83
təşəbbüslərinin gerçəkləşməsi”
53
prosesi baş verir.
Beləliklə, Sovet İttifaqının dağılması SSRİ-də, İttifaqın
tərkibində olan
bütün müttəfiq respublikalarda, o cümlədən
də Azərbaycanda yeni jurnalistikaya keçidi labüd edir.
Beşinci dövr 1991- ci ildən bu günümüzə qədər olan
müddəti əhatə edir. Azərbaycan öz müstəqilliyini yenidən
bərpa etdikdən sonra respublikada yeni qəzet və jurnallar
çap olunmağa başlayır. Bu nəşrlər özünün yeniləşmə və
dirçəliş cizgiləri ilə əvvəlki nəşrlərdən kəskin şəkildə
fərqlənirlər.
İnformasiya məkanının
genişlənməsi
jurnalistikanın növlərində
və
məzmununda yeni
tendensiyaların, nəşrlərin və radio-televiziya kanallarının
yeni tiplərinin yaranmasına səbəb olur.
“Kommunist”, “Молодежь Азербайджана”, “Elm”
və “Odlar yurdu” qəzetləri orqanı olduqları təşkilatların
göstərişlərindən cəsarətlə imtina edirlər. Hətta
“Kommunist” qəzeti öz adından belə imtina edərək “Xalq
qəzeti” adı ilə çıxmağa başlayır.. “Azadlıq”, “Meydan”,
“Azərbaycan”, “Aydınlıq”, “Səhər”, “Gənclik”, “Xəzər”
kimi azad fikirli qəzet və jurnallar çap olunmağa başlayır.
“Ayna” (“Зеркало”) ilk müstəqil qəzet kimi ölkəmizdə yeni
jurnalistikanın əsasını qoyur.
Bu gün “Azərbaycan”, “Xalq qəzeti”, “Ayna” (“Зер-
кало”), “Эхо”, “525-ci qəzet”, “Ekspress”, “Şərq” və s.
qəzetlər KİV-in Qərb standartlarını və modelini
fəaliyyətlərinin əsas oriyentiri kimi qəbul edərək
cəmiyyətdəki funksiyalarını sivil qaydada yerinə yetirirlər
və öz ətraflarında böyük oxucu kütləsi toplaya bilmişlər.
Müstəqillik illərində müasir KİV sisteminin aparıcı
qolunu təşkil edən müstəqil radio və televiziya kanalları
53
Məmmədli C.Ə. Jurnalistikanın müasir inkişaf meylləri. Bakı, “Elm”
nəşriyyatı, 2006, səh. 40.
84
yaranmışdır. AzTV zamanın tələbinə uyğun olaraq fəaliy-
yətinin keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur.
ANS (1991-ci il), “Spase” (1997-ci il), “Lider” (2000-ci il),
“Azad Azərbaycan” (2002-ci il), “İctimai televiziya” (2005-
ci il), “Antenn” (1998-ci il), “Bürc FM” (1998-ci il) və s.
radio və televiziya kanalları geniş informasiya məkanında
öz yerlərini möhkəmləndirməyə nail olmuşlar. Onların peyk
vasitəsilə yayımı öyrənilən
problemin bütün dünyada daha
geniş auditoriyaya çatdırılmasına şərait yaradır.
Bu dövr həmçinin intersosial problemlərin
işıqlandırılmasında, beynəlxalq mövzuda vacib
materialların təcili işlənib hazırlanması və real vaxt
rejimində dünya ictimaiyyətinə çatdırılmasında müəyyən
üstünlüklərə malik olan
müstəqil informasiya
agentliklərinin, internet informasiya portallarının
yaranması və strukturlaşması dövrü kimi xarakterizə olunur.
Bu gün dünyanın bir sıra böyük agentlikləri ilə informasiya
mübadiləsi aparan “Turan” (1990-cı il), “ANS-Press”
(1991-ci il), “Assa İrada” (1991-ci il), “Şərq” (1994-cü il),
“Olaylar” (1995-ci il), “Trend” (1995-ci il), “Eksklüziv”
(1995-ci il), “Azərpress” (1997-ci il), “Azadinform” (1998-
ci il) və s. kimi agentliklər məhz müstəqillik illərində
fəaliyyətə başlamışlar.
Azəri-Press Agentliyi (APA, 2004-cü il), “Day. Az”
(2003-cü il), və digər internet saytları milli şəbəkə KİV-inin
uğurlu nümunələri kimi fəaliyyət göstərirlər.
Bu layihələr
özündə gündəlik qəzet, analitik jurnal və informasiya
agentlikləri funksiyalarını birləşdirir, beynəlxalq miqyaslı
informasiyaların hazırlanmasını, onların ictimaiyyətə ope-
rativ surətdə və gündəlik çatdırılmasını təmin edirlər.
Beynəlxalq problematikaya aid orijinal publisistik ma-
teriallar aparıcı yerli və xarici politoloqların, diplomatların
şərhlərinə, müstəqil müəllif qiymətləndirmələrinə əsaslanır.
Bu cür yanaşma beynəlxalq həyat məsələlrinin, geosiyasi
85
problemlərin istifadəçi tərəfindən hərtərəfli mənimsənil-
məsinə, həmçinin hadisələrin xroniki inkişafını izləməyə və
sonrakı inkişafının proqnozlaşdırılmasınma şərait yaradır.
Bütün bunlarla yanaşı, respublikanın aparıcı in-
formasiya
agentliyi, yerli və xarici KİV-lər üçün yeganə
rəsmi dövlət informasiya mənbəyi olan
AzərTAc - Azər-
baycan Dövlət Teleqraf Agentliyinin yaranmasının
və
fəaliyyətinin tarixi aspektən öyrənilməsi transnasional
problemlərin işıqlandırılması sahəsində yeni agentliklərin
işlərinin səmərəliliyinin artırılması baxımından müəyyən
nəzəri və praktik əhəmiyyət kəsb edir. AzərTAc 1920-ci il
martın 1-də Azərbaycan
Xalq Cümhuriyyəti tərəfindən
yaradılmışdır. Həmin il mart ayının 2-də AzərTAc imzası
ilə ilk məlumatlar «Azərbaycan» qəzetində işıq üzü görür və
agentliyin xəbər bülletenləri hər gün iki dildə: Azərbaycan
və rus dillərində çap edilirdi. Sovet hakimiyyəti
illərində AzQafROSTA, AzərTA, ZaqTA kimi müxtəlif
adlarla və ümumən dövlət informasiya agentliyinin bir qolu
kimi fəaliyyət göstərən AzərTAc sovet informasiya
agentlikləri arasında əsas yerlərdən birini tuturdu.
İkinci Dünya müharibəsi dövründə (1941-1945-ci
illər) təbliğat funksiyasına görə AzərTA ölkənin qabaqcıl
informasiya kanallarından birinə çevrilmişdi.
Agentlik çapa
ön cəbhədən reportajlar hazırlayırdı. Müharibədən sonrakı
illərdə respublikanın iqtisadi, ictmai-siyasi, mədəni
həyatında baş verən hadisələr yenidən AzərTA-nın
materiallarının əsas mövzusunu təşkil edir. İctimai-siyasi
həyatdan bəhs edən informasiyalar SİTA vasitəsilə İttifaq
və xarici ölkə mətbuatına çatdırılır. 1972-ci ildə respublika
Nazirlər Sovetinin qərarı ilə AzərTA-nın adı növbəti dəfə
dəyişdirilərək Azərbaycan İnformasiya Agentliyi –
Azərinform adlandırılır. Azərbaycan yenidən özünün dövlət
müstəqilliyini elan etdikdən sonra, 1992-ci il dekabrın 18-də
Azərinformun tarixi adı bərpa olunur və o, Azərbaycan
86
Teleqraf Agentliyi – AzərTAc, 1995-ci il martın 3-də
Nazirlər Kabineti yanında
Dövlət Teleqraf Agentliyi, 2000-
ci il yanvarın 17-də isə Azərbaycan Dövlət Teleqraf
Agentliyi adlandırılır. AzərTAc-a dövlət informasiya orqanı
statusu verilməsi ilə agentlik yeni bir dönəmə qədəm qoyur.
Bir sıra xarici dövlətlərdə ilk müxbir məntəqələrinin
yaradılması AzərTAc-ın fəaliyyətinin səviyyəsini xeyli
yüksəldir. Son illərdə agentliyin hazırladığı informasiyanın
həcmi 10 dəfəyədək artmışdır. Hər gün təxminən 400 min
işarə həcmində xəbər, 30-40 fotoinformasiya hazırlanır və
xaricdə geniş yayılır.
54
AzərTAc rəsmi dövlət xəbərləri ilə
yanaşı, ictimai-siyasi, iqtisadi mövzularda, elm, təhsil,
mədəniyyət, səhiyyə, idman, ətraf mühit və s. haqqında
fasiləsiz olaraq
bütün sutka ərzində Azərbaycan, rus və
ingilis dillərində dəqiq və operativ informasiya buraxır.
AzərTAc dünyanın 20-dən çox aparıcı informasiya
agentlikləri ilə əməkdaşlıq haqqında sazişlər imzalamışdır
və bir çox milli informasiya agentlikləri assosiasiyalarının
üzvüdür.
Müstəqilliyin yenidən əldə edilməsi geosiyasət, bey-
nəlxalq münasibətlər, xarici ölkələrlə və beynəlxalq təşkilat-
larla əlaqələr mövzusunun KİV tərəfindən öyrənilməsinin
və işıqlandırılmasının coğrafiyasını xeyli genişləndirmiş, bu
da öz növbəsində sözügedən istiqamətdə KİV-in qarşısında
duran vəzifə və düşüncələrin həyata keçirilməsi üçün
praktik Azərbaycan jurnalistikasına əlavə stimul vermişdir.
Beləliklə, öyrənilən mövzu ilə əlaqədar aparılan
araşdırmalar bizə aşağıdakı nəticələrə gəlməyə əsas verir:
54
http://journalism.bsu.edu.az/az/news/auditoriyadan_reportaj_azrtacda
n_azrtaca