Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə70/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   100

285 
 
görə də, Azərbaycan ən yaxşı yerli və beynəlxalq təcrübəyə 
əsaslanaraq, özünün korrupsiyaya qarşı mübarizə 
strategiyasını inkişaf etdirməkdə  qətiyyətli olduğnu ifadə 
etmişdir.  
Azərbaycan bir sıra beynəlxalq sənədləri, o cümlədən 
Avropa  Şurasının Cinayət işlərində qarşılıqlı yardım 
haqqında Konvensiyasını, Avropa Şurasının Cinayət yolu 
ilə əldə olunmuş gəlirlərin yuyulması, axtarışı, götürülməsi 
və müsadirə olunması haqqında Konvensiyasını, BMT-nin 
Beynəlxalq mütəşəkkil cinayətkarlıq haqqında Konvensi-
yasını, həmçinin Avropa Şurasının korrupsiyaya görə mülki 
və cinayət məsuliyyəti haqqında Konvensiyasını ratifikasiya 
etmişdir. 2004-cü ildə Azərbaycan Avropa Şurasının 
Korrupsiya ilə mübarzə üzrə ölkələr Qrupuna qoşulmuş və 
BMT-nin Korrupsiya ilə mübarzə haqqında Konvensiyasını 
imzalamışdır.  
 Xüsusilə, 1994-cü ildən etibarən Azərbaycanda kor-
rupsiyaya qarşı genişmiqyaslı mübarizə aparılmağa 
başlanılmışdır. Bu istiqamətdə atılan səmərəli addımların 
mühüm nəticələrindən biri kimi, Azərbaycan Respublika-
sının “Korrupsiyaya qarşı mübarizə haqqında” 13 yanvar 
2004-cü il tarixli, 580-IIQ nömrəli Qanunun qəbul olunması 
xüsusi  əhəmiyyət kəsb edir. 2004-cü ilin aprel ayından 
Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə 
üzrə Komissiyası  fəaliyyətə başlamışdır. Azərbaycan 
Respublikası Prezidentinin xüsusi Sərəncamı ilə  “Şəffaf-
lığın artırılması  və korrupsiyaya qarşı mübarizə üzrə Milli 
Strategiyanın həyata keçirilməsi ilə bağlı  Fəaliyyət Planı” 
(2007-2011-ci illər) təsdiq edilmişdir. Bunun davamı olaraq 
, göstərilmiş müddəaların inkişafı üçün təxminən 80-dən 
çox normativ aktlar da qəbul edilmişdir.  
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya qanun-
vericiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının fəaliyyəti, 
dövlət qulluğunun fəaliyyətinin təkmilləşdirilməsi, maddi-
286 
 
texniki və maliyyə  təminatının yaxşılaşdırılması üzrə 
tədbirlər, iqtisadi və sosial sahədə, hüquq-mühafizə 
orqanları  və  məhkəmələrin fəaliyyəti, korrupsiyaya qarşı 
mübarizə sahəsində maarifləndirmə  və  əməkdaşlıq üzrə 
tədbirlərin həyata keçirilməsi sahəsində əməli işlər görür.  
Bu sahədə xeyli müsbət dəyişikiliklər  əldə edilsə  də, 
hələlik lazımi effektə tam nail olmaq mümkün olmamışdır. 
Xarici və yerli tədqiqatçılar təsdiq edirlər ki, əksər postsovet 
respublikaları daha çox korrupsiyalaşmış dövlətlərin 
siyahısına daxildirlər.  
Transperency  İnternational Beynəlxalq korrupsiya 
əleyhinə  Təşkilatın korrupsiya indeksi üzrə illik 
hesabatlarına  əsasən, bu ölkələr 180 ölkə arasında axırıncı 
yerləri bölüşürlər. Hər il vəziyyət ötən illə müqyisədə 
yaxşıya tərəf dəyişsə  də, Transperency İnternational 
təşkilatının qiymətləndirmə reytinqinə görə, bunu heç də 
qənaətbəxş hesab etmək olmaz.
116
 
Beynəlxalq təcrübə göstərir ki, bir çox dövlət qulluq-
çuları üçün korrupsiya əməllərinin və  vəzifə cinayətlərinin 
törədilməsi normaya, əksər hallarda isə  məmurun aylıq 
maaşından qat-qat çox olan gəlir mənbəyinə çevrilir. 
Məmur aparatı  tərəfindən sanki xüsusi müdafiə sistemi 
yaradılır ki, bu sistem korrupsiyaya qurşanmış yüksək 
vəzifə tutan məmurların Qanunla məsuliyyətə  cəlb 
olunmalarına mane olur. Bu elə bir halda baş verir ki, kiçik 
dövlət məmurları  hətta geniş  mənada korrupsiya 
adlandırılması belə çətin olan əmələ görə (məsələn, bir qutu 
konfetin götürülməsi) məsuliyyətə cəlb olunurlar. 
Müşahidələr belə deməyə  əsas verir ki, hansısa 
qrupların xeyrinə faktiki olaraq hansısa  əməlləri həyata 
keçirən müəyyən dövlət qulluqçularından ibarət cinayətkar 
                     
116
 htpp://www.bbc.uk/azeri/news/story/2009/11/printable/091120;  
htpp://news.liga.net/info/print-NS090349.html 


287 
 
qrupların genişlənməsi daha təhlükəli xarakter daşıyır. 
Hazırkı dövrdə dövlət hakimiyyəti və idarəetmə şaxələrinin 
demək olar ki, bütün qolları bu və ya digər səviyyədə 
korrupsiyaya yoluxmuşdur. Ən çox korrupsiyalaşmış struk-
turlar isə  məqsədli dövlət maliyyələşdirilməsi məsələləri, 
eksport və import, özəlləşdirmə, lisenziyalaşdırma, gömrük 
nəzarəti və  nəzarət-müfəttişlik fəaliyyətinin həyata 
keçirilməsi ilə məşğul olan qurumlardır. 
Bununla birlikdə, alimlərin və praktiklərin, o 
cümlədən KİV nümayəndələrinin fikrinə görə, nə korrupsi-
yaya qarşı mübarizə ilə bağlı  qəbul olunmuş qanunlar, nə 
müvafiq normativ aktlar, nə  də  məhkəmə praktikası 
korrupsiya anlayışının konkret anlamını müəyyən edə 
bilməyib. Yalnız o qeyd olunur ki, korrupsiya qanunazidd 
və qeyri-etik kompleks hərəkətlərdən  əmələ  gələn 
çoxaspektli sosial, siyasi, hüquqi və  mənəvi təzahürdür. 
Korrupsiya hüquqi kateqoriya kimi, qarşılıqlı  şəkildə bir-
biri ilə  sıx bağlı olan hüquq pozuntularının məcmusunu 
əhatə edən hüquqi anlayışdır. Bütün bunlar həm nəzəri 
araşdırmalar, həm qanunun tətbiqi, həm də bu problemlərin 
KİV-də  işıqlandırılması sahəsində bir sıra ziddiyyətlər 
doğurur. Beləliklə, digər səbəblərlə yanaşı, korrupsiya 
anlayışı haqqında qeyri-düzgün təsəvvür günahkarların 
məsuliyyətə  cəlb olunması üçün bütün mexanizmlərin 
tətbiqinə mane olur.  
Cinayətkarlığa, o cümlədən korrupsiyaya qarşı 
mübarizə aparmaq üçün hansısa proqramın işlənib 
hazırlanması  və  həyata keçirilməsi problemi ən çətin 
problemlər kateqoriyasına aiddir. Ona görə  də bu proses 
əvvəlcədən kompleks elmi-nəzəri tədqiqat işlərinin 
aparılmasını  tələb edir. Deyilənləri nəzərə alaraq, 
korrupsiyanın ictimai təzahür kimi (bir-biri ilə qarşılıqlı 
bağlı olan hüquq pozuntularının məcmusu: inzibati
inzibati-hüquqi, mülki-hüquqi və cinayət-hüquqi) mahiyyət 
288 
 
və xarakteristikasının sistemli və kompleks şəkildə, elmi 
baxımdan  əsaslı surətdə müəyyən edilməsi olduqca 
vacibdir.  
Korrupsiyaya qarşı mübarizə aparmaq üçün ən 
səmərəli yol onu doğuran və inkişafına şərait yaradan səbəb 
və  şərtlərin aradan qaldırılmasıdır. Korrupsiyanın kökləri 
tariximizin qədim dövrlərinə qədər gedib çıxır. Şərqdə belə 
bir məsəl var, “ənənə qanundan güclüdür.” Bu deyim 
korrupsiya üçün də  sərfəlidir. Çünki, bəzi problemləri, o 
cümlədən insanların həyat tərzini  ənənələrin ayağına 
yazmaq mümkündür. Guya ki, rüşvət vermək hökumətə 
hörmətin, rüşvəti götürmək isə insanların ehtiyaclarına 
qayğı ilə yanaşmanın  əlamətidir. Böyük Azərbaycan  şairi 
Məhəmməd Füzuli “Sikayətnamə”  əsərində yazırdı: - 
“Salam verdim, rüşvət deyildir deyə almadılar.”
117
  
Şimali Azərbacan Çar Rusiyasının tərkibinə daxil 
olduğu dövrlərdə çarın rüşvətxorluqla bağlı bəzi fərmanları 
mövcud idi. Korrupsiyaya qurşanmış  məmurlar hökmdarın 
qəzəbindən ehtiyat etdiklərindən dilə-dişə düşməkdən 
çəkinirdilər. Hökmdarlar isə  dərk edirdilər ki, korrupsiya 
hökumətin dayaqlarını elə dağıda bilər ki, ondan əsər-
əlamət qala bilməz. Ona görə də hökmdarlar rüşvətxorlara, 
cinayətkarlara qarşı  sərt qərarlar qəbul edirdilər. Çar II 
Nikolayın öz varisinə - oğlu Aleksandra dediyi aşağıdakı 
fraza hamıya yaxşı  bəllidir: “Görünür, bütün İmperiyada, 
Saşa, təkcə  səninlə  mən oğurlamırıq. Bütün buna baxanda 
adamın ürəyi bulanır, cənablar.”
118
 
SSRİ-nin ilk illərində də bu bəlaya qarşı Xalq Komis-
sarları Sovetinin “Rüşvətxorluq haqqında” Dekretinə (8 
may 1918-ci il) uyğun mübarizə aparılırdı. Korrupsiya 
                     
117
 Məhəmməd Füzuli. Əsərləri. Vİ cild. “Şərq-Qərb” nəşriyyatı. Bakı. 
2005. səh. 298. (335 s.) 
118
 
Артем 
Ермаков. «И 
клятву 
верности 
сдержали». 
Htpp://www.hrono.ru/statii/2006/erm_vern.html 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə