Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə8/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   ...   4   5   6   7   8   9   10   11   ...   25
Herbi vezife

Maddə 15. Tibbi müayinədən keçməyin məcburiliyi və rayon, şəhər, şəhərdə rayon çağırış 
komissiyalarının qərarı 
15.1. Müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti 
orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə 
digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 


15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış 
komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada 
aşağıdakı qərarlardan birini qəbul edir: 
15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 
15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 
15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab 
edilməklə çağırışa möhlət verilməsi haqqında; 
15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud 
yararlılıq haqqında; 
15.2.5. hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. 
Maddə 16. Mərkəzi çağırış komissiyası 
16.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarına rəhbərlik və onların 
fəaliyyətinə nəzarət etmək üçün aşağıdakı tərkibdə Mərkəzi çağırış komissiyası yaradılır: 
16.1.1. komissiyanın sədri — müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 
16.1.2. komissiya sədrinin müavini — müvafiq icra hakimiyyəti orqanı rəhbərinin 
müavini; 
16.1.3. komissiyanın üzvləri. 
16.2. Mərkəzi çağırış komissiyasının fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı 
təsdiq edir. 
Maddə 17. Mərkəzi çağırış komissiyasının vəzifələri 
17.1. Mərkəzi çağırış komissiyasının vəzifələri aşağıdakılardır: 
17.1.1. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının qərarları ilə razı 
olmayan şəxslərin təkrar tibbi müayinəsini təşkil etmək
17.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması, çağırışına möhlət 
verilməsi və çağırışdan azad edilməsi barədə mübahisələri həll etmək
17.1.3. rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının işinə nəzarət etmək
onların qərarları barədə verilmiş şikayətlərə baxmaq. 
17.2. Mərkəzi çağırış komissiyası mübahisəli məsələlər barədə xüsusi yoxlama 
keçirərkən 20 gün, digər hallarda isə 10 gün müddətində qərar qəbul etməlidir. 
17.3. Mərkəzi çağırış komissiyasının qərarlarından məhkəməyə şikayət verilə bilər. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə