Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə24/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

95 
 
prinsiplərini, həmçinin müxtəlif beynəlxalq hüquqi alətlərdə 
ifadə edilmiş müvafiq müddəaları özündə  cəmləşdirir. 
1983-cü ildə Parisdə  və Praqada keçirilmiş IV konsultativ 
görüş YUNESKO Bəyannaməsinin  əvəzsiz  əhəmiyyət                      
daşıdığını qeyd etmişdir. Bəyannamədə deyilir ki, insan 
hüquqlarının mühüm tərkib hissəsi kimi qəbul olunan söz, 
fikir və informasiya azadlığının həyata keçirilməsi sülhün 
və beynəlxalq qarşılıqlı anlaşmanın möhkəmlənməsinin 
əsas amilidir. Bundan başqa, görüşdə kütləvi informasiya 
vasitələrinin və jurnalistlərin artmaqda olan sosial 
məsuliyyətləri nəzərə alınaraq, informasiya və kom-
munikasiyanın milli və beynəlxalq səviyyədə oynadığı 
rolun əhəmiyyəti xüsusi qeyd olunmuşdur.  
Paris görüşündə, eyni zamanda, milli və regional sə-
viyyədə jurnalistin peşə etikası kodekslərinin tərtib edilməsi 
məqsədi ilə əlavə stimullaşdırıcı beynəlxalq əsas və mənbə 
qismində müəyyən prinsiplər işlənib hazırlanmışdır. Bu 
prinsiplər bütövlükdə jurnalist fəaliyyətinin bütün 
istiqamətlərini  (vətəndaşların həqiqi informasiya almaq 
hüququ, hadisələrin obyektiv işıqlandırılması, jurnalistin 
sosial məsuliyyəti, jurnalistin peşəkarlıq səmimiyyəti, 
informasiyaya ictimai çatım və KİV-də iştirak, şəxsi həyata 
və ləyaqətə hörmət, ictimai maraqlara hörmət və s.) özündə 
ehtiva etsə  də, onlardan bəziləri diqqəti beynəlxalq 
münasibətlər mövzusunun işıqlandırılmasına, bu mövzuda 
materialların oxucuların, tamaşaçıların və dinləyicilərin, 
internet istifadəcilərinin psixologiyasına uyğunlaşdırılması 
məsələlərinə cəlb edir.  
Məsələn,  8  №-li prinsip humanizmin, hər  şeydən 
əvvəl, ümumi sülhün, demokratiya və insan hüquqlarının 
qorunmasına, beynəlxalq münasibətlərdə qarşılıqlı inamın 
yaradılmasına, tərk-silah proseslərinə töhfə verməyə çağırır. 
Peşə etikası jurnalistdən beynəlxalq konvensiya, bəyannamə 
və  qətnamələrdə öz əksini tapmış müvafiq müddəaları 
96 
 
bilməyi tələb edir. 9  №-li prinsip jurnalisti təcavüzkar 
müharibələrə  və silahlanmaya (xüsusilə  də nüvə başlıqlı 
silahlarla), zorakılığın, düşmənçiliyin və ya ayrı-seçkiliyin 
təzahürlərinə, o cümlədən, bəzi rejimlərin həyata 
keçirdikləri irqçilik və aparteidin, tiraniyanın, 
müstəmləkəçiliyə 
və neomüstəmləkəçiliyə 
bəraət 
qazandırmağın istənilən formasından yayınmağa çağırır. 
Yeni dünya informasiya və kommunikasiya nizamının 
inkişafını  əhatə edən  10  №-li prinsip müasir dövrdə 
jurnalistin bütövlükdə yeni beynəlxalq münasibətlərə, o 
cümlədən yeni informasiya nizamına doğru irəlilədiyi bir 
şəraitdə  fəaliyyət göstərdiyini vurğulayır. Bu isə öz 
növbəsində milli və beynəlxalq səviyyədə informasiya və 
kommunikasiya sahəsində asılılığın aradan qaldırılmasını və 
demokratikləşməni nəzərdə tutur. Belə bir şəraitdə jurnalist 
öz vəzifə borcunu yerinə yetirərkən, informasiya sahəsində 
beynəlxalq münasibətlərin demokratikləşməsinə, o 
cümlədən dünya ölkələri və xalqları arasında sülh və 
dostluq  əlaqələrinin qorunub saxlanılmasına və inkişaf 
etməsinə səy göstərməlidir.  
Beynəlxalq həyat mövzusunu işıqlandıran jurnalist 
daim beynəlxalq aləmdə baş verən bütün, o cümlədən 
geosiyasi proseslər, dövlətlər arasındakı ikitərəfli və 
çoxtərəfli münasibətlər, beynəlxalq məsələlərlə məşğul olan 
çoxsaylı  təşkilatların və ictimai hərəkatların fəaliyyətləri 
barədə  məlumatlı olmalıdır. O, BMT və onun strukturuna 
daxil olan nüfuzlu qurumların, Avropa İttifaqı, Avropa 
Şurası, NATO və s. Beynəlxalq təşkilatların qəbul etdikləri 
qərarlar, həyata keçirdikləri aksiyalar və planlaşdırdıqları 
tədbirlər barədə operativ məlumatlara malik olmalıdır. Bu 
problematika üzrə ixtisaslaşmış jurnalist, eyni zamanda 
beynəlxalq jurnalist təşkilatlarının – Beynəlxalq Jurnalistlər 
Təşkilatının (JOİ - BJT), Beynəlxalq Jurnalistlər 
Federasiyasının (İFJ - BJF), Latın Amerikası Jurnalistlər 


97 
 
Federasiyasının (FELAP), Latın Amerikası Mətbuat İşçiləri 
Federasiyasının (FELATRAP), Ərəb Jurnalistləri 
Federasiyasının (FAJ), Afrika Jurnalistləri İttifaqının (UAJ), 
ACEAN Jurnalistləri Konfederasiyasının (CAJ) və s. təşki-
latların fəaliyyətlərini müntəzəm izləməlidir.  
Beynəlxalq həyat məsələlərinin işıqlandırılması sahə-
sində  KİV-in çıxışlarının təsirliliyinin artırılması  məqsədi 
ilə jurnalist üçün aşağıdakı  tələblər irəli sürülür: a) yeni 
informasiya və kommunikasiya texnologiyalarının tətbiqi 
ilə  əlaqədar olaraq jurnalist sənətkarlığı  peşəkarlıq 
fəaliyyətinin  ənənəvi metodları ilə yanaşı yeni metodlara 
yiyələnməyi və onları ustalıqla tətbiq etməyi tələb edir. 
Jurnalistdən həmçinin öz fəaliyyətində  əlavə  iş üsullarının 
mənimsənilməsi, jurnalist əsərlərinin məlum janr və 
formalarının təkmilləşdirilməsi və s. tələb olunur; b) 
beynəlxalq jurnalistikada universal jurnalist müşahidəsi 
metodu daha da inkişaf etdirilməli, müşahidənin bütün 
növlərindən həssaslıqla istifadə edilməlidir; c) jurnalist 
yüksək səviyyədə  sənədlərlə  iş  vərdişlərinə malik olmalı, 
onların əldə olunmasında daha israrlı, diqqətli, gözüaçıq və 
zirək olmalı, onların öyrənilməsində operativ olmalı, 
materialların təhlil edilməsində  hərtərəfli peşəkarlıq 
göstərməlidir. Bu zaman bütün hallarda beynəlxalq 
təşkilatların və aidiyyəti qurumların iş prinsiplərinə 
hörmətlə yanaşmalıdır; ç) jurnalist materialın geniş 
auditoriyanı əhatə etməsinə şərait yaradan janrlardan (janr 
müxtəlifliyi) virtuoz şəkildə istifadə etməyi bacarmalıdır. 
Ölkənin xarici siyasətinin uğurla həyata keçirilməsi 
istiqamətində vacib elementlərdən olan informasiya 
təminatına və ictimai rəyin formalaşdırılmasına daha geniş 
imkanlar yaradan analitik publisistika janrlarına  (şərh, 
icmal, söhbət, məqalə, hesabat, diskussiya, tok-şou, mətbuat 
konfransı, korrespondensiya və as.) xüsusi yer ayrılmalıdır; 
d) beynəlxalq həyat məsələlərinin işıqlandırılmasında 
98 
 
jurnalist təhqiqatı metodundan  istifadə jurnalistə 
beynəlxalq münasibətlər sisteminə, bu sistemdə dövlətlərin 
yerini və rollarını qiymətləndirməyə, bütövlükdə problemə 
daxildən baxmaq, onun həllinə  şəxsi töhfəsini vermək 
imkanı verir. Bu çox vacibdir, çünki ən kritik situasiyalarda 
investiqeytiv jurnalistikaya müraciət edirlər. Bir qayda 
olaraq, bu cür publikasiyaların təsiri daha güclü olur; e) 
peşəkar, səriştəli təhlil və ya monitorinq (beynəlxalq 
aləmdə baş verən proseslərin sistemli müşahidəsi)  kimi  iş 
formalarından istifadə olunması da məqsədəuyğundur. Bu iş 
forması beynəlxalq problematikaya aid ətraflı arayışlar 
hazırlamağa imkan verir.  
 
 
Yoxlama sualları və tapşırıqlar 
 
1. Geosiyasətin yaranması, növləri və inkişaf 
mərhələləri müasir vəziyyəti barədə ümumi məlumat verin.  
2. Azərbaycanın geosiyasi vəziyyətinin xüsusiy-
yətlərini izah edin. 
3. KİV-i geosiyasi problemlərin həlli amili kimi 
xarakterizə edin. 
4. Ölkənin geosiyasi problemlərinin həlli kontekstində 
Azərbaycan KİV-inin spesifik vəzifələrini müəyyənləşdirin. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə