Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə45/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   100

185 
 
Ayrı-ayrı ölkələrin demoqrafiya siyasətində onların 
inkişaf səviyyəsi,  əhalinin kəmiyyəti və keyfiyyəti, sıxlığı 
və s. cəhətdən müəyyən fərqlər olsa da, demoqrafik siyasət 
konsepsiyalarında  əsasən iki başlıca problemə - ölüm 
səviyyəsinin yüksək olmasına (körpə, ana, həmçinin əmək-
qabiliyyətli yaşda olan insanlar) və doğumun aşağı 
səviyyədə olmasına qarşı mübarizə aparılması təklif olunur. 
Adətən, dövlətlərin demoqrafiya siyasətlərinin ali məqsədi 
gözlənilən uzunömürlülüyün artırılması, ölümün 
azaldılması, doğumun artırılması, miqrasiyanın (ölkədən və 
ölkəyə) iqtisadiyyatın inkişaf səviyyəsinə uyğun gələn 
optimal həcminin əldə edilməsindən ibarət olur.  
Ancaq, demoqrafik partlayışın aradan qalxmasından 
söhbət gedirsə, demoqrafik siyasət təbii ki, doğum faizinin 
aşağı salınmasına yönəldilməlidir. 
Doğum faizinin aşağı düşməsi ilk növbədə insanların 
prokreasion davranışından (lat.- creatio – yaranma: biologi-
yanın bölməsi, dünyanın, Yer kürəsinin, həyatın, insanın 
yaranmasını “ilahinin məhsulu” hesab edir, növlərin dəyiş-
məsini onların tarixi inkişafı olmasını inkar edir) asılıdr və 
ən yaxşı  nəticələr ailə daxilində  uşaqların doğumunun 
tənzimlənməsi zamanı əldə olunur. 
ABŞ-ın keçmiş prezidenti L.Consonun belə bir 
məşhur sözü var: “Ailə planlaşdırılmasına qoyulmuş 5 
dollar üçüncü dünya ölkələrinin iqtisadiyyatına qoyulmuş 
100 dollardan daha yaxşı səmərə verə bilər”. 
İnkişaf etməkdə olan ölkələrin  əksəriyyətində  fəal 
demoqrafiya siyasəti aparılır, lakin bəzi hallarda əhalinin 
əksər hissəi arasında mövcud olan savadsızlıq və  cəhalət 
doğum faizinin aşağı salınması yönümündə aparılan təbliğat 
işinin səmərəsini aşağı salır. Bu ölkələrin iqtisadi və sosial 
vəziyyətlərinin yaxşılışdırılması perspektivlərinin olmaması 
isə ona gətirib çıxarır ki, bu ölkələrin əhalisi ənənəvi həyat 
tərzinin dəyişdirilməsi üçün stimul görmür və bunun da 
186 
 
nəticəsi kimi ənənəvi prokreasion davranışdan imtina etmir; 
yəni uşaqların sayının azaldılmasının heç bir məna 
daşımadığını düşünürlər. 
Həm hüquqşünaslar, həm də jurnalistlər üçün belə bir 
sual hələ  də açıq qalır:  əgər valideynlər doğulan uşağın 
fiziki və  əqli cəhətdən sağlam olmaq hüququnun təmin 
edilməsinə  zəmanət vermək imkanına malik deyillərsə
onların nəsil artırmaq hüquqlarını məhdudlaşdırmaq olarmı? 
Əhali problemi ilə bağlı  KİV-də  işıqlandırılan məsə-
lələrdən biri də sahə elmi tərəfindən formalaşdırılan və 
KİV-in birbaşa iştirakı ilə ictimaiyyət tərəfindən müzakirə 
edilərək təkmilləşdirilən  əhali konsepsiyalarıdır. Bu 
konsepsiyalar KİV-in mövzu istiqamətləri kimi də nəzərdən 
keçirilir.  
Əhali konsepsiyaları KİV-in 
mövzu istiqamətləri kimi 
 
Başlıca  əhali konsepsipyası kimi demoqrafik 
determinizm konsepsiaysını hesab etmək olar (lat.- 
determinare – fəlsəfi konsepsiya, təbiətdə  və  cəmiyyətdə 
baş verən hadisələrin obyektiv qanunauyğunluğun və 
səbəblərin nəticəsi olduğunu qəbul edir). Bu konsepsiyanın 
mahiyyəti ondan ibarətdir ki, o, ictimai inkişafı demoqrafik 
proseslərdən asılı (determinasiyalı) hesab edir. Lakin, bu 
konsepsiya çərçivəsində  iki bir-birinə zidd yanaşma 
mövcuddur. Rus sosioloqu Maksim Kovalevski tərəfindən 
işlənib hazırlanmış birinci yanaşma  təsdiq edir ki, əhali 
artımı ictimai inkişafın  əsas faktorudur və  məhz bunun 
nəticəsində bir iqtisadi tip başqası ilə  əvəz olunur. İkinci 
yanaşmanın müəllifi isə XX əsmr siyasi iqtisadının klassiki 
D.M.Keynsdir. Onun fikrinə görə,  əhali artımı  «şər 
qüvvədir» və  bəşəriyyətin başına gələn bütün müsibətlərin 
mənbəyi budur. 


187 
 
Demoqrafik alarmizm (fr.- həyəcan, narahatlıq) 
konsepsiyası  Keynsin fikirləri ilə üst-üstə düşür. Bu 
konsepsiyanın müəllifi ingilis iqtisadçısı Tomas Maltusdur 
(1766-1834). O, 1798-ci ildə çap etdirdiyi “Əhali qanunu 
haqqında təcrübə” kitabında  əhali artımı  nəticəsində baş 
verəcək bəlalar barədə əvvəlcədən xəbərdarlıq edir. 
Demoqrafik determinizm qanadına aid olan 
konsepsiyalardan biri də  “finalizm” konsepsiyasıdır. Bu 
konsepsiyanın tərəfdarları belə hesab edirlər ki, Yer 
kürəsində  əhalinin sayının həddən artıq artması yaxın 
gələcəkdə  təbii ehtiyatların tükənməsinə  gətirib çıxaracaq 
və bəşəriyyətin inkişafı öz “finalına” yaxınlaşacaq.  
Demoqrafik utopizm konsepsiyasının tərəfdarları 
əhali probleminə tamam başqa bir mövqedən yanaşırlar. 
Onlar belə hesab edirlər ki, Yer kürəsində  əhali artımı 
problemini kosmosun məskunlaşdırılması yolu ilə  həll 
etmək olar. Bu variant bir çox Nobel mükafatı laureatları 
tərəfindən müdafiə olunur. 
Daha optimist həll variantı XX əsrin 20-ci illərində 
bioloqlar tərəfindən irəli sürülmüşdür. Bu konsepsiya 
demoqrafik biologizm konsepsiyası adını almıışdır. Bu 
yanaşmanın tərəfdarları belə bir mövqedən çıxış edirlər ki, 
əhalinin sayının dinamikası  məntiqi  əyri üzrə inkişaf 
qanununa tabe olur: ilkin etapda inkişaf tempi artır, sonra 
hansısa kritik nöqtəyə çatdıqdan sonra yuxarı asimptota 
(yun.-  asyptotos –uyğun gəlməyən, bir neçə  əyrinin 
nöqtələrinin maksimum yaxınlaşdığı nöqtə) yaxınlaşdıqdan 
sonra həmin nöqtədən 0 –a qədər aşağı düşməyə başlayırlar.  
Maraqlı bir mövqeni demoqrafik maksimalizm 
konsepsiyasının  tərəfdarları nümayiş etdirirlər. Onların 
fikrinə görə, demoqrafik problemləri uydurulmuş problem 
hesab etmək olar, çünki Yer kürəsində  gələcəkdə mövcud 
ola biləcək sayda insan yaşaya bilər. Məsələn, onların 
nümayəndələrindən biri H.Braun təsdiq edir ki, bizim 
188 
 
planetimiz 50 milyard insan üçün yüksək şəraiti təmin edə 
bilər.  
Daha iki konsepsiya da var ki, onladan birini təskinlik 
verən konsepsiya adlandırmaq olar - demoqrafik fatalizm 
(lat. - fatalis, talenin yazdığı) konsepsiyası,  digəri isə 
təhlükəli  demoqrafik populizm (lat. - popular, xalq) 
konsepsiyasıdır. Birinci konsepsiyanın tərəfdarları belə 
hesab edirlər ki, bəşəriyyət özü-özünü tənzimləyən bir 
sistemdir və o, öz sayını özü avtomatik surətdə tənzimləyə-
cəkdir.  
Demoqrafik populizm konsepsiyasının tərəfdarları 
əsasən bir sıra inkişaf etməkdə olan ölkələrin, ilk növbədə 
Afrika ölkələrinin liderləridir. Onlar hesab edirlər ki, əhali 
artımını hər cür alqışlamaq lazımdır, əhalinin sayı nə qədər 
çox olsa, bir o qədər yaxşıdır. Onların  şüarı belədir: 
"Uşaqlar kasıb insanların var-dövlətidir. Uşağı olmayıb 
varlı olmaqdansa, uşağı olub kasıb olmaq daha yaxşıdır”.  
Qlobal demoqrafiya problemləri haqqında müəyyən 
nəzəri və praktik biliyə yiyələndikdən sonra jurnalist-
demoqrafın qarşısında duran əsas vəzifə aldığı  nəzəri bilik 
və praktik səriştəni dünya, regional və milli müstəvidə 
müvafiq  empirik materiallarla və spesifik təhlillərin 
(kontent-analizlərin) aparılması texnologiyaları  və bu 
təhlillərin nəticələri ilə zənginləşdirməkdən ibarətdir.  
 
 
Qlobal demoqrafiya problemləri kütləvi informasiya 
vasitələrində - kontent analiz təcrübəsi 
 
 
Beləliklə, biz beynəlxalq Doyche Presse-Agentur 
İnformasiya Agentliyinin, Frans-Press Agentliyinin 
(Agence France-Presse), “The Daily Telegraph” qəzetinin, 
respublikamızda çap olunan “Azərbaycan”, “Xalq qəzeti”, 
“Bakı”, “Бакинский рабочий”, “525-ci qəzet”, “Ekspress”, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə