Hərbi vəzifə və hərbi xidmət haqqında


- ci fəsil. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə9/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
Herbi vezife

5-
ci fəsil. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət verilməsi və 
çağırışdan azadetmə 


Maddə 18. Çağırışa möhlət verilməsi 
18.1. Müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış 
komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: 
18.1.1. ailə vəziyyətinə görə
18.1.2. sağlamlıq vəziyyətinə görə; 
18.1.3. təhsili davam etdirmək üçün; 
18.1.4. Azərbaycan Respublikası Milli Məclisinin deputatı və bələdiyyələrə üzv 
seçilmək üçün namizədliyi qeydə alınmış şəxslərin seçki fəaliyyəti ilə əlaqədar 
(namizədliyi qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc olunduğu 
günədək); 
18.1.5. deputat, hakim, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə 
müvəkkil (ombudsman) fəaliyyəti ilə əlaqədar. 
18.2. Çağırışa möhlət hüququnu itirmiş çağırışçılar, habelə möhlət hüququ olmayan və ya 
çağırışdan azad edilmək üçün bu Qanunda nəzərdə tutulmuş əsasları olmayan, müxtəlif 
səbəblərə görə müəyyən edilmiş müddətlərdə müddətli həqiqi hərbi xidmətə çağırılmamış 
şəxslər 35 yaşına çatanadək növbəti çağırış keçirilərkən hərbi xidmətə çağırılmalıdırlar. 
Maddə 19. Ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi 
19.1. Ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət himayəsində 
aşağıdakı şəxslər olan çağırışçılara verilir: 
19.1.1. başqa övladı olmayan I qrup əlil ata, yaxud ana; 
19.1.2. 3 və daha çox uşaq
19.1.3. I qrup əlil arvad; 
19.1.4. 8 yaşınadək 3 və daha çox uşağı olan ana (ailədə ata olmadıqda) və ya ata 
(ailədə ana olmadıqda); 
19.1.5. 18 yaşınadək və yaxud I qrup əlil qardaş və ya bacı, onları saxlamaq 
imkanına malik başqa ailə üzvləri olmadıqda. 
19.2. Çağırışçılara ailə vəziyyətinə görə müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət 35 
yaşa qədər verilir. Bu yaşa qədər çağırışdan möhlət hüququnu itirməmiş şəxslər dinc 
dövrdə müddətli həqiqi hərbi xidmətdən azad olunur və ehtiyata keçirilirlər. 
Qeyd: 
Bu Qanunun 19.1.5-ci maddəsində nəzərdə tutulmuş «saxlamaq imkanına malik 
başqa ailə üzvləri» dedikdə, çağırışçının maddi və mənəvi yardıma ehtiyacı olan qardaş 
və ya bacısını saxlamalı, onlara qayğı göstərməli və bunun üçün real imkanlara malik 
olan qardaş və ya bacının ailə üzvləri nəzərdə tutulur. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə