Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə22/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   100

87 
 
 
-
 
Çar Rusiyası dövründə  mətbuat müstəmləkə 
sisteminin qorunub saxlanılması ideyasına xidmət edir. 
Milli mətbuata, o cümlədən Azərbaycan mətbuatına daxili 
və xarici siyasət, beynəlxalq mövzuda materiallar çap etmək 
qadağan olunur. 
-
 
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 
milli qəzet və jurnallar azadlıq ideyalarının inkişaf 
etdirilməsi, müstəqilliyin möhkəmləndirilməsi prosesində 
fəal iştirak edirlər. Gənc Azərbaycan dövlətinin 
müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin 
ərazi 
bütövlüyünün qorunub saxlanılması, dünya dövlətləri ilə 
qarşılıqlı sivil əlaqələrin yaradılması, demokratiya və 
hürriyyətin bərqərar olması ideyalarının təbliği mətbuatın 
aparıcı mövzusuna çevrilir;  
-
 
AXC Rusiya tərəfindən yenidən işğal edilərək Sovet 
İttifaqının tərkibinə daxil edildikdən sonrakı dövrdə mətbuat 
yeni siyasi quruluşun “üstünlüklərini”, cəmiyyətin 
həyatında kommunist partiyasının “əvəzedilməz rolunu”, bu 
ölkənin xarici siyasətinin “humanistliyini” ciddi-cəhdlə 
təbliğ edir. Beynəlxalq həyat və beynəlxalq münasibətlər 
probleminin işıqlandırılmasının əsasını “ideya düşməni”nin 
mövcud olması və ona qarşı mübarizə təşkil edir; 
-
 
İkinci Dünya müharibəsindən sonrakı ilk onillikdə 
KİV  əsasən sosialist düşərgəsi ölkələrindəki vəziyyəti 
işıqlandırır. “Soyuq müharibə”, kapitalizm quruluşunun və 
düşmən hərbi blokun (NATO) tənqidi sovet mətbuatının 
fəaliyyətinin başlıca istiqaməti olur; 
-
 
 1950-1985-ci  illərdə sülh uğrunda mübarizə 
məsələləri KİV-in  əsas mövzusuna çevrilir. Avropada 
təhlükəsizlik və  əməkdaşlıq üzrə Helsinki müşavirəsi, 
dünya ölkələri arasında sülhün möhkəmləndirilməsi ilə 
əlaqədar keçirilmiş digər tədbirlər ətraflı işıqlandırılır; 
88 
 
-
 
Aşkarlıq və yenidənqurma dövründə  KİV-in 
fəaliyyəti Qərb üçün “açıq” xarakter alır. Materialların 
təqdim olunmasının yeni formaları yaranır, janrların yeni 
strukturlaşması prosesi gedir. Xarici ölkələrin auditoriyaları 
ilə yaradılan telekörpülər daha geniş tamaşaçı kütləsini 
toplaya bilir. Beynəlxalq mövzu dünya ölkələri ilə 
inteqrasiya prosesi çərçivəsində (amma, sovet 
ideologiyasına uyğun) işıqlandırılır.  
Ümumilikdə belə bir nəticəyə gəlmək mümkündür ki, 
sovet jurnalistikası, o cümlədən onun tərkib hissəsi olan 
Azərbaycan jurnalistikası (Azərbaycan Xalq Cümhuriyyəti 
dövrünü çıxmaq  şərtilə) beynəlxalq hadisələrə neqativ və 
mürtəce münasibətdən tutmuş, tam aşkarlığa, dünyanın və 
cəmiyyətdə gedən proseslərin ümumfəlsəfi mövqedən 
dərkinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir.  
 
Müasir geosiyasi və beynəlxalq mövzu məsələlərinin 
işıqlandırılması sahəsində jurnalistikanın qarşısında 
duran ümumi vəzifələr 
 
 
Müasir dünyada geosiyasətdə baş verən mürəkkəb 
proseslərin fonunda KİV qarşısında, o cümlədən 
Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, 
Azərbaycan jurnalistikasının qarşısında necə mürəkkəb 
ümumi vəzifələrin durduğunu təsəvvür etmək o qədər də 
çətin deyildir. Bu vəzifələri aşağıdakı kimi qruplaşdırmaq 
olar: 
1.
 
Kütləvi informasiya vasitələri ilk növbədə müasir 
geosiyasətin özündə baş verən 
keyfiyyət 
transformasiyalarının mahiyyətini, onları doğuran 
səbəbləri, dünyanın harasında baş verməsindən asılı 
olmayaraq, siyasi poseslərin geosiyasətin perspektivlərinə 
təsiri ehtimalları ilə ictimaiyyəti tanış etməlidir. Reallığın 
adi təsviri üsulundan uzaqlaşaraq geosiyasi təhlil 
çərşivəsinə yeni yaradıcılıq amilləri daxil edilməli, 


89 
 
geosiyasət mövzusunda yazan jurnalistlərin hazırlanmasına 
diqqət artırılmalıdır.  
2.
 
Kütləvi informasiya vasitələri geosiyasətin  demo-
qrafik aspektlərinə mövqeyini dəyişməlidir.  Əgər klassik 
mətbuat materiallarında  ənənəvi olaraq vurğu kəmiyyət 
parametrlərinə (demoqrafik potensialın  əhalinin sayı  və 
artım tempi ilə qiymətləndirilməsi) edilirdisə, hazırda 
mədəniyyət-təhsil və fiziki keyfiyyətlərin, insani resursların 
sosial, siyasi və iqtisadi proseslərin yüksək dinamikası ilə 
uzlaşmasının qiymətləndirilməsinə diqqət artırılmalıdır. 
Ona görə ki, istənilən hər hansı bir ölkədə elmin, 
iqtisadiyyatın inkişafı  və  hərbi qüvvələrin modernləşməsi 
bu amillərdən çox asılıdır. 
3.
 
Kütləvi informasiya vasitələrində geosiyasi proses-
lərin işıqlandırılması zamanı  mədəniyyət-sivilizasiya 
amillərinə  və konfessional  (dini etiqad) amillərə diqqət 
artırılmalıdır. Çünki, müasir münaqişələrin böyük bir 
hissəsi ayrı-ayrı sivilizasiyaların öz daxilində baş verdiyinə 
görə
55
 “sivilizasiyaların toqquşması” konsepsiyası birmənalı 
şəkildə qiymətləndirilmir.  
4.
 
Jurnalistika nəzərə almalıdır ki, müasir geosiyasi 
proseslərdə  informasiya, kosmik və digər texnologiyaların 
inkişafı və yayılması ilə bağlı olan yeni münaqişələr mühüm 
rol oynayır. KİV özü isə bu prosesin fəal iştirakşılarından 
birinə çevrilir. Kütləvi informasiya vasitələrinin çıxışı üçün 
                     
55
 
Ayrı-ayrı  sivilizasiyaların öz daxilində baş verən münaqişələrin sayı 
müxtəlif sivilizasiyalar arasında olan münaqişələrdən 1,5 dəfə çoxdur. 
Ümumiyyətlə statistika göstərir ki, klassik dövlətlərarası müharibələrin 
sayı faktiki olaraq azalır, dövlətdaxili münaqişə  və müharibələrin sayı 
isə artmaqdadır. Bu, belə bir nəticəyə  gəlməyə  əsas verir ki, 
toqquşmaların səbəbi heç də  təkcə müxtəlif sosial-iqtisadi və  mədəni 
inkişaf səviyyələri deyildir.  
 
90 
 
ənənəvi geosiyasətin kateqoriya aparatının, onun təməl 
anlayışları olan – milli maraq, dövlət suverenliyi və 
təhlükəsizlik anlayışlarına olan yeni tələblərin nəzərə 
alınması olduqca vacibdir.  
5.
 
Mətbuat iqtisadi poseslərin geosiyasi vəziyyətə tə-
sirinin təhlilinə geniş yer verməlidir. Bu, onunla izah olunur 
ki, müasir dövrdə iqtisadiyyat beynəlxalq miqyasda 
qüvvələr bölgüsünə getdikcə daha çox təsir göstərir. Ona 
görə ki, hazırda dünya nizamının qurulması dinc yolla, yəni 
müqavilələr və razılaşmalar yolu ilə əldə olunur. Həmçinin 
müasir dövrdə potensial beynəlxalq ziddiyyətlər sırasında 
iqtisadi münaqişələr ilk yerlərdən birinə  çıxır. Belə hesab 
edirlər ki, indi siyasi məqsədlərə sərt iqtisadi tədbirlərlə nail 
olmaq mümkündür. Hətta geosiyasət termininin 
geoiqtisadiyyat termini ilə əvəz olunmasını təklif edənlər də 
var. 
6.
 
Kütləvi informasiya vasitələri geosiyasətin yeni 
amilinə çevrilən yerli siyasi maraqların təhlilinə və işıqlan-
dırılmasına  geniş yer ayırmalıdır. Hansısa yerli siyasi 
marağın bütövlükdə regionun iqtisadi, siyasi, demoqrafik və 
s. inkişafına xələl gətirməsi kütləvi informasiya vasitələri 
tərəfindən əsaslandırılmalı və ictimaiyyətə çatdırılmalıdır. 
7. KİV insanları, dövlətləri və müəyyən siyasi 
qrupları yeni müharibələrdən çəkindirmək üçün geniş 
auditoriyanı tarixin müəyyən mərhələlərində baş vermiş 
müharibələrin insanlara gətirdiyi faciələrlə, bəşəriyyətə 
vurduğu ziyanlarla müntəzəm surətdə tanış etməlidir.  
 
Azərbaycan Respublikası öz müstəqilliyini yenidən 
bərpa etdikdən sonra (1991-ci il), xüsusilə  də suverenliyin 
ilk illərində geosiyasət terminologiyası kütləvi informasiya 
vasitələrində ayrı-ayrı sosial siyasi institutların, 
hakimiyyətin və alternativ dairələrin nümayəndələri, o 
cümlədən jurnalistlər tərəfindən çox geniş və xüsusi həvəslə 
istifadə olunmağa başlamışdır. Məsələn, bu termin 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə