Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə57/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

233 
 
 
psixi, psixosomatik və digər xəstəlikləri kəskinləş-
dirmək; 
 
insanın və ümumiyyətlə bioloji orqanizmlərin 
inkişafının genetik proqramlarını dəyişmək.  
 
Ekoloji cəhətdən təhlükəli texnologiyaların qərəzli 
istifadəsi və  qərəzli təsiretmə texnologiyalarının KİV-ə 
tətbiq edilməsi xüsusi narahatlıq doğurur. Bu işlərin 
nəzarətdən kənarda qalması ayry-ayrı regionların və 
ölkələrin  əhalisi, həmçini bütün bəşəriyyət üşün qlobal 
ekoloji problemə çevrilə bilər. Vəziyyəti gərginləşdirən 
cəhətlərdən biri də odur ki, artıq elə mikroprosessorlar ixtira 
olunmuşdur ki, onlar kənardan sorğu və komanda əsasında 
rəqəmli qurğularda olan informasiyanı onun sahibindən 
icazəsiz olaraq oğurlamaq, başqasına ötürmək və hətta hiss 
olunmayan düzəlişlər etmək də mümkündür. 
Elektron KİV-in inkişafı ilə əlaqədar qlobal ekoloji və 
psixoekoloji problemlərlə bağlı KİV-in qarşısında müəyyən 
tələblər qoyulur:
 
1.
 
KİV-də  və kompüter şəbəkəsində  rəqəmli istehsal 
texnologiyalarının, həmçinin onların yeni translyasiya üsul-
larının tətbiqi nəticəsində kütləvi  şüurla manipulyasiya, 
qlobal masştabda sağlamlıq problemləri, bütövlükdə Yer 
kürəsində canlı həyat üçün yaranan təhlükə problemi KİV-
in əsas mövzularından biri olmalıdır. 
2.
 
KİV müasir dövrdə milli və beynəlxalq 
təhlükəsizliyin təmin olunması üçün öz səylərini müxtəlif 
elmi və texniki sahələrin mütəxəssislərinin səyləri ilə 
birləşdirməlidir. 
3.
 
KİV mətbuatda və qlobal kompüter şəbəkələrində 
istifadə olunan yaradıcılıq texnologiyalarının və texniki 
vasitələrin təhlükəlilik səviyyəsininin müəyyən edilməsinə 
çalışmalı  və  əldə olunan nəticələri müvafiq tədbirlər 
görülmək üçün ictimaiyyətin və hökumət orqanlarının 
diqqətinə çatdırmalıdır. 
234 
 
4.
 
KİV geniş auditoriyanı sözügedən problemlərin 
tədqiqatı ilə əlaqədar aparılmış təhlillərin nəticələri ilə tanış 
etməlidir. 
5.
 
KİV teleradio yayımının psixofiziki aspektlərinin 
insanların sağlamlığına təsirinin və onların vaxtında 
detektirləşməsi 
(lat.- yüksəktezlikli dəyişmələrdən 
aşağıtezlikli dəyişmələrin  əmələ  gəlməsi)  imkanlarının 
aydınlaşdırılması məqsədi ilə aparılan kompleks tədbirlərin 
istiqamətlərinin müəyyən olunmasına səy göstərməlidir.  
6.
 
KİV öz iştirakı ilə teleradio yayımının insanların 
sağlamlığına qlobal təsirinin qarşısını ala bilən təşkilati-
texniki tədbirlərin hazırlanmasına, teleradioproqramlarda, 
video və audioməhsullarda, kompüter oyunlarında artefakt-
ların  (lat.-sünii hazırlanmış)  aşkar olunması metodlarının 
axtarılıb tapılmasına, bütün rəqəmli tele-, radio-, video-, 
audio- və multimedia məhsullarının ekoloji və psixoekoloji 
baxımdan məcburi sertifikatlaşmasına imkan verən 
metodika və aparat-proqram vasitələrinin yaradılmasına 
çalışmalıdır.  
7.
 
Rəqəmli tele-, radio-, video-, audio- və multimedia 
məhsulları istehsal edən yaradıcı  işçiləri və eləcə  də 
ictimaiyyəti elektron KİV-lərlə  əlaqədar ekeloji cəhətdən 
maarifləndirməlidir. 
 
Yoxlama sualları və tapşırıqlar 
 
1.
 
Müasir informasiya yayımı sistemində elektron 
KİV-lərin və  rəqəm texnologiyalarının yerini və rolunu 
qiymətləndirin. 
2.
 
Elektron KİV-lərin və  rəqəm texnologiyalarının 
qlobal davranışa və sağlamlığa psixoekoloji təsir 
imkanlarına nəzər yetirin. 
3.
 
Psixoekoloji problemlərin həllində 
KİV-in 
qarşısında qoyulan tələbləri sadalayın. 
 


235 
 
VIII MÖVZU 
 
Jurnalistika və müasir dövrdə beynəlxalq 
terrorizm problemi 
 
XX əsrin sonları - XXI əsrin əvvəllərində bəzi dövlət-
lərin, xüsusilə də ABŞ, İsrail, Rusiya, Fransa və s. ölkələrin 
dövlət başçılarının, siyasi xadimlərin, rəsmi  şəxslərin, 
politoloqların çıxışlarında, beynəlxalq danışıqlarda və 
əlbəttə ki, KİV materiallarında “beynəlxalq terrorizm” 
anlayışı tez-tez səslənməyə başlamışdır.  Terror  sözü latın 
dilində qorxu, dəhşət, təşviş deməkdir.  Müasir kontekstdə 
təşvişə salmaq siyasəti, qeyri-siyasi yolla siyasi məqsədlərə 
çatmaq, siyasi rəqiblərin zorakılıq yolu ilə susdurulması 
mənasında işlədilir. Bu termin bir növ, bəşəri dəyərlərə  və 
ideallara sadiq qalaraq, onları silah gücünə qorumağa hazır 
olmaq barədə Bibliya və Qurana and içmək səviyyəsinə 
yüksəlmiş qlobal bir təzahürü ifadə edir. Səslənən 
bəyanatlara diqqqətlə yanaşsaq, XXI əsrin ilk illərində 
bəşəriyyətin yeni qlobal vəzifə ilə - “beynəlxalq terrorizmə” 
qarşı mübarizə üçün bütün qüvvələrin səfərbər olunması 
problemi ilə qarşılaşdığının  şahidi oluruq. Bu problem, 
xüsusilə, Qərb ölkələrinin kütləvi informasiya vasitələrinin 
(“terror”, “terrorçu”, “islamizm”, “islamçı”
102
 və s. ifadələr 
barədə mənfi ictimai rəy yaratmışdır) və qismən də Rusiya 
                     
102
 Qərb KİV-inin interpretasiyasına görə, “islamizm” – cəmiyyətin və 
dövlətin daxilində, həmçinin dövlətlərarası münasibətlərdə olan bütün 
ziddiyyətlərin  şəriət normalarına uyğun həll ediləcəyi bir şəraitin 
yaradılmasını  nəzərdə tutan dini-siyasi ideologiya və praktik fəaliyyət 
istiqamətidir. “İslamçı” – islam dininin davamçısı, radikal, fundamental 
istiqamətin və totalitar rejim yaradılmasının tərəfdarı, ortodoksal islam 
normalarından hər cür yayınmanı rədd edir.
 
236 
 
KİV-lərinin (daha çox “vəhhabi”
103
 anlayışı  ətrafında 
neqativ ictimai fikir formalaşdırmışdır) məqsədyönlü səyləri 
ilə insanların digər uzunillik qlobal problemlərini daha arxa 
plana sıxışdıraraq bəşəriyyətin diqqət mərkəzində özünə 
möhkəm yer tutmuşdur.  
Əlbəttə, Qərb və Rusiya kütləvi informasiya 
vasitələrinin “islamizm”, “islamçı”, “vəhhabi” və s. 
anlayışlarla bağlı interpretasiyası ayrıca bir elmi 
polemikanın mövzusudur və  indi bizim məqsədimiz bu 
anlayışlar  ətrafında neqativ ictimai fikir formalaşdırmaqla 
cəmiyyətdə  fərqli düşüncəyə malik insanlara münasibətdə 
həyata keçirilən fəaliyyətlərə qiymət vermək deyildir. 
Bununla belə, Avropa dövlətlərinin dəstəyi ilə  ədəbiyyat 
üzrə Nobel mükafatına layiq görülmüş ilk türk yazıçısı 
Orxan Pamukun müsahibələrinin birində söylədiyi fikir bu 
cür polemikalarda başlanğıc materialı kimi istifadə oluna 
bilər. Yazıçı ona verilən – "Başqa rənglər" romanınızda bir 
fəsil var - "Avropa hardadır"? Həmin fəsildə siz Cenevrədə 
keçirdiyiniz yayı  təsvir edirsiniz: "kilsə  zənglərini ilk dəfə 
eşidəndə  mən özümün Avropada yox, xristian dünyasında 
olduğumu hiss etdim". Yaxşı, necə baxaq, Avropa - xristian 
klubudur? sualına belə cavab verir - “Əgər Avropa - 
təməlində millətçilik və xristiançılıq dayanan xristian 
klubudursa, orda Türkiyənin yeri yoxdur. Yox, əgər Avropa 
azadlıq, bərabərlik və qardaşlıq kimi dəyərlərin üzərində 
bərqərar olursa, onda Avropada Türkiyənin yeri var. ...
 
Düzü, heç elə bir ümidim də qalmayıb
.”
104
 
Bu müsahibədən 
neçə il keçsə  də, Türkiyə  hələ  də “Avropa ailəsinə” qəbul 
olunmayıb.  
                     
103
  Qərb, xüsusilə  də Rusiya KİV-inin interpretasiyasına görə, 
vəhhabi” – İslam dininin cərəyanlarından birinin tərəfdarı; ilkin 
İslama qayıtmağı, bər-bəzəkdən, mahnı və rəqslərdən, şərab və tütündən 
istifadədən imtina etməyi tələb edir. 
104
 http://kitabxana.net/?oper=readNews&id=523
 
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə