Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə41/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

169 
 
qabaqlaması, KİV-lərin özləri üçün daha sərfəli mövzulara 
müraciət etmələri nəticə etibarı ilə aqrosənaye 
problemlərinin reallıqlarının ictimai şüurda qeyri-adekvat 
əks olunmasına gətirib çıxarır. 
Aqrojurnalistikanın onun öz adekvat sosial 
əhəmiyyətinə layiq bir səviyyəyə qaldırılması  nəzəri və 
praktik jurnalistikanın ən ümdə vəzifəsi olmalıdır.  
 
Yoxlama sualları və tapşırıqlar 
 
1.
 
Statistik materiallardan istifadə edərək, ərzaq çatış-
mazlığını qlobal problem və  KİV-in  əsas mövzularından 
biri kimi xarakterizə edin. 
2.
 
Ərzaq təhlükəsizliyi nədir? 
3.
 
Azərbaycan Respublikasında 
ərzaq 
təhlükəsizliyinin təmin olunması üçün həyata keçirilən 
Dövlət Proqramlarının əsas müddəalarını şərh edin. 
4.
 
Qlobal  ərzaq probleminin həllində  KİV-in 
iştirakının səmərəliliyini təmin edən amillər hansılardır? 
5.
 
Qlobal  ərzaq probleminə aid publikasiyaların 
hazırlanmasının hansı metodoloji əsasları var? 
Qlobal  ərzaq probleminin KİV-də qeyri-peşəkar 
səviyyədə işıqlandırılmasının səbəbləri nədir?  
6.
 
Qlobal  ərzaq probleminin həlli sahəsində  KİV-in 
qarşısında hansı ümumi vəzifələr durur?  
 
  
170 
 
V MÖVZU 
 
Jurnalistika və müasir dövrün qlobal 
demoqrafiya problemləri 
 
Müasir dövrün qlobal problemlərindən, bəşəriyyəti 
əsaslı surətdə ciddi narahat edən məsələlərdən biri də 
demoqrafik proseslər və bu proseslərlə  əlaqədar sosial 
sahədə yaranan irimiqyaslı  dəyişikliklərdir. Demoqrafik 
problemlər dünya ölkələrinin sosial-siyasi həyatının 
göstəricisinə və xarici siyasətinin uğurla həyata keçirilməsi 
faktoruna çevrilmişdir. Əvvəllər beynəlxalq ictimaiyyətdə o 
qədər də narahatlıq doğurmayan  əhalisakinliyi problemi, 
xüsusilə  də onun cəmiyyətdə baş verən digər sosial-siyasi 
proseslərə təsiri və bunun da nəticəsində həmin proseslərin 
neqativliyinin artması bu məsələlərə  demoqrafik aspekt 
verilməsini, onları doğuran səbəblərin, həlli yollarının və 
cəmiyyətin ayrı-ayrı sosial-siyasi institutlarının, xüsusilə də 
kütləvi informasiya vasitələrinin problemin həllində 
yerinin və rolunun müəyyən edilməsini tələb edir. Bu isə, 
qlobal demoqrafiya probleminə yeni mövqe və normalardan 
yanaşmaqla, KİV-də aidiyyəti ekspertlərin, mütəxəssislərin, 
dövlət məmurlarının və kütləvi auditoriyanın iştirakı  və 
müasir televiziyanın texniki imkanlarından (rəqəm, peyk, 
NLP) istifadə edərək geniş müzakirələrin keçirilməsi yolu 
ilə mümkündür. Buna nail olmaq üçün peşəkar jurnalist-
iqtisadçının, jurnalist-demoqrafın hazırlanması, onun 
problemə  bələdlilik səviyyəsi, öz peşəsinə  və müzakirə 
olunan problemə konkret mövqeyinin olması, jurnalist 
sənəkarlığı amillərindən yararlanma bacarığı  əsas 
şərtlərdəndir. Jurnalist-demoqraf nələri bilməlidir?  
 


171 
 
Demoqrafik proseslər dünya və insan  
inkişafının göstəricisi kimi: 
jurnalist-demoqrafın bilik dairəsi 
 
“Demoqrafiya”  (latınca demos – xalq, qrapho isə – 
yazıram)  əhalinin yazılması, daha dəqiq desək,  əhalinin 
siyahıya alınması deməkdir. Bu termin altında  əhali, onun 
strukturunu və dinamikasını öyrənən elm nəzərdə tutulur. 
Müasir dövrdə demoqrafik proseslərin kəmiyyət xarakteris-
tikaları, yəni əhalinin sayı, onun tərkibi (yaş, peşə, etnik və 
s.) coğrafi yerləşməsi və miqrasiyası, doğum, ölüm, ömrün 
uzunluğu və s., o cümlədən, bu göstəricilərin siyasi, sosial-
iqtisadi və  mədəni amillərdən asılılığı dünyada baş verən 
qlobal proseslərin göstəricisi kimi nəzərdən keçirilir.  
  Məsələ burasındadır ki, son iki yüz ildə Yer kürəsi 
əhalisinin sayının  əvvəlki dövrlərə nisbətən çox sürətlə 
artması müəyyən yeni və daha mürəkkəb problemlərin 
yaranmasına gətirib çıxarır. 2011-ci il noyabr ayının 1-nə 
olan məlumata görə, dünya əhalisinin sayı artıq 7 milyardı 
keçmişdir.
72
 XXI əsrin ortalarına bu rəqəmin 9 milyarda, 
2075-ci ildə isə  təxminən 12-15 milyarda çatacağı 
proqnozlaşdırılır. Mütəxəssislərin fikirləri və kütləvi 
informasiya vasitələrinin çıxışları ilə tanışlıq göstərir ki, bu 
cür  əhali artımı Yer kürəsinin biosfer şəraitinə uyğun 
gəlməyə  və ekoloji, məskunlaşma,  ərzaq, tibbi xidmət 
təminatı  və s. sarıdan onun imkanları xaricində ola bilər. 
Ümumiyyətlə, əhalinin sayının kəskin şəkildə artması və ya 
azalması  cəmiyyətin sosial-iqtisadi (o cümlədən, siyasi) və 
demoqrafik inkişafı sahəsində müəyyən  əlavə problemlər 
yarada bilir. Bu, nəsillər arasındakı əlaqələrin pozulmasında 
və insanların yeniliklərə, cəmiyyətdə yeni yaranan 
                     
72
 
http://ru.euronews.net/2011/10/31/population-s-uneven-boom/ 
 
172 
 
institutlara adaptasiyasında özünü daha qabarıq  şəkildə 
büruzə verir. 
Qlobal demoqrafiya problemi kütləvi informasiya 
vasitələrinin tez-tez müraciət etdiyi mövzulardan biridir və 
özündə bir-biri ilə  sıx bağlı olan üç əsas problemi 
birləşdirir: 
 
 
 
əhali problemi,  
 
ərzaq problemi  
 
bərpa olunmayan resurslar (minerallar və enerji 
resursları) problemi.  
 
Kütləvi informasiya vasitələri  bu prosesləri, eyni 
zamanda dünyada baş verən sosial-təbii proseslərin  əsas 
göstəricilərindən biri kimi təhlil edir və  işıqlandırır. Həm 
sahə elmi, həm də  KİV belə bir ortaq nəticəyə  gəlir ki, 
bəşəriyyətin müasir vəziyyəti və onun gələcəyi, hətta  ən 
inkişaf etmiş ölkələrin perspektivləri demoqrafiya 
problemlərinin vaxtında həllindən çox asılıdır və  əhalinin 
keyfiyyəti anlayışı və bu anlayışa daxil olan komponentlərlə 
müəyyən olunur. Əhalinin keyfiyyəti dedikdə, insanların 
həyatının tibbi-genetik və sosial-psixoloji xarakteristikaları-
nın kompleksi, başqa sözlə desək, insanın fiziki sağlamlığı, 
həyat komfortu, intellektual qabiliyyətinin inkişaf səviyyəsi 
və bu qabiliyyətin reallaşdırılması mexanizmləri nəzərdə 
tutulur. Ancaq bu gün nə sahə elmi, nə  də jurnalistika bu 
proseslərin nə ilə tənzimlənməsi haqqında suala dəqiq cavab 
verə bilimirlər. Amma, belə bir hal dəqiq məlumdur ki, 
əhalinin keyfiyyəti bir nəsildən başqa bir nəslə doğru dəyişə 
bilir. Bu onunla izah olunur ki, müəyyən genotiplər 
(orqanizmin irsi əsasları, xromosomlardakı genlərin 
məcmusu) digərlərinə nisbətən daha intensiv şəkildə 
çoxalır. Məsələn, zehni əməklə  məşğul olan şəxslərin ailə 
üzvlərinin (uşaqların) sayı fiziki əməklə  məşğul olan 
şəxslərin ailə üzvlərinin sayından az olur.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə