Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə6/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   2   3   4   5   6   7   8   9   ...   25
Herbi vezife

Maddə 11. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə 
hərbi hazırlığı 
11.1. Ali təhsil müəssisələrində xüsusi proqram üzrə zabitlərin hazırlanması qaydası və 
müvafiq hərbi ixtisasların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən 
edilir. 
11.2. Əyani təhsilalma formasında təhsil alan tələbələrin xüsusi proqram üzrə hərbi 
hazırlığı ali təhsil müəssisəsində təşkil edilir və keçirilir. 
11.3. Zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sağlamlıq vəziyyətinə görə 
zabitlərin hərbi xidmətinə yararlı olan tələbələr keçirlər. 
11.4. Tələbələrin hərbi hazırlığına ümumi rəhbərliyi müvafiq icra hakimiyyəti orqanı 
həyata keçirir. 
4-
cü fəsil. Həqiqi hərbi xidmətə çağırış 
Maddə 12. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması 
12.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının 
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyətlə 
komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə 
bölünür. 
12.2. Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan 
Respublikasının vətəndaşları aşağıdakı həqiqi hərbi xidmətlərə çağırılırlar: 
12.2.1. müddətli həqiqi hərbi xidmətə — Azərbaycan Respublikasının 18 yaşına 
çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət 
hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları; 
12.2.2. zabitlərin həqiqi hərbi xidmətinə — müddətli həqiqi hərbi xidmət 
keçməmiş, yaşı 35-dən çox olmayan, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə 


yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş 
ehtiyatda olan zabitlər. 
12.3. Vətəndaşlar müddətli həqiqi hərbi xidmətə müvafiq icra hakimiyyəti orqanının aktı 
əsasında ildə dörd dəfə — yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 30-dək 
çağırılırlar. 
12.4. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra 
hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət 
keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya 
müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya 
olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə 
yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. 
12.5. Dövlət orqanları, yerli özünüidarə orqanları, təşkilatlar və vəzifəli şəxslər 
çağırışçıları ezamiyyətdən geri çağırmalı və müvafiq icra hakimiyyəti orqanına onların 
vaxtında gəlməsinə köməklik göstərməlidirlər. 
12.6. Çağırışçıların hərbi qeydiyyatda olduğu müvafiq icra hakimiyyəti orqanının 
dəyişdirilməsinə yalnız təsdiqedici sənədlər müvafiq icra hakimiyyəti orqanına təqdim 
edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı: 
12.6.1. işəgötürən tərəfindən başqa yerdə işə keçirilmiş olsun
12.6.2. yaşayış yerini dəyişmiş olsun; 
12.6.3. təhsil müəssisələrinə qəbul edilmiş və ya təhsil müəssisələrini bitirərək 
təyinat üzrə başqa yerə işə göndərilmiş olsun. 
12.7. Müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına gəlməməyin üzrlü 
səbəbləri kimi aşağıdakılar sayılır: 
12.7.1. çağırışçının xəstəliyi (tibb müəssisəsinin xəstəlik barədə tibbi arayışı 
əsasında); 
12.7.2. fövqəladə və ya digər qarşısı alına bilinməyən hallar (bu zaman şəxsən 
gəlməyin mümkün olmaması çağırışçının yaşayış yeri üzrə müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilməlidir). 
12.8. Azərbaycan Respublikasının xaricdə yaşayan vətəndaşları müddətli həqiqi hərbi 
xidmətə bu Qanunla və Azərbaycan Respublikasının Konsul Nizamnaməsi ilə müəyyən 
edilmiş qaydada çağırılırlar. 
12.9. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının 
vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi 
xidmətə çağırılırlar. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə