadi mahiyyəti və təsnifatlaşdırılması
Dövlət büdcəsi bütün milli iqtisadiyyatla bağlıdır və onun çoxanlamlı əlamətləri var. Büdcə ilk növbədə dövlətin mərkəzləşdirilmiş , təsdiqlənən pul fondu , onun idarəetmə aləti , maliyyə planıdır. Eyni zamanda dövlət büdcəsi maliyyə sisteminin tərkib hissəsidir. Dövlət büdcəsinin gerçəkləşdirilməsinin ən mühüm şərtlərindən biri parametrin, yaxud başqa dövlət orqanlarının onu mərkəzləşdirilmiş pul fondu kimi təsdiqləməsidir. Belə təsdiqləmə xalqın,əhalinin büdcə hüququnun təbii nəticəsi kimi çıxış edir. Büdcəni əhaliyə anlaşıqlı şəkildə izah etmək və onu aydın, hamının başa düşdüyü şəkildə tərtib etmək çox vacibdir. Bu halda dövlət xərclərinin və gəlirlərinin kəmiyyətini və dəyərini müəyyən etmək də asan olur. Büdcənin təsdiqi dövlətin iqtisadi həyatında çox önəmli və həlledici mərhələdir. Büdcə hüququnun inkişafını 3 aspektdən nəzərdən keçirmək olar. Bunlar vergi hüququ, xərc hüququ və büdcənin təsdiq edilməsi hüququdur. Büdcə hüququ məsələsində ilk növbədə ali qanunvericilik orqanının vergiləri təqdiqləməsi nəzərdə keçirilir. Tarixi baxımdan vergi hüququ maliyyə- iqtisadiyyat leksikonunda 3 əsrdən çoxdur işlədilir. Vergiqoyma hüququ ilk dəfə böyük Azərbaycan mütəfəkkiri N. Tusi tərəfindən XII əsrdə, 1688- ci ildə İngiltərədə, 1789- cu ildə Fransada, 1786- cı ildə Türkiyədə təsdiqlənib. Bu qanunvericilik aktlarına qədər vergi hüququ tamam ayrı, daha primitiv formada fəaliyyət göstərirdi. Vergi hüququ təsdiqlənəndən və yığılan vergilərin həcmi imkanları, aşkarlandırdan sonra büdcə dərəcələrinin müəyyən edilmə və təsdiqlənmə hüququnun təşəkkül mərhələsi başlanır. Büdcə dövlət idarəçiliyinin ən nüfuzlu siyasi vasitələrindən biri iqtisadi siyasətin tərkib hissəsi olan maliyyə siyasətinin ən mühüm alətidir. Dövlət xərcləri, gəlirləri və borcları siyasətindən çıxış edərək biz dövlət büdcəsini, müxtəlif siyasi məqsədlərə çatmağın( gəlir mənbələrindən səmərəli istifadə, gəlirin bölüşdürülməsində ədalətlilik , iqtisadi sabitlik, iqtisadi artım və inkişaf) siyasi vasitəsi kimi qiymətləndirə bilərik. Dövlət büdcəsi idarəetmə vasitəsi kimi də kimi rol oynayır. Büdcənin xərc və gəlir ölçülərinə təsiri iqtisadiyyatın bütün sahələrində özünü göstərir. Büdcə iqtisadi siyasətin çox vacib və zəruri bir alətidir. Bütün iqtisadi baxışlar tam məşğulluğa , pul siyasəti əvəzinə maliyyə siyasətinin səmərəliliyinə, özəlliklə də iqtisadi sabitliyə nail olunmasında bir vasitə kimi büdcədən istifadə olunmasına üstünlük verir. Gəlirlərin ədalətli bölgüsü, iqtisadi artım və inkişaf baxımından büdcənin xərc və gəlir hissələrinin ( vergilər, transfert və investisiyalar , borclar) mütənasibliyi çox böyük əhəmiyyətə malikdir. Büdcə olmadan dövlət idarəçiliyinin fəaliyyət göstərməsi mümkün deyil. Büdcə həm planlaşdırma vasitəsi, həm də dövlətin mərkəzləşdirilmiş maliyyə planıdır. Onun ilk keyfiyyətini ( planlaşdırma vasitəsi olmasını) aşağıdakı iki məqamla izah etmək olar: 1.Proqnozlaşdırma. Büdcə formaca elə bir plandır ki, orada pul vəsaitlərinin və dövlət sektoru xərclərinin necə və hansı həcmdə olacağı qarşıdakı müəyyən müddət üçün proqnozlaşdırılır. Bundan başqa büdcə proqnozları müxtəlif mənbələrdən gələn və dövlətin fəaliyyət sahələrini təmin etməli olan pul vəsaitlərinin qiymətləndirilməsidir. Bununla belə, proqnozlaşdırma fiziki kəmiyyət aspektində də aparıla bilər: Plan qismində olan büdcənin aşağıdakı əsas xüsusiyyətləri var: -büdcə dövlət gəlirləri və xərcləri ilə bağlı maliyyə əməliyyatını təmin edən plandır; -büdcə müxtəlif mənbələrdən təsirli şəkildə istifadəni təmin edən plandır; -büdcə dövlət təşkilatlarının məqsədlərinə nail olmasını, onların qarşıdakı müəyyən müddət üçün nəzərdə tutulmuş siyasətinin və proqnozlarının reallaşdırılmasını təmin edən plandır. Beləliklə, dövlət büdcəsi vasitəsilə çoxlu proqnozlar verilir və bunlar dövlət proqnozlarının necə, hansı vəsait və mənbələr hesabına maliyyələşdirilməsinin mənzərəsini cızır. 2.Tarazlıq. Büdcənin tarazlığı büdcə xərclərinin və gəlirlərinin mütənasibliyi deməkdir. Bu prinsip özünü ilk növbədə büdcənin proqnozlaşdırılmasında göstərir, lakin dövlət büdcəsi sonralar da iqtisadiyyatın ümumi balansına uyğun olaraq tənzimlənə bilər. Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin edilməsində mühüm alətdir. Onun köməyi ilə dövlət milli gəlirin bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın strukturunu dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir, sosial dəyişiklikləri həyata keçirir. Bu məqsədlə dövlət iqtisadiyyata birbaşa və dolayı təsirin müxtəlif formalarını – müəssisə və təşkilatların subsidiyalaşdırılması, dövlət investisiyaları, elmi- texniki tərəqqini müəyyən edən sahələrin büdcə maliyyələşdirilməsi tətbiq edir və son nəticədə xalq təsərrüfatı proporsiyalarının dəyişilməsinə nail olur. Iqtisadi proseslərin tənzimlənməsində dövlətin rolunun artması təsərrüfatçılığın müasir mərhələsində büdcə vəsaitini iqtisadiyyatın inkişafının strateji istiqamətlərini, zəruri istehsal infrastrukturlarının müəyyən edən layihələrdə cəmlənməsi olduqca əhəmiyyətlidir. Vergi siyasəti və büdcə maliyyələşdirilməsi vasitəsilə təsərrüfatçılığın müxtəlif tərəflərinə təsir etmək mümkün olur ki, bu da istehsal fondlarının surətləndirilmiş bərpasına, elmi- texniki tərəqqinin istehsala daha tez tətbiq edilməsinə kömək etmiş olur. Dövlət büdcəsi sosial sferanın – maarif, səhiyyə, sosial təminatmaliyyələşdirilməsi mexanizmlərinin yaxşılaşdırılması əsasında sosial problemlərin həllində əhəmiyyətli rol oynayır. Müasir mərhələdə büdcə siyasətinin əsas parametrləri istehsalın səviyyəsinin aşağı düşməsinin qarşısını almaqdan və ölkədə maliyyə sabitliyini təmin etməkdən ibarətdir. Bunun üçün hər şeydən əvvəl , iqtisadi böhranın aradan qaldırılmasının əsası kimi pul tədavülünün və milli valyutanın möhkəmlənməsi üzrə təxirəsalınmaz tədbirlərin görülməsi zəruridir. Ölkənin pul tədavülünü və maliyyə vəziyyətini möhkəmləndirmək üçün büdcə mexanizminin təkmilləşdirilməsi, iqtisadiyyatın real sektorunun inkişafının üstün maliyyələşdirilməsi, bank sisteminin , fəaliyyətinin təkmilləşdirilməsinin təmin edilməsi; vergilərin tam ödənilməsinə nəzarətin gücləndirilməsi hesabına büdcənin gəlir bazasının möhkəmləndirilməsi, dövlət xərclərinin səmərəli və məqsədyönlü istifadəsi üzərində təsiredici maliyyə nəzarəti sisteminin yaradılması və digər tədbirlərin həyata keçirilməsi zəruridir. Dövlətin sosial- iqtisadi inkişaf proqramının yerinə yetirilməsində dövlət büdcəsinin rolu böyükdür. Büdcə inkişaf proqramının yerinə yetirilməsinin maliyyə bazası kimi çıxış edir. Dövlət büdcəsi maliyyə sisteminin digər həlqələri ilə əlaqəsi vardır. Bu əlaqələr büdcə gəlirlərinin formalaşdırılması və istifadəsi prosesində əmələ gəlir.
2022-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti daha mühafizəkar yanaşma əsasında 45 ABŞ dollarına bərabər götürülmüşdür.
“Ortamüddətli dövr üçün resurs zərfi hesablanarkən neftin bir barelinin orta illik qiyməti 45 ABŞ dollarına bərabər götürülmüşdür. Lakin, dövlət büdcəsinin layihəsinin tərtibi zamanı başqa qiymət əsas götürülə bilər. Neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər gəlirlərin proqnozlaşdırılması zamanı ehtimal və fərziyyələrin əsasını təşkil etmişdir”,- Açıqlamada deyilir.
2022-ci ildə dövlət büdcəsinin xərcləri 2021-ci ilin təsdiq edilmiş göstəricisinə nəzərən 1,5 faiz artıq olmaqla 28 milyard 974 milyon manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılmışdır. Xərclərin 68,7 faizini cari xərclər, 24,7 faizini əsaslı xərclər, 6,6 faizini isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edir. Qeyd olunan dövrdə əsasən əməyin ödənişi və sosial ödənişlərin artması hesabına cari xərclərin əvvəlki ilin proqnoz göstəricisi ilə müqayisədə 10,5 faizlik artımı, əsaslı xərclərin 14,1 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin isə 13,0 faiz azalması proqnozlaşdırılır.
Dövlət büdcəsi xərclərinin funksional təsnifat üzrə strukturunda ən çox paya iqtisadi fəaliyyət (18,64 faiz), müdafiə və milli təhlükəsizlik (15,5 faiz), ümumi dövlət xidmətləri (14,7 faiz), təhsil (12,9 faiz) və sosial müdafiə və sosial təminat (12,4 faiz) xərcləri malik olacaqdır.
2022-ci ildə dövlət büdcəsinin kəsirinin 2021-ci ilin təsdiq edilmiş göstəricisindən 17,6 faiz az olmaqla 2 milyard 567 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da ÜDM-in 3,2 faizini təşkil edəcəkdir. Kəsir vahid xəzinə hesabının qalığı (45,2 faiz), daxili və xarici borclanma (27,3 faiz), layihə maliyyələşdirilməsi əsasında cəlb edilən kreditlər (23,1 faiz) və özəlləşmədən daxilolmalar (4,4 faiz) hesabına maliyyələşdiriləcəkdir.
2022-ci ildə icmal büdcənin gəlirləri 26 milyard 967,7 milyon manat, xərcləri 32 milyard 145,9 milyon manat, kəsiri isə 5 milyard 178,2 milyon manat səviyyəsində proqnozlaşdırılır.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri cari ilin sentyabr ayının 15-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə cari ilin sentyabr ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcəkdir. Növbəti addım olaraq, 2022-ci il üzrə dövlət büdcəsi haqqında qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə və təsdiqinə təqdim ediləcəkdir. Qeyd olunan hər bir mərhələdə “2022-25-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”da əks olunan dövlət büdcəsinin və icmal büdcənin göstəricilərinə dəyişikliklər edilə bilər.
2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəriciləri:

Cədvəl 1.2022-2025-ci illər dövlət və büdcələrinin gəlirləri,dövlət büdcəsi kəsrinin maliyyələşdirilməsi mənbələri (milyon manat)

Cədvəl 2.Azərbaycan Respublikasının 2022-ci il və sonrakı 3 il üçün icmal büdcəsinin proqnozu.


Cədvəl 3.Azərbaycan Respublikasının 2022-2025-ci illər üçün dövlət büdcəsinin proqnozu.


Şəkil 1.2022-ci ilin dövlət büdcəsinin gəlirləri,milyon manatla

Şəkil 2.2022-ci ilin dövlət büdcəsinin xərcləri,milyon manatla

Qrafik 1.2022-ci ildə funksional təsnifatın bölmələri üzrə xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi,faizlə


  1. Yüklə 2,5 Mb.

    Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə