Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə61/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

249 
 
niyyətinə etirazlarını bildirmişdir. Həmin günün səhərisi nə 

New York Times”, nə  də hansısa başqa bir mətbu nəşr 
etirazlar və həbslər barədə məlumat çap etməmişdir.
109
 
 
Massaçuset Texnologiya İnstitutunun professoru, 
siyasi publisist və nəzəriyyəçi Noam Xomski deyir: “Media 
təbliğat üçün böyük bir gücdür və bu gücə sahibsinizsə, 
istədiyiniz hər  şeyi edə bilərsiniz. Bu düşüncənin 
nəticəsində ABŞ-da “ictimaiyyətlə  əlaqələr” deyilən bir 
industriya ortaya çıxdı və media vasitəsi ilə ictimaiyyəti bu 
təbliğat sisteminin içinə  çəkməyə çalışdı”. Olub keçənlər 
demokratiyanın terrora qarşı mübarizəsi deyildir.
110
  
ABŞ 1980-ci və 2000-ci illərdə “terrorizmə qarşı 
müharibə” elan etdikdə N.Xomski dünyanın hegemon döv-
lətlərinin, o cümlədən ABŞ-ın, beynəlxalq terrorizmin 
mənbəyi olduqlarını  təsdiq edir. O, terrorizmin ABŞ 
ordusunun rəhbərliyində istifadə olunan tərifini – terrorizmi 
“qorxu və  məcbur etmə vasitəsi ilə siyasi və dini ideoloji 
məqsədlərə çatmaq üçün zorakılığın və  hədə-qorxunun 
bilərəkdən istifadə olunması” anlamını istifadə edirdi. O, 
terrorizmi müəyyən hərəkətlərin motivlər nəzərə alınmadan 
obyektiv təsviri hesab edir. N.Xomskinin fikrinə görə, 
günahsız mülki şəxslərin səbəb olmadan öldürülməsi 
terrorizmə qarşı aparılan müharibə yox, əsl terrorizmdir.  
N.Xomski terrorizmin səmərəliliyi haqqında 
fikirlərini aşağıdakı kimi inkişaf etdirir: Birincisi, fakt 
budur ki, terrorizm daim fəaliyyətdədir. O, uğursuzluğa 
düçar olmur. O, fəaliyyət göstərir. Zorakılıq həmişə 
hərəkətdədir. Bu, dünyanın tarixidir. İkincisi, bu ciddi 
analitik səhvdir, hamı  tərəfindən qəbul olunduğu kimi, 
terrorizm zəiflərin silahıdır. Zorakılığın digər vasitələri 
kimi, terrorizm faktiki olaraq ilk növbədə güclülərin 
                     
109
http://islam.com.ua/articles/actuality/reviews/536/
 
110
 http://www.ntvmsnbc.com/news/135826.asp www.medyakronik.com 
250 
 
silahıdır. O, zəiflərin silahı kimi nəzərdən keçirilir, ona görə 
ki, güclülər doktrinalar sisteminə nəzarət edirlər və onların 
terroru terror sayılmır. Terror praktik olaraq universaldır. 
Mən hansısa bir tarixi əksnümunəni yadıma sala bilmirəm, 
hətta ən dəhşətli kütləvi qatillər dünyaya bu tərzdə baxırlar. 
Məsələn, nasistləri götürün. Onlar işğal olunmuş Avropada 
terror siyasəti həyata keçirmədilər. Onlar yerli əhalini 
partizan terrorizmindən müdafiə etdilər. Bütün qalan 
müqavimət hərəkatlarında olduğu kimi, orada da terrorizm 
var idi. Nasistlər kontrterrorizm siyasəti həyata 
keçirirdilər.
111
  
Beynəlxalq terrorizmin mahiyyətinin açılması, bu təh-
lükəli təzahürə qaşı mübarizənin aparılması, qlobal 
terrorizmlə bağlı digər problemlərin araşdırılması sahəsində 
o qədər də  zəngin təcrübəyə malik olmayan Azərbaycan 
zaman-zaman terrorun fəsadlarına məruz qaldığı səbəbindən 
bu məsələlər milli KİV-in yeni mövzularından birinə 
çevrilmiş  və uiyirmi illik bir yol keçmişdir. Bu problemin 
işıqlandırılması  məsələlərinin araşdırılması Azərbaycan 
KİV-ində aşağıdakı müəyyən tendensiyaların formalaşdığını 
bəlli edir: 
 
 
2000-ci illərə  qədər olan dövrdə münaqişə, silahlı 
toqquşmalar və terrorizm probleminə aid materialların 
çəkisi materialların ümumi çəkisində əhəmiyyətli yer tutur. 
İlkin dövrlərdə  qəzet materiallarının sayı üstünlük təşkil 
edirdisə, sonrakı illərdə elektron informasiya və 
kommunikasiya vasitələri, xüsusilə də İnternet informasiya 
portalları bu üstünlüyü ələ keçirir. Əgər bir qəzet 
nömrəsində bu problemə aid 2-3 yazıya rast gəlinirsə, bir 
İnternet portalında analoji materialların sayı on dəfəyədək 
arta bilir;  
                     
111
 http://ru.wikipedia.org/wiki/  


251 
 
 
“Day.az”, “Mediaforum”, “Analitika.az”, “1news”, 
“Новости-Азербайджан” və s. informasiya portallarının 
qlobql terrorizm mövzusuda verdikləri hər 10 materialdan 
yalnız 1-2-si Azərbaycanla bağlıdır. Bu materiallar əsasən 
xaricdə  həyata keçirilən terror aktları, terrorizmə qarşı 
mübarizə sahəsində respublikamızın müəyyən təcrübəyə 
malik olması, qlobal terrora qarşı tədbirlərdə xarici ölkələrlə 
birlikdə iştirakı barədə məlumatlar verilir;
112
 
 
bu səpkidən olan materiallar jurnalist peşəkarlığı 
və sənətkarlığı baxımından tələblərə tam cavab verə bilməsə 
də, regionda və dünyada baş verən terror hadisələrinin 
ümumi mənzərəsini yarada bilir. Publikasiya və 
proqramlarda terror aktlarının baş verməsində  səbəb-nəticə 
əlaqələri peşəkarlıqla izlənilməsə də, hadisələrin iştirakçıları 
və onları  dəstəkləyən qüvvələrin məqsəd və  məramları, 
mübarizə üsulları, yeni dünya nizamında dövlətlərin 
davranışına və qlobal terrorizm təzahürünə münasibətdə 
ikili standartlar və s. haqqında müəyyən məlumatlar  əldə 
etmək olur; 
 
kütləvi informasiya vasitələrində analitik 
materiallara, müəllif yazılarına, ekspertlərlə müsahibələrə, 
                     
112
 1.Пакистан:  коалиция  новая,  коллизии  старые. “Новости-
Азербайджан”, 27 марта 2008; 2.В  Кабуле  обстрелян  военный 
парад,  есть  жертвы. “Day.az”, 27 апреля 2008; 3.
 
В  результате 
террора в Кербале погибло 5 человек из Ирана. “1news”, 11 марта 
2007; 4. “Армянские  террористические  организации
”. 
Analitika.az. 
05 май 2007; 5.Итоги опроса, проведенного среди азербайджанских 
экспертов,  о  перспективах  отношений  между  США  и  Ираном
.
 
“Mediaforum”, 19 май 2008; 6. Военные  Ирана  уничтожили  на 
границе с Ираком две группы курдских сепаратистов
. “
1news”, 13 
март 2008; 7.Умер один из руководителей “Аль-Каеды” аль-Масри


Day.az”, 10 апреля 2008 
 
252 
 
onların iştirakı ilə keçirilən müzakirələr haqqında 
hesabatlara olduqca az rast gəlinir. Qlobal terrorizm 
mövzusu ilə bağlı jurnalist təhqiqatlarına böyük ehtiyac 
(vaxt və maliyyə çatışmazlığı ilə bağlı olsa da) hiss olunur. 
Xüsusilə  də  qəzetlər bu janrın imkanlarından lazımi 
səviyyədə istifadə etmirlər. Terror aktlarının maliyyə 
dəstəyi məsələsinin geniş auditoriya ilə müzakirəsi (bu 
eynilə qanunsuz silah alveri, narkomaniya və insan alveri 
problemlərinə  də aiddir) arzuedilməz olsa da, problemin 
digər aspektlərinin ictimaiyyətlə birlikdə araşdırılması 
insanlarda antiterror dünyagörüşünün formalaşmasında, 
ictimaiyyətin terrorla mübarizəyə  səfərbər edilməsində  və 
nəticə etibarı ilə  cəmiyyətdə terrorla bağlı yaranmış 
gərginliyin azaldılmasında analitik-təhlil janrının imkanları 
daha genişdir;  
 
qlobal terrorizm problemi işıqlandırılarkən  əsasən 
xarici informasiya mənbələrinə istinad edilir və yaxud da 
materiallar terror aktlarının baş verdiyi ölkələrin 
informasiya portallarından götürülərək milli portallara 
yerləşdirilir (“Mediaforum”, “1news” və s.). Bununla 
bərabər, öz siyasi icmalçıları  və ya cəmiyyətdə tanınmış 
politoloqlar tərəfindən hazırlanan materiallara üstünlük 
verən KİV qurumları da (

Day.az”,
 
“Новости-
Азербайджан” və s.) vardır.  İkincilərin mövqeyi daha 
təqdirəlayiqdir. Bu həm materialın stilistika baxımından 
müyyən ustünlüklər  əldə etməsi, həm də Azərbaycanın 
dövlətçiliyinin və suverenliyinin möhkəmlənməsinə töhfə 
verilməsi baxımından olduqca əhəmiyyətlidir; 
 
informasiya portallarının vaxtaşırı qlobal terrorizm 
mövzusunda ekspertlərlə keçirdikləri sorğuları müsbət hal 
kimi qiymətləndirmək olar. Bu cür sorğular Azərbaycanın 
geosiyasi vəziyyəti, region dövlətləri ilə münasibətlərin 
reallıqları  və perspektivləri,  əvvəlcədən gözlənilməyən 
irimiqyaslı insan axınları zamanı yarana biləcək humanitar 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə