Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə71/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   100

289 
 
antidemokratik və totalitar cəmiyyətə xas “təbii” bir 
institutdur. Belə hesab edirdilər ki, Stalinin dövründə kölgə 
iqtisadiyyatı və rüşvətxorluq yox idi, çünki diktator hər şeyə 
və  hər kəsə ciddi nəzarət sistemi yaratmışdı. Heç nəyi 
gizlətmək, oğurlamaq, qnunsuz sövdələşmələr aparmaq, 
kimisə rüşvətlə  ələ almaq mümkün deyildi. Əslində isə, 
vəziyyət heç də belə deyildi, bu dövrdə korrupsiya daha çox 
çiçəklənmişdi. Repressiyalar və kütləvi informasiya 
vasitələrinin senzurası  cəmiyyətə total surətdə qüsurlu 
təfəkkürün və  təhrif olunmuuş dünyagörüşünün forma-
laşmasına gətirib çıxarmışdı. İnsan hüquqlarının pozulması 
adi hal almışdı. Əsas prinsipi “hər şey insan üçün, hər şey 
insan naminə” olan cəmiyyətdə hər şey insanın əleyhinə idi 
və insanın qapalı  şəraitdə saxlanılmasına xidmət edirdi. 
Bütün bunlar isə, sosialist inqilabının nailiyyətlərinin 
qorumasına olan ehtiyacla izah olunurdu. Əsas xammalı 
insan olan korrupsiya ət maşını tam gücü ilə işləyirdi.  
Yüz illər boyunca rüşvətxorluğa, korrupsiyaya qarşı 
mübarizə  məqsədi ilə müxtəlif cəhdlər göstərilsə  də, bu 
cəhdlər lazımi səmərəni verməmişdir. Bir şey aydındır ki, 
yalnız qorxu və repressiya ilə korrupsiyanın kökünü kəsmək 
mümkün deyildir. 
Korrupsiyanın  əsas cizgilərindən biri də onun 
beynəlxalq problem olmasıdır. Hələ 1997-ci ildə Avropa 
ölkələri parlament başçılarının konfransında Deputatlar 
Palatasının rəhbəri Lunaço Violante demişdi ki, korrupsiya 
siyasi quruluşundan və iqtisadi inkişaf səviyyəsindən asılı 
olmayaraq, bütün ölkələrə xasdır. Heç bir ölkə özünü bu 
bəladan sığorta olunmuş hesab edə bilməz, söhbət ylnız 
onun miqyasından gedə bilər. L.Violante korrupsiyanı 
istənilən dövlətin milli təhlükəsizlik problemi 
adlandırmışdır.
119
  
                     
119
 http://www.zaza.net.ua/forum/archive/index.php/t-1379.html  
290 
 
Yalnız korrupsiyaya şərait yaradan səbəbləri və 
şərtləri aydınlaşdırmaqla, bu sahədə qanunvericiliyin 
təkmilləşdirilməsi yollarını müəyyən etmək və korrupsaiya 
hərəkətlərinin artmasının qarşısını almaq mümkündür. 
Korrupsiya hərəkətlərini qanunauyğunluq və  səbəbiyyət 
əlaqələri ilə bir-birinə bağlayan aşağıdakı amilləri 
göstərmək olar: 
 

 
bir çox MDB ölkələrində, bütövlükdə vətəndaşların, 
xüsusilə  də sosial sahədə çalışanların həyat səviyyəsinin 
aşağı olması (həkimlərin, müəllimlərin və xidmət sahəsində 
işləyənlərin). Belə olan halda, Qərb standartlarına uyğun 
(hər cür şəraiti olan ev, avtomobil, yaxşı istirahət) yaşamaq 
bir yana, həyati  əhəmiyyəti olan real ehtiyacların 
(qidalanma, geyim, kommunal xidmətlərin ödənilməsi, 
uşaqların təhsil almaları  və s.) ödənilməsindən necə 
danışmaq olar? Digər tərəfdən isə, öz eytiyaclarının qeyri-
rəsmi yolla (kölgə iqtisadiyyatının yüksək səviyyədə 
olması, vətəndaşların gəlirlərinə  nəzarət sisteminin 
olmaması və s.) ödənilməsi üçün imkanlar artır; 

 
idarəetmə orqanlarının fəaliyyət sisteminin qeyri-
mükəmməl olması. Xidməti səlahiyyətlər çox vaxt ətraflı 
qanuniləşdirilmə olmadan, ümumi parametrlərlə 
məhdudlaşdırılır (məsələn,  ərizə  və  şikayətlərin baxılması 
vaxtı – bir ay müddətində; qərarların daxili inam rəhbər 
tutularaq qəbul olunması; alternativ qərarların qəbul 
olunması və s.). Bunlar məmura qanunu pozmadan cəsarətlə 
öz xeyrinə hərəkət etmək imkanı verir; 

 
kadrların seçilməsi və  təyin edilməsi, həmçinin 
dövlət qulluqçularının fəliyyətinə sosial nəzarət sahəsində 
səmərəli sistemin olmaması. Çox hallarda kadrlar 
peşəkarlılıq səviyyəsinə və mənəvi-etik keyfiyyətlərinə görə 
deyil, “etibarlılıq”, “şəxsi sədaqətlilik” prinsipi ilə seçilir və 
təyin olunurlar. Bu da öz növbəsidə qarşılıqlı  dəstək və 


291 
 
qarşılıqlı mühafizə mühitini yaradır. 
 
Yoxsulluq, məzlumluq, gələcəyə inamsızlıq, hakimiy-
yətin fəaliyyətinin nüfuzdan düşməsi,  ən kiçik ehtiyacların 
belə  təmin olunmasının mümkünsüzlüyü – bütün bunlar 
sosial-faydalı  dəyərlərin itirilməsinə, cəmiyyətin mənəvi 
dayaqlarının sarsılmasına və korrupsiyanın inkişafına 
gətirib çıxarır.  
Hər bir dövlətin stabil inkişafının təmin olunması 
üçün antikorrupsiya siyasətinin olması olduqca 
əhəmiyyətlidir və bu siyasət dövlət siyasətinin daimi və 
mühüm tərkib hissələrindən biri olmalıdır.  İlk növbədə 
səmərəli iqtisadi, siyasi və sosial islahatların həyata 
keçirilməsi vacibdir. Bundan sonra, kompleks tədqiqatlar 
aparılmalı və onların əsasında korrupsiyaya qarşı mübarizə 
üzrə qanunvericilik bazası  təkmilləşdirilməli və burada 
korrupsiya anlayışı  dəqiq müəyyən edilməli, onun 
sərhədləri, tərkibi və daşınan məsuliyyət öz əksini 
tapmalıdır. 
Korrupsiya cəmiyyətin xəstəliyidir. Məhz buna gorə 
də cəmiyyət özü bu xəstəliyi müalicə etməlidir. Cəmiyyətin 
bu ağır və biabırçı  ənənəvi cinayət növündən azad olması 
üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. İlk 
növbədə inkişaf etmiş ölkələrin iqtisadi kurslarına uyğun 
iqtisadi dəyişikliklərin korrektə olunması vacibdir. XX əsrin 
sonlarına qədər sosializm düşərgəsi ölkələri Ruzveltin bazar 
iqtisadiyyatı modelini inkar edərək kortəbii bazar 
iqtisadiyyatına üz tutmuşdular. Təbii ki, bu da cəmiyyətin 
kriminallaşmasına və korrupsiyanın artmasına gətirib 
çıxarmışdır. Bunu aradan qaldırmaq üçün müasir tərəqqini 
dərk etmək və  Qərb ölkələrinin makroiqtisadi modellərin 
qurulması sahəsidəki təcrübələrindən istifadə etmək 
vacibdir. 
Həmçinin, korrupsiya cinayətlərinə görə  məsuliyyəti 
artırmaq məqsədi ilə hüquqi islahatlar aparılmalıdır. 
292 
 
Məsələn,  şahidlərin müdafiəsi haqqında qanunun qəbul 
olunması  və  səmərəli surətdə  həyata keçirilməsi bu 
istiqamətdə faydalı addım ola bilərdi. Bunu beynəlxalq 
təcrübə  də  təsdiq edir. ABŞ Konqresi 1970-ci ildə 
“Mütəşəkkil cinayətkarlığa nəzarət haqqında” Qanun qəbul 
etmişdir. Bu qanun ABŞ-ın Baş prokuroruna səlahiyyət 
verirdi ki, təhlükəyə məruz qalan şahidlərin müdafiəsi üçün 
vəsait ayırsın. Lakin, bu qanun yalnız mütəşəkkil 
cinayətlərlə bağlı  işlər üzrə  şahidləri müdafiə ilə  təmin 
edirdi. Nəhayət, ABŞ Konqresi 1982-ci ildə “Cinayət 
qurbanlarının və  şahidlərin müdafiəsi haqqında”, 1984-cü 
ildə isə “Cinayətkarlığa nəzarət haqqında” Qanun qəbul etdi 
və bununla da şahidlərin dövlət tərəfindən müdafiəsi təmin 
edildi. Bunsuz iqtisadi cinayətlərin, o cümlədən, korrupsiya 
cinayətinin sübut olunması ağlabatan deyil. Bu qanun və ya 
eyni xarakterli digər normativ aktlar cinayətin hər iki 
tərəfinin – həm rüşvəti verənin, həm də alanın ifşa 
olunmasına şərait yaradardı.  
Yuxarıda qeyd etdiyimiz kimi, qanunverici, icraedici 
və məhkəmə hakimiyyətlərinin zəif olması korrupsiya üçün 
olduqca sərfəlidir. Korrupsiya, həmçinin dördüncü 
hakimiyyəti – kütləvi informasiya vasitələrini də nəzarətdə 
saxlamağa səy göstərir. Azərbaycan Respublikası 
prezidentinin “Azərbaycan Respublikasında söz, fikir və 
məlumat azadlığının təmin edilməsi sahəsində  əlavə 
tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə 
ictimai  şüura nəzarət və yadfikirliliyə qarşı mübarizə üzrə 
hökumət institutu - senzura öz mövcudluğunu itirdi. 
Əlbəttə, indi bizim məqsədimiz bunun əsas səbəbinin 
hadisələrin təbii-tarixi gedişininmi, xaricdən - ilk növbədə 
Qərbdən təsirinmi, yaxud da hökumət tərəfindən etiraf 
olunan korrupsiyanın cəmiyyət üçün törətdiyi təhlükəninmi 
ilkin olduğunu metodoloji cəhətdən araşdırmaqdan ibarət 
deyil.  Əsas məqsəd bu vəziyyətin korrupsiyanı qane edib-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə