Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə48/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   100

197 
 
larının formasında təqdim olunur. Yeni informasiya 
texnologiyalarının tətbiqi bu sahədə elektron KİV-lərin 
imkanlarını fantastik şəkildə artırır. Bir çox televiziya 
verilişləri xarici proqramlardan törəmə  təsiri bağışlayır: 
forma saxlanılır, məzmun dəyişdirilir.  
Buna görə  də paralel olaraq Avropanın həftəlik jur-
nallarından birinin mətn  əsasında pilot tədqiqatının 
keçirilməsi məqsədəmüvafiqdir. Yeniliklərin Avropadan 
postsovet məkanına bir qədər vaxt keçdikdən sonra gəlib 
çatdığını nəzərə alsaq, keçən əsrin sonlarına və ya da XXI 
əsrin  əvvəllərinə aid qəzet nəşrlərindən də istifadə oluna 
bilər. Ümid edirik ki, bu mülahizəmiz Avropa ölkələri üçün 
hələ keçən  əsrin 90-cı illərində aktual olmağına 
baxmayaraq, bu gün Azərbaycan jurnalistikası üçün 
beynəlxalq təcrübənin öyrənilməsi baxımından müəyyən 
elmi və praktik əhəmiyyət kəsb edir.  
Tədqiqat nəticəsində toplanılan informasiya əsasən 
aşağıdakı istiqamətlər üzrə cəmlənir: 
 
ailə institutu və onun digər institutlarla qarşılıqlı 
fəaliyyəti; 
 
tibbi müdaxilə yolu depopulyasiya probleminin 
həlli məsələləri; 
 
siyasətçilərin həyatından, şou-biznes və s. müxtəlif 
növlü sensasiyalar.  
Birinci qrupa
 
ailə institutunun yaranması  və inkişafı, 
demoqrafiya problemləri, psixoloji cəhətdən ailəyə 
uyğunlaşma məsələlərinin müzakirə olunduğu məqələlər 
daxil edilir (“Aclıq tərəqqini  əvvəlcədən xəbər verir”, 
“Mikroskop altında nikah”, “Sən kim olduğunu mənə de, 
mən sənə kiminlə evlənəcəyini deyim” və s. şərti başlıqlı). 
İkinci qrup
 
tibbi müdaxilə yolu ilə depopulyasiya 
probleminin həllinə aid layihələrə ziddiyyətli (daha çox 
neqativ) münasibəti  əks etdirən məqalələri özündə 
198 
 
birləşdirir (“Qalmaqallı uşaqlar”, “Probirkadan olan uşaqlar: 
anlamalı və mühakimə etməli” və s. şərti başlıqlı). 
Üçüncü qrup kübar ailələrin həyatına aid hadisələrə 
verilən  şərhlərdən ibarət olur. Ailənin vəziyyəti böhranlı 
kimi qiymətləndirilərsə, onun cəmiyyət üçün kəsb etdiyi 
əhəmiyyət 
şübhə doğurmamalıdır. Ailə haqqında 
informasiya respondentlərin diqqətinə  cəmiyyətin özünün 
vəziyyətinin və burada dominantlıq edən dəyər və etik 
normaların da asılı olduğu  əhəmiyyətli bir sosial struktur 
kimi təqdim olunur. Müəlliflər depopulyasiya probleminin 
tibbi müdaxilə yolu ilə həllinə ciddi yanaşmağın vacibliyini 
vurğulayır və bunun hər an nəzarətdən çıxa bilməsi barədə 
xəbərdarlıq edirlər.  
Beləliklə, hələ keçən  əsrin 90-cı illərində  Qərb mət-
buatında geniş müzakirə olunan və son vaxtlar bəzi 
göstəricilər üzrə Azərbaycanda da özünü rüşeym halında 
büruzə verən problem artıq bizim KİV-də  də yavaş-yavaş 
özünü göstərməyə başlamışdır. Etiraf etmək lazımdır ki, 
“ulduzların” həyatına aid cazibəli faktlar xarici mətbuatdan 
fərqli olaraq, bizim kütləvi informasiya vasitələrində daha 
çox tezliklərlə geniş auditoriyaya təqdim olunur.  
  KİV adı altında birləşmiş böyük həcmdə  mətn 
massivi dedikdə  təşviqat, o cümlədən, demoqrafik təbliğat 
və ideologiya nəzərdə tutulur. Məsələn, mediada 
dominantlıq edən biruşaqlı ailə obrazı müəyyən 
ideologiyanın – azuşaqlı ailə ideologiyasının 
formalaşdırılmasının nəticəsidir. Bu ideologiya ailədə bir 
uşağın olmasını valideynlərin uşağın tərbiyəsinə yüksək 
tələbkarlığı, ya da uşağın “fövqəlqiymətli”liyi ilə izah 
etməyə çalışır. Həqiqətdə isə bunun arxasında “yoxsulluğun 
doğub-törəməsinə” xərc çəkməmək stereotipi durur.  
Tədqiqatlar göstərir ki, yüksək həyat səviyyəsi 
uşaqların doğulmasının heç də vacib və  əsas  şərti deyildir. 
Eyni zamanda, yüksək həyat  şəraitinin ailədə  uşağa olan 


199 
 
ehtiyacın ödənilməsinə mane olduğunu da israr etmək 
düzgün deyildir. Yeni industrial sivilizasiya dəyərləri 
sistemində  həyatın bütün tərəflərinin yaxşılaşdırılması 
ailədənkənar fəaliyyətdə  iştirak etməkdən daha çox asılı 
olur. Məişət problemlərinin də ailədənkənar fəaliyyətlə həlli 
getdikcə daha çox müşahidə olunmaqdadır. Lakin, 
demoqrafik böhranların hökm sürdüyü, əhalinin sayca 
azaldığı ölkələrdə  KİV problemin sosial aspektlərini 
işıqlandırmaqdansa, onun siyasi nəticələrini ön plana çəkir 
və problemi “milli təhlükəsizlik” kontekstində  təqdim 
etməyə çalışır. Məsələn, bir qədər  əvvəl  əhali kəmiyyəti 
məsələsindən danışarkən Qərb KİV-ində özünü göstərən 
“Avropanın müsəlmanlaşması” qorxusunu, hazırkı Rusiya 
mediasında isə özünə yer alan “Çin təhlükəsi”ni (çinlilərin 
Uzaq  Şərq  ərazilərində kütləvi  şəkildə  məskunlaşmalarını) 
buna misal göstərmək olar. Rusiya kütləvi informasiya 
vasitələrində həmçinin əhalinin ilbəil azalması, böyük sayda 
əmək miqrantlarının meydana gəlməsi, qadınlara nisbətən 
kişilərin orta ömür uzunluğunun azlığı, geosiyasi ərazilərin 
“əhalisiz qalması” məsələləri daha əndişəli tərzdə 
işıqlandırılmaqdadır. 
Azərbaycan KİV-ində demoqrafik proseslərlə bağlı 
hələlik həyəcan təbilinin səsləri eşidilməsə  də, ölkədən 
əmək miqrasiyası axınının artması mövzusu tez-tez 
müraciət olunan mövzulardan biridir. Bu axının əsasən 20-
50 yaş arası  əməkqabiliyyətli kişilərdən ibarət olduğu 
nəzərə alınarsa, gələcəkdə ölkəni hansı demoqrafik 
problemlərin gözlədiyini təsəvvür etmək çətin deyil. Bu 
axın həm  əhali artımını, həm də xalqın genofondununn 
qorunub saxlanılmasını ciddi təhlükə altında qoyur 
(“İnsanlar hara gedir?")
95
. Statistik məlumatlara görə 
respublikada boşanmaların təxminən 15 %-i ərləri qazanc 
                     
95
“Зеркало” qəzeti, 22 dekabr 2004.
 
200 
 
dalınca başqa ölkələrə gedən, evlərinə pul göndərməyən və 
yaxud da ümumiyyətlə geriyə, öz ailəsinə dönməyən 
qadınların payına düşür. Bu kitabın müəllifinin on il 
Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı 
Nümayəndəliyi İnformasiya Mərkəzinin direktoru qismində 
(2001-2010-cu illər) Azərbaycanın müxtəlif bölgələrində 
apardığı müşahidələrə görə, belə ailələrdən olan uşaqların 
iqtisadi çətinliklər ucbatından məktəblərdən kənarda 
qalmaları  nəinki demoqrafik vəziyyətə, eyni zamanda
özünü xalqın mədəniyyətinin ümumi səviyyəsinə neqativ 
təsir göstərən faktor kimi büruzə verir.  
Bu bir reallıqdır ki, kütləvi informasiya vasitələri 
ailədə böyük sayda uşaqların olmasının böyük pul kisəsidən 
asılılığı haqqında kütləvi düşüncə formalaşdırmışlar. 
Doğum faktorunun elmi araşdırmalarının nəticələri isə 
əhaliyə o qədər də tam məlum deyil. Rifah halı ilə doğum 
arasında olan əks korrelyasiya asılılığı  həyat səviyyəsi 
yüksəldikcə doğumun aşağı düşməsi imkanını  təsdiq edən 
təkzibedilməz faktdır. Bu məsələlər bəzi demoqrafların və 
iqtisadçıların elmi-tədqiqat işlərində  ətraflı  və peşəkarlıqla 
araşdırılsa da,
96
  KİV-lərin fəaliyyəti ilə bağlı bu sözləri 
demək bir qədər çətindir.  
Milli strategiya problemləri ilə  məşğul olan dövlət 
qulluqçuları, sosial siyasət üzrə ekspertlər və əlbəttə, kütləvi 
informasiya vasitələri demoqrafiya sahəsində baş verən 
proseslərin mahiyyəti haqqında mütləq bilgisizlik və qeyri-
peşəkarlıq nümayiş etdirirlərsə, bunun nətcəsini sadəcə 
cəhalət adlandırmaq düz olmazdı. Bu problemin elementar 
mövcudluq səviyyəsinə endirilməsinə 
cəhd kimi 
qiymətləndirilməlidir. Bu isə  gələcəkdə  cəmiyyətin daha 
qorxulu qlobal bir problemlə qarşılaşmasına zəmin yaradır. 
                     
96
 Ş.M.Muradov. İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər. –
Bakı: Elm, 2004. Səh.10-77, 206-304 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə