Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə43/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

177 
 
düşmüşdür. Digər sözlərlə desək,  əvvəlki prokreasion 
davranış saxlanılaraq ümumdünya demoqrafik inqilabı baş 
vermişdir və biz ümumdünya demoqrafik partlayışla 
qarşılaşmışıq və bu partlayış  əvvəlkilərdən daha güclüdür 
və lokal xarakter daşıyır. 
Demoqrafiq partlayışın mahiyyətindən aydın olur ki, 
bu təzahür müvəqqəti xarakter daşıyır və deməli o, tez və ya 
gec dayanmalıdır. Lakin, “demoqrafik partlayış  nə vaxt 
dayanacaq və bunun üçün nə etmək lazımdır?” sualı bu 
gün beynəlxalq ictimaiyyətin və KİV-in qarşısında duran ən 
aktual suallardan biridir.  
Avropa ölkələrinin, demoqrafik partlayışların başa 
çatdığı  və  əhalinin sayının stabilləşdiyi digər ölkələrin 
təcrübələri göstərir ki, dünya əhalisinin sayı son həddə 
stasionar (sabit, dəyişməz) qala bilər.  
Demoqrafik partlayış o zaman dayanacaq ki, doğum 
və ölüm faizləri arasındakı böyük fərq aradan qalxsın. 
Ölümün səbəblərini (ekzogen və endogen) biz araşdırdıq, 
lakin ölümün proqrnozlaşdırılması nə qədər mürəkkəb olsa 
da, doğumun dəyişilməsini doğuran səbəbələr də bir o qədər 
az öyrənəilmişdir, bu da öz növbəsində doğumun faizinin 
proqnozlaşdırılmasını çətinləşdirir. 
Doğumun səviyyəsini anadan olmuş qızların sayı ilə, 
daha dəqiq desəkbrutto - və netto-əmsalların köməyi ilə 
müəyyən edirlər.  Brutto-əmsal (R) - orta hesabla hər 
qadından anadan olan qızların sayıdır. Onun müəyyən 
olunması üçün doğumyaşlı hər qadına düşən uşaqların orta 
sayını (N) götürür və onu 0,485-ə vururlar. Beləliklə, 
brutto-əmsal aşağıdakı formulla müəyyən olunur: R=0,485 
x N. Lakin bütün qızlar onların ölkələrində doğuma icazə 
verilən orta yaşa qədər yaşaya bilmirlər. Bu yaşa qədər 
yaşaya bilən qızların faizi İ əmsalı ilə müəyyən edilir. R və 
İ-nin dünyaya gətirdiyi, yəni bir qadının doğduğu və 
178 
 
gələcəkdə onu əvəz edə biləcək qızların orta sayı  əhali 
istehsalının netto-əmsalı – R* sayılır. 
Əgər R* = 1 olarsa, əhalinin sayı dəyişmir. R*= 2,11-
dən yuxarı olduqda əhali artımı baş verir. Hazırda Avropa 
və Yaponiyada – R* ~ 1,08; Şimali Afrikada – R* ~ 2,29; 
Cənubi-qərbi Asiyada – R* ~ 2,42; Mərkəzi Amerikada – 
R* ~ 2,71 -ə bərabərdir. 
Jurnalist-demoqrafın bilik dairəsinə daxil olan vacib 
məsələlərdən biri də əhali artımının proqnozlaşdırılmasıdır.  
 
Əhali artımının proqnozlaşdırılması 
 
Əhali artımı proqnozlaşdırılarkən demoqrafik artım 
potensialı mütləq nəzərə alınmalıdır. Tutaq ki, inkişaf 
etməkdə olan ölkələrdə 70-ci illərin  əvvəllərində netto-
əmsal 1-ə  bərabər olmuşdur. Biz bilirik ki, r = 1 olarsa, 
əhalinin sayı  dəyişmir. Deməli, gözləmək olar ki, bu 
ölkələrin əhalisinin sayı dəyişməz olaraq qalacaqdır. Lakin, 
hesablamalar göstərir ki, 2050-ci ilə qədər onların sayı 60 % 
artacaqdır. Bu cür dəyişmə  əhalinin yaş strukturu ilə izah 
olunur. Demoqrafik artım potensialı  həm müsbət, həm də 
mənfi ola bilər. Məsələn, inkişaf etməkdə olan ölkələrdə 
doğum faizi yüksək olduğu üçün “gənc” yaş strukturu 
mövcuddur və buna görə  də  əhalinin artım potensialı 
müsbətdir, həm də yüksəkdir. 
BMT-nin hesablamalarına görə, 2075-ci ildə Yer 
kürəsində  əhalinin sayı “aşağı” variant üzrə 9,5 milyard, 
“orta” variant üzrə 12,2 milyard və “yuxarı” variant üzrə 
15,8 milyard nəfər olacaqdır. Əhalinin coğrafi yerləşməsi də 
kəskin şəkildə dəyişəcəkdir. 
 
 
  
 
 
 


179 
 
Dünya əhalisinin artımının  
uzunmüddətli proqnozu 
(mln. nəfərlə) 
 
Regionlar/illər 1975 
2000 
2025 2050 
2075 
Bütün dünya 
3986  6254  9065 11163  12210
Postsovet 
regionu  255 315 368 393  400 
Şərqi Asiya 
1006  1370  1650 1760 
1775 
Cənubi Asiya 
1250  2267  3651 4715 
5232 
Latın Amerikası 
324 620 961 1202 1297 
Şimali 
Amerika 
237 296 332 339  340 
Afrika 401 
814 
1479 2112 
2522 
Avropa 
473 540 580 592  592 
Okeaniya 
21 33 44 50  52 
 
 
BMT-nin Əhali Fondunun (UNFPA) dünya əhalisinin 
vəziyyəti haqqında yeni illik məruzəsinə görə (1996-cı ildən 
çap olunur), 2050-ci ilə qədər planetin sakinlərinin sayının 
artması əsasən inkişaf etməkdə olan ölkələrin hesabına baş 
tutacaqdır. Proqnozlara görə dünyanın ən sıx məskunlaşma 
ölkəsi demoqrafiya bumunun hazırki lideri Çini arxada 
qoyacaq Hindistan olacaqdır.  
Gözlənildiyi kimi, dünya əhalisinin sayı,  əsasən, zəif 
inkişaf etmiş ölkələrin (2050-ci ildə bu ölkələrdə  əhalinin 
sayı 7 milyard 900 milyonu keçəcəkdir), xüsusilə də Afrika 
ölkələrinin hesabına artacaqdır. Qara qitədə əhali artımının 
orta illik göstəricisi çox yüksəkdir və 2,3 % faiz təşkil edir. 
Qitənin isə ən sıx məskunlaşmış ölkəsi Nigeriyanın olacağı 
təxmin edilir. 2050-ci ildə Nigeriyanın  əhalisi iki dəfə 
artaraq 290 milyona bərabər olacaqdır. 
Baxmayaraq ki, Asiyada əhali artımının tempi (1,1 %) 
Afrikadakından və hətta ərəb ölkələrindəkindən də aşağıdır, 
əvvəlki kimi ən çoxsaylı xalqlar yenə  də  məhz burada 
yaşayacaqlar.  
180 
 
 BMT  Əhali Fondunun qiymətləndirməsinə görə, 
2050-ci ilə Çinin əhalisi 100 milyon artaraq 1,5 milyardı 
keçəcək. Həmin vaxt əhalinin sayına görə dünya liderinin 
Hindistan olacağı, burada 1 milyard 658 milyon insanın 
yaşayacağı proqnozlaşdırılır. 
Qərbdə ABŞ  əhali artımı üzrə birinciliyini qoruyub 
saxlayacaqdır. 2050-ci ildə ABŞ-da 402 milyon insanın 
yaşayacağı bildirilir (hazırda 380 milyondur). BMT-nin 
demoqrafları təxmin edirlər ki, Avropada stabil demoqrafik 
vəziyyət hökm sürsə  də,  əhalinin sayının azalması 
tendensiyası müşahidə olunur və 2050-ci ildə bu qitənin 
sakinlərinin sayı 67 milyon azalaraq 660 milyon təşkil 
edəcəkdir (Baltika ölkələri bura daxil deyildir). Yalnız 
İrlandiyada orta illik artım 1 %-dən artıq olacaqdır. 
Avropanın digər ölkələrində demoqrafik azalma gözlənilir. 
Böyük Britaniyanın əhalisi 7,7 milyon insan azalararaq, 69 
milyon – Fransanın  əhalisindən bir qədər çox olacağı 
təxmin olunur. Almaniyanın  əhalisi sayca azalsa da, 
əhalinin sıxlığına görə  ən iri ölkə (74,1 milyon insan) 
olacaqdır.  
Postsovet məkanında  ərazisinə  və  əhalisinin sayına 
görə  ən iri respublika olan Rusiya Federasiyası  əhalisinin 
sayının azalmasına baxmayaraq, bu istiqamətlərdə (gəlir 
səviyyəsi də daxil olmaqla) öz liderliyini qoruyub 
saxlayacaqdır. UNFPA-nın verdiyi proqnoza görə, 
Rusiyanın əhalisi 2050-ci ilə qədər 34 milyon azalaraq, 107 
milyona enəcəkdir (2011-ci ilə olan məlumata görə 142 
milyondan bir qədər artıqdır). Sonuncu proqnozlara görə, 
orta uzunömürlülük kişilər üçün 59, qadınlar üçün isə 72 
yaşa bərabər olacaqdır.  
Kişilərə aid bu göstərici keçmiş sovet respublikaları 
içərisində  ən aşağı göstəricidir. Yalnız Türkmənistanda bu 
rəqəm Rusiya ilə eynilik təşkil edəcəkdir. Qadınlara aid 
göstəricini isə Moldova və Qazaxıstanda olacaq analoji 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə