Hərbi vəzifə və hərbi xidmət haqqında


Maddə 13. Çağırış komissiyaları



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə7/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Herbi vezife

Maddə 13. Çağırış komissiyaları 
13.1. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda
şəhərdə, şəhərdə rayonlarda aşağıdakı tərkibdə çağırış komissiyaları yaradılır: 


13.1.1. komissiyanın sədri — müvafiq icra hakimiyyəti orqanının rəhbəri; 
13.1.2. komissiya sədrinin müavini — müvafiq icra hakimiyyəti orqanının 
nümayəndəsi; 
13.1.3. komissiyanın üzvləri — müvafiq icra hakimiyyəti orqanının 
nümayəndələri, hərbi həkim komissiyasının sədri. 
13.2. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, 
psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak 
etməlidirlər. 
13.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının və çağırış komissiyasının işinə 
cəlb edilmiş həkim mütəxəssislərin fərdi tərkibini müvafiq icra hakimiyyəti orqanı 
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla təsdiq edir. 
Maddə 14. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyalarının vəzifələri 
14.1. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları aşağıdakı vəzifələri yerinə 
yetirirlər: 
14.1.1. çağırışçıların tibbi müayinəsini təşkil etmək və bu Qanunun 15.2-ci 
maddəsində nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək; 
14.1.2. çağırışçıların müddətli həqiqi hərbi xidmətə çağırılması barədə qərar qəbul 
etmək; 
14.1.3. xüsusi hərbi ixtisaslar üzrə hazırlanması üçün çağırışçıları tibbi, psixoloji 
və başqa göstəricilərə görə səmərəli bölüşdürmək; 
14.1.4. müvafiq icra hakimiyyəti orqanının say bölgüsü üzrə çağırışçıları müddətli 
həqiqi hərbi xidmətin keçirilməsi yerinə göndərmək; 
14.1.5. bu Qanunda nəzərdə tutulmuş əsaslar üzrə müddətli həqiqi hərbi xidmətə 
çağırışa möhlət vermək və ya çağırışdan azad etmək. 
14.2. Çağırışçı rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının sədri tərəfindən onun 
barəsində qəbul edilmiş qərarlarla 10 gün müddətində tanış edilir. 
14.3. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda 
çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək 
hüququ vardır. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə