Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə20/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   100

79 
 
bölüşdürürdülər.  Rusiya  öz  müstəqilliyini elan etmiş 
ölkələri yenidən imperiyaya qatmaq istəyirdi. Xüsusilə 
Azərbaycanın müstəqilliyi ciddi təhlükə altında idi. Rusiya 
ermənilərin Azərbaycana və digər qonşu ölkələrə torpaq 
iddiasından yararlanmaq istəyirdi.  
Bölgədə mövcud olan mürəkkəb geosiyasi vəziyyətlə 
bağlı olaraq: a) gənc Azərbaycan dövlətinin müstəqilliyinin 
möhkəmləndirilməsi; b) ölkənin  ərazi bütövlüyünün 
qorunub saxlanılması; c) xarici ölkələrlə ikitərəfli əlaqələrin 
yaradılması; ç) məmləkətdə demokratiya və hürriyyətin 
bərqərar olması ideyalarının təbliği və  təşviqi mətbuatın 
fəaliyyətinin  əsas istiqamətləri, çap olunan materialların 
aparıcı mövzuları idi.  
“Azərbaycan” qəzetinin redaktoru Ü.Hacıbəyli “...öz 
məqalələrində yeni yaranan dövlətin müstəqilliyinin 
qorunması ideyasını müntəzəm təbliğ edirdi.”
46
 O, 
“Ermənistan və Azərbaycan münasibəti”  əsərində yazırdı: 
“Ermənistanın “Zəngəzur bizimdir” deyə haqsız ideyalarını 
Tiflisdə rusca nəşr edilən “Slovo” qəzeti də müdafiə edirdi. 
... özgənin malına və torpağına təma edən yenə birinci 
Ermənistan oldu ki, Naxçıvan üzərinə hücum edib özgənin 
yerinə sahibləndi və bugünkü eyni Ermənistandır ki, 
məqsədi Azərbaycan torpağına dəstdirazlıq etməkdir.”
47
  
1918-1919-cu illərdə “Azərbaycan” qəzeti 
Y.V.Çəmənzəminlinin “Xarici siyasətimiz” əsərini ayrı-ayrı 
məqalələr  şəklində çap edir. Böyük mütəfəkkir 
məqalələrində beynəlxalq konqreslərdə öz haqlarımızı 
bildirmək, digər tərəfdən istiqlaliyyətin davamına çalışmaq 
ideyalarını ön plana çəkir. Müəllif həmçinin Azərbaycanın 
geosiyasi mövqeyini qiymətləndirməyə çalışır və  həmin 
şəraitə uyğun olaraq görüləsi işlər barədə mülahizələrini 
                     
46
 Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005, 
səh. 40. 
47
 Hacıbəyov Ü. Fitnələr qarşısında. Bakı, 1995, səh. 120. 
80 
 
bildirir: “Azərbaycanın coğrafi mövqeyi gözəldir. Rusiya 
Hindistana göz tikir. Bu yolu kəsmək üçün İngiltərə 
Azərbaycanın müstəqilliyini istəyir. Azərbaycan rus 
mühacirlərinin tapdağında qala bilər. İngiltərə yox, İttihadi-
islam, türk ittihadı isə  xəyaldır. Biz hürriyyətdə yaşamaq 
istəyirik.”
48
 
Azərbaycan Xalq Cümhuriyyəti cəmi iyirmi üç ay 
yaşasa da, onun mətbuatın fəaliyyəti üçün yaratdığı 
demokratik mühit, bərabər paritetlər, hər kəsin məfkurə  və 
özünüifadə azadlığının təmin edilməsi təcrübəsi tarixdə 
gözəl nümunə kimi qalmış, bu gün də uğurla istifadə olunan 
və beynəlxalq praktika ilə səsləşən məktəbə çevrilmişdir. 
Üçüncü dövr 1920-1985-ci illəri, yəni Azərbaycan 
Demokratik Respublikasının Rusiya tərəfindən yenidən 
işğal edilərək Sovet İttifaqının tərkibinə daxil edildiyi 
vaxtdan (28 aprel 1920-ci il) ölkənin həyatında başlanan 
aşkarlıq və yenidənqurma epoxasına (1985-ci il) qədər olan 
bir dövrü əhatə edir. Bu dövr Sovet hökumətinin qurulması, 
təşəkkül tapması, yeni dövlətin formalaşması, bu dövlətin 
yeni xarici siyasətinin həyata keçirilməsi, həmçinin bütün 
bu proseslərin fəal iştirakçısı olan sovet mətbuatının 
yaranması  və inkişafı, eyni zamanda kommunist partiyası 
senzurasının tam hökmranlığı dövrü kimi xarakterizə 
olunur.  
Sovet hökumətinin ilk illərində ölkədə 1000-ə  qədər 
qəzet və 753 jurnal nəşr edilirdi.
49
 Artıq 1934-cü ildə Sovet 
İttifaqında 8850 qəzet, 1762 jurnal, 74 radiostansiya, 1200 
radio qovşağı  fəaliyyət göstərirdi.
50
 O cümlədən, 
                     
48
 Qasımova A. “Qlobal geosiyasi məsələlərin mətbuatda 
işıqlandırılması” mövzusunda buraxılış işi. Bakı, 2005, səh. 28.  
49
 Ворошилов В.В. Журналистика. Убебник. 4-е издание. – СПб.: Изд-во 
Михайлова В.А., 2002, стр. 41.  
50
 Ворошилов В.В. Журналистика. Убебник. 4-е издание. – СПб.: Изд-во 
Михайлова В.А., 2002, стр. 56.  


81 
 
Azərbaycanda 1928-1930-cu illərdə 12 yeni qəzet, 1930-cu 
ildən 1933-cu ilədək isə 71 qəzet çıxmağa başlayır. 1934-cü 
ildə çoxtirajlı  qəzetlər də daxil olmaqla, respublikada nəşr 
olunan qəzetlərin sayı 196-ya, jurnalların sayı isə 30-a 
çatır.
51
 “Kommunist”, “Bakinski raboçi”, “Vışka”, “Gənc 
işçi”, “Molodoy raboçi”, “Ədəbiyyat və incəsənət” və s. 
mətbuat orqanları kommunist ideologiyasını təbliğ etməklə 
yanaşı, həyatımızın bütün sahələrini öz səhifələrində 
işıqlandırırdı.
52
  
Birpartiyalı sistemdə yeni siyasi quruluşun üstünlük-
lərinin izah olunması jurnalist fəaliyyətinin  əsas vəzifəsi 
kimi müəyyən edilmişdi. Dövri mətbuat sovet jur-
nalistikasının daxili və xarici qanunauyğunluqlarına 
söykənərək və  sərəncamında olan imkan və alətlərdən 
istifadə edərək (marksizm-leninizm ideologiyası 
çərçivəsində), məzmun etibarı ilə  cəmiyyətin həyatında 
bolşevik partiyasının  əvəzedilməz rolunu, Sovet İttifaqının 
xarici siyasətinin “humanistliyini”, xarici ölkələrlə “isti” 
qarşılıqlı əlaqələrini vəsf edirdi. Xarici siyasətin əsasını və 
bunun da məntiqi nəticəsi kimi, beynəlxalq həyat və 
beynəlxalq münasibətlər probleminin mətbuatda işıq-
landırılmasının qayəsini “ideya düşməni”nin mövcud 
olması və ona qarşı mübarizə aparılmasının vacibliyi təşkil 
edirdi. Bu tendensiya sovet mətbuatının yarandığı ilk 
günlərdən başlayaraq bütün dövrlərdə, o cümlədən 
repressiya,  İkinci Dünya müharibəsi və “soyuq müharibə” 
illərində, hətta 80-ci illərin ortalarına qədər yaşarlı 
olmuşdur. Bu dövrdə  həm mərkəzi KİV-də, həm də 
müttəfiq respublikaların kütləvi informasiya vasitələrində 
Sovet İttifaqının və kommunist partiyasının xarici ölkələrlə 
                     
51
 Hüseynov Ş. Mətbuatımızın ilk addımları. ADU elmi əsərlərin 
“Jurnalistika” seriyası. Bakı, 1971, № 3, səh.31.  
52
 Rüstəmov A.R. Jurnalistika. Bakı Universiteti nəşriyyatı. Bakı, 2005, 
səh. 44. 
82 
 
qarşılıqlı  əlaqələrinin işıqlandırılması üçün böyük həcmdə 
informasiyadan istifadə olunur və jurnalistika bu sahədə 
“əlindən gələni əsirgəmirdi”.  
Dördüncü dövr tarix baxımından o qədər də böyük 
olmayan bir zamanı  əhatə edir. 1985-ci ildə  cəmiyyətin 
həyatında başlayan siyasi aşkarlıq mühiti və SSRİ-nin 
tədricən süqutu (1991-ci il) prosesi amirlik sisteminin 
yeritdiyi totalitar siyasətin nəticələrinin açıq  şəkildə ifşa 
olunmasına, o dövrün kütləvi informasiya vasitələrinin 
xarakteristikasının obyektiv şəkildə müəyyən edilməsinə 
şərait yaradır. Bu dövr aşkarlıq, yenidənqurma və 
demokratiya  şüarlarının qəzet və jurnalların, radio və 
televiziyanın fəaliyyətinə  təsir dövrü kimi xarakterizə 
olunur. Çap olunan materialların, radio və televiziya veriliş-
lərinin məzmun və formalarında yeniliklər, Almatı, Tbilisi, 
Bakı hadisələrini, regiondakı  və dünyadakı münaqişə 
situasiyalarını, həmçinin xarici siyasət və beynəlxalq 
əlaqələri əks etdirən publikasiyalarda mövqe müxtəliflikləri 
özünü açıq  şəkildə büruzə verirdi. KİV söz azadlığının, 
plüralizmin əsas realizə vasitəsinə çevrilirdi. 
Bu dövrdə  KİV-lə bağlı  vəziyyət köklü şəkildə 
dəyişir. “Dövlətin və kommunist partiyasının 
monopoliyasında olan mətbuat öz sahibinin mütləq 
diqtəsindən imtina prosesini yaşayır. Bu, ... o cümlədən 
Azərbaycanın “Молодежь  Азербайджана”, “Kommunist” 
kimi nəşrlərin tematikasında özünü göstərir. ... Qeyri-formal 
təşkilatların yaranması ilə SSRİ-nin milli müstəqilliyə can 
atan bütün respublikalarında onların qəzetləri, jurnal tipli 
nəşrləri meydana gəlir. ... Mətbuat üzərində 70 il öz 
monopoliyasını saxlayan sovet sisteminin dağılması 
ehtimalını duyan qüvvələr və onların sivil dünya 
praktikasına söykənəcək KİV sistemi yaratmaq 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə