Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə2/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   2   3   4   5   6   7   8   9   ...   25
Herbi vezife

Maddə 3. Azərbaycan Respublikasında hərbi vəzifə və hərbi xidmət 
3.1. 
Azərbaycan Respublikası Konstitusiyasının
 76-cı maddəsinin I hissəsinə uyğun 
olaraq Vətəni müdafiə hər bir vətəndaşın borcudur. 
3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi 
xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı 
Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli 
həqiqi hərbi xidmət keçməlidir. 
3.3. 
Azərbaycan Respublikası Konstitusiyasının
 76-cı maddəsinin II hissəsinə uyğun 
olaraq vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən 
edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir. 
3.4. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən hərbi uçot ixtisası 
olan 19 yaşından 40 yaşınadək Azərbaycan Respublikasının qadın vətəndaşları özlərinin 
razılığı ilə hərbi qeydiyyata götürülür və bağlaşma əsasında Azərbaycan Respublikasının 
Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 
yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətə qəbul edilirlər. 
2-
ci fəsil. Vətəndaşların hərbi qeydiyyatı 


Maddə 4. Hərbi qeydiyyatın təşkili 
4.1. Bütün çağırışçılar və hərbi vəzifəlilər hərbi qeydiyyata alınmalıdırlar. 
4.2. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 
aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən aparılır. 
4.3. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq 
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə