Hərbi vəzifə və hərbi xidmət haqqında


- cü fəsil. Vətəndaşların hərbi xidmətə hazırlanması



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə5/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   2   3   4   5   6   7   8   9   ...   25
Herbi vezife

3-
cü fəsil. Vətəndaşların hərbi xidmətə hazırlanması 
Maddə 9. Çağırışaqədərki hazırlıq 
9.1. Azərbaycan Respublikasında çağırışaqədərki hazırlıq müdafiə sahəsində ilkin 
biliklərə yiyələnmə, hərbi xidmətin əsasları üzrə hazırlıq və hərbi vətənpərvərlik tərbiyəsi 
məqsədləri üçün ümumi təhsil, ilk peşə-ixtisas və orta ixtisas təhsili müəssisələrində 
keçirilir. 
9.2. Çağırışaqədər yaş həddində olan vətəndaşlar müddətli həqiqi hərbi xidmətə 
çağırılanadək onlara müdafiə sahəsində ilkin biliklər verilməsi məqsədi ilə təhsildən 
ayrılmamaqla çağırışaqədərki hazırlıq aparılır. Bu fənnin tədrisi çağırışaqədərki hazırlıq 
rəhbəri tərəfindən aparılır. 
9.3. Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların fiziki hazırlığı 
proqramları, bu hazırlığın təmin edilməsinə yönəlmiş idman növlərinin siyahısı müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu Qanunun 9.1-ci maddəsində 
nəzərdə tutulmuş təhsil müəssisələrində keçirilən fiziki hazırlıqdan başqa, vətəndaşların 
fiziki hazırlığının təmin olunması müvafiq icra hakimiyyəti orqanı ilə bədən tərbiyəsi-
idman təşkilatları arasında bağlanan müqavilələr əsasında həyata keçirilir. 
Maddə 10. Vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması 


10.1. 17 yaşına çatmış vətəndaşlar və çağırışçılar müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilmiş təhsil müəssisələrində işdən ayrılmaqla xüsusi hərbi 
ixtisaslar üzrə hazırlıq keçə bilərlər. 
10.2. Müvafiq icra hakimiyyəti orqanı xüsusi hərbi ixtisasların siyahısını və hazırlıq 
proqramını müəyyən edir və həmin ixtisaslar üzrə 17 yaşına çatmış vətəndaşların və 
çağırışçıların hazırlanması üzrə sifarişlər verir. Bu ixtisaslar üzrə hazırlanmalı olan 17 
yaşına çatmış vətəndaşların və çağırışçıların sayı müvafiq icra hakimiyyəti orqanı 
tərəfindən müəyyən edilir. 
10.3. İş yerindən ayrılmaqla çağırışaqədərki hazırlığa cəlb edilən vətəndaşların təhsil 
dövründə iş yeri, vəzifəsi və iş yeri üzrə orta əmək haqqı saxlanılır, habelə təhsil yerinə 
gedib-gəlmək haqqı iş yeri üzrə ödənilir. 
10.4. Müvafiq icra hakimiyyəti orqanı çağırışaqədərki hazırlıq keçməyə cəlb etdiyi 
vətəndaşların məşğələlərə (dərslərə) gəlmədikləri barədə onların iş yerinə və müvafiq icra 
hakimiyyəti orqanına məlumat verir. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə