Referat Mövzusu : ar mərkəzi Bankının fəaliyyətinin hüquqi əsasları


Mərkəzi Bankının nəzdində olan bankların hüquqi idarəetmə sistemi



Yüklə 37,89 Kb.
səhifə4/4
tarix31.12.2021
ölçüsü37,89 Kb.
#81796
növüReferat
1   2   3   4
İqtisadi hüquq

Mərkəzi Bankının nəzdində olan bankların hüquqi idarəetmə sistemi

Hər bir bank ali idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı, onun idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası, bankda audit işini təşkil edən Audit Komitəsi və məsul icra orqanı olan İdarə Heyəti tərəfindən idarə olunur.

Səhmdarların növbəti və növbədənkənar yığıncaqları keçirilə bilər. Səhmdarların hər bir ümumi yığıncağının keçirilməsi günü, yeri, vaxtı və gündəlik üzrə materiallarla tanış olma qaydası barəsində bildirişlər, habelə həmin yığıncağın gündəliyi yığıncağın keçirilməsi gününə ən azı 45 təqvim günü qalmış səhmdarlara göndərilir və bu barədə kütləvi informasiya vasitələrində məlumat dərc etdirilir. Bildirişlə birlikdə göndərilən gündəliyə daxil edilməmiş məsələlər üzrə qərar qəbul olunmasına yol verilmir. Növbəti yığıncaqlar ildə bir dəfədən az olmayaraq keçirilir. Növbəti yığıncaqlar bankın hər il üçün maliyyə hesabatı tərtib edildikdən və kənar auditor yoxlamasından keçdikdən sonra ən geci iki ay ərzində keçirilir.

Növbədənkənar yığıncaqlar səsvermə hüququ olan səhmlərin azı 5 faizinin sahibləri olan səhmdarların, Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin tələbi ilə çağırıla bilər. Növbədənkənar yığıncaqların çağırılması qaydası Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Səhmdarların yığıncağında səsvermə hüququna malik olan bütün səhmdarlar təmsil olunmuşdursa, yığıncaq onun çağırılması vaxtından və üsulundan asılı olmayaraq səlahiyyətli sayılır. Səsvermə hüququna malik olan səhmdarların hamısı yekdilliklə razılıq verərsə, bu yığıncaq gündəliyə daxil edilməmiş məsələləri də müzakirə edə və onlara dair qərarlar qəbul edə bilər. Bankın Müşahidə Şurası 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Şuranın üzvləri bankın səhmdarlarının ümumi yığıncağı tərəfindən səhmdarlardan və (və ya) kənar şəxslərdən 4 ildən çox olmayan müddətə təyin edilən fiziki şəxslərdir. Şuranın üzvləri növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı Müşahidə Şurasının üzvləri sırasından Müşahidə Şurasının sədrini təyin edir.

Şurası üzvlərinin muzdu bankın bölüşdürülməmiş mənfəətinin faizi şəklində və ya əmək haqqı formasında səhmdarların ümumi yığıncağında təyin edilə bilər. Müşahidə Şurasının iclasları ən azı üç ayda bir dəfə keçirilir. İclasların nəticələrinə dair protokol Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq qaydada tərtib edilir.

Müşahidə Şurasının qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda Müşahidə Şurası sədrinin səsi həlledici sayılır. Bankın İdarə Heyəti bankın idarə olunması və fəaliyyətinin həyata keçirilməsi üçün məsuliyyət daşıyır. İdarə Heyəti 3 nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. İdarə Heyətinin üzvləri bank səhmdarlarının ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilirlər. Onlar növbəti müddətlərə yenidən seçilə bilərlər. Səhmdarların ümumi yığıncağı İdarə Heyətinin üzvlərindən birini İdarə Heyətinin sədri təyin edir. İdarə Heyəti sədrinin səlahiyyətləri

Heyətinin əsasnaməsində müəyyən edilir. İdarə Heyəti onun iclasında üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin qərarları yığıncaqda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səs hüququna malikdir. Üzvlərin səsvermə zamanı bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda İdarə Heyətinin sədrinin səsi həlledici sayılır.

Hər bir bankda müstəqil Audit Komitəsi və daxili audit bölməsi (departament, şöbə və s.) fəaliyyət göstərir. Bankın Audit Komitəsi üç nəfərdən az olmamaqla, tək sayda üzvlərdən ibarətdir. Komitənin üzvləri səhmdarların ümumi yığıncağı tərəfindən 4 ildən çox olmayan müddətə təyin edilir. Komitənin üzvləri növbəti müddətə yenidən seçilə bilər. Səhmdarların ümumi yığıncağı komitənin üzvlərindən birini komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı formasında muzdu səhmdarların ümumi yığıncağı tərəfindən təyin edilir. Bankların etibarlı fəaliyyətinə dair tələblər.

Banklar idarəetməni və cari fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, digər normativ hüquqi aktların, habelə Qanunun, Mərkəzi Bankın normativ xarakterli aktlarının, bankın nizamnaməsinin tələblərinə, onlara verilmiş bank lisenziyasında və ya icazədə göstərilən bütün məhdudiyyətlərə müvafiq surətdə etibarlı və prudensial qaydada həyata keçirməlidirlər.

Banklar məcmu kapitalını və likvid ehtiyatlarını daimi olaraq müəyyən olunmuş səviyyədə saxlamalı, öz öhdəliklərini yerinə yetirmək və zərərə yol verməmək üçün aktivlərin qiymətdən düşməsinə qarşı zəruri tədbirlər görməli, mühasibat sənədlərini və digər zəruri sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib etməli, bankın fəaliyyətinə nəzarət mexanizmlərini formalaşdırmalı və tətbiq etməli, zərərin əmələ gəlməsi riskini maksimal şəkildə azaltmaq məqsədi ilə aktivlərin diversifikasiyasını (bölüşdürülməsini) təmin etməlidirlər. Banklar, Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:

1.Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;

2. (təminatlı və (və ya) təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, reqres hüququ ilə və ya belə hüquq olmadan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri;

3. və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;

4.Klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

5.Ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;

6.Qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi;

7.Öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması;

8.Qiymətli kağızlar bazarında peşəkar fəaliyyət;

9.Maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi;

10.Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi;

11.Sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq);

12.Qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkasasiya edilməsi və göndərilməsi.



Nəticə

Bank sistemində mərkəzi bankın əsas rolu və mövqeyi bu ölkədə bazar iqtisadiyyatının səviyyəsi və xarakteri ilə müəyyənləşir ki, bu münasibətləri sabit hesab etmək düzgün olmazdı.

Bazarın və ümumiyyətlə maliyyə sektorunun gələcək inkişafının dövlətin tənzimləyici orqanı olan mərkəzi banksız təsəvvür etmək qeyri mümkündür. Bank sırasından mərkəzi bankın ayrılması ikipilləli bank sisteminin yaranmasına səbəb oldu ki, bu pillənin başında mərkəzi bank durdu. Belə bir sistemin yaranmasının vacibliyi bazar münasibətlərinin ziddiyyətli xarakterindən qaynaqlanır. Çünki, birlərinin tərəfdən bazar xüsusi maliyyə resurslarından sərbəst istifadəni tələb edir ki, bu da ikipilləli bank sisteminin aşağı pilləsinin elementləri ilə təmin olunur, digər tərəfdən isə, bu münasibətlərə dövlət tənzimlənməsi vacibdir ki, bu da xüsusi institutun mərkəzi Bankın olmasını tələb edir. Beləliklə Mərkəzi Bankin əməliyyatları və onların təkmilləşdirilməsi magistr dissertasiyasının araşdırılması bizə bir sıra nəticələr əldə etmək imkanı vermiş oldu ki, onlar aşağıdakılardır :

1.Mərkəzi bankların yaranması bir növ tarixi kəşfdir ki, bu da özlüyündə sahibkarlıqda sərbəstliyi qorumaqla bazara effektiv yiyələnməyə imkan yaradır.

2Ayrı-ayrı ölkələrin mərkəzi banklarının fəaliyyətinin araşdırılması nəticəsində demək olar ki Mərkəzi banklar, ilk növbədə dövlətlə iqtisadiyyat arasında vasitəçidir və vasitəçi kimi qanunvericiliklə təsdiqlənmiş alətlər vasitəsilə pul və kredit axının tənzimləyən bir təşkilatdır.

İstənilən ölkənin mərkəzi bankının fəaliyyətində əsas məqsəd, bütövlükdə maliyyə-bank industriyasının inkişafı üçün qanunvericilik mühitinin daha da yaxşılaşdırılması, beynəlxalq standartlara uyğun müasir və rəqabətə dözümlü maliyyə-bank xidmətləri bazarının inkişaf etdirilməsi üçün münbit hüquqi bazarın yaradılmasıdır.



Ədəbiyyat siyahısı

1.Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2016. Mad. 13, 15, 19, 59.

2.«Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azər­baycan Respublikasının 10 dekabr 2004-cü il tarixli Qanunu.

3.«Banklar haqqında» Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanunu.



4.«Kredit ittifaqları haqqında» Azərbaycan Respublikasının 2 may 2000-ci il tarixli Qanunu.

5.828 №-li AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Yüklə 37,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə