Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə46/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   100

189 
 
“İki sahil”, “Ədalət”, “Зеркало”, “Эхо” və s. qəzetlərin, 
Rusiyanın "Ведомости", "Российская 
газета", 
"Коммерсантъ", "Известия", "RBCdaily", "Независимая 
газета", "Эксперт” kimi aparıcı  KİV-lərinin materialları 
əsasında demoqrafiya siyasəti anlayışı, onun mahiyyəti
demoqrafiya siyasəti konsepsiyasının işlənib hazırlanması 
prosesinin detalları, onun məzmununun təfərrüatları  və 
tətbiqi perspektivləri ilə tanış olduq. Azərbaycan KİV-ində 
çap olunmuş jurnalist əsərlərinin adları – “Köçürmə 
siyasəti”
83
, “Qaçqınlar harada yerləşdirilməlidir”
84

“Yeniyetmələri qorumaq lazımdır”
85
, “Amandır 
xəstələnməyin”
86
, “Kəbin, siğə, yoxsa rəsmi nikah?”
87
 və s. 
, Rusiya kütləvi informasiya vasitələrindən götürdüyümüz 
“Rusiyalılar defisitdirlər”
88
, “Demoqrafik çağırış”
89

“Xəstələnmək olmaz, çoxalmaq lazımdır”
90
, “İqtisadi 
demoqrafiya”
91
, “Səhiyyə Nazirliyi ölümdən güclüdür”
92
 və 
s. başlıqlar jurnalist peşəkarlığının, peşə mövqeyinin və 
sənətkarlığının vəhdətini əks etdirən uğurlu nümunələr kimi 
qəbul oluna olar. Başlıqlardakı lakonikliyin, məzmunundakı 
məna çalarlarının, problemin qoyuluşundakı cəsarətin geniş 
auditoriyanı  dərhal özünə  cəlb edəcəyi heç bir şübhə 
doğurmur.  
                     
83
 “Azərbaycan”qəzeti, 3 oktyabr 1998.  
84
 “Azərbaycan”qəzeti, 23 oktyabr 1998. 
85
 “Günay” qəzeti, 20 mart 2000.
 
86
 “Azərbaycan”qəzeti, 23 oktyabr 1998. 
87
 “Ekspress” qəzeti, 22-23 fevral, 2004.  
88
 
"Российская газета", 23 мая 2007 г.
 
89
 "RBCdaily", 23 мая 2007 г. 
90
 "Известия", 24 мая 2007 г. 
91
 "Коммерсантъ", 24 мая 2007 г. 
92
 "Ведомости", 31 мая 2007 г. 
190 
 
Kütləvi informasiya vasitələri qlobal demoqrafiya 
problemi ilə  əlaqədar ictimai rəy yaratmaq, cəmiyyəti 
fəallaşdırmaq və səfərbər etmək imkanına malik aparat kimi 
ən azı bu sahədə  əhalinin maarifləndirilməsi funksiyasını 
yerinə yetirə bilər. Media demoqrafiya problemlərinin 
işıqlandırılması sahəsində öz rolunu necə yerinə yetirir? Bu 
sual jurnalistika nəzəriyyəçilərini ciddi narahat edir və onlar 
problemin həllində  KİV-in səmərəli iştirakını  təmin edə 
biləcək bir neçə faktor irəli sürürlər. Belə ki, burada 
jurnalistikanın daxili qanunlarına uyğun olaraq jurnalistin 
öz fəaliyyətini həyata keçirmək imkanı - söz azadlığı, 
mətbuat azadlığı  nəzərdə tutulur. Həmçinin, jurnalist 
yaradıçılığının peşəkarlıq etik tənzimləyiciləri də KİV-in öz 
konkret vəzifələrini yerinə yetirməsində əsas şərt kimi qəbul 
olunur. Yəni, bu problemin mətbuatda işıqlandırılması 
jurnalistin səriştəliliyindən çox asılıdır. Jurnalist-
demoqrafdan ilk növbədə özünün demoqrafiya probleminin 
mahiyyətinə, mürəkkəb bir sosial-təbii proses kimi təzahür 
formalarına, bu poseslərin problemə çevrilməməsi üçün 
qabaqlayıcı tədbirlərə və onların tətbiqi yollarına mütəxəssis 
səviyyəsində bələd olması tələb olunur. Demoqrafiya möv-
zusunda hazırlanan materiallar mütləq aşağıdakı suallara 
cavab verməlidir: 
 

 
mövzu necə işıqlandırılır (obyektiv, vicdanlı, qərəz-
siz)?; 

 
ictimaiyyətə necə təsir göstərəcəkdir?; 

 
hansı nəticələr əldə olunacaqdır? 
 
Bu baxımdan müasir dövrdə  əksər cəmiyyətlərdə, 
xüsusilə  də  həyat səviyyəsi yüksək olan cəmiyyətlərdə 
demoqrafiya sahəsində doğumun aşağı düşməsi, ölüm 
səviyyəsinin yüksəlməsi, qeyri-sabit nikah və s. kimi 
neqativ təzahürlərin artması halları müşahidə olunur. Bunun 


191 
 
da nəticəsi kimi depopulyasiya - əhalinin sayının azalması 
özünü daha qabarıq şəkildə büruzə verir.  
Artıq iyirmi ildən çoxdur ki, depopulyasiya dünyanın 
aparıcı 
KİV-lərinin qızğın müzakirə predmetinə 
çevrilmişdir. Ancaq, bütün bəşəriyyəti ciddi narahat edən bu 
problemə, xüsusilə də onun yaranma səbəbləri və nəticələri 
ilə bağlı ictimai rəyin formalaşdırılmasına KİV-lərin qeyri-
peşəkar yanaşmaları narahatlıq doğurmaya bilmir. 
Jurnalistika nəzəriyyəçiləri bu boşluğu doldurmaq üçün 
demoqrafiya problemləri ilə bağlı ictimai rəyin 
formalaşdırılmasında KİV-in və kütləvi mədəniyyətin 
rolunun müəyyən edilməsi məqsədi ilə spesifik tədqiqatların 
– kontent-analizlərin aparılmasını təklif edirlər.  
Bu tədqiqatlar necə keçirilməlidir? Hansı metod və 
texnologiyalardan istifadə olunmalıdır? Tədqiqat zamanı 
böyük mətnlərlə  işləyərkən  əhali mövzusuna aid ayrı-ayrı 
sözlərin və mükalimələrin deyil, mətnin böyük bir 
hissəsinin, hətta məqalənin tam mətninin təhlil vahidi 
qismində istifadə olunması  məqsədəmüvafiqdir. Müzakirə 
olunan situasiyalar arasında doğum, ölüm, nikah, boşanma 
və s. kimi demoqrafik hadisələr üstünlük təşkil etməlidir. 
“İnformasiya-situasiya” formulu tədqiqatın  əsası kimi 
götürülə bilər və bu zaman nikah-ailə silsiləsinə aid faktla 
bağlı işıqlandırılan hər bir informasiya nəzərə alınmalıdır. 
Bütün mətnlər aşağıdakı üç istiqamətdə  təhlil 
edilməlidir: 
 
 
situasiyada iştirak edənlərin sosial-demoqrafik 
xarakteristikaları; 
 
uşaqlı ailələr; 
 
hadisələrin (situasiyaların) coğrafiyası. 
 
Tədqiqat massivinin təxminən 200 vahiddən ibarət 
olması daha məqsədəuyğundur. Paralel olaraq ailə-
demoqrafiya terminologiyası istifadə olunan qəzet 
192 
 
materiallarının adlarının siyahısı  tərtib edilir. Bu zaman 
oxucuya təqdim olunan “ailəpərəst” başlıqlarla real 
informasiya arasındakı korrelyasiyanın (müqayisə edilən 
anlayışlar arasındakı münasibət, asılılıq) aşkar edilməsi 
olduqca vacibdir, çünki ailə  dəyərlərinin öz qiymətini 
kəskin  şəkildə itirdiyi (ilk növbədə, uşaqların) bir dövrdə 
dövlət həmişə  uşaq imicindən və ailə simvollarından 
yararlanmağa çalışır.  
Mətnlər burada verilən məlumatların konkret məzmu-
nuna və redaksiya tərəfindən verilən tapşırıqlara uyğun 
təhlil olunmalıdır. Bütün informasiya aşağıdakı üç qrupda 
cəmləşdirilməlidir: 
 
 
birinci qrup informasiya – hər hansı konkret bir 
ailədə baş vermiş müxtəlif hadisələr barədə məlumatlar. Bu 
zaman hadisədə iştirak edənlər, onların yaşı, ailədəki rolları, 
statusları və s. göstərilməlidir; 
 
ikinci qrup informasiya – ailə institutunun (ayrıca 
götürülmüş bir ailənin timsalında) müxtəlif dövlət 
institutları ilə (ordu, təhsil, tibb və s.) qarşılıqlı  fəaliyyəti 
nəticəsində yaranan müxtəlif situasiya və problemlərin 
konstatasiyası;  
 
 
üçüncü qrup informasiya – elmi və etik, məsələn, 
tibbi müdaxilə yolu depopulyasiya probleminin həlli 
məsələləri.  
 
  Birinci qrup informasiya ailənin iki uşağa olan ehti-
yacının reallaşdırılmasına mane olan həyat  şəraitləri 
içərisində  mənzil  şəraiti, qadınların peşə  və ailə 
öhdəliklərinin uzlaşdırılması ilə bağlı  çətinlikləri, ailə 
üzvləri arasındakı münasibətlərdə olan münaqişələri, 
ailədaxili zorakılığı  əhatə edir. Sözügedən məsələ ilə bağlı 
keçirilən sorğuda iştirak edən 50 qadından 46-sı ailədə 
zorakılığa məruz qaldığını bildirib: "Müstəqilliyin və 
sərbəstliyin olmaması da qadınların  əsas problemləridir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə