Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə19/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   100

75 
 
fikrinin formalaşmasında böyük rolu olmuşdur. Bakı  şəhər 
bələdiyyəsi tərəfindən jurnala siyasi mövzuda məktub
felyeton, mükalimə, teleqram, şəkil və s. materiallar dərc 
etməyə icazə verilmişdi.  
Hələ özünün 1-ci nömrəsində yazdığı kimi, “dünyanın 
... şuluq vaxtında ərsəyə gələn”
36
 jurnal öz dövrünün siyasi 
hadisələrini (1917-ci il fevral burjua inqilabı  və s.) tam 
obyektivliklə  işıqlandıra və qiymətləndirə bilməsə  də, bəzi 
güclü ölkələrin mütləqiyyət üsuli-idarəsinə qarşı  kəskin 
çıxışları, “azadlıq”, “hürriyyət”, “ədalət”, “müsavat” və s. 
Anlayışlarla bağlı nümayiş etdirdiyi mövqeyi ilə diqqəti 
cəlb edir. Hətta jurnalda fevral burjua inqilabından sonrakı 
dövrdə seçki sistemindəki gülünc vəziyyət də istehza ilə 
tənqid edilir.  
“Tuti”də çap olunan mükalimələr həm o dövrdəki 
ideoloji fəaliyyətin istiqamətlərinin müəyyən edilməsinə
həm də siyasi əhəmiyyəti olan problemlərin (o cümlədən, 
beynəlxalq) mahiyyətinin açılmasına  şərait yaradır. “Molla 
ilə Molla Günə” arasında olan söhbət fikrimizi təsdiq edir:  
“Molla Günə: - Xəbərin var, molla əmi? 
Molla: - Nədən? 
Molla Günə: - Hacı Vilhelm İstambula gəlir ki, 
panislamizmi düzəltsin! 
Molla: - Panislamizmi nədir? 
Molla Günə: - Panislamizm, yəni “ittihadi-islam. Başa 
düşdünmü? 
Molla: - Başa düşdüm, ancaq qanmadım nə üçün 
...”
37

 
Bu mükalimədə həm Almaniyanın islam dini ilə bağlı 
yeritdiyi siyasət, həm də müsəlman ölkələri arasında olan 
ziddiyyətlər öz əksini tapır.  
                     
36
 “Tuti” jurnalı, dekabr 1914-cü il, № 1. 
37
 “Tuti” jurnalı, 15 noyabr 1915-ci il, № 44. 
76 
 
Jurnal imperialist dövlətlərin qəsbkarlıq siyasətinin 
ifşa edilməsinə, bu siyasətin mürtəce xarakterinin xalqa izah 
edilməsinə çalışırdı. “Şeir-meir” (Ə.Razi) və “Keyfim 
gələndə” (C.Bünyadzadə) başlıqlı felyetonlarda 
müstəmləkəçilik siyasəti ciddi tənqid atəşinə tutulur
38
.  
Jurnal 14 yanvar 1917-ci il tarixli sayında yazırdı: 
“Bu günkü cahan davasında ən çox fayda aparan məmləkət 
Amerika cümhuriyyətidir.  İki ilyarımlıq davada bu 
məmləkətə 30 milyard dollardan artıq qızıl gəlmişdir. Bu isə 
bütün dünyadakı  qızılın üçdə biri olur. Bu məmləkətin 
həmin dava münasibətilə günü-gündən sərvəti artır”
39
.  
Mürəkkəb ictimai-siyasi bir şəraitdə buraxılan “Tuti” 
jurnalı  cəmiyyətdəki sosial-siyasi problemləri də  cəsarətlə 
tənqid edir və bu problemlərin həlli üçün cəmiyyətin 
əsasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini 
diqqətə çatdırırdı.  
Öz ideya-siyasi istiqamətinə görə “Molla Nəsrəddin”ə 
çox yaxın olan, onun siyasi xəttini cəsarətlə müdafiə edən 
və prinsiplərinə uyğun fəaliyyət göstərən “Zənbur”
 
satirik 
jurnalı (1909-1910-cu illərdə
 
Bakı
 
şəhərində  nəşr 
olunmuşdur) Yaxın  Şərq ölkələrinin həyatını, xüsusilə  də 
Türkiyə və İranda baş verən ictimai-siyasi prosesləri, Qərb 
ölkələrinin regiondakı maraqlarını diqqətlə izləyir, 
yeritdikləri siyasətin həqiqi mahiyyətini izah edən maraqlı 
məqalə və şəkillər dərc edirdi.  
 Çar  Rusiyası  və  İngiltərənin üzərində “zayom” sözü 
yazılmış gözəl qadın surətində  təsvir olunmuş  əjdahanın 
üstündə oturmaları, Almaniyanın da dırmaşıb orada özünə 
yer axtarması  şəkli bu ölkələrin  İrana “yardımı”nın  əsl 
məğzini açır
40
. Başqa bir şəkildə Məhəmmədəli sahın qanlı 
                     
38
 “Tuti” jurnalı, 22 iyun 1917-ci il, № 20.  
39
 Axundov N. Azərbaycan satirik jurnalları (1906-1920-ci illər). Bakı, 
1968, səh.99. 
40
 “Zənbur” jurnalı, 26 fevral 1910-cu il, № 5. 


77 
 
əllərini yuması,  İngiltərənin onun əlinə su tökməsi, 
Rusiyanın  şaha sabun verməsi, Türkiyənin isə ona dəsmal 
uzatması təsvir olunur
41
.  
Jurnalda çap olunmuş “İstambulda iğtişaş”
42
, “1905-ci 
ilə  qədər” və  “1905-ci ildən sonra”
43
, “Məşrutə  mərəzi”
44

“Lyaxov və  Məmmədəli”
45
 adlı  şəkillər də dövrün siyasi 
proseslərini izləmək baxımından diqqəti cəlb edir. 
 Ümumiyyətlə, birinci dövrdə  nəşr olunan qəzet və 
jurnalların materialları ilə tanışlıq belə bir nəticəyə gəlməyə 
əsas verir ki, həm informasiya qıtlığı, həm də çar rejiminin 
ciddi senzurası milli mətbuatda xarici siyasət və beynəlxalq 
həyat problemlərinin müstəqil  şəkildə  işıqlandırılmasına 
imkan vermirdi. Lakin bu dövrün qəzet və jurnalları satira 
üslubundan istifadə edərək,  əsasən də kiçik informasiya 
materiallarında və satirik şeirlərdə birinci dünya müharibəsi
Rusiyanın bu müharibədə iştirakı, yeritdiyi müstəmləkəçilik 
siyasəti, xarici ölkələrlə qarşılıqlı münasibətləri və bütün bu 
proseslərin Azərbaycana təsiri məsələlərini, həmin dövrdə 
yaşayan insanların dünyagörüşlərnə  və dünyanı  dərketmə 
səviyyələrinə uyğun tərzdə əks etdirməyə nail olmuşlar. 
İkinci dövr 1918-1920-ci illəri  əhatə edir. Bu dövr 
Yaxın  Şərqdə ilk demokratik dövlət olan Azərbaycan 
Demokratik Respublikasının 
(Azərbaycan Xalq 
Cümhuriyyəti) yaranması və mövcudluğu ilə bağlıdır. ADR 
27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli 
Şurası  tərəfindən bəyan edilmiş,  İrəvan  şəhəri və 
quberniyanın əraziləri ermənilərə güzəştə gedildikdən sonra 
1918-ci il mayın 28-də özünün müstəqilliyini elan etmişdir.  
                     
41
 Yenə orada, 8 may 1909-cu il № 9. 
42
 Yenə orada, 10 aprel 1909-cu il, № 5. 
43
 Yenə orada, 16 iyun 1910-cu il, №25. 
44
 Yenə orada, 7 aprel 1909-cu il, № 6. 
45
 Yenə orada, 22 may 1909-cu il, №11. 
78 
 
Azərbaycan Xalq Cümhuriyyəti özünün ikiillik 
fəaliyyəti dövründə  mətbuatın inkişafına da xüsusi diqqət 
yetirmişdir. Həmin
 
dövrdə söz və mətbuat azadlığını təsbit 
edən bir sıra hüquqi sənədlər qəbul edilmişdi. Xüsusilə də, 
1919-cu ilin oktyabr ayında qəbul olunmuş “Mətbuat 
haqqında nizamnamə” sosial və siyasi yönümündən asılı 
olmayaraq, bütün mətbu nəşrlərin normal fəaliyyət 
göstərməsi üçün demokratik şərait yaratmışdı.  
Azərbaycan hökuməti rəsmi mətbuat orqanının 
yaradılması  məqsədilə 1918-ci il sentyabrın 3-də 
“Azərbaycan” qəzetinin nəşri ilə bağlı  qərar qəbul edir. 
Qəzet Azərbaycan və rus dillərində əvvəlcə Gəncədə, 1918-
ci ilin 15 sentyabrında Xalq Cümhuriyyəti hökuməti Bakıya 
köçdükdən sonra isə paytaxtda çap edilirdi. Qəzetin 
Azərbaycan variantının redaktoru Ceyhun və Üzeyir 
Hacıbəyli qardaşları, rusca nəşrin redaktoru isə  Şəfi bəy 
Rüstəmbəyli idi. 
1919-20-ci illərdə Bakı, Gəncə  və digər  şəhərlərdə
 
129 qəzet və jurnal (“Açıq söz”, “Bəsirət”, “Kaspi”, 
“İttihad” və s.) nəşr olunurdu. Bu qəzet və jurnallar azadlıq 
ideyalarının inkişaf etdirilməsi, müstəqilliyin 
möhkəmləndirilməsi prosesində fəal iştirak edirdilər.  
Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi 
“İstiqlaliyyət bəyannaməsi”ndə AXC-nin bütün millətlərlə, 
xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban 
münasibətlər yaratmaq əzmində olması öz əksini tapır. 
Bəyannamənin bu bəndi AXC-nin xarici siyasət 
strategiyasını müəyyən edir. AXC-nin daxili və xarici 
siyasətinin  əsasını hürrüyyət, sülh və demokratiya təşkil 
edirdi.  
Bu dövrdə regionda olduqca mürəkkəb geosiyasi 
şərait mövcud idi. Çarizmin devrilməsi ilə Qafqazda 
müstəqil dövlətlər yaranmışdı. Birinci Dünya müharibəsi 
başa çatdıqdan sonra iri dövlətlər dünyanı yenidən 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə