Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə15/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   100

59 
 
“fundamental geosiyasi dualizmdən” dəyişən geosiyasi 
reallıqlara keçirirlər. Demək olar ki, kütləvi informasiya 
vastələrinin çıxışlarında siyasi, iqtisadi və demoqrafik 
motivlər getdikcə daha əhəmiyyətli yer tutmağa başlayır. 
 Beləliklə, geosiyasətdə, o cümlədən onun ruporu olan 
kütləvi informasiya vastələrinin beynəlxalq mövzuya aid 
materiallarının məzmununda faktiki olaraq sakit inqilab baş 
verir.  Əgər  əvvəllər mətbuatda dövlətin xarici siyasətinin 
fəallığının  əsas motivi kimi onun coğrafi vəziyyətlə izah 
olunan maraqları ön plana çəkilirdisə  və müstəsna olaraq 
böyük dövlətlər məqalələrin obyekti kimi götürülürdüsə, 
indi beynəlxalq cəmiyyətin bütöv məkan-siyasi təşkili 
məsələləri, ayrı-ayrı dövlətlərin və regional strukturların 
transformasiyası, xüsusilə  də  Şimal – Cənub münasibətləri 
ön plana çıxır. Bundan əlavə, diqqət dünyanın müxtəlif 
nöqtələrində “böyük dövlətlər klubu” çərçivəsində inkişafa 
və yeni “güc mərkəzlərinin” yaranması  məsələlərinə 
yönəldilirdi. 
1960-1970-ci illərdə “geosiaysət” anlayışı kütləvi 
informasiya vastələrində  daha geniş mövqelərdən  şərh 
olunmağa başlayır. Konkret təbii-iqlim zonalarına aid olan 
dövlətlərin üstünlüyü ideyası inkişaf etdirilir. H.Kissincerin 
“beşqütblülük”» konsepsiyası jurnalistikada gücün Şimalda 
cəmləşməsi fikrini əsaslandırmaq üçün geniş istifadə 
olunurdu (H.Kissincer dünya arenasında beş güc mərkəzini 
əsas oyunçular hesab edirdi – ABŞ, SSRİ, Birləşmiş 
Avropa, Yaponiya və Çin. Çinin Şimala aid edilməsi bir 
qədər inandırıcı görünmür). 
1970-ci illərdə mətbuatda çoxqütblü dünya nizamı 
ideyasına daha tez-tez müraciət edilir. Bu ideya xüsusilə 
Qərb mətbuatında (Avropa) ABŞ-ın dönmədən 
“zəifləməsi”, Qərbdə  və  Şərqdə yeni alternativ güc 
mərkəzlərinin yaranması ilə bağlı idi.  
60 
 
Eyni zamanda, həm sahə elmində, həm də kütləvi in-
formasiya vasitələrində  güclü dövlət parametrləri yeni 
mövqedən nəzərdən keçirilirdi. Dünya iqtisadiyyatının 
beynəlmilləşməsi, daha sonra isə qloballaşması, həmçinin 
güc göstəricisi olan təbii ehtiyatlar artıq elə  də mühüm rol 
oynamırdı. Çünki, elmi-texniki inkişaf, o cümlədən hərbi 
təchizat sahəsindəki nailiyyətlər artıq landşaft (geniş  ərazi, 
meşə, dağ, çay, dəniz və s.) amilini xeyli zəiflətmişdi. 
Dövlətin geosiyasi gücü qiymətləndirilərkən hərbi, 
demoqrafik və maddi resurslarla mənəvi resurların (ictimai 
təminat) məcmusu  əsas götürülürdü. Bu da geosiyasi 
məqsədlərə nail olunmasında mənəvi resurslardan 
istifadənin  (ictimai təminat, o cümlədən informasiya 
təminatı
21
 – KİV vasitəsi ilə) böyük əhəmiyyət kəsb etməsi 
ilə bağlı idi. 
1980-ci illərin sonu – 1990-cu illərin başlanğıcında 
həm geosiyasət, həm də kütləvi informasiya vasitələri 
beynəlxalq sistemdəki transformasiyaların və geosiyasi 
dəyişikliklərin miqyasını proqnozlaşdırmaqda bir növ 
acizlik göstərirlər. Çünki, bu dövrdə “dünya nizamı” 
                     
21
 
İctimai rəyin formalaşdırılması, informasiya təminatı 
texnologiyalarının mürəkkəbliyinə, çəkilən xərclərin və göstərilən 
səylərin həcminə görə  hərbi-sənaye komplekslərində istifadə olunan 
texnologiyalarla müqayisə etmək olar. ABŞ xarici siyasətinin 
informasiya təminatı sisteminin başında  ABŞ  İnformasiya Agentliyi 
(USİA) durur. USİA Dövlət Departamentinin tərkib hissəsidir və o
“Amerikanın səsi”, “Azadlıq radiosu/Azad Avropa”, “Marti Radio və 
Televiziyası”, “Uorld Televijn” və “Azad Asiya Radiosu” televiziya və 
radio verilişləri korporasiyalarının fəaliyyətlərinə rəhbərlik edir. USİA-
nın 5 min ştat işçisi vardır və onun illik büdcəsi 1 mlrd. ABŞ $-ıdır. 
Təkcə bu rəqəmlər ABŞ-ın öz xarici siyasətinin ictimai və informasiya 
təminatına
 
nə  qədər mühüm əhəmiyyət verdiyini sübut edir. Müasir 
dövrdə ABŞ özünün
 
geosiyasi məqsədlərinə nail olmaq üçün ictimai 
fikrin formalaşdırılmasında informasiya sistemlərinin istifadəsi 
sahəsində şəksiz liderdir.  


61 
 
kateqoriyasının geosiyasi təhlili lokal və regional konfliktlər 
mövzusunu gündəlikdən sıxışdırıb çıxarır.  
Bu dövrdə  baş verən dəyişikliklər, SSRİ-nin süqutu 
ikiqütblülüyün dağılmasına və keyfiyyətcə yeni beynəlxalq 
münasibətlər sisteminə keçidin əsasını qoyur. Z.Bjezinski 
(SSRİ-nin dağılması modelinin müəllifi)
22
 dünya 
siyasətində  və iqtisadiyyatında Amerika Birləşmiş 
Ştatlarının unikal imkanlar qazandığını bildirir və ABŞ-ın 
«dünyanın birinci və yeganə güclü dövlətinə çevrildiyini» 
göstərir. 
Hazırkı dövrdə  KİV materiallarında uniqütblülük 
konsepsiyası  əsas yer tutur. Biopolyar dünyanın «sovet» 
qütbünün çökməsi ilə beynəlxalq sistem təkqütblü sistemə 
çevrilir. Burada isə əsas yer ABŞ-a ayrılır. 
Lakin həm geosiyasətçilər, həm də bu mövzunu işıq-
landıran KİV nümayəndləri arasında belə bir fikir də hökm 
sürür ki, amerikanosentrik təkqütblülük ideyası bir qədər 
şişirdilmiş ideyadır. Hesab edirlər ki, Amerikanın üstünlüyü 
uzunmüddətli perspektivdə o qədər də inandırıcı görünmür.  
Dünya geosiyasətində baş verən son proseslər və 
onların kütləvi informasiya vasitələrində  şərhi göstərir ki, 
benyəlxalq münasibətlər sistemi getdikcə  “unimultipolar 
sistem” (biryarımqütblü sistem) şəklini alır. Məsələn, ABŞ 
çox zaman ikitərəfli, regional və digər münasibətlərdə 
hegemon dövlət kimi hərəkət edir, lakin mütləq dünya lideri 
kimi özünü tam təsdiq edə bilmir. Çünki, hətta ABŞ kimi 
                     
22
 Brzezinski Z. and Huntington P. Political Power: USA-USSR. 
Similarties and Contraste Convergence or Evolution. The Viking Press, 
1964; Brzezinski Z. Game Plan. A Geostrategic Framework for the 
Conduct of the US.-Soviet Contast. Boston/New York: The Atlantic 
Monthly Press, 1986.;
 
Бжезинский З. Великая шахматная доска. М., 
1998. 
 
62 
 
güclü bir ölkə bu yükü iqtisadi, siyasi, hərbi və  mənəvi 
baxımdan təkbaşına çəkə bilməz. Müasir dünya nizamına 
görə, geosiyasi aksiyaları həyata keçirmək üçün ona ən azı 
bəzi dövlətlərin siyasi (böyük dövlətlərin və beynəlxalq 
təşkilatların verdiyi mandat) və  mənəvi dəstəyi mütləq 
lazımdır.  
KİV tanınmış politoloqların, diplomatların və dövlət 
xadimlərinin cəlb olunması yolu ilə  “biryarımqütblü 
sistem”  sxemini  şərh edərək beynəlxalq münasibətlərin 
gəlcəkdə ən azı iki istiqamətdə inkişafını proqnozlaşdırır: 
 
1.
 
Yeni ikiqütblülüyə doğru hərəkət  (mövcud güc 
mərkəzlərinin koalisiyasının və yaxud da onlardan birinin 
bazasında yeni fövqəldövlətin yaranması ilə).  
2.
 
Çoxqütblülüyün meydana gəlməsi (güc mərkəz-
lərinin təməl parametrləri ilə ölçülən sərbəst oyun 
nəticəsində).  
 
Yeni ikiqütblülük şəraitində  üç istiqamətdə güc 
mərkəzlərinin yaranması ehtimal olunur: 
1. Asiya-Sakit okean regionu (ASR). Əgər Çin ciddi 
daxili münaqişələrdən qaça bilsə, paralel olaraq hərbi güc 
də daxil olmaqla, stabil iqtisadi inkişaf tempini (1980-ci 
illərdə  və 1990-cı illərin birinci yarısında olduğu kimi) 
qoruyub saxlaya bilsə, XXI əsrin ilk rübünün sonlarında 
artıq ABŞ üçün ciddi rəqibə çevrilə bilər (heç olmasa, ASR 
regionunda). Bu zaman rəqabət səhnəsi Atlantika və 
Avropadan Asiyaya və Sakit okean regionuna keçə bilər. 
Rəqabətin ilkin elementləri artıq görünməkdədir. ABŞ 
Çində insan hüquqlarının pozulması, uyğur, Tibetin 
müstəqilliyi və s. məsələləri qaldırır. Həmçinin, Çinin 
Şimali Koreya və Yaponiya ilə münasibətləri və s. 
məsələlər də müxtəlif səviyyələrdə müzakirə obyektinə 
çevrilir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə