Hərbi vəzifə və hərbi xidmət haqqında



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə1/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
  1   2   3   4   5   6   7   8   9   ...   25
Herbi vezife



Hərbi vəzifə və hərbi xidmət haqqında 
Azərbaycan Respublikasının Qanunu 
Bu Qanun 
Azərbaycan Respublikası Konstitusiyasının
 94-cü maddəsinin I hissəsinin 18-
ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə və Azərbaycan 
Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə 
həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi sahəsində hərbi vəzifənin və hərbi 
xidmətkeçmənin hüquqi tənzimlənməsi qaydalarını müəyyən edir. 
1-
ci fəsil. Ümumi müddəalar 
Maddə 1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik 
1.1. Hərbi vəzifə və hərbi xidmət haqqında qanunvericilik 
Azərbaycan Respublikası 
Konstitusiyasından
, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan 
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 
1.2. Səfərbərlik üzrə hərbi vəzifələrin yerinə yetirilməsi məsələləri «
Azərbaycan 
Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında
» Azərbaycan 
Respublikasının Qanunu və «
Hərbi xidmətkeçmə haqqında
» Əsasnamə ilə tənzimlənir. 
Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 
2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 
2.0.1. hərbi vəzifə — qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan 
Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi 
xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, 
toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə 
yetirilməsidir; 
2.0.2. hərbi xidmət — dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan 
Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə 
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan 
Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin 
həyata keçirdikləri xidməti fəaliyyətdir; 
2.0.3. ehtiyatda xidmət — toplanışlar keçmək və müharibə zamanı səfərbərlik 
üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; 
2.0.4. hərbi uçot — Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və 
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa 
silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və 


hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş 
qaydada siyahıya alınmasıdır; 
2.0.5. hərbi qeydiyyat — həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədilə 
bütün çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanında 
müəyyən olunmuş qaydada qeydiyyata alınmasıdır; 
2.0.6. hərbi uçot ixtisası — Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və 
ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa 
silahlı birləşmələrdə həqiqi hərbi xidmətə çağırılmalı olan (və ya qəbul edilməsi 
mümkün olan) şəxslərin hərbi ixtisaslar üzrə istifadəsi mümkünlüyünün 
müəyyənləşdirilmiş qeydiyyatıdır; 
2.0.7. çağırışaqədər yaş həddində olan vətəndaşlar — ilkin hərbi qeydiyyata 
alınma yaş həddində olan Azərbaycan Respublikasının vətəndaşları; 
2.0.8. çağırışçılar — ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli 
həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək Azərbaycan 
Respublikasının kişi cinsli vətəndaşları; 
2.0.9. hərbi qulluqçular — həqiqi hərbi xidmətdə olan şəxslər; 
2.0.10. hərbi vəzifəlilər — ehtiyata keçirilmiş Azərbaycan Respublikasının 
vətəndaşları; 
2.0.11. hərbi vəzifəli olmayanlar — hərbi qeydiyyata götürülməli olmayan və ya 
hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya buraxılmış Azərbaycan 
Respublikasının vətəndaşları. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə