Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə56/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   100

229 
 
bilən televiziya seansları (məsələn, V.Kaşpirovski, 
A.Çumak və s.) qadağan edilmişdir. 
“Zomblaşdırmanın” ekspansiyasına xarakterik 
nümunə kimi Rusiyanın NTV, ORT, RTR telekanallarının 
Azərbaycanla bağlı süjetlərində və Tehranın azərbaycandilli 
telekanallarının proqramlarında bəzi tamaşaçıların tam 
formalaşmamış  şüurlarına gizli təsirin göstərilməsini misal 
çəkmək olar. Hətta bəzən xarici telekanalların Azərbaycan 
telekanallarının proqramlarından sitat gətirdikləri epizodlar 
da müxtəlif gizli mənalar və fikirlərlə zəngin olur. 
“Zomblaşdırma” uşaqlar üşün xüsusilə 
təhlükəlidir.  Yaponiyada TV-də  şüurdan gizli reklamla 
birlikdə nümayiş etdirilmiş cizgi filminə tamaşa etmiş 800 
uşaqda epilepsiya pristupunun baş verdiyi aşkar 
olunmuşdur. ABŞ  məktəblərində  hətta uşaqlara birbaşa 
aidiyyəti olmayan teleproqramlarda aşılanan gizli təsir 
nəticəsində intihar epidemiyası dalğası əmələ gəlmişdir. Bu 
slkələrdə insan psixikası ilə manipulyasiyaya yol verilən 
proqramların nümayişi qadağan edilmişdir. 
Azərbaycanda “zomblaşdırma” hələlik qanunla 
tənzimlənmir və tamaşaçılar gündəlik gizli virus 
normalarını alırlar. Cəmiyyətin  şüurunu təhlükədən 
qurtarmaq, kütləvi xəstəlik və ölümün qarşısını almaq üçün  
hökumət tərəfindən təcili qərarların qəbul olunması  tələb 
olunur (Rusiyada Kaşpirovski və Çumakla bağlı olduğu 
kimi). 
Televerilişlərin insanın fiziki sağlamlığına təsiri ilə 
bağlı  məşhur bir faktı da misal göstərə bilərik. 1997-ci il 
dekabrın 16-da axşam Yaponiyada televiziya ilə “Pakemon” 
cizgi filimi göstərilmişdir. Bu filmdə  səmada qırmızı-mavi 
işıq sayrışmaları olan beşsaniyəlik bir epizod vardır. Cizgi 
filminə baxan 700 uşaqda və yaşlı şəxsdə ürəkkeçməsi baş 
vermiş, təcili yardımlar çağırılmış  və 200 nəfər 
xəstəxanalara yerləşdirilmişdir. Mütəxəssislər cizgi filminin 
230 
 
təkrar nümayişi barədə bütün Yaponiya əhalisinə  məlumat 
vermiş  və ertəsi gün qırmızı-mavi epizodu yenidən 
televizorda göstərmişlər. Təkrar seans  bütün ölkədə yeni 
ürəkkeçmə dalğası yaratmışdır. Ürəyi keçənlərin yaş 
diapazonu 3-58 yaş arasında olmuşdur. Bəzi uşaqlarda 
ürəkkeçmədən sonra boğulma halları da baş vermişdir. 
Təhsil Nazirliyinin verdiyiy məlumata görə 12950 uşaqda 
müxtəlif ağır dərəcəli simptomlar aşkar edilmişdir. 
Aydınlaşdırılmışdır ki, animatorlar şüura təsir etmək üçün 
hansısa xüsusi effektdən istifadə etməmişlər. 
Ürəkkeçmələrə səbəb yalnız rəngli “sayrışmalar” olmuşdur. 
Buna səbəb nədir? 
İşıqla qaranlığın tez-tez bir-birini əvəzləməsi və 
yaxud da kontrastlı patternlər neyronlara təsir edir və onları 
adi haldakına nisbətən daha böyük tezlikli elektrik 
impulsları yaratmağa məcbur edir. Beləliklə  də, yaranmış 
“elektrik fırtınası” epilepsiyadan əziyyət çəkən insanlarda 
əzələ qıcolmasına və ürəkkeçməyə səbəb olur. Və bu zaman 
sayrışmanın olması mütləq deyil, əsas odur ki, rəng 
təzadları  və  kəskin dəyişikliklər insanın  şüurunda qeydə 
alınmalıdır. 
İnformasiyanın hələ tam formalaşmamış şüura (təhtəl-
şüura) birbaşa yerləşdirilməsi  İnternet istifadəşilərinə  də 
təsir edə bilir.  Daha geniş yayılmış “666” və 
“25th.Century.Fox” kompüter virusları  da  eyni  ilə “25-ci 
kadr effekti”ndən istifadə edirlər. 
“25th.Century.Fox” virusu yeni nəsl virusudur. O, 
kompüterə heç bir dağıdıcı təsir etmədən bilavasitə istifadə-
çinin  şüuruna təsir göstərir. Yoluxmuş proqram işə 
düşərkən virus əvvəlcədən proqrama yerləşdirilmiş 128 
ifadədən birini təsadüfən seçir və onu hər 25-ci kadra 
“soxuşdurur”. Virusun birinci versiyasında elə də  təhlükəli 
bir ifadə olmur. Məsələn onlardan bəzilərini göstərə bilərik: 
“Yaxşı olar ki, pivə için”, “Bəsdi işlədin – istirahət et”, 


231 
 
“Arvadın haradadır?”, “İndi Windows sönəcək”, “Özünə 
başqa bir iş tap” və s. 
Bu yazıları  təhtəlşüur vəziyyətdə  qəbul edərkən 
çoxları  əsəbləşməyə başlayır,  əmək məhsuldarlığı  aşağı 
düşür və insanın  əhval-ruhiyyəsi pisləşir. Bu virus elə 
hazırlanmışdır ki, müstəsna qayda olaraq işgüzar xarakterli 
proqramlarda, məsələn, mətn və qrafik redaktə, elektron 
cədvəl, mühasibat və s. proqramlarda işləyərkən fəallaşır 
(mütəxəssislərin dediyinə görə, bu virus Asiya ölkələrindən 
birində yüksək texnoloji sənayenin və bütövlükdə 
iqtisadiyyatın iflic vəziyyətinə salınması  məqsədi ilə 
yaradılmışdır). 
“666” virusu isə təsvirdə görüntüsü olmasa da, faciəli 
nəticələrə  gətirib  şıxarır. Ekranda adi pəncərədir – 
istifadəçidə isə belə bir hiss var ki, sanki onu nə isə ekrana 
çəkir. İnsanın başında bir ağırlıq, qulaqlarında isə səs əmələ 
gəlir. Ekrandan ayrılmaq da mümkün olmur, istifadəçi sanki 
hipnoz vəziyyətində olur, əlini belə  tərpədə  və heç kimi 
köməyə çağıra biilmir . “666” virusu 25-ci kadrla ekrana 
insanı bir növ hipnotik transa çəkən xüsusi rəng 
kombinasiyası verir. 25-30 saniyədən sonra mənzərə dəyişir 
və yeni rəng naxışının təhtəlşüur dərki yrəyin fəaliyyətinin 
pisləşməsinə (ritmin dəyişməsinə  və  zəifləməsinə) gətirib 
çıxarır. Arterial təzyiq kəskin şəkildə artır və azalır, bu hal 
bir-neçə  dəfə  təkrar olunur. Həhayət, beyin damarları 
təzyiqə tab gətirmir və beyinə qan sızır.  
Nəzərə almaq lazımdır ki, bu virusun müxtəlif növ 
kompüter qoşqularına və televiziya reklam roliklərinə 
keçmək təhlükəsi vardır və onun qarşısını heç nə ilə almaq 
mümkün deyildir.  
Beləliklə, yuxarıda dediklərimizə 
əsaslanaraq, 
aşağıdakı aralıq nəticəyə gələ bilərik: 
 

 
 müasir rəqəm tele-, radio-, video-, audio- və multi-
media məhsulları istehsalı texnologiyaları insanlara gizli 
232 
 
informasiya təsiri göstərmək, onların psixi və 
psixoemosional vəziyyətinin idarə olunması, şüurlarının və 
davranışlarının manipulyasiyası, böyük insan kütləsinin 
zomblaşdırılması üçün əvəzsiz bir alətdir

 
 tam  formalaşmamış  şüura informasiya təsiri qeyri-
iradi və  qərəzli  şəkildə kütləvi psixosomatik xəstəliklərin 
əmələ gəlməsinə, həmçinin orqanizmdə fizioloji və orqanik 
pozuntular yaradaraq ölümlə  nəticələnmə  vəziyyətinə 
gətirib çıxara bilər.  
 
Beləliklə, aparılan tədqiqatlar göstərir ki, canlı 
orqanizmlərə informasiya-məkan təsiri yalnız insanın 
davranışında və evolyusiyasında deyil, eyni zamanda bütün 
Yer kürəsindəki canlı 
həyatda idarəolunan və 
idarəolunmayan fəlakətli nəticələrə  gətirib çıxara bilər. 
Təsadüfi deyil ki, son illərdə Yer kürəsində müəyyən 
olunmayan səbəblər üzündən ölüm halları (4 dəfədən çox) 
və eybəcər doğulan uşaqların sayı kəskin şəkildə artmışdır. 
Rəqəm texnologiyaları və onların köməyi ilə istehsal 
olunan vizual və  səs effektləri elektromaqnit təsiri ilə 
birləşərək bütün bəşəriyyətə, o cümlədən teleradio 
məhsulları, videofilm, audiokaset, CD- yazılarını ixtira və 
istifadə edənlərə, kompüter istifadəçilərinə kompleks təsir 
edən kodların mənbəyidir. 
Ümumiyyətlə, yaradıcılıq və texniki üsullardan asılı 
olaraq informasiya təsiri aşağıdakı imkanlara malikdir: 
 
 
neyro-linqvistik proqramlaşdırma zamanı cari və 
uzunmüddətli davranışa təsir etmək; 
 
patoloji vəziyyətə keçən fizioloji gərginlik 
yaratmaq (ürək və  tənəffüs ritmlərinin xarakterinin 
dəyişməsi); 
 
orqanizmin funksional imkanlarını  və sosial 
fəallığı  aşağı salan görmə, eşitmə  və ümumi xarakterli 
diskomfort yaratmaq; 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə