Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə17/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   100

67 
 
40-dan çox ölkəsində onun informasiyalarından istifadə 
edirdilər.  
1985-ci ildən sonra SSRİ-də başlayan yenidənqurma, 
aşkarlıq
24
, sovet cəmiyyətinin demokratikləşməsi prosesləri 
beynəlxalq münasibətlər sahəsində mövcud olan köhnə 
ideoloji ehkamların sındırılmasına və “soyuq 
müharibə”prinsiplərindən imtina edilməsinə  şərait yaradır. 
Ölkədə elan olunan yeni siyasi təfəkkürün formalaşması 
çağırışları  cəmiyyətin həyatında bütün istiqamətlərdə 
olduğu kimi, KİV-in beynəlxalq münasibətlərin işıqlan-
dırılması sahəsindəki fəaliyyətində  də ciddi dəyişikliklərə 
səbəb olur və bu istiqamətdə yeni meyarlar əmələ gəlir. 
Beynəlxalq münasibətlərdə qarşılıqlı inamın yaran-
ması, güc tətbiq edilməsindən imtina, qarşılıqlı iqtisadi 
yardımın göstərilməsi məsələləri kütləvi informasiya va-
sitələrinin materiallarının  ənənəvi məzmununda dəyişik-
liklər etdiyi kimi, onların geniş auditoriyaya təqdim edil-
məsində də yeni formaların yaranmasına səbəb olur. Xarici 
ölkələrlə yaradılan telekörpülər daha çox tamaşaçını əhatə 
edir. Bu illərin  publisistikası, məqalə  və oçerkləri 
müharibədən sonrakı dövrdə  cəmiyyətin həyatında, de-
mokratik yeniləşmə yolunda olan ciddi problemlərə diqqəti 
cəlb edən janrlar idi.  
 
 
 
 
                     
24
 Aşkarlıq – geniş tanışlıq və müzakirə üçün açıqlıq, əlyetərlilik; dövlət 
və ictimai təşkilatların fəaliyyətində maksimal şəffaflıq və düzlük, 
ölkənin mühüm problemlərinin demokratik surətdə  həllində ictimai 
rəyin təsirli və  fəal forması; rəhbərin dəyişməsi və yaxud da sosial-
iqtisadi  şəraitin təsiri ilə dövlət siyasətinin dəyişməsi. Bax: 
Современная  идеологическая  борьба:  Словарь / Сост.  С.И.Беглов. 
М., 1988, стр.61.  
 
68 
 
Azərbaycan jurnalistikasında beynəlxalq  
həyat mövzusu 
 
Ümumiyyətlə, bu mövzu jurnalistikada milli 
paritetlərlə  və ölkənin milli təhlükəsizliyi ilə vahid 
kontekstdə  nəzərdən keçirilir. Bu paritetlər isə tarixin 
müəyyən dövrlərində beynəlxalq münasibətlər
dövlətlərarası  əlaqələr kimi anlayışlarla sıx bağlı olur, 
dünyada və regionda gedən geosiyasi proseslərdən asılı olur 
və onların işıqlandırılması dövrün səciyyəvi 
xüsusiyyətlərinə uyğun olaraq KİV materiallarının məz-
mununa və yaradıcılıq amillərinə müəyyən korrektələr edir. 
Azərbaycan jurnalistikasında bu problemin tarixi köklərinin 
öyrənilməsini və mətbuatda izlənilməsini beş dövrə bölmək 
olar: 
 
I dövr – 1875-1918-ci illər. 
II dövr – 1918-1920-ci illər. 
III dövr – 1920-1985-ci illər. 
IV dövr – 1985-1991-ci illər. 
V dövr – 1991- ci ildən bu günə qədər olan dövr.  
 
Birinci dövr milli mətbuatın yaranmasından 
(“Əkinçi” qəzetinin nəşrə başlaması - 1875-ci il) Böyük 
Oktyabr sosialist inqilabınadək (1918-ci il) olan müddəti 
əhatə edir. Bu dövrdə çar Rusiyasının tərkibində olan 
Azərbaycanda “Əkinçi” (1875-1877), “Ziya” (“Ziyayi 
Qafqaziyyə”) (1879-1884), “Kaspi” (1881-1919), “Şərqi-
rus” (1903-1905), “Açıq söz” (1915-1918), “Kəşkül” (1883-
1891),
 “Həyat” (1906-1907), 
“Molla Nəsrəddin” (1906-
1931), “Babayi-Əmir” (1915-1916),
  “İrşad” (1906-1908), 
“Həqiqət” (1909-1910), “Tərəqqi” (1908-1909), 
“Füyuzat” 
(1906-1907), 
“Tazə  həyat” (1907-1908), 
“Tuti” (1914-
1917), “Zənbur” (1909-1910) kimi qəzet və jurnallar çap 


69 
 
olunurdu.
 
Bu mətbu nəşrlər milli oyanış  və özünüdərk 
proseslərində mühüm rol oynamışlar. 
XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqaz bir sıra 
Avropa ölkələrinin maraq dairəsinə daxil olsa da, regionda 
gedən siyasi proseslərdə əsasən iki dövlət – Rusiya və İran 
dominantlıq edirdi. Bu da onların coğrafi parametrləri ilə 
bağlı idi və ənənəvi geosiyasətin şərtləri ilə izah olunurdu. 
1828-ci ildə bağlanılmış Türkmənçay müqaviləsinə əsasən, 
Azərbaycanın iki hissəyə bölünməsi başa çatdırılmış, Şimali 
Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə  İranın 
tərkibinə qatılmışdı. Müstəmləkə siyasəti ölkənin həyatının 
bütün istiqamətlərində olduğu kimi, milli mətbuatın 
yaranması  və  fəaliyyəti sahəsində  də özünün qara izlərini 
buraxırdı. Həm informasiya qıtlığı, həm də çar rejiminin 
tətbiq etdiyi ciddi senzura milli mətbuatda siyasət, 
beynəlxalq münasibətlər və s. məsələlərin müstəqil  şəkildə 
işlənilməsinə və işıqlandırılmasına imkan vermirdi.  
Azərbaycanın ilk mətbu orqanı olan “Əkinçi” 
qəzetinə  də (22 iyul 1875-ci il) siyasi mövzuya toxunmaq 
qadağan edilmişdi. Milli qəzetlər,  ən yaxşı halda, yalnız 
Rusiya qəzetlərində verilmiş  məqalələrin surətini çap edə 
bilərdilər. Həsən bəy Zərdabi “Rusiyada əvvəlinci türk
25
 
qəzeti” məqaləsində yazırdı: “Əkinçi”yə ixtiyar vermişdilər 
ki, siyasi xəbərləri qeyri qəzetlərdən çap eləsin. Amma 
onların birisini də çap etməyə qoymadılar. ...Senzordan 
təvəqqe elədim ki, özü qeyri qəzetlərində siyasi xəbərləri də 
göstərsin ki, hansıları çap eləmək mümkündür. Ona da razı 
olmayıb, izin verdi ki, dövlət tərəfindən hər gündə  gələn 
telləri çap edim. ...onlardan seçib lazım olan qədərini də 
basdırmağa qoymadılar. Xülasə, siyasi xəbərləri basmaq 
mümkün olmadı. Jandarma ... hər gün məndən və 
“Əkinci”dən adsız donoslar göndərdilər. Jandarma tərə-
                     
25
 Azərbaycan 
70 
 
findən mənim üstümə qarovulçular qoyuldu. Onların birisi 
mənim rus qulluqçumun qardaşı adına gecələr mənzilimin 
içində yatırdı. Birisi də küçə qapısında durub mən hər tərəfə 
gedəndə  məni aparıb-gətirirdi. O vaxt mən hər gecə kluba 
gedib bilyard oynayırdım və jandarma polkovniki də  bəzi 
vaxtlar mənim ilə oynayırdı. Onunla belə  həhtədə bir neçə 
dəfə o polkovnik məni aparıb məndən cavab istəyirdi ki, 
doğrudurmu filan günü axşam filankəslərin yanına gedib, 
filan sözü demisən?”
26
  
XX  əsrin  əvvəllərində  əhalinin maarifləndirilməsini 
özünün ümdə  vəzifəsi hesab edən onlarla qəzet və jurnal 
nəşr olunurdu. Onların arasında demokratik mətbuatın ilk 
nümunəsi və Mirzə Cəlil Məmmədquluzadənin naşirliyi ilə 
çap olunan ilk satirik “Molla Nəsrəddin”  jurnalı  Şərqdə 
cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərə, Qərb 
ölkələrinin bu proseslərdə  iştirakına və münasibətinə aid 
daha cəsarətli materiallar dərc edirdi. 
Bu dövrdə regionda gedən siyasi prosesləri nəzarətdə 
saxlamaq və burada öz mövqelərini möhkəmləndirmək üçün 
bir sıra güclü dövlətlər bu ərazidəki ölkələri özlərinin nüfuz 
dairələrinə bölmüşdülər. Jurnal müəyyən forma və rubrika-
lardan istifadə edərək lakonik şəkildə Almaniyanın da 
bölgədə özünə istinadgah axtardığını diqqətə çatdırır. 
Jurnalın 1906-cı il 4-cü sayında “Molla Nəsrəddin”in gecə 
teleqramları” rubrikası altında “Berlin, 19 aprel- Germaniya 
dövləti islamlar ilə siğə qardaş oldu. Siğeyi-üxuvvət Qüdsi 
Xəlildə oxunacaqdır”
27
, həmin ilin 36-cı sayında isə 
“Teleqraf xəbərləri” rubrikasında “İstanbul - İran səfiri 
iranlıların qəbristan yerini almanlara altmış manata satdı.”
28
 
                     
26
 “Həyat” qəzeti, 28 dekabr 1905-ci il, № 129, 3 yanvar 1906-cı il, № 
2. Azərbaycan mətbuat tarixi antologiyası. I cild, Bakı. 2010, səh.40.  
27
 «Molla N sr ddin» 12 cildd , I cild-Bak : Elm, 1988, s h.43.  
28
 Yen  orada, səh.299. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə