Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə6/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   100

23 
 
Qlobal problemlərin Qlobal problemlərin məğzinə 
daha dərindən Qlobal problemlərin işıqlandırılması və həlli 
yollarının araşdırılması istiqamətində 
KİV-in və 
jurnalistlərin qarşısında spesifik tələblər qoyulduğu kimi, 
ümumi ixtisas istiqamətləri üzrə  də müəyyən tələblər irəli 
sürülür. Bu tələblər ilk növbədə kütləvi informasiya 
vasitələrinin istifadə etdikləri müasir texnika və 
texnologiyalara aiddir: 
 
 
müasir mətbuatın, radio-televiziyanın, elektron 
KİV-lərin istifadə etdikləri texnika və texnologiyalara bələd 
olmalı, onlarla işləməyi bacarmalıdır; 
 
jurnalist kollektivlərinin istehsalat-texnoloji 
struktur kimi fəaliyyətnin səciyyəvi xüsusiyyətlərini 
bilməlidir; 
 
ayrı-ayrı kütləvi informasiya vasitələri üçün hazır-
lanan materialların spesifikasını bilməlidir; 
 
müasir texniki vasitələrlə (elektron texniki vasitələr 
də daxil olmaqla) işləməyi bacarmalı  və  iş metodlarını 
bilməlidir; 
 
materialların hazırlanmzsı ilə bağlı texniki 
vərdişlərə - səhifələnmə, o cümlədən, kompüterlə 
səhifələnmə, yazılmış və ya çəkilmiş materialların montajı, 
qəzetlərin on-line və ya off-line versiyalarının yaradılması 
və s. – yiyələnməlidir.  
 
 “Jurnalistika və müasir dövrün qlobal problemləri” 
kursunda qarşıya qoyulmuş  məqsədə nail olmaq üçün ilk 
növbədə  “inkişaf”, “tərəqqi” və “tənəzzül” anlayışları 
arasındakı  əlaqələrin tarixi aspektdə araşdırılması olduqca 
vacibdir. 
 
 
 
24 
 
“İnkişaf”, “tərəqqi” və “tənəzzül” anlayışları arasındakı 
əlaqələr 
 
Tarixi tərəqqi problemi demək olar ki, əksər fəlsəfi 
təlimlərin mərkəzi məsələlərindən biridir. Bu da təsadüfi de-
yildir, çünki məhz fəlsəfə tarixi tərəqqini reflektiv şəkildə 
(qeyri-ixtiyari, qeyri-şüuri, qeyri-iradi) nəzərdən keçirmək 
iqtidarındadır. Lakin, tarixi tərəqqi məsələsi uzun müddət 
həddən artıq sadələşdirilmiş şəkildə – yəni kamilliyə doğru 
fasiləsiz irəliləyiş kimi təqdim olunmuşdur.  Əgər elmi-
texniki sahədə baş vermiş  tərəqqi heç kimdə  şübhə 
yaratmırsa, iqtisadiyyat sahəsindəki inkişaf özünü o qədər 
də qabarıq  şəkildə hiss etdirə bilmir (daha doğrusu, 
iqtisadiyyat bir çox neqativ proseslər üçün baza rolunu 
oynayır), mənəvi vəziyyət və  mədəni inkişaf səviyyəsi isə 
hətta ifrat optimistlərə belə, keçmişlə müqayisədə boyük 
sıçrayışlardan danışmaq imkanı vermir. Ona görə  də artıq 
XIX  əsrin ortalarından başlayaraq, bəşəriyyətin istehsal 
qüvvələrinin tərəqqisi üçün verdiyi töhfələr (ödəmələr), 
ictimai həyatın müxtəlif sahələrində baş vermiş  tərəqqinin 
müxtəlifliyi və  təzadları barədə  məsələlər qoyulmağa və 
araşdırılmağa başlanılır. Bəşəriyyətin qarşısında artıq elmi-
texniki tərəqqi, sosial və  mənəvi sahələrdə olan də-
yişiklikləri müqayisə etməyi öyrənmək, onları uzlaşdırmaq 
və s. kimi vəzifələr durmağa başlayır. Bu da həmin dəyişik-
liklər arasındakı harmoniyanın pozulmasının, təbiətin 
düşünülməmiş  şəkildə istifadəsinin və zorlanmasının 
insanları uçuruma sürükləməsinin qaşısının alınması 
məqsədi ilə edilirdi.  
Tarixi tərəqqi problemini nəzərdən keçirmək üçün ilk 
növbədə  tərəqqi və inkişaf anlayışları arasındakı qarşılıqlı 
əlaqələri araşdırmaq məqsədəmüvafiqdir.  İnkişafı sadəcə 
olaraq dəyişikliklərin sinonimi kimi başa düşmək və onu 
tərəqqi ilə eyniləşdirmək yanlış olardı.  


25 
 
İnkişaf  dəyişikliyə  və yaxud da dəyişikliklərin məc-
musuna nisbətən daha mürəkkəb prosesdir. İnkişaf 
anlayışını dialektikanın qanun və kateqoriyalarında öz 
əksini tapmış müxtəlif tip universal əlaqələrin təhlili 
əsasında formalaşdırmaq olar. İnkişaf dəyişikliyin xüsusi bir 
növüdür. Hər hansı bir əşyada baş vermiş  dəyişiklikləri 
aşkar etmək hələ onların xarakter və tendensiyaları barədə 
xəbər vermir.  
Dəyişiklik kəmiyyət xarakteri daşıya bilər. İnkişaf isə 
yeninin yaranmasını, yəni keyfiyyət dəyişikliyini tələb edir. 
Eyni zamanda, hər bir keyfiyyət dəyişikliyini də inkişafla 
eyniləşdirmək olmaz (məsələn, əşyanın sadəcə parçalanması 
və ya eynitipli fazaların təkrarlanması ilə baş verən dövri 
proseslər və yaxud da «su – buğ - su…» kimi sadə  təkrar 
dəyişikliklər).  İnkişaf anlayışı ümumi kütlədən elə 
dəyişiklikləri seçib ayırır ki, onlar sistemin yeniləşməsi, 
onun daxili struktur və funksional dəyişiklikləri ilə, yeni - 
başqa bir şeyə çevrilməsi ilə əlaqədardır.  
İnkişaf mürəkkəb sistemli obyektlərin böyük vaxt in-
tervalında yığılıb toplanmış, geriyə dönməsi mümkün 
olmayan, mütərəqqi və uzun bir prosesdir (məsələn, 
litosferanın (Yer qabığı), ekosistemin təkamülü, insan 
icmalarının, alətlərin və  əmək  ənənələrinin tarixi inkişafı, 
ETT və s.).  
İnkişafı bir xətt üzrə irəliləyən proses kimi də başa 
düşmək olmaz. Ona görə ki, real sosial-tarixi inkişaf daim 
yana sapmalarla, geriyə dönmələrlə, bir çox hallarda baş 
verən  şaxələnmə  və divergensiyalarla (süni və  təbii seçim 
nəticəsində təkamül prosesində əmələ gələn əlamətlərin bir-
birindən fərqlənməsi), inkişaf proseslərində primatların 
evolyusiyası (birincilik, üstünlük) və yaxud konver-
gensiyalarla (ayrılma və yaxınlaşma) – birləşmə, sintez, 
inkişafın müxtəlif xətlərinin birləşməsi (ayrı-ayrı  qəbilə-
lərdən böyük millətlərin formalaşması) ilə müşayiət olunur 
26 
 
Burada tarixilik prinsipinə riayət olunmasını qeyd 
etmək vacibdir. Bu prinsipin mahiyyəti obyektlərin müvaiq 
səbəblər nəticəsində müəyyən  şəraitlərdə baş vermiş tam 
sistemlər şəklində baxılmasından ibarətdir. Hazırda mövcud 
olanı  təkcə keçmişin nəticəsi hesab etmək olmaz, eyni 
zamanda müasir dövrün özünün də inkişafını nəzərə almaq 
lazımdır. Çünki, müasirliyin özündə  də müxtəlif  ənənələr 
bir-biri ilə qarşılıqlı mübarizə aparır və  gələcək inkişafın 
alternativ imkanları formalaşır. Tarixilik təzahürlərin 
determinasiyası konsepsiasyı ilə (bütün hadisələrin 
qanunauyğunluğu və  səbəbiyyət  əlaqəsindən asılılığı) sıx 
əlaqəlidir.  
Tarix – əvvəlcədən müəyyən olunmuş  nəticələrlə 
təmin olunmuş proses deyil. Tarixi inkişafın obyektiv 
qanunauyğunluqları özünə yalnız mümkün olan vahid 
formada yol açmır. Onların reallaşması müxtəlif variantlarla 
mümkündür və bu zaman inkişafın mümkün forma və 
yollarını nəzərə almaq lazımdır.  
İnkişafın  ən mürəkkəb növü cəmiyyətin tarixidir. 
Çünki, cəmiyyətin tarixinin inkişafı obyektiv amillərdən 
başqa, subyektiv amilləri də, məsələn, insanların baxışlarını, 
məqsəd və maraqlarını özündə  əks etdirir. Bu da öz 
növbəsində ictimai-tarixi proseslərin determinasiyası 
xarakterini çətinləşdirir. Tarixi perspektivlərin, imkanların 
reallaşmasında insanın seçimi, idealları  və iradəsi iştirak 
edir. Tarixi proseslərin nəzəri cəhətdən baxılması bütün 
bilik kompleksinin və dialektikanın metodlarının tətbiq 
olunmasını  tələb edir. Ona görə ki, inkişaf prosesində 
dəyişikliklərə xas olan təzadlı xarakter özünü çox mürəkkəb 
və çoxşaxəli şəkildə büruzə verir. 
 İnkişafın öz xarakteristikalarına görə bir-birinin əksi 
olan, bir-birindən müxtəlif istiqamətlərə yönələn və 
dialektik şəkildə bağlı olan ən ümumi iki ənənəsi tərəqqi və 
tənəzzüldür.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə