Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   100

91 
 
Azərbaycanın hansısa dünya və Avropa institutlarına 
“qoşulması” və ya “qoşulmaması” səbəblərinin 
əsaslandırılmasında, Azərbaycanın hansısa ölkə ilə, mə-
sələn, ABŞ, Rusiya, İran, Türkiyə və s. ölkələrlə münasibət-
lərindəki real ziddiyyətlərin və ya uyğunluqların izah olun-
masında fəal istifadə edilir. Geosiyasət Azərbaycanla 
NATO münasibətləri, MDB-nin konfiqurasiyası və perspek-
tivləri, “çoxqütblü dünya” və s. problemlərin nəzərdən 
keşirilməsində  əsas təhlil aləti rolunu oynayır. Geosiyasi 
elementlər birbaşa və ya dolayı yollarla xarici siyasət 
strategiyasının hazırlanmasına və həyata keçirilməsinə təsir 
edir. 
Keçən  əsrin sonlarında regionda baş vermiş 
hadisələlər Azərbaycanı dünyada gedən mürəkkəb qlobal 
geosiyasi proseslərin fəal iştirakçısına çevirmişdir və 
ölkəmiz bu proseslər nəticəsində müəyyən  geosiyasi 
uğurlar əldə etmişdir. Onlardan daha mühüm olan aşağıdakı 
geosiyasi qazancları göstərmək olar: 
-
 
İri qonşu dövlətlər olan Türkiyə  və  İrana birbaşa 
çıxış imkanı; 
-
 
Qərblə Orta Asiya arasında körpü rolunu oynamaq 
imkanı; 
-
 
Dünyanın güclü dövləti olan Amerika Birləşmiş 
Ştatlarının regionda strateji partnyoru olmaq imkanı; 
-
 
İqtisadi cəhətdən dünyanın inkişaf etmiş ölkəsinə 
çevrilmək imkanı (neft amili də daxil olmaqla) və s.  
 Eyni zamanda, Azərbaycan bu proseslərlə bağlı  aşa-
ğıdakı bir sıra geosiyasi itkilərlə də üzləşmişdir:  
-
 
20 % ərazi itkisi (Ermənistan tərəfindən işğal edil-
mişdir); 
-
 
Naxçıvanla quru yolu əlaqəsinin (Ermənistan üzərin-
dən) itirilməsi; 
-
 
Həmsərhəd işğalçı Ermənistan dövləti ilə qonşuluq; 
92 
 
-
 
Həmsərhəd və iqtisadi cəhətdən zəif iki ölkə ilə 
(Gürcüstan və Ermənistan) qonşuluq. Azərbaycan bu 
ölkələr üçün bir növ donor rolunu oynayır.  
 
Həm dünyada, həm də regionda gedən olduqca 
mürəkkəb geosiyasi proseslər Azərbaycanın kütləvi 
informasiya vasitələri qarşısında ölkənin maraqlarına uyğun 
aşağıdakı spesifik vəzifələri qoyur:  
 
1.
 
Azərbaycanın geosiyasi vəziyyəti ilə bağlı bütün 
problemlər  səmərəli dövlət quruculuğu və idarəçiliyi, 
ölkənin suverenliyinin və  ərazi bütövlüyünün təmin 
olunması ilə sıx əlaqədə işıqlandırılmalıdır.  
2.
 
Kütləvi informasiya vasitələri geostrateji planda ilk 
növbədə Azərbaycanın beynəlxalq ittifaq və bloklara qoşul-
masını, həmçinin iri ölkələrlə ikitərəfli ittifaqların yaradıl-
masını və inkişaf etdirilməsini (məsələn, Azərbaycan-ABŞ, 
Azərbaycan-Rusiya, Azərbaycan-İngiltərə, Azərbaycan-Çin, 
Azərbaycan-Türkiyə və s.) təşviq etməlidir. 
3.
 
Geoiqtisadiyyat və iqtisadi partnyorluq məsələləri 
kütləvi informasiya vasitələrinin mərkəzi mövzularından 
birinə çevrilməlidir. Burada mütləq Qərb maliyyə-iqtisadi 
asılılığından tədricən azad olmaq motivləri ön plana 
çəkilməlidir. Çünki, beynəlxalq təcrübənin də göstərdiyi 
kimi, daxili iqtisadi siyasətin bu amilin diktəsi altına 
verilməsi ölkənin iqtisadi inkişafı üçün böyük təhlükə 
yarada bilər . 
4.
 
Kütləvi informasiya vasitələri öz iştirakı ilə ölkənin 
müdafiə qabiliyyətinin tam təmin olunmasına  yardım 
etməlidir. Bu cəhət çox mühüm siyasi imperativdir. 
5.
 
Kütləvi informasiya vasitələri  ictimai rəyin 
formalaşdırılması və dövlətin diqqətinin cəlb olunması yolu 
ilə  Azərbaycan Respublikasının geosiyasi konsepsiyasının 
hazırlanmasına və onun dünyada baş verən siyasi proseslərə 
uyğun olaraq təkmilləşdirilməsinə çalışmalıdır. Xarici 


93 
 
siyasəti daxili siyasətdən təcrid olunmuş  şəkildə 
formalaşdırmaq mümkün deyildir. Ona görə  də  KİV 
Azərbaycanın inkişafında daxili və xarici geosiyasi amillər 
arasındakı əlaqələri müntəzəm izləməlidir. 
6.
 
Azərbaycanın qeosiyası məkanının parametrləri ol-
duqca spesifik və  dərindir. Həmçinin yadda saxlamaq la-
zımdır ki, hər bir ölkənin geosiyasi əlaqələri onun daxili 
problemləri ilə də sıx bağlıdır və beynəlxalq təcrübəyə görə, 
daxili problemlərin həlli transmilli strateji problemlərin 
həllində hissolunacaq paritetlər qazanmağa kömək edir. Bu 
paritetlərin  əldə edilməsi cəmiyyətdə hansı sosial-siyasi 
instituta mənsub olmasından asılı olmayaraq, bütün kütləvi 
informasiya vasitələrinin fəaliyyətində  əsas istiqamət 
olmalıdır.  
Fikrimizcə, beynəlxalq problematika üzrə 
materialların forma və məzmuna görə təhlillərinin aparılmsı 
da KİV-in bu istiqamətdə  fəaliyyətinin təkmilləşdirilməsi 
sahəsində mühüm rol oynaya bilər. Təhlillərin aşağıdakı 
istiqamətlərdə aparılması təklif olunur: 

 
KİV-in materiallarının cəmiyyətin və dövlətin, 
ictimai fikrin və xalqın özünüdərkinin inkişaf dövrləri ilə 
(yuxarıda verilən) canlı əlaqədə təhlil edilməsi; 

 
Jurnalist yaradıcılığının sosial-psixoloji eksperti-
zası: informasiyanın toplanılması, təhlili, yeni texnolo-
giyaların tətbiqi ilə bağlı olaraq yayılması imkanları; 

 
KİV-in materiallarının ideya əsasları, formaları, 
dil xüsusiyyətləri, yeni tendensiyalarla bağlı olaraq tətbiq 
edilən yeni jurnalist metod və üsullarrının xüsusiyyətlərinin 
araşdırılması:  

 
KİV-in materiallarının ideya və məzmun yönüm-
lülüyünün müəyyən edilməsi; 

 
Əldə olunmuş beynəlxalq təcrübəyə, mətbuatın, 
televiziya və radionun təcrübəsinə  əsaslanaraq beynəlxalq 
94 
 
münasibətlər mövzusunun işıqlandırılması sahəsində milli 
jurnalistikanın inkişaf yolunun izlənilməsi; 

 
Janrların adlarının dil normaları ilə qaşılıqlı 
əlaqədə  təhlili. Bəzi janrların məzmun və formalarının 
yeniləşməsinə aid konkret misalların təhlili;  

 
Beynəlxalq mövzuda xəbərlərin oxucuların, tama-
şaçıların və dinləyicilərin, internet istifadəcilərinin psixolo-
giyasına uyğunlaşdırılma-sına aid nümunələrin müqayisəli 
təhlili; 

 
Milli özünüdərk sayəsində janrların transformasi-
yası, qeyri-formal yeniləşməsi. Xüsusi terminoloji lek-
sikanın, elmi cəhətdən  əsaslandırılmış anlayış  və kateqori-
yaların əxz edilməsi.  
 
Beynəlxalq həyat mövzusunda yazan jurnalistin 
orientasiyası 
 
Təhlillər göstərir ki, xüsusilə  də qlobal informasiya 
məkanı  və qlobal informasiya cəmiyyəti  şəraitində, 
beynəlxalq həyat mövzusunda yazan jurnalistin 
orientasiyasını yalnız güclü peşə  məktəbi, beynəlxalq və 
regional jurnalist təşkilatlarının qəbul etdikləri bir sıra 
prinsip və normalar müəyyən edir. Dünyanın müxtəlif 
ölkələrində öz cərgələrində  təxminən 400 min peşəkar 
jurnalisti birləşdirən beynəlxalq və regional təşkilatlarının 
YUNESKO-nun egidası altında 1978-ci ildə keçirilmiş I, 
1980-ci ildə keçirilmiş II konsultativ görüşləri KİV-in 
sülhün, beynəlxalq qarşılıqlı anlaşmanın, insan hüquqlarının 
inkişafının, aparteidə, irqçiliyə və müharibəyə çağırışa qarşı 
mübarizənin möhkəmlənməsinə töhfəsinin  əsas prinsipləri 
haqqında YUNESKO-nun Bəyannaməsini qəti  şəkildə 
müdafiə etdiklərini bildirmişlər. Bu görüşdə  həmçinin 
“Mexiko Bəyannaməsi” qəbul edilmişdir. Bəyannamə milli 
və regional jurnalist etikası Kodekslərinin bir sıra 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə