Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə4/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   2   3   4   5   6   7   8   9   ...   25
Herbi vezife

Maddə 7. Vətəndaşların hərbi qeydiyyat üzrə vəzifələri 
7.1. Hərbi vəzifəlilər ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə 
hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 
7.2. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə 
yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmalı və olduğu yer üzrə hərbi qeydiyyata 
durmalıdırlar. 
7.3. Hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən 10 gün müddətində hərbi 
qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidirlər. 
Maddə 8. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının, təşkilatların və vəzifəli 
şəxslərin hərbi qeydiyyat üzrə vəzifələri 
8.1. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər müvafiq 
icra hakimiyyəti orqanının müraciətinə əsasən hərbi vəzifəlilərin və çağırışçıların 
müvafiq icra hakimiyyəti orqanına çağırılması barədə onlara məlumat verməli və onların 
çağırış üzrə vaxtında gəlməsinə köməklik göstərməlidirlər. 
8.2. Müvafiq icra hakimiyyəti orqanı: 
8.2.1. hərbi vəzifəliləri və çağırışçıları yalnız onların hərbi qeydiyyat sənədlərində 
hərbi qeydiyyata qəbul və ya hərbi qeydiyyatdan çıxarma barədə müvafiq icra 
hakimiyyəti orqanının qeydləri olduğu təqdirdə yaşayış yeri üzrə qeydiyyata 
almalı və ya qeydiyyatdan çıxarmalı; 
8.2.2. vətəndaşların hərbi xidmətə (toplanışlara) çağırılmasında, vətəndaşların 
hərbi qeydiyyat qaydalarına əməl etməsinə nəzarət olunmasında və hərbi 
vəzifəlilər və çağırışçılar sırasından müəyyən edilmiş hərbi qeydiyyat qaydalarını 
pozan vətəndaşların aşkara çıxarılmasında müvafiq icra hakimiyyəti orqanına 
köməklik göstərməli
8.2.3. hərbi vəzifənin icrasından boyun qaçıran şəxsləri aşkar etməlidir. 


8.3. Müvafiq icra hakimiyyəti orqanı hərbi vəzifəlilərin və çağırışçıların öz soyadının, 
adının, atasının adının dəyişdirilməsinin, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında 
onların doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsinin, habelə bu şəxslərin 
ölümünün qeydiyyatı barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində 
məlumat verməlidir. 
8.4. Cinayət təqibini həyata keçirən orqanlar barəsində cinayət işi başlanılmış 
çağırışçılara dair onların qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün 
müddətində məlumat verməlidir. 
8.5. Cəzanı icra edən müəssisə və orqanlar hərbi vəzifəlilər və çağırışçılar haqqında 
məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə müvafiq icra hakimiyyəti orqanına 7 
gün müddətində məlumat verməlidirlər. 
8.6. Tibbi-sosial ekspert komissiyaları sağlamlıq imkanları məhdud olmuş və ya əlil 
sayılmış bütün çağırışçılar və hərbi vəzifəlilər barəsində onların hərbi qeydiyyatda 
olduğu müvafiq icra hakimiyyəti orqanına 7 gün müddətində məlumat verməlidirlər. 
8.7. Mənzil-istismar təşkilatlarının və yaşayış sahələrinə xidmət edən digər idarəedici 
təşkilatların rəhbərləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya ixtisaslaşmış 
istehlak kooperativi, bunlar olmadıqda, binanın sahə mülkiyyətçiləri hərbi vəzifəli və ya 
çağırışçı olan sakinlər barədə tələb olunan məlumatları onların hərbi qeydiyyata alınması, 
hərbi qeydiyyatdan çıxarılmasının rəsmiləşdirilməsi və ya hərbi qeydiyyat məlumatının 
dəqiqləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına vaxtında təqdim etməli, habelə 
müvafiq icra hakimiyyəti orqanına çağırılmaları barədə çağırışçılara və hərbi vəzifəlilərə 
vaxtında məlumat verməlidirlər. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə