137
IV MÖVZU
Jurnalistika və müasir dövrün qlobal
ərzaq problemi
BMT-nin İctimai İnformasiya Departamentinin
dünya KİV-inin haqsız olaraq kifayət qədər diqqət
yetirmədiyi mövzular barədə çap etdirdiyi siyahıda qlobal
ərzaq təhlükəsizliyi bir sıra digər qlobal problemləri (iqlim
dəyişikliyi, zorakılığa və cəzasızlığa qarşı mübarizə,
narkoticarət, yerini dəyişmiş əhalinin vəziyyəti, silah alveri,
insan alveri və s.) qabaqlayaraq, birinci yerdə göstərilmiş-
dir. Ekspertlərin fikrinə görə, hazırkı “qlobal təhlükələrin”
bəziləri məhz medianın yaratdığı vahimələrdən ibarətdir.
Lokal konfliktlərə və s. qlobal
problemlərə olan maraq və
ya laqeydlik isə siyasi konyunktura ilə izah olunur.
BMT Mətbuat Xidmətinin bəyanatında göstərildiyi
kimi, bu siyahı KİV-in diqqətini “aktual, lakin həm mövcud
problemlərlə, həm də dünya ictimaiyyətinin o qədər də
nəzərə çarpmayan nailiyyətləri ilə bağlı olan və az
işıqlandırılan mövzulara” cəlb etmək üçün tərtib edilmişdir.
Ümumiyyətlə, işıqlandırılmaq üçün KİV-ə hansısa
mövzunun qeyri-könüllü qəbul etdirilməsi özü-özlüyündə
yeni ideya deyildir. Media nəzəriyyəçiləri və praktikləri
hesab edirlər ki, “hər bir KİV özünün auditoriyasına
malikdir. Əgər BMT-nin mövzusu auditoriyanın marağı ilə
üst-üstə düşürsə, o zaman redaksiya marketinq
göstəricilərinə əsaslanaraq, materialı öz şərhləri ilə çap edir,
ya da özü müvafiq tədqiqat işi aparır. İctimai təşkilatların və
yaxud da hər hansı bir marağa lobbiçilik edənlərin necə
istəmələrindən asılı olmayaraq,
onlar informasiya sahəsində
özlərinin vəzifələrini yalnız KİV-in iqtisadi qanunlarından
138
çıxış edərək yerinə yetirə bilərlər.”
65
Bir sıra ekspertlər isə belə hesab edirlər ki, BMT-nin
qeyd etdiyi problemlərin bəzilərinə diqqət yetirməyə dəyər.
Xüsusilə də artıq qlobal problemə çevrilmiş ərzaq təminatı
problemi həqiqətən də gələcəkdə daha aktual xarakter kəsb
edəcəkdir. Belə olan halda, KİV-in fəaliyyəti necə
olmalıdır? Onun qarşısında hansı vəzifələr durur?
Bu suallara cavab tapmaq üçün ilk növbədə qlobal
ərzaq probleminin mahiyyəti, onun tarixin müəyyən
mərhələlərində özünü necə büruzə verməsi,
yaranma
səbəbləri, əsas hüdudları, təbiət resursları, onlardan istifadə
və həlli yollarının müəyyən edilməsi, dünya ictimaiyyətinin
bu problemin həllinə cəlb olunması və s. məsələlər ciddi
şəkildə, elmi və praktik əsaslara söykənilərək
araşdırılmalıdır. Əlbəttə, bütün bu araşdırmalar hər şeydən
əvvəl qlobal problemin həllində medianın səmərəli
iştirakının təmin edilməsi aspektində həyata keçirilməlidir.
Bu mövzunu işıqlandıran jurnalist problemin tarixi,
mahiyyəti və müasir vəziyyəti barədə ən azı ekspert
səviyyəsində bilik və məlumata malik olmalıdır.
Aqrojurnalist nələri bilməlidir?
Aqrojurnalist bilməlidir: qlobal ərzaq
problemi nədir?
Ərzaq çatışmazlığı, aclıq problemi bəşəriyyəti, o
cümlədən,
alimləri və əlbəttə, kütləvi informasiya vasitələ-
rini neçə yüz illərdir ki, narahat edən məsələlərdən biridir.
İngilis iqtisadçısı Tomas Maltus (1766-1834) ciddi “əhali
qanunu”nun tətbiq edilməsi ideyasını irəli sürmüşdür. O,
“Əhali qanunu haqqında təcrübə” əsərində (1798-ci il) bu
sahədə yaranmış acınacaqlı vəziyyəti “mütləq artıq adam-
ların” olması və “təbii əhali qanununun” fəaliyyəti ilə izah
65
http://www.rbcdaily.ru/print.shtml?2009/09/10/focus/430373
139
etməyə çalışır. Onun fikrinə görə, insanların sayının
düşünülməmiş şəkildə sürətlə artımı onların yaşamaları
üçün lazım olan vəsaitin artırılması imkanlarını xeyli
qabaqlayır. Bu da öz növbəsində kütləvi yoxsulluğa gətirib
çıxarır. Belə vəziyyət “Xaliqin məramlarına ziddir”, ona
görə də “ilahi qüvvələr” Yer kürəsinin sakinlərinin sayını
özlərinəməxsus bir şəkildə məhdudlaşdırırlar. Maltus belə
bir mülahizə irəli sürür ki, insan doğularkən başqası tərəfin-
dən artıq tutulmuş dünyaya gəlir. Əgər ona həyat vermiş va-
lideynləri onu yedizdirə bilmirlərsə və cəmiyyətin
də onun
əməyinə ehtiyacı yoxdursa, deməli o, Yer kürəsində
artıqdır: “Böyük həyat ziyafətində ona yer yoxdur. Təbiət
özü ona kənarlaşmaq imkanı verir və öz hökmünün icrasını
ləngitmir.”
66
Bu cür ideyalardan sonralar bütöv bir nəzəri istiqamət
- əhali sakinliyi barəsində baxışlar sistemi olan
maltusçuluq əmələ gəlmişdir. Maltusçuluğa görə,
insanların vəziyyəti sosial şəraitlə deyil, “təbiətin” əbədi
qanunları ilə müəyyən edilir, adamların sayı onların
“bioloji” xüsusiyyətlərindən asılı olaraq həndəsi silsilə ilə,
yaşayış vasitələrinin miqdarı isə yalnız ədədi silsilə ilə artır.
Bu cərəyana görə, əhalinin sayı və yaşayış vasitələrinin
miqdarı arasındakı nisbət geniş insan
kütləsini tələf edən
epidemiya, aclıq, sonsuzluq, müharibə və s. ilə tənzimlənir.
Bu ideyanın həm tərəfdarları, həm də opponentləri vardır.
Lakin, bütün bunlara baxmayaraq, qlobal miqyasda ərzaq
problemi özünün bütün kəskinliyi ilə bu gün də
qalmaqdadır.
Aclıq dünyada yeni təzahür deyildir. Tarixə qısa bir
nəzər salsaq, bunu təsdiq edən xeyli faktlarla rastlaşa
66
http://www.bibliotekar.ru/100otkr/93.html;
http://www.istoriya.org/economy/86-classic/311-maltus.html
140
bilərik. Məsələn, XIX əsrdə təkcə Çində 100 mln.,
Hindistanda isə son 60 ildə 20 mln. insan aclıqdan tələf
olmuşdur. Lakin, bu gün bəşəriyyət özünün bütün tarixi
boyunca ilk dəfədir ki, planetin daha sürətlə artan əhalisinin
böyük hissəsinin yaşadığı ölkələrdə olduqca
iri miqyasda
ərzaq çatışmazlığı ilə üz-üzə dayanmışdır. Əhalisi aclığın
müxtəlif formalarından əziyyət çəkən zonalar Asiya, Latın
Amerikası, xüsusilə də Afrikanının bir çox ölkələri də daxil
olmaqla, ekvatorun hər iki tərəfi boyunca dünya xəritəsinin
həddən artıq geniş bir ərazisini əhatə edir. Heç bir
mübaliğəyə yol vermədən demək olar ki, Afrika qitəsi
planetin “aclıq zolağına” çevrilmişdir. Ümumi ərzaq is-
tehsalı artımının adambaşına düşən ərzaqla müqayisəli
təhlili vəziyyətin daha da kəskinləşdiyini göstərir.
Göründüyü kimi, söhbət hansısa lokal aclıq ocaqlarından
deyil, astronomik miqyas kəsb etmiş kütləvi aclıqdan gedir.
Hətta, vəziyyət o həddə gəlib çatmışdır ki, mütəxəssislər, o
cümlədən, kütləvi informasiya
vasitələri qlobal ərzaq
problemi ifadəsinin əvəzinə daha çox qlobal ərzaq
təhlükəsizliyi
ifadəsini işlədirlər.
Qlobal ərzaq təhlükəsizliyi ifadəsi özündə ərzaq
müstəqilliyini ifadə edir və a) qlobal ərzaq problemi; b)
milli aqroərzaq kompleksinin fəaliyyəti və inkişafı; c) ərzaq
məhsullarının sosial ədalətlə bölgüsü ilə sıx bağlıdır. Bu
anlayış bütün bəşəriyyətə (dünyaya), ayrı-ayrı regionlara,
ölkələrə, əhali qrupuna, ailəyə və ayrıca bir insana şamil
edilə bilir.
Qlobal ərzaq təhlükəsizliyi dedikdə, adətən, iqtisadiy-
yatın elə vəziyyəti başa düşülür ki, bu zaman bütün
insanların istənilən vaxt fəal həyat tərzi üçün lazımi
kəmiyyətdə ərzaqa çatımının təminatına
zəmanət verilmiş
olsun. Bununla bərabər, pul gəlirlərinin olmaması
səbəbindən bir il ərzində ardıcıl surətdə lazımi miqdarda
qida qəbul etmək və ya onu istehsal etmək imkanının