293
etmədiyini araşdırmaqdan ibarətdir. Qətiyyətlə demək olar
ki, yox. Çünki, azad və qeyri-əlaltı mətbuat
korrupsiyaya
qurşanmış məmurların bağladıqları kölgə sövdələşmələrini,
hakimiyyətdəki şəxslər tərəfindən həyata keçirilən
maxinasiyaları aşkara çıxaracaq, iqtisadi həyatdakı real
vəziyyəti açıb göstərəcəkdir. Kütləvi mətbuat, əgər onları
həqiqətən də dördüncü hakimiyyət hesab etmək olarsa,
onların hökumətin fəaliyyəti barədə yaydığı müstəqil və
alternativ informasya güclü təsir gücünə malik olacaqır.
Doğrunu üzə çıxarmaq və ictimaiyyətə çatdırmaq üçün bir
fikir kifayət deyil, digər fikirlər də üzə çıxarılmalı və
eşidilməlidir. Plüralizm vətəndaş
cəmiyyətinin,
demokratiyanın təbii atributudur və biz bu cəmiyyəti
qurmaq və orada yaşamaq istəyiriksə, inamla ona doğru
getməliyik.
Açıq
etiraf etməliyik ki, senzura, bir orqan kimi artıq
mövcud olmasa da, mahiyyətcə ondan qat-qat təhlükəli olan
və insanda azadlıq istəyini boğan özünüsenzura var. Ona
görə də demokratiyaya gedən çətin yolda ilk növbədə KİV-
lər və burada çalışan jurnalistlər özünüsenzuranı özlərindən
qətiyyətlə uzaqlaşdırmalıdırlar, çünki demokratik cəmiyyəti,
hüquqi, sivil dövləti azad düşüncəyə, azad təfəkkürə malik
insanlar qura bilərlər və vətəndaş cəmiyyəti ilə bir araya
sığmayan korrupsiyanın qarşısının alınmasnda əsas rolu
azad KİV oynaya bilər.
Dünya təcrübəsi göstərir ki, korrupsiya da öz
növbəsində onun qarşısında ən güclü və daha geniş təsir
gücünə malik olan dördüncü
hakimiyyətə - kütləvi
informasiya vasitələrinə qarşı mübarizə aparır. Jurnalistika
nəzəriyyəçiləri korrupsiyanın mass-mediaya qarşı
“mübarizəsinin” üç variantını qeyd edirlər.
Birincisi, kütləvi informasiya vasitələrinə davamlı
təsirin göstərilməsi. Bu variant jurnalistlərin qorxdulmasını,
redaksiyalara verilən lisenziyaların ləğv edilməsini, texniki
294
senzuranın tətbiqini – nəşriyyatların qəzetlərə boykot elan
etməsini, energetiklərin televiziya şirkətlərini şəbəkələrdən
ayırmasını, İnternet saytlarının sındıralmasını və s. özündə
birləşdirir. Digər üsullar da mövcuddur. Bu üsullar bir qədər
qaba olsa da, çox səmərəlidir: jurnalistlərdə narkotik və ya
silah “tapa bilərlər” və yaxud da onlar kimə qarşısa
“kobudluq” edə bilərlər, ictimai yerlərdə özlərini yaxşı
aparmazlar, pasport rejimini pozduqlarına görə polis
orqanlarına dəvət oluna bilərlər. Telefonla hədə-qorxu
gəlinməsini, müxtəlif bəhanələrlə işdən qovulmanı,
İnternetdə təhqirləri və sairəni
də bu səpgidən görülən
“təbirlər” sırasına daxil etmək olar. Lakin, bu variantı əksər
postsovet respublikaları üçün mümkün hesab etmək olsa da,
məqbul hesab etmək olmaz. Bu cür hərəkətlər dünya
ictimaiyyətində bu ölkələr haqqında mövcud olan bəzi
xoşagəlməz təssəvvürlərə (insan haqlarının pozulması, söz
azadlığının boğulması və s.) daha da neqativ təsir göstərə və
dövlətləri gözdən sala bilər. Ona görə də jurnalistika
nəzəriyyəçiləri birinci variantın postsovet dövlətlərində baş
tutmasını o qədər də real hesab etmirlər.
İkincisi, kütləvi informasiya vasitələrinin pulla satın
alınması, susdurulması. Bu variantı MDB regionu üçün real
hesab eləmək olar, çünki burada jurnalistlər heç də əhalinin
varlı təbəqələrinə aid deyillər. Ona görə də hər hansı bir
informasiyanın
qəzetdə
dərc olunmaması, efirə
buraxılmaması və yaxud da İnternetdə yerləşdirilməməsi
müqabilində təklif olunan istənilən məbləğin jurnalist
tərəfindən qəbul olunması ehtimalı yüksəkdir. Digər
tərəfdən, bu həm də mətbuatı kiminsə mənafeyi naminə
işlətmək üsuludur. Beləliklə, “cənab” korrupsiyanın daha
bir müdafiəçisi meydana gəlir, özü də hörmətli dördüncü
hakimiyyətin timsalında. Jurnalistika tədqiqatçılarının
fikrincə, bəzi MDB ölkələrinin təcrübəsi bu variantın işlək
olduğunu təsdiq edir.
295
Üçüncüsü, mətbuatın biri-birinin üstünə salınması,
onlar arasında münasibətlərin, əməkdaşlıq əlaqələrinin
(yüksək yaradıcılıq effektlərinin və nəticənin əldə olunması
üçün vacibdir) pozulması. KİV-lərin başının bu
“araşdırmalara” qarışmasından istifadə edən korrupsiya
arxayınca öz əməlləri ilə məşğul olur. Korrupsiya həmçinin
bununla mətbuatı xalqın gözündə hörmətdən salır və
insanlar artıq jurnalistlərə də korrupsiya ilə məşğul olan
məmurlara baxdıqları kimi baxırlar. Belə hallarda KİV-ə
əmələ gələn inamsızlıq hissi
başqa informasiya mənbəyi
axtarışına gətirib çıxara bilər ki, bundan da ilk növbədə
cinayətkar qruplar, müəyyən silkləri təmsil edən fanatlar
yararlana bilərlər. Bu da nəinki KİV-in nüfuzuna xələl
gətirir, eyni zamanda onun cəmiyyətdəki funksiyasına,
fəaliyyət prinsiplərinə tamamilə ziddir və buna heç bir halda
yol vermək olmaz.
İstisna etmək olmaz ki, mətbuat özü də korrupsiyalaşa
bilər. Bunun üçün ölkədə qarşılıqlı nəzarət balansı sistemi,
yəni hər bir elementin öz rolunu oynadığı sistem
formalaşmalıdır: “parlament – hökumət – məhkəmələr –
mətbuat – müxalifət”. Ancaq tədqiqatçılar belə düşünmürlər
ki, KİV-lər tam sərbəstlik əldə edərlərsə, əhalini qanunazidd
hərəkətlər etməyə çağırarlar,
çünki buna zidd olan qüvvə -
məhkəmə nəzarət sistemi vardır. Hökumət də milyonlarla
oxucunun, televiziya tamaşaçısının və
İnternet
istifadəçisinin diqqətini öz üzərində hiss edərsə, KİV
özbaşınalığına yol verməz.
Korrupsiyaya qarşı mübarizənin vacib şərtlərindən
biri də budur ki, bu mübarizə mütləq ictimaiyyət tərəfindən
dəstəklənməlidir. Korrupsiya təzahürlərinin və korrupsiyaya
qurşanmış vəzifəli şəxslərin özlərinin ictimai qınaq
obyektinə çevrilmələri, onlar tərəfindən hətta cüzi
korrupsiya cinayətlərinin törədilməsi bu cür dövlət
məmurlrının nüfuz və adlarının hörmətən düşməsinə, hətta
296
onların gələcək karyeralarının baş tutmamasına
gətirib
çıxarır. Məhz bu sahədə kütləvi informasiya vasitələrinin
fəaliyyəti, onlrın göstərdikəri dəstək əvəzolunmazdır.
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün
bütövlükdə xalqın mentalitetinin dəyişməsi vacibdir. Bu
işdə əhalinin bütün yaş qruplarını əhatə edə biləcək
tərbiyəvi əhəmiyyət daşıyan dövlət proqramı hazırlanmalı
və həyata keçirilməlidir. Kütləvi informasiya vasitələri ilə
bağlı siyasətə xüsusi diqqət yetirilməlidir, çünki KİV
insanın sosial yönümdə tərbiyə olunmasında və şəxsiyyətin
formalaşmasında xüsusi rol oynayır. Lakin, təəssüflə qeyd
olunmalıdır ki, hazırkı dövrdə KİV-lərin fəaliyyətində
prioritet kimi reallıqlara o qədər də uyğun gəlməyən reklam
xarakterli materiallar dominantlıq edirlər. Bu da əksər
hallarda şəxsin mənəvi keyfiyyətlərini inkişaf etdirən
proqram və verilişlərin, qəzet və İnternet materiallarının kə-
narda qalmasına səbəb olur.
Korrupsiyaya
ilə mübarizənin strateji
istiqamətlərindən biri korrupsiyanın bir təzahür kimi
kökünün kəsilməsinə çağırışlardan, konkret şəxslərə qarşı
görülən cəza tədbirlərindən ibarət olmamalıdır. Bu
mübarizə korrupsiya hərəkətlərinin qarşısının alınmasına
yönəlmiş vəzifələrdən irəli gələn sistemli, kompleks
profilaktik tədbirləri özündə ehtiva etməlidir. Yaxşı
məlumdur ki, əksər ölkələrdə cinayət-hüquqi siyasət və
cinayətkarlıq problemləri haqqında ictimai rəyin
formalaşmasında KİV-in mühüm rolu vardır və bu rol
hüquqşünaslar, ictimaiyyatçılar və praktiklər tərəfindən
birmənalı şəkildə dərk edilir. Bu, həmçinin KİV-in
korrupsiya haqqında informasiya alması məsələsinə də
aiddir.
Korrupsiyanın iqtisadi, sosial və siyasi inkişaf
yolunda dağıdıcı bir əngələ çevrilməməsi
üçün jurnalistlər
nə edə bilərlər? Hazırda bu sual həm korrupsiya problemləri