Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 5. İlkin hərbi qeydiyyata alma komissiyaları



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə3/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   2   3   4   5   6   7   8   9   ...   25
Herbi vezife

Maddə 5. İlkin hərbi qeydiyyata alma komissiyaları 
5.1. Vətəndaşların müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınması 
üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı tərkibdə ilkin hərbi 
qeydiyyata alma komissiyaları yaradılır: 
5.1.1. komissiyanın sədri — müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 
5.1.2. komissiyanın üzvləri — həkim mütəxəssislər. 
5.2. Rayon, şəhər, şəhərdə rayon ilkin hərbi qeydiyyata alma komissiyasının fərdi 
tərkibini müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı ilə 
razılaşdırmaqla təsdiq edir. 
Maddə 6. Vətəndaşların ilkin hərbi qeydiyyata alınması 
6.1. Hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan 
Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə müvafiq icra 
hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalıdırlar. 
6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən 
onların hərbi xidmətə yararlılığını müəyyən etmək məqsədi ilə müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi 
müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə 
edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab 
edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb 
müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 
6.3. Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi 
formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin 
qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və 
təşkilatlar, onların filial və nümayəndəlikləri, o cümlədən təhsil müəssisələri (bundan 
sonra — təşkilatlar), müvafiq icra hakimiyyəti orqanı, yerli özünüidarə orqanları hər il 
sentyabr ayının 1-dək müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı 
olan vətəndaşların siyahılarını müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər. 
6.4. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar 
qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanının fərdi çağırış vərəqəsində 
göstərilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməli və aşağıdakı sənədləri 
təqdim etməlidirlər: 


6.4.1. doğum haqqında şəhadətnamənin surəti; 
6.4.2. ailə tərkibi haqqında arayış; 
6.4.3. təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün); 
6.4.4. təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış; 
6.4.5. tərcümeyi-hal
6.4.6. 6 ədəd 3x4 sm ölçüdə fotoşəkil. 
6.5. Müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınmış vətəndaşlara ilkin 
hərbi qeydiyyata alma komissiyasının qərarı elan edilir, onların hüquq və vəzifələri, ilkin 
hərbi qeydiyyatın qaydaları, hərbi xidmətə hazırlığın keçilməsi qaydası izah olunur və 
forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş ilkin hərbi 
qeydiyyata alınma haqqında vəsiqə verilir. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə