Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə60/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

245 
 
11 sentyabr 2001-ci il basqınları barədə ilk məlumatı 
CNN TV kanalı yaymışdır. CNN Federal Təhqiqat 
Bürosunun (FBİ) terrorçuları yaxalamaq üçün Floridada 
həyata keçirdiyi əməliyyatlardan sonra Ədnan Buxari və 
onun qardaşı  Əmir Buxarinin terrorçularla əlaqəli 
olduqlarını bildirmişdi. Lakin, Ədnan Buxarinin FTB-yə 
yardımçı olduğu, qardaşının isə 2000-ci ildə  təyyarə 
qəzasında həlak olduğu məlum olduqdan sonra CNN 
məlumatların FTB-dən verildiyini və dəqiqləşdirilməsi üçün 
vaxt olmadığını bildirərək, tamaşaçılarından üzr istəmişdir.  
Yanlış informasiyanın yayımlanmasında suçlandırılan 
media qurumlarından biri də  BBC idi. Kanal 11 sentyabr 
hadisələri ilə  əlaqədar verilişlərinin birində ORİX Təbii 
Resurslar  Şirkətinin rəhbəri Kamal Kan Fhanini Əl-
Kaidənin lideri Üsamə bin Ladenlə əlaqəsi olmaqda suçlayır 
və onun 1998-ci ildə ABŞ-ın Afrika ölkələrindən birindəki 
səfirliyinin bombalanmasına görə  məsuliyyət daşıyan 
Məhəmməd Xalfan ilə eyni adam olduğunu iddia qedir. 
Lakin, həqiqətlər üzə çıxdıqdan və Kan Fhaninin nə Üsamə 
bin Ladenlə 
əlaqəsi, nə 
də ABŞ 
səfirliyinin 
bombalanmasında əli olmadığı məlum olduqdan sonra BBC 
oktyabrın 31-də 1 dəqiqəlik üzr mesajı yayımlayır.  
BBC, eyni zamanda, sentyabrın 11-də özünün 
Əfqanıstandakı müxbiri Con Simpsona istinad edərək  Əl-
Kaidəni atom silahı hazırlamaqda suçlayan xəbər yayır. 
Avropa Jurnalistika Mərkəzi (Europian Journalism Centre) 
“Wired”  jurnalına  əsaslanaraq, Simpsonun Kabildə  Əl-
Kaidəyə məxsus bir evdən tapdığı materialların hələ 1979-
cu ildə  “The Annals of İmprobable Research” adlı  elmi 
jurnalda çap olunmuş “Haydı, bir atom bombası düzəldək” 
başlıqlı yazıya çox oxşadığını, həmçinin, bu məqalənin 
“Atom bombasını necə düzəldə bilərsiniz?” başlığı ilə 
İnternetdə yerləşdirildiyini dəqiqləşdirir.  Əslində isə, bu 
məqalədə söhbət atom bombasının düzəldilməsindən deyil, 
246 
 
bu silahın hazırlanmasında istifadə olunan plutoniumla 
bağlı  uşaqların maarifləndirilməsindən gedir. Uşaqlara bu 
maddədən uzaq durmaları, qarşılaşdıqları hallarda isə 
mütləq  əllərini yumaları  və plutoniumun ziyanverici 
həşəratlara qarşı istifadə oluna biləcəyi barədə  məsləhətlər 
verilir.
107
 BBC-nin 11 sentyabrla əlaqədar fəaliyyətini haqlı 
olaraq “BBC-nin yanlışlıqlar komediyası” adlandırırlar.  
Dünyanın ilk bazar günü qəzeti olan və  İngiltərədə 
nəşrə başlayan (1791-ci il) “The Observer” yazır: 
“Beynəlxalq TV təbii olaraq bu qanadlı ölüm makinasının 
saçdığı qorxunu israrla və az vaxt içərisində üzərində 
düşünmədən və düzəlişlər etmədən hər bir evə zorla daxil 
etdi. Bütövlükdə isə, söylənilən fikirlər bir çox 
Amerikalının hiss etdiyi təxmin oluna bilən duyğuları bir 
daha təsdiq etdi: faciəvi bir itki, nifrət, çiynənmiş bir 
inamsızlıq, intiqam almaq arzusu və  cəzalandırılma 
istəyi”.
108
  
Təəssüf ki, obyektivliyi, tərəfsizliyi ilə seçilən Qərb 
mətbuatında yer almış bu cür neqativ nümunələrin sayını 
artırmaq da olar. Əslində, aparıcı medianın və ziyalı 
zümrəsinin böhran anlarında güc tətbiq edilməsini 
dəstəkləyib, cəmiyyətdən də bu cür dəstək göstərilməsinə 
nail olmağa çalışmalarında qeyri-adi bir şey yoxdur. Qərb 
mətbuatının praktikasında bu cür tendensiyalar özünü 
Vyetnam müharibəsinin, Serbiyada aparılan hərbi 
əməliyyatların və Körfəz döyüşlərinin işıqlandırılmasında 
da büruzə vermişdir. 11 sentyabr hücumlarını və Əfqanıstan 
hərəkatını izləyən bəzi media qurumlarının KİV-in fəaliyyət 
prinsiplərindən və beynəlxalq humanitar hüququn 
                     
107
 http://www.wired.com/news/culture/0,1284,48523,00.html 
108
 Edvard Said. Islam and the West are inadequate banners. „The 
Observer“, Sunday 16 September 2001 


247 
 
tələblərindən uzaqlaşıb ordu ilə eyni cərgədə durması 
təəssüf hissi doğurur.  
ABŞ rəhbərliyi lap əvvəldən informasiya mənbələrini 
öz nəzarəti altında saxlaya biləcəyinə və informasiya axınını 
CNN vasitəsilə idarə edəcəyinə inanırdı. Lakin, 11 
sentyabrdan sonra Əfqanıstandan yayımlar yayan və 
Talibanla əlaqələr yarada bilən tək kanal 
Al Jazeera
 ABŞ-
ın və bütün Qərb ölkələrinin media rahatlığını pozdu. Ağ 
Evin rəhbərliyi Qətər  əmirinin  əli ilə 
Al Jazeeranın
 
verilişlərinin yayımına mane olmağa çalışırdı. ABŞ-ın 
beynəlxalq təhlükəsizlik məsələləri üzrə sözçüsü Kondoliza 
Rays TV kanallarının rəhbərlərinə  zəng edərək Üsamə bin 
Ladenin görüntülərində  şifrəli mesajlar ola biləcəyini 
bildirir və 
Al Jazeeradan
 alınan süjetləri nümayiş 
etdirməməyə çağırırdı. Məhz CNN bu süjetləri 
yayımlamayacağını açıqlayan ilk telekanal idi.  
Artıq iki əsrə yaxın bir müddətdə Azərbaycan torpaq-
larını hissə-hissə  işğal edən, beynəlxalq prinsip və 
normalara məhəl qoymadan regionda elementar humanitar 
hüquqların pozulmasına bais olan Ermənistanla bağlı 
materialların hazırlanmasında kütləvi informasiya 
vasitələrini təmkinli olmağa, bəşəri dəyərlərə söykənməyə 
çağıran Qərb mediası özü bu sınaqlardan üzüağ  çıxa 
bilmədi. Bir çox amerikalı ziyalılar, məşhur jurnalistlər, 
mətbuat nümayəndələri, Princeton və Kolumbiya 
Universitetlərinin media departamentlərinin keçirdikləri 
geniş müzakirələrdə  iştirak edən alim və mütəxəssislər 11 
sentyabr hadisələri ilə  əlaqədar  əhalinin düzgün məlu-
matlandırılmadığını, xüsusilə  də televiziya kanallarının 
yalan xəbərlərlə insanları panikaya sürüklədiklərini ortaya 
qoydular.  
Amma, yaxşı haldır ki, CNN, BBC, Fox News 
kanallarının mövqelərini bölüşməyən KİV qurumları da var 
idi. CBS və NBC kimi nəhənglər belə qurumlardan idilər. 
248 
 
Röyter İnformasiya Agentliyi isə 11 sentyabr hadisələri ilə 
əlaqədar hazırladığı  xəbərlərdə heç vaxt “terror” və 
“terrorçu” ifadələrini istifadə etməmiş, baş verənləri “əkiz 
binalara” basqı və ya hücum kimi təqdim etmişdir.  
Jurnalistikada Obyektivlik və  Dəqiqlik  (FAİR - 
Fairness and Accuracy in Reporting
) Təşkilatının  KİV 
və mediakratiyanın ictimai monitorinqınin təşkili üzrə 
aparıcı analitiki Stiv Rendal “ekranda heç mübahisə 
görmədik” deyərək, fərqli fikirlər söyləyən insanların 
proqramlara dəvət edilmədiyinə təəssüfləndiyini bildirir. O, 
11 sentyabrdan sonra ABŞ-da başlayan millətçilik ab-
havasına qapılan Amerika KİV-ini sağlam düşüncəli olmağa 
çağırır və dünyada nə baş verdiyini bilmək üçün Amerika 
teletamaşaçılarının artıq xarici kanallara üz tutduqlarını 
vurğulayır. S.Rendal CNN-in auditoriyasının beynəlxalq 
xəbərlərlə tanış olmaq üçün öz kanallarını 
Al Jazeera

RussiaToday, Çin Mərkəzi Televiziyası (CCTV), 
Euronews, Deutsche 
Welle, France 24
  və  İranın Press 
TV kanallarına çevirdiyini bildirir. Nielsen Media Research 
şirkətinin keçirdiyi sorğuya əsasən, bu sahədə RussiaToday 
kanalının liderlik etdiyi deyilir. Onun gündəlik auditoriyası 
digər kanalların auditoriyalarından 6,5 dəfə çoxdur. 
S.Rendalın amerikanın telekanallarının beynəlxalq mövzuda 
xəbərlər üçün həddindən artıq az vaxt ayirir. Məsələn, 
nüfuzlu 
Tyndall Report kompaniyasının 
illik icmalına 
görə, 2009-cu ildə müxtəlif kanallar beynəlxalq mövzuda 
xəbərlərə 3750 dəqiqə vaxt ayırmışdır ki, bu da iş 
günlərində axşam xəbərlərinə ayrılan vaxtın ¼-ni təşkil edir. 
FAİR Təşkilatının  dəqiqləşdirdiyinə görə, 11 sentyabr 
hadisələrindən keçən on il ərzində Amerkanın xəbərlər TV 
kanalları və mətbu nəşrləri nəinki beynəlxalq problemlərdən 
yan keçir, hətta siyasi məqsədlərlə faktları  təhrif edirlər. 
2003-cü il fevralın 15-də  təxminən yarım milyon insan 
Nyu-Yorkun küçələrinə  çıxaraq, ABŞ-ın  İraqa hücum 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə