Referat Mövzusu : ar mərkəzi Bankının fəaliyyətinin hüquqi əsasları


AR Mərkəzi Bankının hüquqi statusu



Yüklə 37,89 Kb.
səhifə3/4
tarix31.12.2021
ölçüsü37,89 Kb.
#81796
növüReferat
1   2   3   4
İqtisadi hüquq

AR Mərkəzi Bankının hüquqi statusu

Bankın hüquqi statusu Mərkəzi Bank dövlət orqanıdır, Azərbaycan Respublikasının mərkəzi bankıdır. Konstitusiya və qanunlarla müəyyən edilmiş funksiya və səlahiyyətlərini həyata keçirərkən Mərkəzi Bank müstəqildir və bu zaman onun fəaliyyətinə qanuna zidd təsir və müdaxilə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin (“Pul vahidi”) II bəndində deyilir: “Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız Mərkəzi Banka mənsubdur.

Bank dövlətin müstəsna mülkiyyətindədir”. Konstitusiyaya əsasən Mərkəzi Bank dövlət hakimiyyətlərinin (qanunvericilik, icra, məhkəmə) heç birinə aid deyil. Bununla belə Mərkəzi Bank haqqında müddəanın Konstitusiyanın “Dövlətin əsasları” adlanan II fəslində verilməsi, onun xüsusi statuslu dövlət strukturu olmasına dəlalət edir. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda Mərkəzi Bankın digər dövlət orqanları ilə qarşılıqlı münasibətləri təsbit edilərək onun dövlətin bankı və maliyyə agenti rolunda hüquq və vəzifələri müəyyən edilmiş, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinin, o cümlədən büdcə-vergi, qiymət-tarif, daxili və xarici borcun həcmi və idarə edilməsi məsələlərinin müzakirəsində onun iştirakı nəzərdə tutulmuşdur. Bu hüquqi norma dövlətin iqtisadi siyasətini həyata keçirən orqanlar arasında fəaliyyətin əlaqələndirilməsinə və mövcud imkanlardan daha səmərəli istifadə olunmasına xidmət edir.

10 dekabr 2004-cü il tarixli yeni redaksiyada qəbul edilmiş Qanunda dövlət rəhbərliyi və ictimaiyyət qarşısında hesabatlıq sistemi vasitəsilə Mərkəzi Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün effektiv mexanizmlər müəyyən edilmişdir. Belə ki, Qanuna müvafiq olaraq Mərkəzi Bankın fəaliyyəti haqqında müvafiq dövlət orqanına hesabatın təqdim edilməsi, həmçinin həyata keçirilən siyasət və fəaliyyətinin nəticələri haqqında ictimaiyyətə məlumatların açıqlanması tələbi onun fəaliyyətinin şəffaflığını təmin edir.

Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikasının Prezidentinə hesabat verir. Yeni qanunda Mərkəzi Bankın fəaliyyətinin şəffaflığını təmin edən əsaslardan biri də Bankın idarəetmə sistemində korporativ idarəetmə standartlarının tətbiqidir. Belə ki, Mərkəzi Bankın təşkilati strukturunun, idarəetmə orqanları arasında səlahiyyət bölgüsünün, daxili nəzarətin forma və əsas prinsiplərinin bilavasitə qanunda təsbit edilməsi, Bankın idarəetməsində maraqlar münaqişəsini aradan qaldıran məsələlərin qanunla tənzimlənməsi Mərkəzi Bankın fəaliyyətinin tam şəffaf olmasına şərait yaradır.

Mərkəzi Bank müstəqil balansa, nizamnamə kapitalına və digər əmlaka malikdir, Qanunda istisna olunan hallardan başqa onun razılığı olmadan kapitalının və digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir. Mərkəzi Bankın nizamnamə kapitalı 50 milyard manatdır. Mərkəzi Bank müflis elan oluna bilməz. Mərkəzi Bankın idarəetmə funksiyalarını İdarə Heyəti və İdarə Heyətinin sədri həyata keçirir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Mərkəzi Bankın İdarə Heyətinin üzvlərini Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisi təyin edir.

Mərkəzi Bankın İdarə Heyətinin sədrini Mərkəzi Bankın İdarə Heyətinin üzvləri sırasından Azərbaycan Respublikasının Prezidenti təyin edir. Mərkəzi Bankın auditorlarını Azərbaycan Respublikasının Prezidenti təyin edir. Yeni qanun Mərkəzi Bankın bütün funksional fəaliyyəti sahələrinə nüfuz etmək, tənzimlədiyi sferalara beynəlxalq təcrübəyə uyğun səmərəli nəzarəti həyata keçirmək imkanlarını nəzərdə tutur. Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Bankından və kredit təşkilatlarından ibarətdir.

Mərkəzi Bank dövlətin mərkəzi bankıdır və onun fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, bu Qanun və bunlara müvafiq olaraq qəbul edilmiş digər normativ hüquqi aktlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Azərbaycan Respublikasında kredit təşkilatlarının fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyası, bu Qanun, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikası qanunları, Mərkəzi Bankın bunlara müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir.

Bankların yaradılması, idarə olunması və onun fəaliyyətinə nəzarət. Bank ən azı üç hüquqi və (və ya) fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Siyasi partiyalar, ictimai birliklər, fondlar və digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər. Bankın təsisçiləri olan səhmdarları onun sonrakı səhmdarlarına nisbətən hər hansı əlavə üstünlüklərə malik ola bilməz və ya hər hansı əlavə vəzifələr daşıya bilməzlər. Bankın təsisçiləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq nizamnaməsini tərtib edir və təsdiq edir. Hər bir bank onun nizamnaməsinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada təsdiq edilən və aşağıdakıları müəyyən edən daxili reqlament əsasında fəaliyyət göstərir:

1.Bankın təşkilati və idarəetmə strukturu, o cümlədən onun əməliyyat və inzibati şöbələri, onların bölmələri və funksiyaları, tabeçiliyi və hesabat verməsi qaydası;

2.Bankın idarəetməsi və nəzarəti altında olan şöbələrin və bölmələrin rəhbərlərinin vəzifələri;

3.Daxili audit xidmətinin, digər daimi daxili komissiya və komitələrin funksiyaları;

4. inzibatçılarının və struktur bölmələrinin rəhbərlərinin bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri;

5.Filial və şöbələrin inzibatçılarının vəzifəyə təyin və azad edilməsi qaydaları, habelə onların bank fəaliyyətinin həyata keçirilməsi üzrə səlahiyyətləri.

Bankın nizamnaməsinin notariat qaydada təsdiqlənmiş surəti, bank tərəfindən təsdiqlənmiş daxili reqlamenti, habelə bankın bank fəaliyyəti ilə əlaqədar müqavilələri imzalamaq səlahiyyəti verilmiş vəzifəli şəxslərin siyahısı bank tərəfindən Mərkəzi Banka bir nüsxədə təqdim edilir və Mərkəzi Bankda saxlanılır. Bankın nizamnaməsində edilən dəyişikliklər Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Bankın nizamnaməsində və reqlamentində edilən dəyişikliklər beş təqvim günü müddətində Mərkəzi Banka təqdim edilir.

Bank məcmu kapitalını, xarici bankın yerli filialı isə məcmu kapitala bərabər tutulmuş vəsaitini daimi olaraq Mərkəzi Bankın banklar üçün müəyyən etdiyi məcmu kapitalın minimum miqdarından aşağı olmayan səviyyədə saxlamalıdır. Bankın məcmu kapitalının, xarici bankın yerli filialı üçün isə məcmu kapitala bərabər tutulmuş vəsaitin strukturu, komponentləri və hesablanması qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Heç bir bank Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan səhmlərinin satın alınması və ya səhmlərin nominal dəyərinin azaldılması zamanı onun dəyərinin ödənilməsi yolu ilə məcmu kapitalını azalda bilməz. Heç bir xarici bank Mərkəzi Bankın qabaqcadan yazılı icazəsi olmadan nizamnamə kapitalına bərabər tutulmuş vəsaitlərinin geri götürülməsi yolu ilə yerli filialının məcmu kapitala bərabər tutulmuş vəsaitini azalda bilməz.




Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə