Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə25/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   100

99 
 
III MÖVZU 
 
Jurnalistika və müasir dövrün qlobal iqtisadi 
problemləri, planetar iqtisadi inteqrasiya 
məsələləri 
 
Müasir dövrün qlobal problemlərindən və  təbii ki, 
KİV-in  əsas mövzularından biri qlobal iqtisadi problemlər, 
planetar iqtisadi inteqrasiya məsələləridir. Bu nə ilə 
bağlıdır? 
Müasir dünyada iqtisadi proseslərin bütün ictimai pro-
seslərə, o cümlədən geosiyasi vəziyyətə güclü təsiri 
müşahidə olunmaqdadır. Bu onunla izah olunur ki, müasir 
dövrdə iqtisadiyyat beynəlxalq miqyasda qüvvələr 
bölgüsünə getdikcə daha çox təsir göstərə bilir. Bu onunla 
izah olunur ki, hazırda dünya nizamının qurulması həm dinc 
yolla, yəni müqavilələr və razılaşmalar yolu ilə əldə olunur, 
həm də müasir dövrdə potensial beynəlxalq ziddiyyətlər 
sırasında  iqtisadi münaqişələr ilk yerlərdən birinə  çıxır. 
Belə hesab edirlər ki, indi siyasi məqsədlərə  sərt iqtisadi 
tədbirlərlə nail olmaq mümkündür. Hətta geosiyasət 
termininin  geoiqtisadiyyat termini ilə  əvəz olunmasını 
təklif edənlər də vardır. Geoiqtisadiyyat cari beynəlxalq 
prosesləri iqtisadi maraqlar baxımından təhlil edir. 
XX  əsr bəşəriyyətə xeyli sayda həll olunmamış 
iqtisadi problemləri miras qoymuşdur. Bu gün Yer 
kürəsində hər 6 nəfərdən biri aclıq içindədir, hər 5 nəfərdən 
biri lazımi səviyyədə tibbi yardım almır, hər 4 nəfərdən biri 
savadsızdır, hər 3 nəfərdən biri ekoloji cəhətdən təhlükəli və 
texnogen şəraitdə yaşayır, hər 2 nəfərdən biri onun ətrafında 
baş verən transfarmasion poseslərə, xüsusilə  də siyasi 
proseslərə həddən artıq biganədir. 
100 
 
 Bütün bu problemlərin səbəbləri arasında  iqtisadi 
motivlər üstünlük təşkil edir və onların həllində əsas insti-
tutlarından biri kimi jurnalistika da yaxından iştirak 
etməlidir. Ancaq paradoks ondan ibarətdir ki, sahə elmləri 
kimi, jurnalistika özü də bu istiqamətdəki fəaliyyətində 
müəyyən “böhran” vəziyyətindədir. Jurnalistikanın malik 
olduğu metodoloji arsenal ona bu olduqca mürəkkəb və 
dinamik ictimai proseslərin mahiyyətinə tam həcmdə 
dalmaq imkanı vermir. 
İqtisadi nəzəriyyənin böhranı, o cümlədən  iqtisadi 
məsələlərin işıqlandırılmasında və  təhlilində  KİV-in o 
qədər də  səmərəli olmayan fəaliyyəti özünü onda büruzə 
verir ki, onlar iqtisadi siyasətin mühüm problemlərinin 
səmərəli həlli yollarını vaxtında müəyyənləşdirə bilmirlər. 
Əlbəttə, bu və ya digər iqtisadi problemlərlə bağlı fikir 
müxtəlifliklərində müəyyən çatışmazlıqlara rast gəlinməsə 
də, ictimai inkişafın ontoloji və qnoseoloji sıçrayışlarının 
təhlilində  də elə bir nəzərəçarpacaq irəliləyişlər  əldə 
edilməmişdir. Ona görə  də  KİV-in sözügedən istiqamətdə 
fəaliyyətinin spesifik aspektlərinin araşdırılması mühüm 
elmi və praktik əhəmiyyət kəsb edir.  
Bunun üçün ilk addım kimi müasir dövrün qlobal 
iqtisadi problemlərinin mahiyyətini və dinamikasını 
araşdırmaq, dərk etmək, daha sonra isə iqtisadi islahatlar 
prosesində  mətbuatın iştirakının tarixi təcrübəsinə  və  əldə 
olunan nəticələrə müraciət etmək tövsiyə olunur. 
Sosial-humanitar fənnlər arasında iqtisadi nəzəriyyə 
xüsusi yer tutur. Bu, müasir insanın həyatının sözün həqiqi 
mənasında iqtisadiyyatla çulğalaşması  və müəyyən 
olunması ilə izah edilir. Əgər cəmiyyətdə iqtisadi baxımdan 
hər  şey qaydasındadırsa, burada məmnunluq, qayda-qanun 
və  əmin-amanlıq hökm sürür. Ona görə  də  hər bir insanın 
sağlam iqtisadi düşüncəyə  və iqtisadi mədəniyyətə malik 
olması vacibdir. Rasional iqtisadiyyatla bağlı qanun və 


101 
 
prinsipləri bilmək insanlarda inam və  əminlik, mürəkkəb 
iqtisadi prosesləri düzgün qiymətləndirməyə  və optimal 
qərarlar qəbul etməyə imkan yaradır.  Əlbəttə, dünyada 
iqtisadi mədəniyyətə və biliyə malik insanlar çoxdur, lakin 
yalnız onların ümumi iqtisadi ideya ətrafında birləşmələri, 
bəşəri iqtisadi mədəniyyətə sahib olmaları planetimizdə 
qlobal iqtisadi problemlərin qarşısını qətiyyətlə ala bilər və 
bu sahədə KİV-in rolu misilsizdir.  
 Qlobal iqtisadi problemlər nədir, onları hansı 
səbəblər doğurur və bu mürəkkəb vəziyyətdən çıxış yolları 
hansılardır? Bu suallara cavab tapmaq üçün hər şeydən öncə 
dünya ölkələrinin və müasir qlobal problemlərin 
təsnifatlarının verilməsi vacibdir. Müasir bəşəriyyət 6 
milyarddan çox insandan, mindən artıq böyük və kiçik 
xalqlardan, müxtəlif iqtisadiyyat, mədəniyyət və sosial-
siyasi həyat təzahürlərindən ibarət bir toplumdur. Bu toplum 
həmçinin təxminən 230 ölkə  və  ərazilərdən ibarətdir və 
onların böyük əksəriyyəti suveren, yəni siyasi və iqtisadi 
cəhətdən müstəqil dövlətlərdir. Nəhəng bir mexanizmi 
xatırladan bu sistem son dərəcə çoxçeşidli, mürəkkəb və 
ziddiyyətli olduğuna görə onu təşkil edən institutların 
təsnifatını vermək də bir o qədər çətindir. Ancaq, ölkələrin 
ümumi sosial-iqtisadi əlamətlərinə  əsaslanaraq, onları  şərti 
olaraq aşağıdakı 5 əsas qrupa bölmək olar: 
İnkişaf etmiş  sənaye ölkələri – bu qrup bir neçə 
onluqdan ibarət demokratik, hüquqi və yüksək rifah halına, 
dünya üçün güclü və açıq vətəndaş  cəmiyyətinə  (əsasını 
əhalinin güclü orta təbəqəsi təşkil edir), formalaşmış bazar 
iqtisadiyyatına, qabaqcıl və 
səmərəli istehsalata, 
adambaşına düşən yüksək ÜMM/ÜDM göstəricilərinə  və 
əlbəttə, insanların yüksək həyat səviyyəsinə malik 
ölkələrdir. Bu qrup ilk növbədə  İqtisadi  Əməkdaşlıq və 
İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrdən ibarətdir. 
İƏİT 1961-ci ildə  iştirakçı-ölkələr arasında iqtisadi 
102 
 
siyasətlərin razılaşdırılması, milli iqtisadiyyatların 
stabilliyinin dəstəklənməsi, dünya ticarətinin inkişafına və 
iqtisadi artıma nail olunması, məşğulluğun və  əhalinin 
yaşayış keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 
yaradılmışdır. 2010-cu il oktyabrın 1-nə olan məlumata 
görə, 34 ölkə  İƏİT-ə üzvdür və dünya ÜDM-in 60 %-i bu 
təşkilatın payına düşür.  İƏİT-in özəyi “Böyük yeddilik” 
hesab olunur və onun yüksək səviyyədə keçirilən illik 
görüşlərində mühüm sosial-iqtisadi problemlər müzakirə 
olunur, razılaşdırılmış  qərarlar işlənib hazırlanır və  qəbul 
edilir..  
Yeni sənaye ölkələri  qrupu  bazar iqtisadiyyatının, 
elm və texnikanın durmadan inkişaf etdiyi, sənaye 
məhsullarının istehsal və ixracının yüksək templə artdığı, 
cəmiyyətdə azadlıq və demokratiyanın daha da 
möhkəmləndiyi dövlətləri özündə birləşdirir. Cənubi 
Koreya, Sinqapur, Malayziya, Tayvan və başqalarını buna 
misal göstərmək olar.  
Neft  İxrac Edən Ölkələr Birliyi - OPEC (The 
Organization of the Petroleum Exporting Countries). 
Səudiyyə  Ərəbistanı, Küveyt və OPEC-ə üzv olan digər 
ölkələri bu qrupa daxil edirlər. Bu ölkələr XX əsrin son 
rübü ərzində xaricə böyük həcmdə neft ixracı sayəsində öz 
gəlirlərini kəskin  şəkildə artıra bilmişlər. Eyni zamanda, 
onlardan bəziləri neft dollarlarının, həmçinin bütün dünyada 
həyata keçirdikləri aktiv və yüksəkgəlirli investisiya və 
kredit-maliyyə əməliyyatları sayəsində iqtisadi inkişaflarını 
və adamdaşına düşən ÜMM/ÜDM istehsalının həcmini 
artıra bilmiş, öz vətəndaşlarının maddi rifah halını xeyli 
yaxşılaşdırmışlar.  
Keçid iqtisadiyyatı ölkələri  qrupuna təxminən otuz 
ölkə daxildir. Bu ölkələr kommunist totalitarizmindən və 
qeyri-səmərəli “amiranəlik iqtisadiyyatı”ndan tədricən 
uzaqlaşaraq hüquqi və bazar iqtisadiyyatına, demokratiya və 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə