Azərbaycan respublikasinin döVLƏt turizm agentliYİ azərbaycan turizm və menecment universiteti


Azərbaycan dövlət büdcəsinin son 10 ildə neft sektorundan gələn gəlirlərin dinamikasının təhlili



Yüklə 2,5 Mb.
səhifə4/5
tarix28.11.2023
ölçüsü2,5 Mb.
#137095
1   2   3   4   5
Elmir

Azərbaycan dövlət büdcəsinin son 10 ildə neft sektorundan gələn gəlirlərin dinamikasının təhlili

Resurs Fondlarının idarə edilməsində 2 mühüm problemin həllini tapması çox önəmlidir. Bir tərəfdən vəsaitlərin xərclənməsinin şəffaflığı, digər tərəfdən isə xərclənən vəsaitlərin effektivliyinin təmin olunması tələb edilir.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin strukturunu izləmək ictimaiyyət üçün problem deyil. İl ərzində daxil olan vəsaitlərin həcmi, daxilolma mənbələri, xərclərinin həcmi, onun dövlət büdcəsinə ayrılan hissəsi, ARDNF-nin birbaşa öz xəttilə xərcləmlərinin həcmi ictimaiyyət üçün açıq məlumatlardır. Lakin bəzi suallara sonadək cavab tapmaq çətindir. Məsələn, Fonddan dövlət büdcəsinə transfertlərin ayrılması niyə məqsədli deyil və konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldilmir? Ayrılan vəsaitlərin effektivliyini və nəticəliliyini qiymətləndirmək üçün mexanizmlər mövcuddurmu? ARDNF-dən dövlət büdcəsinə vəsaitin ayrılması, köçürmələrin məbləğinin müəyyən olunması ilə bağlı hüquqi müddəa və normalar varmı?
Bu sualların cavabları müsbət deyil. ARDNF-dən dövlət büdcəsinə köçürmələr məqsədli deyil və təyinatı öncədən bəlli olmadan büdcəyə köçürülür. Əgər Fonddan köçürmələr konkret proqramlar və layihələr üzrə aparılmırsa, o halda bu vəsaitlərin dövlət büdcəsinin kəsirinin örtülməsi mənbələrindən biri kimi də göstərilməsi mükün idi.
Hazırda nə qüvvədə olan “Büdcə sistemi haqqında” Qanunda, nə də ARDNF-nin fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında (ARDNF-nin Əsasnaməsi, “Neft-qaz gəlirlərinin idarə edilməsi üzrə uzunmüddətli Strategiya” və s.) Fondla dövlət büdcəsi arasında münasibətləri dəqiq reqlamentləşdirən hüquqi normalar yoxdur. Bunun nəticəsidir ki, son 15 ildə Neft Fondu vasitəsilə büdcəyə köçürmələrin məbləği çox kəskin şəkildə artıb-azalıb.
Beynəlxalq Valyuta Fondunun “Maliyyə-büdcə sferasında şəffaflığın təmin edilməsi üzrə Rəhbərlik” və “Resurs gəlirlərindən daxilolmaların şəffaflığının təmin edilməsi üzrə Vəsait” adlı sənədlərində bu münasibətlərin tənzimlənməsi ilə bağlı tövsiyyələr əks olunub. Məsələn, “Maliyyə-büdcə sferasında şəffaflığın təmin edilməsi üzrə Rəhbərlik”də qeyd edilir ki, müxtəlif büdcə səviyyələri arasında gəlirlərin bölüşdürülməsi və ya transfertlərin ötürülməsi yayğın meyarlar və danışıqlara söykənməməli, dəqiq meyarlara əsaslanmalıdır. Lakin müəyyən ölkələrin təcrübəsində transfertlərin illik məbləği sabit olmur və şəffaf mexanizmlərə əsaslanmır. Daha şəffaf variant odur ki, büdcələrarası transfertlərin həcmi müəyyən formulaya əsaslanmalı və bu formula dəqiq parametrlərə söykənməlidir. Transfertlərin həcminin dəqiqləşdirilməsi ilə bağlı meyalar ictimaiyyət üçün açıq olmalıdır.
“Resurs gəlirlərindən daxilolmaların şəffaflığının təmin edilməsi üzrə Vəsait”də isə qeyd edilir ki, resurs fondları ilə bağlı ən yaxşı praktika fonddan birbaşa xərcləmələri yol verilməməsidir. Yəni bütün ayırmaların istisnasız olaraq büdcə çərçivəsində xərclənməsi məqsədəuyğundur. Birbaşa fond vasitəsilə xərclənmənin əsas riski odur ki, bir tərəfədn ikili büdcə sistemi yaranır, digər tərəfdən isə həmin xərcləmələrin şəffaflığına və hesabatlılığına nəzarət etmək dövlət büdcəsinə nisbətən daha çətindir. Amma əgər birbaşa xərcləmələr bir təcrübə olaraq tətbiq edilirsə, o halda həmin vəsaitlərin təyinatı dəqiq müəyyən edilməli, həm də qanunverici orqan bu xərcləmələri təftiş etmək hüququna malik olmalıdır.
Bu analitik sənəd məhz BVF ekspertlərinin yanaşmaları və müxtəlif ölkələrin təcrübəsi əsasında ARDNF və dövlət büdcəsi arasında münasibətlərin qiymətləndirilməsinə həsr edilib.
1. Dövlət Neft Fondunun fəaliyyəti: qısa icmal
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkə prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı təsis edilmişdi. Bundan tam 1 il sonra - 29 dekabr 2000-ci il tarixdə dövlət başçısının başqa bir fərmanı ilə ARDNF-nin Əsasnaməsi təsdiqlənmişdir.Sənədə görə, Fondun əsas vəzifəsi ölkə vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə beynəlxalq neft-qaz sazişləri çərçivəsində əldə olunan vəsaitlərin yığımını və səmərəli idarə olunmasını təmin etməkdir. Əsasnamədə qeyd edilir ki, Fondun vəsaitinin istifadəsinə ölkə prezidenti sərəncam verir. Eyni zamanda, Fonddan ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşasına (rekonstruksiyasına) sərf oluna bilər.
Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya[3] Sənədində Fondun vəsaitlərinin istifadəsinə dair müddəalar daha da konkretləşdirilib. Strategiyaya görə, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir, investisiya yönümlü xərclər hər il üçün tərtib olunan ortamüddətli Dövlət İnvestisiya Proqramı çərçivəsində həyata keçirilir.
Strategiyada neft-qaz gəlirlərinin istifadəsi üçün əsas prioritetlər istiqamətlər kimi aşağıdakılar müəyyən edilib:
iqtisadiyyatın qeyri-neft sektorunun, regionların, kiçik və orta sahibkarlığın inkişafı;
infrastruktur sahələrin genişmiqyaslı inkişafı;
yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsi və digər sosial problemlərin həlli;
iqtisadiyyatın intellektual və texnoloji bazasının səviyyəsinin yüksəldilməsinin stimullaşdırılması;
"insan kapitalı"nın inkişafı (yüksək ixtisaslı kadrların hazırlanması (o cümlədən xarici ölkələrdə), kadrların professionallıq səviyyəsinin artırılması);
ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
azad edilmiş ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi
ARDNF-nin vəsaitlərinin istifadəsini hüquqi baxımdan reqlamentləşdirən daha bir sənəd “Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydalarıdır”. Sənəd ARDNF-nin büdcəsinin gəlir mənbələri üzrə formalaşması və vəsaitlərin konkret istiqamətlər üzrə istifadəsi, həmçinin büdcəsinin tərtib və təsdiq olunması ilə bağlı hüquqi çərçivələri müəyyənləşdirir.
2. Neft Fondu və dövlət büdcəsi arasında qarşılıqlı münasibətlər: hüquqi aspektlər
Qüvvədə olan büdcə qanunverciliyində dövlət büdcəsi və Dövlət Neft Fondu arasında münasibətləri aydın, həmçinin dəqiq prinsip və meyarlar əsasında tənzimləyən müddəalar mövcud deyil. Məsələn, Fonddan büdcəyə transfertlər dövlət büdcəsinin gəlir mənbəyidir yoxsa büdcə kəsirini maliyyələşdirmək üçün mənbə? Əgər gəlir mənbələrindən biridirsə, o halda “Büdcə sistemi haqqında” Qanunun 9-cu maddəsində dövlət büdcəsinin gəlir mənbələrindən biri kimi Fondun transfertlərinin də ayrıca əks etdirilməsi daha məqsədəuyğun olardı. Yox əgər bu transfertlər büdcə kəsirinin örtülməsi mənbələrindən biridirsə, o halda Qanunun 24-cü maddəsində kəsrin maliyyələşdirmə mənbəyi olaraq Fonddan transfertlərinin qeyd edilməsi vacib olardı. Büdcə qanunvericiliyi Neft Fondundan büdcəyə transfertlərin məbləğinə indiyədək heç bir məhdudiyyət qoymayıb. Ona görə son 15 ildə bəzi illərdə Fondunun cari il üzrə büdcəsi tam həcmdə, bəzi illərdə isə 30-35%-i dövlət büdcəsinə köçürülüb.
Yalnız 2018-ci ilin iyun ayında “Büdcə sistemi haqqında” Qanuna edilən əlavələr neft gəlirlərindən istifadəyə məhdudiyətlər qoymağı nəzərdə tutur. Yeni qaydaya əsasən, Maliyyə Nazirliyi hər il dövlət büdcəsi vasitəsilə xərclənə biləcək neft gəlirlərinin həcmini müəyyən edəcək. Lakin təklif olunan qayda bilavasitə Neft Fondunun deyil, neft sektorunun vergi ödənişləri də daxil olmaqla bütün icmal büdcənin bütün neft gəlirlərindən istifadəyə kəmiyyət məhdudiyyət qoymağı nəzərdə tutur. Büdcə qaydasına əsasən, xərclənə bilən neft gəlirlərinin həcmininin hesablanması üçün Formul aşağıdakı kimidir:
Proqnozlaşdırılan maliyyə ilinin əvvəlinə xalis maliyyə aktivlərinin 30%-i və proqnozlaşdırılan maliyyə ili ərzində əldə olunan neft gəlirlərinin fərqi tapılır;
İki göstəricinin fərqi nəticəsində əldə olunan rəqəmin 20% hesablanır və həmin 2 göstəricidən ən kiçiyinin üzərinə əlavə edilir.
Təklif olunan mexanizm elədir ki, nəzəri olaraq neft sektorunun vergi ödənişləri azaldığı şəraitdə Neft Fondunun büdcəyə transfertlərinin həcmi artırmaq hesabına da büdcə məhdudiyyəti ilə bağlı qanunvericiliyin tələbinə əməl etmək mümkündür. Əlavə olaraq, təklif olunan mexanizm neftin nisbətən aşağı qiymətləri (məsələn, 50-55 dollar) olduğu şəraitdə Neft Fondunun tam xərclənməsinə mane ola bilər. Nümunə kimi elə 2019-cu ilə baxmaq kifayətdir. Cari maliyə ili üzrə icmal büdcə məhz qüvvədə olan yeni büdcə qaydası əsasında tərtib edilib. Neftin qiymətinin 60 dollar olduğu şərait üçün hazırlanan hazırkı büdcəyə görə Neft Fondunun gözlənilən gəlirlərinin 74%-nin dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur. Göründüyü kimi, əgər icmal büdcə proqnozları neftin qiyməti 55 dollarlıq səviyyəsi əsasında hazırlanmış olsa idi, Neft Fondunun ən azı 90%-ni, neftin qiyməti 50 dollar əsasında hazırlanmış olsa idi, Neft Fondunun gəlirlərini tam həcmdə büdcəyə köçürmək lazım gələrdi. Halbuki Rusiya təcrübəsində olduğu kimi, elə hüquqi mexanizmlərin seçilməsi mümkündür ki, neftin ən aşağı (40-45 dollar) qiymətləri şəraitində belə, Neft Fondunun cari maliyyə ili üzrə məcmu gəlirlərinin dövlət büdcəsi vasitəsilə xərclənən hissəsi 50%-lik həddi ötməsin. Rusiyada neftin dünya bazar qiymətinin 40 dollardan yuxarı qiymət səviyyəsində əldə olunan bütün gəlirlər Neft Fondunun yığımına gedir.
Göründüyü kimi, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Həyata keçirilən məqsədyönlü investisiya proqramlarının icrası nəticəsində neftdən kənar sahələr valyutatutumlu olmaqla, gələcəkdə iqtisadi inkişaf üçün dərin zəmin yaradıb. Hazırda Azərbaycanda da iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, informasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sektorlardan biri kimi müəyyənləşdirilib. Cari ilin fevralında “Azərspace-1” ilk Azərbaycan peyki fəzaya buraxılıb, ölkəmizdə kosmos sənayesinin inkişaf etdirilməsi istiqamətində işlər aparılır.
Qlobal iqtisadi vəziyyət və əsas meyillər. 2021-ci ilin əvvəllərindən başlayaraq əksər dünya ölkələrində COVID-19 virusuna qarşı kütləvi vaksinasiyanın keçirilməsi, pandemiya ilə bağlı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin tədricən aradan qaldırılması və fiskal dəstək proqramlarının davam etdirilməsi iqtisadi tənəzzüldən bərpa prosesinə
keçidə və qlobal iqtisadi artım üzrə müsbət dinamikanın formalaşmasına təkan vermişdir. Bununla belə, cari ilin fevralında Rusiya və Ukrayna arasında başlanan hərbi münaqişə və bununla əlaqədar tətbiq olunan genişmiqyaslı iqtisadi sanksiyalar, istehsal və təchizat zəncirində qırılmaların aradan qaldırılması prosesinin tələbin bərpa sürətindən ləng həyata keçirilməsi, həmçinin daşınma və logistika xərclərinin yüksəlməsi əksər ölkələrdə inflyasiyanın artmasına, baza inflyasiyası onilliklərin ən yüksək səviyyəsinə, ərzaq məhsulları üzrə inflyasiyanın ikirəqəmli səviyyəyə çatmasına səbəb olmuşdur. İnflyasiyanın artması əksər ölkələrin mərkəzi banklarını pul siyasəti ilə bağlı qərarların yenidən nəzərdən keçirməyə vadar etmişdir. Hazırda müşahidə olunan daraldıcı pul siyasəti və faiz dərəcəsinin artımı meyilləri xüsusən də xarici valyutada və qısa müddətə borc alan ölkələr üçün borclanmanı bahalaşdırır və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün təzyiqə çevrilir. Qeyd olunan amillər beynəlxalq təşkilatlar tərəfindən iqtisadi artım proqnozlarına yenidən baxılaraq azaldılmasını şərtləndirmişdir. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən iyul ayında yenilənmiş proqnozlara əsasən qlobal Ümumi Daxili Məhsulun (ÜDM) 2022-ci ildə 3,2 faiz, 2023-cü ildə isə 2,9 faiz, Dünya Bankının proqnozlarına əsasən isə 2,9 və 3,0 faiz artacağı proqnozlaşdırılır.
Qeyd olunan dinamika ilə yanaşı, son illər alternativ enerji mənbələrindən istifadəyə və enerji keçidinin təmin olunmasına verilən önəm və diqqətlə əlaqədar neft-qaz sektorunun inkişafına sərmayələrin azalması, həmçinin təchizat məhdudiyyətləri neftin, neft məhsullarının və təbii qazın qiymətlərinin artmasını şərtləndirmişdir. Brent markalı neftin 1 barel üçün orta qiyməti 2021-ci ildə 70,4 ABŞ dolları olmuşdur ki, bu da 2020-ci ilin orta qiymətindən (43,1 ABŞ dolları) 63,3% çoxdur. Bu tendensiyalar nəzərə alınmaqla, ixtisaslaşmış təşkilatlar tərəfindən Brent markalı neftin qiymətinin 2022-ci il üçün 100,0 – 104,0 ABŞ dolları intervalında olacağı proqnozlaşdırılır.
Beynəlxalq Valyuta Fondu tərəfindən enerji və ərzaq qiymətlərində mövcud tendensiyalar nəzərə alınaraq inflyasiya proqnozları yenidən nəzərdən keçirilmişdir. Son hesabata əsasən 2022-ci ildə inflyasiyanın inkişaf etmiş ölkələrdə 6,6 faiz, inkişaf etməkdə olan bazarlarda isə 9,5 faiz, 2023-cü ildə isə müvafiq olaraq 3,3 və 7,3 faiz həddində olacağı proqnozlaşdırılır.
Geosiyasi münaqişələrin müxtəlif regionlarda özünü əks etdirməsi və bir sıra ölkələrin siyasi fraqmentasiya meyillərinin güclənməsi qlobal ticarət və əməkdaşlığa yaxın və uzunmüddətli perspektivdə bir sıra risklər yaradır. Ukrayna-Rusiya böhranının uzanacağı tədqirdə qlobal əmtəə bazarlarında kəskin qiymət volatilliyinin davam edəcəyi gözlənilir.
Azərbaycanda makroiqtisadi vəziyyət. 2022-ci ilin birinci yarısı bütövlükdə, ölkəmizin sosial-iqtisadi inkişafı baxımından uğurlu dövr olmuş, ilin ilk 6 ayının ümumi daxili məhsul (ÜDM) göstəricisi 2021-ci il üzrə müvafiq göstəricindən təqribən 1,6 dəfə çox olmuşdur. Bu prosesdə kütləvi vaksinasiyanın tətbiq edilməsi, əmtəə bazarlarının dinamikası, dövlət tərəfindən iqtisadiyyata genişmiqyaslı dəstək proqramının uğurla həyata
keçirilməsi, struktur islahatlarının dərinləşməsi və yeni mərhələyə daxil olması, iqtisadiyyatın və qeyri-neft ixracının şaxələnməsi proseslərinin sürətlənməsi, əhalinin maddi rifahının dəstəklənməsi və daha da yaxşılaşdırılması məqsədilə dövlətin fəal sosial siyasətinin davam etdirilməsi kimi amillər mühüm rol oynamışdır.
2022-ci ilin birinci yarısında iqtisadiyyatın demək olar ki, bütün sahələrində bərpa prosesləri sürətlə getmiş, qeyri-neft sektorunda isə 9,6 faiz artım qeydə alınmışdır. Belə ki, cari ilin ilk yarımilliyində ölkədə 63,4 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 31,9 milyard manatlıq ÜDM istehsal olunmuşdur. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 6,2 faiz, o cümlədən neft-qaz sektoru üzrə ÜDM 0,2 faiz artmışdır (qrafik 1).

Qrafik 2.2022-ci ilin birinci yarısında ÜDM-in sturukturu və real artim tempi
2022-ci ilin birinci yarısında ÜDM-nin strukturunda ən böyük xüsusi çəkiyə (53,3 faiz) malik sənayedə 2,2 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri sektorunda 3,7, nəqliyyat və anbar təsərrüfatında 27,0 faiz real artım qeydə alınmışdır. Sənayenin neft-qaz sektorunda 0,6 faiz, qeyri-neft-qaz sektorunda isə 11,5 faiz artım müşahidə edilmişdir.
Hesabat dövründə əsas kapitala yönəldilən vəsaitin məbləği 6,3 milyard manat təşkil etmiş, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdır. Qlobal iqtisadiyyatdakı inflyasiya prosesləri fonunda 6 ay ərzində orta illik inflyasiyanın səviyyəsi 12,9 faiz olmuş, inflyasiya idxal olunan əmtəələrdən, xüsusən ərzaq məhsullarından qaynaqlanmışdır.
Bütövlükdə ölkədə inflyasiya əsasən, dünya əmtəə bazarlarında ərzaq məhsulları üzrə əhəmiyyətli qiymət artımları, başlıca ticarət tərəfdaşları olan ölkələrdən yüksək “inflyasiya idxalı”, qlobal təchizat, logistika zəncirində mövcud olan problemlər, daşınma xərclərinin artımı və pandemiya ilə əlaqədar təxirə salınmış tələbin sürətlə
reallaşdırılmasından qaynaqlanmışdır.
Qeyd olunan dövr ərzində inflyasiya təzyiqlərinin cilovlanması, onun makroiqtisadi sabitliyə və əhalinin sosial durumuna mənfi təsirlərinin qarşısının alınması üçün aşağıdakı bir sıra tədbirlər görülmüşdür:
- Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına və qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq 2022-ci ilin əvvəlindən əhalinin sosial rifahının, real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunması üçün minimum əməkhaqqı, minimum pensiya, sosial müavinətlər və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əməkhaqları orta hesabla 20,0 faiz artırılmışdır;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” 21 fevral 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, kənd təsərrüfatı və ərzaq məhsulları ilə əlaqəli sahələr üzrə gömrük rüsumları və vergi güzəştlərinin verilməsi və bir sıra xərclərin optimallaşdırılması, həmçinin monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görülmüşdür;
- Əsas ticarət tərəfdaşı olan ölkələrdə milli valyutaların ucuzlaşması fonunda milli valyutanın məzənnəsinin sabitliyi və valyuta bazarının tarazlığı, əsas kommunal xidmətlər (işıq, su, təbii qaz, istilik, nəqliyyat) üzrə tariflərin dəyişməzliyi təmin edilmişdir;
- Mərkəzi Bankın mandatına uyğun monetar siyasət tədbirləri sərtləşdirilmiş, yanvar və mart aylarında qəbul olunmuş qərarlar əsasında uçot dərəcəsi 0,5 faiz artırılaraq 7,25 faizdən 7,75 faizə çatdırılmışdır. Bununla yanaşı, izafi likvidliyin sterilizasiyası həyata keçirilmişdir.
2022-ci ilin birinci yarımilliyində neftin orta qiyməti dövlət büdcəsində proqnozlaşdırılan qiymətdən yüksək olmuş, tədiyə balansında müsbət meyillər qorunmuşdur. Qlobal tələbin sürətli bərpası şəraitində “Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 2021-ci ilin birinci yarısına nisbətən 68,1 faiz çox olmaqla 110,3 ABŞ dolları səviyyəsində qərarlaşmışdır.
2022-ci ilin iyun ayında bankların kredit portfelinin qalığı 1,2 faiz və ya 221,7 milyon manat artaraq 18320 milyon manat olmuşdur. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 57,2 faiz və ya 10481,7 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi 24,8 milyard ABŞ dolları (ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,9 faiz çox) təşkil etmişdir ki, bunun da 18,5 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 6,4 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşmüşdür. Nəticədə xarici ticarət hesabında 12,1 milyard ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Eyni zamanda, xarici ticarət dövriyyəsində
qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 25,4 faiz və ya 295,3 milyon ABŞ dolları çox olmaqla 1,5 milyard ABŞ dollarına bərabər olmuşdur. Qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımı fonunda Azərbaycanda 2022-ci ilin birinci rübündə tədiyyə balansının profisiti ÜDM nin 9,0 faizinə (1,6 milyard ABŞ dolları) çatmışdır. 2022-ci ilin birinci rübündə cari əməliyyatlar balansının profisiti ÜDM-nin 22,4 faizini (4,0 milyard ABŞ dolları) təşkil etmişdir. Tədiyə balansının irihəcmli profisiti valyuta bazarında təklifin genişlənməsi ilə müşayiət olunmuşdur ki, bu da məzənnə sabitliyini dəstəkləmişdir. 2022-ci ilin birinci yarımilliyində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil etmişdir. 2022-ci ilin birinci yarısında ölkənin valyuta ehtiyatları 1,8 faiz artaraq 54,2 milyard ABŞ dollarına çatmışdır.
İcmal büdcə. 2022-ci ilin birinci yarımilliyində icmal büdcənin gəlirləri 18149,7 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2820,8 milyon manat və ya 18,4 faiz çoxdur. İcmal büdcə xərcləri isə 14343,0 milyon manat olmuşdur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1590,6 milyon manat və ya 12,5 faiz çoxdur. 2022-ci ilin ilk 6 ayında icmal büdcədə 3806,7 milyon manat büdcə artlıqlığı (profisit) yaranmışdır.
Dövlət büdcəsi. Ölkə iqtisadiyyatında qeyd olunan müsbət meyillər, habelə qlobal əmtəə bazarlarında neft və qazın qiymətinin yuxarı olması dövlət büdcəsinin icra göstəricilərinə də müsbət təsir etmişdir. Belə ki, 2022-ci ilin birinci yarımilliyi üzrə operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri 13231,8 milyon manat proqnoza qarşı 14205,5 milyon manat və ya 107,4 faiz təşkil edilmişdir ki, bu da 2021-ci ilin eyni dövrü ilə
müqayisədə 2450,5 milyon manat və ya 20,8 faiz çoxdur. 2022-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 7456,7 milyon manatı qeyri-neft sektorunun payına düşmüşdür ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1565,1 milyon manat və ya 26,6 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi proqnoz göstəricisinə (44,4 faiz) nisbətən 8,1 faiz-bənd artmışdır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6482,1 milyon manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 2539,7 milyon manat, dövlət büdcəsindən maliyyələşdirilən idarə və təşkilatların ödənişli xidmətlərindən 371,5 milyon manat, sair daxilolmalar üzrə 151,9 milyon manat vəsait daxil olmuşdur. Vergi və gömrük orqanlarının xətti ilə daxilolmaların müsbət dinamikası Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozla nəzərdə
tutulan 6360,0 milyon manat məbləğində transfertə qarşı 4648,0 milyon manat məbləğində transfertin yönəldilməsinə imkan yaratmışdır.

Qrafik 3 . 2022-ci ilin birinci yarısında dövlət büdcəsinin gəlir vəxərclərinin strukturu
Həmçinin, 2022-ci ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 12855,1 milyon manat proqnoza qarşı 12936,6 milyon manat və ya 100,6 faiz icra edilmişdir ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1346,1 milyon manat və ya 11,6 faiz çoxdur.
2022-ci ilin ilk altı ayında dövlət büdcəsi xərclərinin 8714,1 milyon manatı cari xərclərə, 3434,8 milyon manatı əsaslı xərclərə, 787,7 milyon manatı dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilmişdir.

Qrafik 4. ÜDM-nin real artım tempi

Qrafik 5. ÜDM-nin strukturu


NƏTICƏ
Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra neft sənayesinin daxili və xarici investisiyalar vasitəsilə inkişaf etdirilməsi bu sahənin ölkə iqtisadiyyatında və ümumi daxili məhsulda xüsusi çəkisinin xeyli artmasına, həmçinin iqtisadiyyatın başqa sahələrinin inkişafına da müəyyən dərəcədə imkan yaratmışdır. Lakin ölkə iqtisadiyyatının yalnız xammal, daha dəqiq söyləsək, neft sektoru hesabına inkişaf etdirilməsi dünya təsərrüfatına inteqrasiya şəraitində münasib hesab edilə bilməzdi. Mövcud vəziyyətdə dövlətin qarşısında prioritet olaraq iqtisadiyyatın diversifikasiyası (şaxələndirilməsi), iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılaması, qeyri-neft sektorunun inkişaf etdirilməsi, perspektiv istiqamətlərinin müəyyən edilməsi, sənaye istehsalında müasir strukturun formalaşdırılması və onun keyfiyyətcə yeniləşdirilməsi kimi vəzifələr dayanır. - Dünya iqtisadiyyatındakı dinamik inkişaf tempi, qloballaşma meyilləri, dəyişkən xarici mühit şəraitində bir çox risklərin mövcudluğu, milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin, ölkədə dayanıqlı iqtisadi artımın təmin edilməsi məqsədilə qeyri-neft sektorunun inkişafına nail olunması dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərini təşkil edir. - Hökumətimiz qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir.

Yüklə 2,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə