Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə13/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   100

51 
 
fikrincə, YUNESKO bu istiqamətdə iş aprasa da, bu kifayət 
etmir. 
Dördüncü məqsəd: dünya cəmiyyəti. 
Bəşəriyyətin vahid dünya cəmiyyəti  şəklində inteq-
rasiyası beynəlxalq həyatı daha səmərəli  şəkildə 
tənzimləmək imkanı yaradır və deməli, bu cür inteqrasiya 
mövcud olmağın da daha səmərəli forması kimi çıxış edə 
bilər. Lakin bu vəziyyət böyük və eyni zamanda bir sıra 
eqosentrik (lat. Eqo - mən, sentrum – mərkəz) dövlətlərin 
maraqlarına cavab vermir. Ona görə  də indiki dünya 
sistemini dünya cəmiyyəti ilə əvəz etmək üçün milli dövlət 
ideyasının yenidən nəzərdən keçirilməsinin vacibliyi 
tövsiyə olunur. 
Beşinci məqsəd: ətraf mühit.  
Problem Yer kürəsində insanların necə yerləşdirilmə-
sindən ibarətdir. Çünki, bir-neçə onillikdən sonra insanların 
sayının indikindən iki dəfə çox olacağı proqnozlaşdırılır. 
Altıncı məqsəd: istehsal sistemi. 
Müasir dünyada istehsal isteblişmenti (bərqərar 
olmaq, yaranmaq) xüsusi rol oynayır. Lakin, bazarın və 
yaxud da planın diktə etməsindən asılı olmayaraq, iqtisadi 
mexanizmlərdə  nəzərəçarpacaq yayınmalara get-gedə daha 
çox rast gəlinir. Ona görə  də iqtisadi problemlərin fəlsəfi 
səbəbləri, sayca durmadan artan insanları təmin etəmk üçün 
iqtisadi sistemin gələcək forması hamını düşündürməlidir. 
Roma klubunun qarşısında iki əsas məqsəd 
qoyulmuşdur: 
Birinci məqsəd - baş vermiş  çətinliklərin bəşəriyyət 
tərəfindən dərk olunmasına kömək etmək; 
İkinci məqsəd - ictimai rəyə  təsir göstərməklə, 
yaranmış vəziyyətin aradan qaldırılmasına şərait yaratmaq. 
Bu məqsədlər kütləvi informasiya vasitələrinin 
fəaliyyət istiqamətləri kimi də qəbul olunur. 
 
52 
 
Yoxlama sualları və tapşırıqlar 
 
1.
 
Müasir dövrün qlobal problemlərinin təsnifatını 
verin, yaranma səbəblərini izah edın. 
2.
 
Qlobalistikanın mahiyyətini açın, əsas istiqamət və 
inkişaf mərhələlərini sadalayın. 
3.
 
Roma klubunun yaranması  zərurətini izah edin, 
fəaliyyəti barədə qısa məlumat verin. 
4.
 
Qlobal problemlərin həllində KİV-in rolunu, yerini 
və ümumi vəzifələrini əsaslandırrın. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


53 
 
II MÖVZU 
 
Jurnalistika və müasir dövrün qlobal geosiyasi 
problemləri 
 
Müasir dövrün qlobal problemlərindən, eyni zamanda, 
kütləvi informasiya vasitələrinin  əsas mövzularından biri 
intersosial və yaxud da siyasi problemlərdir. Beynəlxalq 
həyat məsələləri, beynəlxalq problematika, güclü dövlət-
lərin, o cümlədən dünyada gedən siyasi proseslərin bu və ya 
digər  şəkildə  iştirakçısına çevrilmiş ölkələrin daxili, 
xüsusilə  də xarici siyasət məsələləri sözün əsl mənasında 
qlobal xarakter almış, KİV-in mərkəzi mövzusu və  təhlil 
obyekti səviyyəsinə yüksəlmişdir. Bununla əlaqədar olaraq, 
həm cəmiyyətdə, həm də jurnalistikada geniş  işlənən 
anlayışlardan biri də  geosiyasət terminidir və bu termin 
çoxplanlı  şəkildə  təfsir edilir. Jurnalistika bu termini 
dövlətlərin siyasi mövqelərinin qiymətləndirilməsi, beynəl-
xalq münasibətlər sistemində onların yerinin və rolunun 
müəyyən olunması, dünya dövlətlərinin daxili və xarici 
siyasətlərinin təhlili üçün istifadə edir. 
Nə üçün bu mövzu jurnalistikanın  əsas mövzu-
larından birinə çevrilmişdir?  İndiyədək tarixdə baş 
vermiş müharibələrin bəşəriyyətə gətirdiyi böyük faciələr
17

yeni dünya müharibəsinin başlanması ehtimalı ictimaiyyəti 
ciddi narahat edir. Dövlətlərarası münasibətlər, bəşəriyyətin 
demilitarizasiyası problemləri müasir dövrün mərkəzi 
                     
17
 
Tarixdə daha çox qəddarlığı ilə seçilən  vətəndaş müharibələridir. 
1480-1941-ci illərdə baş vermiş 278 müharibənin 78-i (28 %) vətəndaş 
müharibəsi olmuşdur. 1945-1985-ci illərdə 160 müharibə baş vermiş və 
onlardan 151-i üçüncü dünya ölkələrində olmuşdur. Dünya yalnız 26 
gün münaqişəsiz (müharibəsiz) yaşamışdır. Ümumi ölənlərin sayı 25-35 
mln. nəfər təxmin edilir.
 
54 
 
qlobal problemidir. Militarizm bəşəriyyətin bədənində 
«xərçəng şişinə» çevrilmişdir. Dünya alimlərinin dörddə bir 
hissəsi müharibələrə hazırlıq işlərinə  cəlb olunmuşdur. 
Hərbi-sənaye kompleksləri böyük miqdarda əmək, material 
və maliyyə ehtiyatlarını quruculuq işlərindən yayındırır. 
Hərbi xərclər bütün qlobal problemlərin müsbət həlli 
yollarında başlıca maneəyə çevrilmişdir. Nüvə dövlətləri o 
qədər dağıdıcı maddələr istehsal etmiş və toplamışlar ki, bu 
silahlar Yer kürəsinin və buradakı canlıların hamısının bir 
neçə dəfə məhv edilməsinə kifayət edər.
18
  
Son dövrlərdə, yəni beynəlxalq iqlimin «mülayimləş-
məsi», silahlanmanın azalması  şəraitində nüvə  təhlükəsi 
probleminin aradan qaldırılmasına zəmin yaransa da, bu 
vəziyyətin özü də  bəşəriyyətin demilitarizasiyasına tam 
təminat vermir. Nəyə görə? 
Birincisi ona görə ki, bəzi dövlətlər arasında 
qarşıdurma vəziyyəti hələ də davam edir, lokal konfliktlərin 
və kiçik müharibələrin baş verməsi təhlükəsi tam aradan 
qaldırılmamışdır.
19
 
                     
18
 
Belə bir fakt həyəcan doğurur ki, getdikcə daha çox sayda, xüsusilə də 
inkişaf etməkdə olan ölkələr müasir döyüş təyyarələri, ballistik raketlər
quru qoşunları üçün ən yeni növ silahlar istehsal edirlər. 
Qiymətləndirmələrə görə, 1991-ci ildə 8 inkişaf etməkdə olan ölkə 
döyüş  təyyarələri, 6 ölkə isə tank və döyüş vertolyotları istehsal 
etmişdir. 2000-ci ildə artıq 15 belə ölkə raket istehsalı imkanlarına 
malik olmuşdur. ABŞ Texnoloji Qiymətləndirmə Bürosunun 
məlumatlarına görə, 6 inkişaf etməkdə olan ölkə beynəlxalq 
lisenziyalarla 43 növ ən yeni silah istehsal edir. Onlardan bəziləri silah 
ixracı ilə məşğul olur. Belə qənaətə gəlmək olar ki, pul ödəmək imkanı 
olan istənilən ölkə  ən yeni silahlara sahib ola və yeni müharibə 
mənbəyinə çevrilə bilər. 
 
19
 
Müşahidəçilərin hesablamalarına görə, son illərdə baş vermiş 
münaqişələrin böyük bir hissəsi hakimiyyət və ərazi üstündə olmuşdur. 
Yaxın gələcəkdə müxtəlif miqyaslı, intensiv lokal və regional 
münaqişələrin  ərazi, etnomilli, dini, iqtisadi və s. mübahisələrin güc 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə