Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə16/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   100

63 
 
Çinin ABŞ-a alternativ güc mərkəzinə çevrilməsi 
onun a) “üçüncü dünya” adından çıxış edə bilib-
bilməməsindən, b) Rusiya ilə partnyor və müttəfiq 
münasibətləri qurmasından və s.) Asiyada davamlı koalisiya 
(islam dövlətləri və Hindistanla) yarada bilməsindən çox 
asılıdır. 
2. Atlantika regionu. Proqnozlara görə, 2020-2025-ci 
illərdə iki güclü koalisiyanın – ABŞ-ın başçılıq etdiyi Sakit 
okean (Yaponiya və Çin cəlb olunmaqla) və  Avrasiya 
(Avropa və Rusiya) koalisiyaları meydana gələ bilər. Artıq 
Avropa və ABŞ arasında aşkar  şəkildə olmasa da, müna-
sibətlərin (xüsusilə  də enerji təhlüəkizliyinin təmin 
olunması sahəsində) bir qədər gərginləşməsi hiss olunur. 
Avropa  İttifaqının (Aİ) iqtisadi potensialı demək olar ki, 
ABŞ-ın iqtisadi potensialına bərabərdir və  Aİ-də vahid 
valyuta sisteminin yaradılması birləşmiş Avropanın iqtisadi 
imkanlarını xeyli artırır. Qeyd etmək lazımdır ki, dünya 
ticarətinin 40 %-i Avropanın payına düşür və bu, rəqabət 
baxımından olduqca ciddi bir göstəricidir. Avropa ASEM 
(Asia-Europe Meeting) çərşivəsində ASİB (Asiya-Sakit 
okean İqtisadi Birliyi), ACEAN və Şərqi Asiya ölkələri ilə 
sıx iqtisadi əməkdaşlıq əlaqələri yaradır.  
3.
 
1990-cı illərdə  Şərqi Avropada və keçmiş SSRİ 
ərazisində yaranmış yeni müstəqil dövlətlərin və yaxud 
ayrica regionların timsalında yeni aktyorların siyasi ön 
səhnəyə  çıxmaları, onların öz müstəqilliklərini qoruyub 
saxlamaları  məqsədi ilə konsolidasiya üçün göstərdikləri 
cəhdlər yeni güc mərkəzlərinin  (yeni region)  əmələ 
gəlməsinə şərait yarada bilər. 
Göründüyü kimi, çoxqütblülük hər şeydən əvvəl həm 
ayrı-ayrı güc mərkəzləri arasında, həm də bu mərkəzlərdəki 
daxili qarşılıqlı münasibətlərin mahiyyətinin başlıca trans-
formasiyasını ifadə edir. Bu münasibətlər getdikcə daha mü-
rəkkəb və çoxçalarlı xarakter alır, bir sıra konkret hadisələr-
64 
 
dən asılı olur. Buna görə  də  həmin münasibətlər çox-
variasiyalı  və  dəyişkəndirlər. Bəzən, bu münasibətlərdəki 
dəqiq qarşıdurma xətləri yox olur, hərbi, coğrafi  ərazi və 
digər aspektlərin rolu azalır, beləliklə  də dünya siyasətini 
müəyyən edən amillərin sayı artır. Getdikcə qeyri-ənənəvi 
parametrlər – iqtisadiyyat, maliyyə, kommunikasiya və 
informasiya sistemi, elmi-texniki inkişaf və s. amillər daha 
mühüm əhəmiyyət kəsb edir. 
 
Geosiyasi proseslərin və transmilli problemlərin sovet  
KİV-ində işıqlandırılması təcrübəsi 
 
 
Zənnimizcə, müasir dövrdə beynəlxalq aləmdə baş 
verən həddindən artıq mürəkkəb siyasi proseslərlə bağlı 
olaraq dünya KİV-i qarşısında duran ümumi, həmçinin 
Azərbaycan jurnalistikası qarşısında duran spesifik 
vəzifələri müəyyən etmək üçün beynəlxalq həyat və 
beynəlxalq münasibətlər probleminin sovet mətbuatında, o 
cümlədən  onun struktur elementlərindən biri olan 
Azərbaycan mətbuatında  işıqlandırılması  təcrübəsinin 
həm tarixi, həm də praktik aspektdən nəzərdən keçirilməsi 
faydalı olardı. 
Məlum olduğu kimi, kütləvi informasiya vasitələri 
XX  əsrdə özünün yüksək təşəkkülünü tapmışdır. Bu da 
ictimai inkişafla  əlaqədar olaraq obyektiv tələbata olan 
ehtiyacla, insanların dünyada baş verən proseslər, hadisələr 
və faktlar barədə daha çox bilgi almaq istəkləri ilə izah 
olunur. Xüsusilə, İkinci Dünya müharibəsindən sonra, yəni 
təsir dairələrinin güçlü dövlətlər arasında yenidən 
bölündüyü və “soyuq müharibə”nin başlandığı bir dövrdə 
həm dünya, həm də sovet jurnalistikası beynəlxalq 
münasibətlər problematikasına daha çox diqqət yetirməyə 
başlayılar. Bu da öz növbəsində  KİV-in strukturunda 
müəyyən dəyişikliklər etməyə, kütləvi auditoriyaya 


65 
 
çatdırılan materialların məzmununa, üslub və xarakterinə 
yeni səciyyəvi çalarlar verməyə bilməzdi. 
1961-ci ildə sovet KİV sistemində yeni “Novosti” 
Mətbuat Agentliyi (Агентство  печати  “Новости” - 
АПН) fəaliyyət göstərməyə başlayır. Agentliyin 100-dən 
çox ölkədə nümayəndəliyi var idi və xaricdə 45 dildə 2 mln. 
nüsxə tirajla jurnal, qəzet və mətbuat bülletenləri çap edirdi. 
130 ölkədə, ingilis, fransız, alman, ispan və ərəb dillərində 
təxminən 1 mln. nüsxə ilə  “Moskovskie novosti” 
(“Московские  новости”)  qəzeti, 7 dildə yarım milyon 
nüsxə ilə illüstrasiyalı ayliq “Sputnik” (“Спутник”) 
daycesti çap olunurdu. 80-ci illərin ortalarından  “SİTA” 
(“TACC”) öz fəaliyyətini daha da genişləndirir. Onun 14 
respublikada yerli agentlikləri, 6 şöbəsi və Rusiya 
Federasiyasında 72 müxbir məntəqəsi var idi. Agentlik 110 
xarici ölkədən məlumatlar təqdim edirdi. 
Müharibədən sonrakı illərdə (xüsusilə 1960-1980-ci 
illər) sovet jurnalistikasının beynəlxalq münasibətlər 
problematikasında SSRİ-nin egidası altında dünya sosializm 
sisteminin inkişafı, sosialist ölkələrinin iqtisadi və  hərbi 
bloklarının möhkəmlənməsi məsələlərinə geniş yer ayrılırdı. 
 Əfqanıstan hadisələri ilə əlaqədar olaraq (1979-1988-
ci illər) kütləvi informasiya vasitələri sovet qoşunlarının bu 
ölkədəki kontingentinin beynəlmiləl missiyası haqqında 
məqalə, korrespondensiya, müsahibə  və oçerklər çap edir, 
televiziya və radio proqramlarında reportajlar hazırlanıb 
geniş auditoriyaya təqdim edilirdi. Lakin bu materiallar 
jurnalist yaradıcılığı baxımından əksər tələblərə cavab versə 
də, onların məzmunu obyektiv xarakter daşımırdı. 
Hadisələrin  əsl səbəbi, gedişi, xüsusilə  də itkilər 
oxuculardan, tamaşaçı və dinləyicilərdən gizlədilirdi.  
KİV-in beynəlxalq problematikaya həsr olunmuş 
materiallarının məzmunu, xüsusilə də sosialist düşərgəsinin 
itkiləri sovet jurnalistikasının yaradıcı pafosuna, sovet həyat 
66 
 
tərzinin rəsmi fasadına çevrilmiş “inkişaf etmiş sosializm” 
cəmiyyətinin nailiyyətlərinin təbliği ilə uzlaşmırdı. Həmin 
illərin publisistikası öz parlaqlığı, çoxçalarlığı, bədiiliyi və 
anlaqlığı ilə seçilsə  də, dünyanın, o cümlədən, ölkənin 
ictimai-siyasi və iqtisadi həyatında baş verən ziddiyyətli 
proseslər jurnalistikada adekvat işıqlandırılmırdı. 
 1980-ci illərin sonuna yaxın beynəlxalq həyat məsə-
lələrini işıqlandıran qəzetlərin tirajı xeyli artır. Məsələn, 
“Arqumentı i faktı” (“Аргументы  и  факты
”) 
qəzetinin 
tirajı 1990-cı ildə rekord həddə - 34 mln. nüsxəyə çatır. 
“Komsomolskaya pravda” (“Комсомольская правда”) 
20,3 mln., “Trud” (“Труд”) 20 mln. nüsxə ilə çap 
olunmağa başlayır. Bütövlükdə, 1987-1990-cu illərdə dövri 
mətbuatın həcmi 10 % artmışdı.
23
  
İnformasiya agentliklərinin də  fəaliyyəti  əhəmiyyətli 
dərəcədə genişlənir. 1991-ci ildə artıq “SİTA”-nı (“TACC”) 
dünya ölkələri ilə bağlayan 336 teleqraf və 180 telefon 
əlaqəsi kanalı fəaliyyət göstərirdi. Xarici ölkələrin 600-dən 
çox informasiya agentliyi, 115 ölkədən qəzet və jurnal 
redaksiyaları bu agentliyin abunəçiləri idilər.  
“SİTA”-dan əlavə, təkcə APN (АПН) ölkə daxilində 
20, xarici ölkələrdə isə 120 müxbir məndəqəsinə malik idi. 
1990-cı ilin iyul ayında APN-nin bazasında “Novosti” 
Dövlət  İnformasiya Agentliyi (Государственное  инфор-
мационное  агентство  “Новости”  АПН-ИАН) yaradılır. 
1989-cu ildə ilk müstəqil, rəsmi nöqteyi-nəzəri deyil, öz 
mövqeyini ifadə edən  “Postfaktum” (“Постфактум”)   
“İnterfaks” (“Интерфакс”) agentlikləri fəaliyyətə 
başlayır. İlkin dövrlərdə xüsusilə “İnterfaks”-ın materialları 
öz populyarlığı ilə seçilirdi və artıq 1990-cı ildə dünyanın 
                     
23
  Вачнадзе  Г.  Секреты  прессы  при  Горбачеве  и  Ельцине. – М., 
1992  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə