Hərbi vəzifə və hərbi xidmət haqqında



Yüklə 302,88 Kb.
Pdf görüntüsü
səhifə14/25
tarix18.07.2023
ölçüsü302,88 Kb.
#119663
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
Herbi vezife

Maddə 29. Hərbi andiçmə 
29.1. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş Azərbaycan 
Respublikasının vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq 
olacaqları barədə hərbi and içirlər. Hərbi andın mətnini Azərbaycan Respublikasının 
Milli Məclisi təsdiq edir. 
29.2. Hərbi andiçmə «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət 
Nizamnaməsi»ndə müəyyən edilmiş qaydada həyata keçirilir. 
29.3. Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş növbətçiliyinə (döyüş 
xidmətinə) təyin edilə və ya döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər və 
onlara silah və hərbi texnika təhkim oluna bilər. 
29.4. Əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş əcnəbilər və vətəndaşlığı 
olmayan şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 
hərbi xidmətə daxil olarkən, hərbi andın yerinə 
Azərbaycan Respublikasının 
Konstitusiyasına
 və qanunlarına əməl edəcəkləri barədə öhdəlik götürürlər. 
Maddə 30. Hərbi rütbələr 
30.1. Hərbi qulluqçuya və hərbi vəzifəliyə onun tutduğu vəzifədən, hərbi və ya xüsusi 
hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda olma vəziyyətindən, qoşun növünə və 
ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə 
verilir. 
30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur: 
Hərbi qulluqçuların və hərbi 
vəzifəlilərin tərkibi 
Hərbi rütbələr 
Əsgərlər və matroslar 
Ümumqoşun 
Hərbi Dəniz 
Çavuşlar 
Əsgər (kursant) 
Baş əsgər 
Matros (kursant) 
Baş matros 
Gizirlər və miçmanlar 
Kiçik çavuş 
Çavuş 
Baş çavuş 
Kiçik çavuş 
Çavuş 
Baş çavuş 
Zabitlər: 
Kiçik zabitlər 
Kiçik gizir 
Gizir 
Baş gizir 
Kiçik miçman 
Miçman 
Baş miçman 
Baş zabitlər 
Kiçik leytenant 
Leytenant 
Baş leytenant 
Kiçik leytenant 
Leytenant 
Baş leytenant 


Kapitan 
Kapitan-leytenant 
Ali zabitlər 
Mayor 
Polkovnik-leytenant 
Polkovnik 
3-cü dərəcəli kapitan 
2-ci dərəcəli kapitan 
1-ci dərəcəli kapitan 
General-mayor 
General-leytenant 
General-polkovnik 
Ordu generalı 
Kontr-admiral 
Vitse-admiral 
Admiral 
30.3. Tibb və hüquqşünas profilli hərbi uçot ixtisaslarına malik olan zabitlərin və 
generalların hərbi rütbələrinə müvafiq olaraq «tibb xidməti» və «ədliyyə» sözləri əlavə 
edilir. 
30.4. Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü 
göstərilmədən verilir. 
30.5. Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə «ehtiyatda olan» sözləri, istefada olan 
vətəndaşların hərbi rütbələrinə isə «istefada olan» sözləri əlavə edilir. 

Yüklə 302,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə