Referat Mövzusu : ar mərkəzi Bankının fəaliyyətinin hüquqi əsasları



Yüklə 37,89 Kb.
səhifə1/4
tarix31.12.2021
ölçüsü37,89 Kb.
#81796
növüReferat
  1   2   3   4
İqtisadi hüquq


Bakı Avrasiya Universiteti

Fənnin ad: İqtisadi hüququq

Sərbəst işin növünün adı: Referat

Mövzusu : AR Mərkəzi Bankının fəaliyyətinin hüquqi əsasları

Təhsilin səviyyəsi: bakalavriat

Təhsilalan: Nadirova Leyla

Qrup:B11Eko18/01

Müəllim (sərbəst işin növünün rəhbəri): Ələddin Hacılı

Qiymət: “____”_________________

Bakı 2021



Mündəricat

Giriş.......................................................................................................................3

AR Mərkəzi Bankının hüquqi formalaşması.........................................................4

AR Mərkəzi Bankının hüquqi statusu....................................................................6

Mərkəzi Bankının nəzdində olan bankların hüquqi idarəetmə sistemi.................10

Nəticə...................................................................................................................14

Ədəbiyyat siyahısı...............................................................................................15

Giriş

“Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırılmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının statusu, onun məqsəd, funksiya və səlahiyyətləri, habelə idarəetmə və təşkilati strukturu, dövlətin mərkəzi bankı kimi dövlət hakimiyyəti orqanları ilə və digər şəxslərlə münasibətləri “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu ilə tənzimlənir. Mərkəzi Bankın müstəsna olaraq ölkənin milli valyutasının emissiya funksiyası Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunur. Mərkəzi Bank öz fəaliyyətində həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri rəhbər tutur.

Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi Qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin təmin edilməsidir.

Mərkəzi Bankın fəaliyyətinin məqsədi, həmçinin banklararası mərkəzləşdirilmiş və digər lisenziyalaşdırılmayan ödəniş sistemlərinin təşkili və fəaliyyətinin təmin edilməsi, habelə bank sisteminin sabitliyinə dəstəyin göstərilməsindən ibarətdir. Mənfəət götürmək Mərkəzi Bankın əsas məqsədi deyildir. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman hər hansı dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslər onun fəaliyyətinə hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhdudiyyət qoya bilməz, qanuna zidd təsir və müdaxilə edə bilməz.


Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə