Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə10/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   100

39 
 
(burada və indən sonra proses dedikdə planetar masştablı 
proseslər nəzərdə tutulur) prinsipcə eyni şeydir, lakin kiçik 
bir fərqlə ki, qlobal problemlər sanki diqqəti planetdə baş 
verən sosial təbii proseslərin neqativliyinə (problemliliyinə) 
cəlb edir. 
Hansı sosial təbii proseslərdən söhbət gedir? Bunlar 
aşağıdakılardır: 
 
 
əhali sayının artması; 
 
ərzaq məhsulları çatışmazlığıın artması; 
 
bərpa olunmayan resurs ehtiyatlarının tükənməsi; 
 
enerji ehtiyatlarına tələbatın artması; 
 
planetin ayrı-ayrı regionlarının qeyri-bərabər 
iqtisadi inkişafı;  
 
sürətlə sənayeləşmə və ETT; 
 
ətraf mühitin deqradasiyası; 
 
mədəniyyətin qeyri-humanistləşməsi; 
 
planetin gələcəyinin proqnozlaşdırılması və model-
ləşdirilməsi; 
 
kütləvi qırğın vasitələrinin hazırlanması  və 
artırılması; 
 
kosmosdan istifadə. 
 
Yuxarıda göstərilən bütün proseslər cəmiyyətin 
müəyyən təbəqələrində böyük narahatlıqlar doğurur. Bu 
proseslərin gələcəkdə  nəzarətdə saxlanılması  və idarə 
olunması məqsədi ilə qlobalistika onların təhlili ilə məşğul 
olur. 
Sosial təbii proseslərin öyrənilməsinin vacibliyi nə 
ilə bağlıdır?  Planetimizdə baş verən sosial təbii proseslər 
bəşəriyyətin sosial inkişafını  və fiziki artımını müəyyən 
edir. Problem ondan ibarətdir ki, “inkişaf”  sonsuzdur
“artım”ın isə öz hüdudları vardır. Hüdud ounla izah olunur 
ki, Yer kürəsi konkret fiziki məhdudiyyətlərə (sərhədlərə) 
malikdir. Ona görə  də inkişafın sonsuz olmasına 
40 
 
baxmayaraq, onu daim müşayiət edən artım olduqca 
məhduddur.  
 İlk dəfə  bəşəriyyətin artımının məhdudluğu fikri 
ingilis iqtisadşısı R.T.Maltus (1766-1834) tərəfindən 
söylənilmişdir. Maltusun narahatlığı uzaq gələcəklə bağlı 
olsa da, bu «gələcək» artıq XX əsrin ikinci yarısında özünü 
göstərməyə başlayır.  
 Sosial  təbii proseslər bəşəriyyətlə eyni vaxtda 
yaranmışdır və onunla eyni tarixə malikdir. Lakin o vaxtlar 
sosial təbii proseslərin baş verməsi nəzərə çarpmırdı və bu 
səbəbdən də onların nəticələri o qədər də  təşviş 
doğurmurdu.  
 XX  əsrin ortalarında baş verən proseslər insanları 
sosial təbii proseslərin xarakterinə və tendensiyalarına ciddi 
diqqət yetirməyə vadar edir.  
 İkinci dünya müharibəsi sosial təbii proseslərin 
xarakterini güclü şəkildə  dəyişir – bu dəyişiklik  dünya 
müstəmləkə sisteminin dağılması və Elmi Texniki İnqilabın 
baş verməsindən ibarət idi. Dünya bazarının yenidən 
bölünməsi və  Elmi Texniki İnqilabın  nailiyyətlərindən 
istifadə olunması  nəticəsində dünyada o vaxtadək 
görünməmiş iqtisadi inkişaf prosesi başlayır. Bu da öz 
növbəsində müvafiq artıma  səbəb olur. Bunun nəticəsi 
olaraq artım öz hüdudları ilə rastlaşır, bu hüdudlar  isə 
bəşəriyyətin qarşısında planetin fiziki imkanları problemini 
qoyur. Beləliklə, baş verən sosial təbii proseslər müasir 
bəşəriyyəti onun artımının hüdudlarına  gətirib  şıxarır. 
Məhz bu vəziyyət müasir dövrün qlobal problemlərinin 
həllinin vacibliyinə  səbəb olur və bu da öz növbəsində 
həmin qlobal problemləri yaradan sosial təbii proseslərin 
təhlilini tələb edir. 
 
 
 


41 
 
Qlobalistikanın fəlsəfəsi 
 
Qlobalistikanın fəlsəfəsi 
dedikdə, 
insanın 
mövcudluğunda sosial təbii proseslərin yerinin və rolunun 
müəyyən edilməsi nəzərdə tutulur, yaxud da digər sözlərlə 
desək,  əgər insan öz varlığını baş verən sosial təbii 
proseslərlə müqayisə edərsə, o, öz həyatını, yaşamını 
düşünərkən hansı düzəlişləri etməlidir. 
Qlobalistikanın fəlsəfəsinin səciyyələrini 
aydınlaşdırmaq üçün içərisində tamamilə müxtəlif insanlar 
olan kosmik gəmini təsəvvür etmək lazımdır. Gəmi 
kosmosda olduğundan onun içində yerləşən insanların 
həyatı  gəminin fiziki imkanları ilə  məhdudlaşır. Bu 
insanların həyatının və mövcudluqlarının davam etməsi 
üçün onlar öz aralarında olan bütün fərqlərə  və fikir 
ayrılıqlarına baxmayaraq, özlərinin birliyini dərk etməli
hərərkətlərinə məhdudiyyətlər qoymalı və nəfslərini basma-
lıdırlar. Ona görə ki, onların mövcudluğu gəminin imkanları 
çərşivəsi ilə  əvvəlcədən müəyyən olunmuşdur.  Həmçinin 
insanlar yalnız öz vəhdətlərini deyil, eyni zamanda gəmi ilə 
də  vəhdət təşkil etdiklərini  dərk etməlidirlər. Ona görə ki, 
gəminin etibarlılığı insanların təhlükəsizliyinin qarantıdır; 
insanlar və gəmi  bütöv bir tam şəklində olmalıdırlar.  Əgər 
indi biz kosmik gəmini Yer kürəsi ilə  əvəz etsək, bizim 
planetimiz də bir növ kosmik gəmidir və elə  həmin 
mövqedən, yəni insanlarla Yer kürəsinə vahid tam şəklində 
baxsaq, bu yanaşma elə qlobalistikanın fəlsəfəsi olacaqdır. 
Qlobalistikanın fəlsəfəsi planetin və burada 
məskunlaşan bütün canlı varlıqların vəhdəti və birliyi 
ideyalarından irəli gəlir və bu fəlsəfə insanın 
mövcudluğunun fundamental pirinsiplərini müəyyən etəmli 
və bu zaman sosial təbii proseslər mütləq vəhdət 
ideyalarının  əldə olunmasına xidmət göstərməlidir. Lakin, 
təəssüf hissi ilə deməliyik ki, bu prinsiplər hələlik müəyyən 
42 
 
edilməmişdir. Yalnız ayrı-ayrı yanaşmalar mövcuddur. 
Məsələn: 
 
-
 
demoqrafik proseslərin qlobal stabilləşməsi; 
-
 
iqtisadi və elmi-texniki inkişafın qlobal koope-
rasiyası; 
-
 
ekoloji cəhətdən stabilləşmiş iqtisadiyyatın yara-
dılması; 
-
 
yeni növ qlobal mədəniyyətin yaradılması; 
-
 
transnasional siyasi strukturun və yaxud dünya 
hökumətinin yaradılması. 
 
Lakin, yuxarıda göstərilən yanaşmaları  fəlsəfi 
yanaşma da hesab etmək düzgün olmazdı, çünki bu 
yanaşmalar insanın mövcudluğu ideyasının özündən irəli 
gəlmir. Ona gsrə ki, hər  şeyin  əsasında insan problemi və 
onun ontoloji (mövcudluq) statusu durur.  
Qlobalistika fəlsəfəsində insanın mövcudluğu 
probleminə iki cür yanaşma mövcuddur:  
 Birinci yanaşma ssientist-texnokratik (lat. ssientia 
–bilik, elm) yanaşmadır. Bu yanaşma insan problemini 
utilitar-praqmatik mövqedən nəzərdən keçirir. Yəni belə 
hesab edir ki, insanın təkmilləşməsi onda «yeni 
keyfiyyətlərin» inkişafı yolu ilə mümkündür. Bu cür 
yanaşma Roma klubu çərşivəsndə inkişaf edir və tarixilik 
baxımından ilk yanaşmadır. 
  İkinci yanaşma  birinciyə alternativ yanaşma kimi 
yaranmışdır. Bu yanaşma tarixilik baxımından yeni olsa da
mahiyyətcə daha qədimə gedib çıxır. Bu yanaşma  insana 
onun öz tarixi inkişafı prosesində itirdiyi ilkinliyi 
(orijinallığı) qaytarmağı  nəzərdən keçirir. Bu yanaşmanın 
əsas ideyasını insanın hər  şey üçün, o cümlədən özünün 
mövcudluğu üçün daşıdığı  məsuliyyət təşkil edir. 
Qlobalistikanın bu yanaşması  ekzistensializm fəlsəfəsindən 
irəli gəlir (Ekzistensializm hesab edir ki, fəlsəfənin predmeti 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə