Referat Mövzusu : ar mərkəzi Bankının fəaliyyətinin hüquqi əsasları


AR Mərkəzi Bankının hüquqi formalaşması



Yüklə 37,89 Kb.
səhifə2/4
tarix31.12.2021
ölçüsü37,89 Kb.
#81796
növüReferat
1   2   3   4
İqtisadi hüquq

AR Mərkəzi Bankının hüquqi formalaşması

Azərbaycan Respublikasının bank sistemi və bank fəaliyyətini tənzim edən qanunvericilik. 1995-ci il 12 noyabr tarixində keçirilən referendumda qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin II bəndində pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququnun yalnız Milli Banka mənsub olması bir daha təsbit olunmuşdur. Eyni zamanda Konstitusiyada Milli Bankın dövlətin müstəsna mülkiyyətində olması da müəyyən edilmişdir.

Yeni Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu sahəsində keyfiyyətcə yeni mərhələnin başlanmasından xəbər verirdi. Məhz buna görə də bütün sahələrdə olduğu kimi bank qanunvericiliyi sahəsində də yeni quruculuq işlərinə başlanıldı. Belə ki, artıq 1996-cı il 10 iyun tarixində “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, 14 iyun tarixində isə “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Qanunlar yeni redaksiyada qəbul edildi. Bank sisteminin və onun normativ hüquqi bazasının inkişaf etdirilməsi və bank sistemində aparılan ardıcıl islahatların daha da dərinləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 26 dekabr tarixli Fərmanı ilə bank qanunlarının yenidən işlənməsi tapşırığı verilmişdir. Məhz bu dövlət qayğısının nəticəsi kimi “Azərbaycan Respublikasının Milli Bankı haqqında”(sonradan “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”) və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunları 2004-cü ildə yeni redaksiyada qəbul edilmişdir.

10 dekabr 2004-cü ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Bankın hüquqi vəziyyətini, onun məqsəd və funksiyalarını, dövlət qurumları arasında yerini və rolunu daha dəqiq müəyyən etmiş, Milli Bankın məsuliyyətinin və fəaliyyətinin şəffaflığının artırılması üçün müvafiq mexanizmlər nəzərdə tutmuşdur.

Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanunu ən qabaqcıl beynəlxalq təcrübəyə uyğun hazırlanmış və ən mütərəqqi qanunvericilik bazası hesab olunur. Yeni qanun Mərkəzi Bankın b ütün funksional sahələri üzrə fəaliyyətinin daha səmərəli və effektiv həyata keçirilməsi üçün imkan yaratmışdır. Pul və valyuta siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, ölkənin ödəniş sisteminin tənzimlənməsi və inkişafı, bank nəzarətinin həyata keçirilməsi, dövlətin beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanması və idarə edilməsi – bunlar Mərkəzi Bankın mühüm funksiyalarının yalnız bir hissəsidir.

bank qanunları ilə təsbit olunmuş bank nəzarətinin prinsipləri, forma və metodları Mərkəzi Bankın bu funksiyasının beynəlxalq standartlara, o cümlədən bank nəzarəti üzrə Bazel prinsiplərinə uyğun həyata keçirilməsinə və ölkənin bank sisteminin etibarlılığının artırılmasına, əmanətçilərin və kreditorların maraqlarının daha səmərəli qorunmasına zəmin yaratmışdır.

Azərbaycanın bank qanunvericiliyi tarixində ilk dəfə olaraq inzibatçıların mənəvi keyfiyyətləri ilə bağlı tələblər önə çəkilmişdir. Bu da inzibatçıların “məqbul və lazımi keyfiyyətlərə malik şəxs” və “vətəndaş qüsursuzluğu” göstəricilərinə malik olmasını və bank sistemi üçün daha layiqli namizədlərin seçilməsini şərtləndirir. Lakin görülən işləri heç də tamamlanmış hesab etmək olmaz, çünki böyük ümid və uğurlarla irəliləyən Azərbaycanın bank sektorunda da islahatlar hələ davam etdirilir.

Qarşıda bank sisteminin inkişafı naminə yeni-yeni tədbirlər və Dövlət Proqramlarının həyata keçirilıməsi planları durur. Bankın funksiyaları “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Mərkəzi Bankın funksiyalarına aşağıdakılar aiddir:

1.dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir;

2.nağd pul dövriyyəsini təşkil edir, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq pul nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir;

3.manatın xarici valyutalara nisbətdə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;

4.qanunvericiliyə uyğun olaraq valyuta tənzimini və nəzarətini həyata keçirir; sərəncamında olan beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır və idarə edir;

5.qanunvericiliyə uyğun olaraq hesabat tədiyə balansını tərtib edir və ölkənin proqnoz tədiyə balansının hazırlanmasında iştirak edir;

6.“Banklar haqqında” Azərbaycan Respublikası Qanununa, bu Qanuna və onlara müvafiq qəbul etdiyi normativ xarakterli aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; ödəniş sistemlərinin fəaliyyətini təşkil edir, əlaqələndirir, tənzimləyir və onların üzərində nəzarəti qanuna uyğun olaraq həyata keçirir;

7.“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunlarda nəzərdə tutulmuş başqa funksiyaları həyata keçirir.


Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə