261
Başqa
bir misal kimi, 2004-cü il martın 4-də
Moskvada
«Söz, informasiya və mətbuat azadlığı Qərbi,
Mərkəzi, Şərqi Avropa ölkələrinin və ABŞ-ın nəzəriyyə və
praktikasında»
mövzusunda keçirilmiş konfransı qeyd
etmək olar. Konfransda ayrıca olaraq “Terrorizm və KİV:
aktual problemlər” seksiyası fəaliyyət göstərmişdir.
Seksiyada dünya jurnalistikasını terrorizmlə bağlı narahat
edən aşağıdakı məsələlər qızğın müzakirə obyektinə
çevrilmişdir: təcavüz, ekstremizm, terrorizm, zorakılıq:
səbəbləri və inkişaf faktorları; zorakılıq və mediabiznes;
KİV-də zorakılığın obrazları: sosioloji materialların təhlili;
KİV-in zorakılığa qarşı fəaliyyət təcrübəsi: nəyə nail
olunur?; ictimai münasibətlərin şəffaflığı zorakılığın
qarşısının alınması vasitəsi kimi; silahlı münaqişə
zonalarında jurnalistlərin işi; hərbi məsələlərin
işıqlandırılmasında KİV-lərin redaksiya siyasəti;
müasir
informasiya-kommunikasiya texnologiyalarının terrorçular
tərəfindən istifadə olunmasının formaları; reklam təcavüzün
daşıyıcısı kimi; KİV-in dili düşmənçilik dilidirmi?;
terrorizmə qarşı tolerantlıq.
Terrora qarşı informasiya əks-təsiri
Beləliklə, problemə aid ədəbiyyat və nəzəri-praktik
materialla, xüsusilə də terrordan əziyyət çəkən ölkələrin
təcrübəsi ilə tanışlıq bizə terrora qarşı yeganə və ən təsirli
müqavimət göstərmək imkanında olan kütləvi informasiya
vasitələrinin fəaliyyətinin daha səmərəli təşkili,
hakimiyyətlə KİV arasında əməkdaşlıq əlaqələrinin
yaradılması və təkmilləşdirilməsi (cəmiyyətdə sosial-siyasi
stabilliyin təmin olunması, xüsusilə də ölkənin siyasi,
iqtisadi və son həddə milli
təhlükəsizliyinin
möhkəmləndirilməsi hər ikisinin ümdə vəzifəsi olduğu
üçün) məqsədi ilə aşağıdakı tövsiyələri irəli süməyə imkan
verir:
262
hakimiyyət terrorçular tərəfindən cəmiyyətə
vurulan zərəri minimuma endirmək üçün KİV-lə
konstruktiv əlaqə yaratmalı və antiterror əməliyyatları
zamanı informasiya axınını bacarıqla idarə etməlidir;
hakimiyyət antiterror tədbirlərində sosial infor-
masiyanın fəaliyyət madellərindən istifadə etməyi bacarma-
lıdır;
antiterror informasiya fəaliyyəti sistemlilik və çox-
səviyyəlilik prinsipləri əsasında təşkil olunmalı,
hakimiyyət
dövlət orqanlarından mediaya terrorizmə qarşı mübarizənin
ayrı-ayrı elementləri üzrə bilərəkdən “sensasiyalı
informasiya” axını yaratmağı bacarmalıdır. Bu cür qarşılıqlı
şəkildə sərfəli “razılaşmanın” mahiyyəti sözügedən sosial
bəlaya qarşı mübarizə aparmağa çağrılan dövlət qurumları
barədə xoş imic yaratmaqdan ibarətdir. Ayrı-ayrı KİV
nümayəndələrini planlaşdırılmış terror aktları, həmçinin
onları hazırlayan və əməliyyat tədbirlərinin gedişi zamanı
məşhurlaşan
şəxslər barədə
məlumatlandırmaq
məqsədəuyğundur;
bəzi hallarda, əgər yaranmış vəziyyət buna imkan
verərsə və ya insan həyatının xilas edilməsi və yaxud da
milli təhlükəsizlik barədə söhbət gedərsə,
xüsusi xidmət
orqanlarına KİV vasitəsi ilə terror aktlarının qarşısını almaq,
onu neytrallaşdırmaq və ya da əngəlləmək məqsədi ilə
yanlış informasiya yaymaq imkanı verilməlidir;
antiterror əməliyyatlarının metod və taktikaları
barədə informasiya axınına yol verməmək məqsədi ilə
xüsusi xidmət orqanlarının jurnalistlərlə əlaqə məsələlərində
ən sadə və etibarlı üsulu, yəni ümumiyyətlə informasiya
verməmək yolunu seçmələri yolverilməzdir, çünki bu üsul
terrora qarşı mübarizənin işıqlandırılması sahəsində KİV-i
“qeyri-peşəkar”lıqda günahlandırmaq imkanı verə bilər.
İnformasiya sahəsində terrorizmlə qarşıdurmanın gedişinə
KİV-in təsir səviyyəsinin hakimiyyət tərəfindən düzgün
263
qiymətləndirilməməsini xarakterizə edən
aspektlərdən biri
də baş vermiş hadisələrin hərtərəfli düşünülməmiş,
əlaqələndirilməmiş, yarımçıq və ikili mövqedən şərh
edilməsidir. Bu halda mətbuat qarşısında əvvəlcədən yaxşı
hazırlanmamış
mətnlə
çıxışlar, “tələsik götürülən
müsahibələr”, ifadələrin qeyri-müəyyənliyi son həddə
vəziyyəti daha da mürəkkəbləşdirir, şaiyələrin və hökumətə
inamsızlığın yaranmasına gətirib çıxarır. Bu cür
“informasiya mühiti” ölkədəki vəziyyətin qeyri-
stabilləşməsinə də səbəb
ola bilir;
hakimiyyət bir sıra “ev hazırlıqları” işləməli və
həyata keçirməlidir. Bu cür “ev hazırlıqları”nın mahiyyəti
hər bir terror təzahürünün (məsələn, girovların götürülməsi)
şərti növləri ilə bağlı əvvəlcədən hazırlanmış şərhlərin
operativ surətdə KİV-ə “ötürülməsindən” ibarət olmalıdır.
Bu yanaşma, şübhəsiz ki, təşəbbüsün informasiya dəstəyinə
bel bağlayan terrorçuların əlindən alınmasına, terrora qarşı
ictimai rəyin formalaşmasına və nəticə etibarı ilə gələcəkdə
terrorla mübarizənin profilaktik elementinə çevrilməsinə
imkan yaradacaqdır. Hər zaman dövlətin maraqlarına
əsaslanan ictimai rəyin formalaşdırılması vacibdir. Bu həm
də terrora qarşı mübarizəyə başlamağa hakimiyyətə şərait
yaradan əsaslardan biridir;
Terrorizm probleminin baxılması və müzakirəsi,
bir qayda olaraq, hüquq-mühafizə orqanlarının
səlahiyyətinə
aid edilir. Bu orqanların fəaliyyətinin, şübhəsiz ki,
təkmilləşməyə və nöqsanlarının aradan qaldırılmasına ciddi
ehtiyac vardır. Lakin, antiterror problemlərinə bu cür
yanaşmada KİV işçiləri tərəfidən edilmiş hərəkətlər
cəmiyyətin görüş dairəsindən kənarda qalır. Çünki, prime-
time vaxtı teleefirin 80 %-ini “zorakılığın və qəddarlığın
nümayişi” tutur. Ona görə də ekranlarda terrorun və
zorakılığın bu həcmdə yer tutması cəmiyyət üçün çox
təhlükəlidir;
264
terror aktları zamanı jurnalistin yaradıcılıq
azadlığının məhdudlaşdırılması söz azadlığının
boğulmasına cəhd kimi qiymətləndirilməməlidir,
cəmiyyətin ümumi təhlükəsizliyi naminə buna yol vermək
olar;
hər bir jurnalist bu və ya digər bir məsələni işıqlan-
dırarkən müstəsna azadlığa can atır, amma terror aktlarını
işıqlandıran zaman jurnalistin öz işini nə qədər mümkünsə,
parlaq və maraqlı yerinə yetirməsinə göstərdiyi peşəkarlıq
cəhdləri vəziyyəti qeyri-iradi
olaraq terrorçunun xeyrinə
dəyişir. Subyektiv olaraq terror aktının ilkin mərhələsində
terrorçu jurnalist ifadələrinin çox hissəsini “mənimsəyərək”
hadisənin baş qəhrəmanı” təsirini bağışlayır. Bu da öz
növbəsində ictimai rəyi terrorçuya və onun tələblərinə
diqqət yetirməyə, qeyri-iradi olaraq onun hərəkətinin
mümkün ədalətliliyi barədə düşünməyə məcbur edir. Bu
nəticənin elmi əsasını diqqətin hər hansı bir hadisənin təsvir
edilməsinin başlanğıcında və ya da sonunda “lövbər
salmasının” məlum psixoloji istiqamətləri təşkil edir.
Jurnalist artıq baş tutmuş terror aktını və ya da terror
əleyhinə əməliyyatı işıqlandırarkən vəziyyəti tənqidi
baxımdan qiymətləndirməli,
hadisə yerindən verdiyi
reprtajların nəticələrini obyektivcəsinə saf-çürük etməlidir.
İnformasiyanı elə hazırlamalıdır ki, girovların doğmalarına
və yaxınlarına mənəvi zərbə vurmasın, onların həyatlarını
və sağlamlıqlarını təhlükə qarşısında qoymasın;
Hadisələrin təsviri və şərhlər birmənalı şəkildə
terrorçuya və onun əməllərinə rəğbət hissi oyatmamalı və
onun zorakılıq hərəkətinə bəraət qazandırmamalıdır.
Reportajın və ya məqalənin ümumi qayəsi özünü zorakılığın
yolverilməzliyi ideyasında tapmalıdır. Həmçinin,
cəmiyyətdə terrorçulara neqativ münasibət formalaşdıran
materiallar hazırlanmalı və yayımlanmalıdır. Bu zaman
narkotik maddələrdən və alkoqoldan istifadə, mövcud