Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə11/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   100

43 
 
insandır və insan mənəvi başlanğıc kimi götürülür. 
Ekzistensializm elmə inamı obyektivcəsinə sarsıdır). 
 
Qlobalistikanın əsas istiqamətləri 
 
Müasir dövrdə ictimai fikirdə qlobal problemləri 
müxtəlif mövqelərdən nəzərdən keçirən istiqamətlər 
meydana gəlmişdir. Buna səbəb nədir? Nəzərə almaq 
lazımdır ki, sosial təbii proseslərlə  əlaqədar yaranmış 
narahatlığın əsas səbəbi texniki inkişafın getdikcə artmaqda 
olan mənfi nəticələridir
 
 
Müasir dövrdə qlobalistikanın aşağıdakı beş 
istiqamətini göstərmək olar: 
 
1.
 
Texnokratik qlobalistika. Bu istiqamətin tərəfdar-
ları belə bir mövqedən çıxış edirlər ki, qlobal problemlərin 
kəskinləşməsinin başlıca səbəbi elmi-texniki tərəqqi oldu-
ğundan, bu problemin həlli yalnız texnikanın daha da tək-
milləşdirilməsi yolu ilə mümkün ola bilər. 
2.
 
Postindustrial qlobalistika. Bu istiqamətin nüma-
yəndələri qlobal problemlərin səbəbini industrial 
cəmiyyətdən postindustrial cəmiyyətə keçidlə  əlaqədar 
olaraq cəmiyyətin siyasi, sosial və iqtisadi strukturlarında 
baş verən dəyişikliklərdə görür və belə hesab edirlər ki, 
qlobal postindustrial cəmiyyətin yaranması ilə qlobal 
problemlər həll olunacaqdır. 
3.
 
Ekoloji-populist qlobalistika. Bu istiqamətin 
tərəfdarları qlobal problemlərin kəskinləşməsinin mənbəyini 
cəmiyyətlə  təbiət arasındakı qarşılıqlı  əlaqələrdə görürlər. 
Onların fikrinə görə, qlobal problemlərin həlli üçün təbiət 
elmlərinin ən son nailiyyətlərinin birləşdirilməsi və onların 
siyasi qərarların qəbul olunmasında nəzərə alınması olduqca 
vacibdir. Bu da son nəticədə texniki inkişafın antropogen 
(insani) nəticələrinin aradan qaldırılmasına kömək 
44 
 
edəcəkdir. Onlar belə hesab edirlər ki, əsas çıxış yolu 
“alternativ dünyagörüşündə” və yaxud da “üçüncü 
yoldadır”. 
 
Beləliklə, bu istiqamətdən aydın  şəkildə görünür ki, 
yuxarıda sadalanan hər üç istiqamət qlobal problemlərin 
həllinə “utilitarpraqmatik” yanaşmanı gerçəkləndirir. 
 İkinci istiqamət, yəni insana onun ilkin orijinallığının 
qaytarılması çərçivəsində isə “ekzistensial-mədəni qlobalis-
tika” (Ekzistensializm hesab edir ki, fəlsəfənin predmeti in-
sandır və onu sadəcə  mənəvi başlanğıc kimi nəzərdən 
keçirir) və “evolyusion-determinist qlobalistika” 
istiqamətləri inkişaf etdirilir. 
4. Ekzistensial-mədəni qlobalistika. Bu istiqamətin 
nümayəndələrinin genezisə baxışları daha genişdir. Onlar 
qlobal problemlərin kəskinləşməsinin  əsas səbəbini 
mədəniyyətin dehumanizasiyasında görürlər. Müasir 
böhranların həlli ilkin humanizmə qayıdışda axtarılır. İnsan 
özünün mövcudluğu üçün bütün məsuliyyəti özü 
daşımalıdır. 
5.  Evolyusion-determinist qlobalistika (determina-
siya – bütün hadisələrin qanunauyğunluğu və  səbəbiyyət 
əlaqəsindən asılılılğı). Bu istiqamətin nümayəndələri hesab 
edirlər ki, texnika fenomeni ontoloji (mövcudluq) statusa 
malikdir, yəni elmi-texniki tərəqqi təbiətin inkişafının bir 
hissəsidir. Bəşəriyyət isə bü inkişaf prosesinə 
uyğunlaşmalıdır, yaranmış böhranı isə təbiətin “müdrikliyi” 
özü həll edəcəkdir. 
 
Qlobalistikanın təşəkkül tapmasının  
əsas mərhələləri 
 
 Bütün  elm  sahələri kimi qlobalistikanın da öz tarixi 
və var. Lakin bu tarix yalnız bir neçə onillikdən ibarət 


45 
 
olduğu üçün onun tarixindən deyil, təşəkkül mər-
hələlərindən danışmaq daha doğru olardı. 
Bu gün mütəxəssislər qlobalistikanın təşəkkülünün üç 
mərhələsini qeyd edirlər. Həm də bu zaman qlobalistikanın 
xüsusiyyətlərinin nəzərə alınmasının vacibliyini göstərirlər. 
Ona görə ki, qlobalistika yalnız bir elmi sahə deyil, yəni 
nəzəri elmi sistem deyil, planetdə baş verən sosial təbii 
prosesləri  əks etdirən müəyyən bilik sistemidir. Buna görə 
də qlobalistikanın təşəkkülünün mərhələləri, eyni zamanda 
bəşəriyyətin inkişafının qlobal mərhələləridir: 
Birinci mərhələ. Keçən  əsrin 60-cı illərinə  təsadüf 
edir. Bu dövrdə istehsalın miqyası görünməmiş  həcmdə 
artır və  təbiətin imkanlarına vurulmuş  zərbələr üçün 
təzminat tələb etməyə başlayır. Bu mərhələdə Roma klubu 
(1968-ci il) yaranır və bu klub qlobal problematikanın 
başlanğıcını qoyur.  
İkinci mərhələ. Bu mərhələ ötən əsrin 70-ci illərinin 
ortalarından 80-ci illərin ortalarına qədər davam edir. Bu 
dövr Roma klubu üçün hazırlanmış pessimist məruzələrlə, 
həmin dövrdəki neft böhranları, inkişaf etmiş  və inkişaf 
etməkdə olan ölkələr arasında iqtisadi ziddiyətlərin 
kəskinləşməsi ilə xarkterizə olunur. 
Üçüncü mərhələ.  Bu mərhələ ötən  əsrin 80-ci 
illərinin ortalarından başlayır və dünyanın siyasi xəritəsinin 
dəyişməsi, yəni sosializm düşərgəsinin süqutu ilə bağlıdır. 
Bu mərhələ onunla xarakterizə olunur ki, qlobal 
problemlərin özləri ikinci plana keçir, birinci yerə isə qlobal 
xarakter daşıyan sosial təbii proseslər çıxır. 
 
Roma klubunun yaranması 
 
Qlobal problemlərin ciddiliyi, bəşəriyyətin gələcəyi 
üçün təhlükə yaratması bu problemlərin araşdırılmasından 
ötrü elmi mərkəzlərin, beynəlxalq qeyri-hökumət 
təşkilatlarının yaranmasını vacib edirdi. İlk yaradılmış 
46 
 
təşkilatlardan biri Roma klubudur. Roma klubu 1968-ci il 
aprelin 6-7-də Romada yaranmışdır. Klubun yaranmasının 
təsəbbüşkarı italiyalı menecer Aurelio Peççei olmuşdur. O, 
İƏTT-nin (İqtisadi  Əməkdaşlıq və  İnkişaf Təşkilatının, 
Paris) elmi məsələlər üzrə baş direktoru, fiziki kimya elmi 
üzrə professor Aleksandr Kinqlə birlikdə Avropanın təbiət, 
sosiologiya, iqtisadiyyat və s. elm sahələrini təmsil edən 30 
ən güclü nümayəndəsininin Romada görüşünü təşkil edir. 
Görüşə toplaşan alimlər Hollandiyalı astronom Erix Yantsın 
hazırladığı “Dünyanın planlaşdırılması prinsiplərinin ümu-
mi nəzəriyyə sistemi mövqeyindən hazırlanması  cəhdləri” 
adlı  sənədi müzakirə edirlər. Sənədin  əsas mahiyyəti, 
A.Peççeinin sözləri ilə deyilərsə, aşağıdakından ibarət idi:  
“Biz hazırda insan cəmiyyəti ilə onu əhatə edən ətraf 
mühiti vahid sistem kimi dərk etməyə başlayırıq və bu 
sistemin nəzarətsiz inkişafı  cəmiyyətdə qeyri-sabitliyə 
səbəb olur. Bu qeyri-sabitliyin müasir mütləq səviyyəsi 
dinamik sistemin yüksək inersiyalılığını (lat. inertia – 
hərəkətsizlik, fəaliyyətsizlik) müəyyən edir və bununla da 
onun çevikliyini, dəyişmək və uyğunlaşmaq qabiliyyətinin 
səviyyəsini aşağı salır. 
Beləliklə, aydın olur ki, bu sistemdə heç bir daxili ki-
bernetik mexanizm yoxdur (yun. kibernetik – idarə etmək 
sənəti; maşın, canlı orqanizm və cəmiyyətdə informasiyanın 
idarə olunması və ötürülməsi proseslərinin ümumi qanuna-
uyğunluqları haqqında elm) və makroproseslərin “avto-
matik”  şəkildə özünütənzmləməsi həyata keçirilmir. 
Planetin inkişafının bu cür kibernetik elementi yalnız və 
yalnız insan ola bilər və o, özünün gələcəyinin 
formalaşmasına fəal surətdə  təsir göstərə bilər.  İnsan bu 
vəzifəni  əməli surətdə yalnız insan cəmiyyətinin bütün 
mürəkkəb sistemi üzərində onu əhatə edən  ətraf mühitlə 
birgə kontkestdə nəzarət sayəsində yerinə yetirə bilər. Bu da 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə