Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə73/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   100

297 
 
ilə  məşğul olan korporativ qrupları, həm də jurnalistika 
nəzəriyyəçilərini və praktikləri düşündürən 
əsas 
məsələlərdən biridir.  
  İlk növbədə, bu problem peşəkar jurnalistikanın 
məlum prinsiplərinə  əsaslanılaraq müntəzəm  şəkildə 
işıqlandırılmalıdır. Hazırda, cəmiyyətin demokratikləşməsi, 
hüquqi dövlətin  əsaslarının yaradıldığı bir dövrdə 
respublikamızda aparılan islahatlar sayəsində kütləvi 
informasiya vasitələri  əhəmiyyətli dərəcədə  dəyişmiş, 
totalitar dövlətin ideoloji ruporunun nəzarətində olan 
mətbuat yeni bir səviyyəyə qalxmış mass mediaya 
çevrilmişdir. Bu gün kütləvi informasiya vasitələri aidiyyəti 
icra hakimiyyətlərinin, siyasi-sosial və maliyyə qruplarının 
himayəsində olmaqla bərabər, tam mənada söz azadlığına 
çatmaq və “publisistik müxtəlifliyə” nail olmaq yolunda 
mühüm irəliləyişlər  əldə etmişlər.
120
 Eyni zamanda, KİV 
təbəqələşmiş, bazar iqtisadiyyatının həm subyektinə, həm 
də obyektinə çevrilmişlər. Fəal şəkildə onların kommersiya-
laşması, rəsmi mətbuatla alternativ mətbuat arasında nüfuz 
və auditoriya mübarizəsi prosesi gedir. Naşir və yayımçı 
informasiya bazarında tələbat və  rəqabətdən daha çox asılı 
vəziyyətə düşürlər. 
İndiki dövrdə KİV, başqa hisslərlə yanaşı, insanlarda 
mifoloji  şüuru da (ümumi satqınlıq, ümumi qorxu, 
ümidsizlik, siyasi süstlük, inkişaf məqsədlərinin olmaması, 
islahatların iflasa uğraması və s.) inkişaf etdirir. Əslində isə, 
kütləvi informasiya vasitələrinin başlıca vəzifəsi rasional 
şüurun formalaşdırılmasından, yəni tamaşaçıya, dinləyiciyə, 
oxucuya, internet istifadəçisinə doğru, dürüst 
informasiyanın çatdırılmasından ibarətdir. 
Rəqabət və sensasiya axtarışı jurnalistikanın bəzi 
                     
120
.Ю.Ю.Комлев, В.Н.Демидов, Л.Г.Толчинский. средства массовой 
информации  и  формирование  общественного  мнения  о 
правоохранительной деятельности. Государство и право.1997. № 8.  
298 
 
dəyərli ənənələrinin itirilməsinə gətirib çıxarmışdır. Bu itki-
lərin yerini isə, məzmunu açıq-aşkarcasına kobudluq, təhqir 
və  hətta “qeyri-normativ leksika”dan ibarət olan kiçik 
məqalə və məlumatlar tutur. Lakin, etiraf etmək lazımdır ki, 
həqiqətə söykənən təhlükəli jurnalist təhqiqatları 
oxucuların, tamaşaçı  və dinləycilərin diqqətini daha çox 
cəlb edir. Bu cür materiallarla yanaşı publisistika 
surroqatlarına, hansısa təzahür və hadisələrlə baglı  şübhəli 
versiyalara, məsuliyyətsiz proqnozlara, uydurma 
reytinqlərə, “ən varlı” və “ən nüfuzlu” şəxslərin siyahılarına 
da rast gəlinir.  Əksər hallarda, bu cür publikasiyalar ciddi 
sosioloji tədqiqatlara söykənmir, süni nüfuz yaratmaq və 
yaxud da siyasi rəqibləri ləkələmək məqsədi daşıyırlar. Bəzi 
nəşrlər (televiziya və radio yayımlarında az rast gəlinir) söz 
və informasiya azadlığının imkanlarından istifadə edərək, 
faktların etbarlılığının fərqinə varmadan siyasətçilərin, 
vəzifəli  şəxslərin, görkəmli  ədəbiyyat və incəsənət xadim-
lərinin həyat və fəaliyyətləri ilə bağlı hədyan materiallar çap 
edirlər. Bu publikasiyalar çox hallarda qanunlarla ziddiyyət 
təkil etməsələr də, jurnalist etikasını kobud şəkildə pozur və 
kütləvi informasiya vasitələrini ictimaiyyətin gözündə 
nüfuzdan salır.  
Veriliş və publikasyalarda bu və ya digər siyasətçilər, 
ictimai xadimlər, iş adamları haqqında dəqiqləşdirilməmiş, 
eyni zamanda qeyri-qanuni yolla əldə olunmuş “faktlara” 
əsaslanan məlumatlar özünə yer tapır.  Əksər hallarda 
hüquq-mühafizə orqanları bu cür “sarsıdıcı” materiallara 
reaksiya vermir. Əlbəttə, söz azadlığı demokratiyanın 
göstəricisi olsa da, həmin materiallaın “qəhrəmanları” uzun 
müddət ictimaiyyətin “qınaq obyektinə” çevrilir, oxucu və 
tamaşaçılar isə bu ifşalarla bağlı çaş-baş vəziyyətdə qalırlar.  
Yaranmış 
vəziyyət təkcə sistematik media-
tədqiqatların aparılmasının vacibliyini deyil, həmçinin KİV 
tərəfindən ictimai fikrin formalaşdırılması sahəsində  həm 


299 
 
sosial, həm də cinayət siyasəti subyektlərinin təxirəsalınmaz 
hərəkət etmələrini tələb edir. Bu istiqamətdə  KİV-də 
respublika səviyyəsində sosial-kriminal problemlərin həllinə 
həsr olunmuş açıq və professional müzakirələrin 
keçirilməsi, korrupsiyanın bir təzahür kimi cəmiyyətdə 
yayılması, təhlükəli olması və viktimoloji aspektləri barədə 
əhalinin müntəzəm şəkildə məlumatlandırılması əhəmiyyətli 
addımlardan biri ola bilər. Mətbuatda, televiziya və 
internetdə  məlumat xarakterli materialların verilməlidir. 
Həm rəsmi, həm də alternativ və müstəqil KİV-də vaxtaşırı 
analitik məqalələrin və yaxud da korrupsiyaya qarşı 
mübarizə problemlərinə  həsr olunmuş proqramların 
verilməsi vacibdir. Bu halda ictimaiyyət bütövlükdə 
cinayətkarlığın vəziyyəti barədə ilk mənbələrdən məlumat 
əldə edə bilər, o cümlədən, hüquq-mühafizə orqanlarının 
iştirakı ilə keçirilən diskussiya, hesabat və tok-şoularda 
müstəqil ekspert rəyləri, ictimaiyyətin nümayəndələrinin 
fikirləri, korrupsiya problemləri üzrə mütəxəssis və 
tədqiqatçıların qiymətləndirmələri ilə tanış ola bilər.  
Bu tədbirlər KİV-in çıxışlarının analitikliyinin, 
şəffaflığının və qiymətləndirmə funksiyasının inkişafına 
təkan verə bilər. Ümumiyyətlə, qarşısının alınması üçün 
şəffaflıq bütün cəmiyyətə lazımdır. Korrupsiya əməllərinin 
azad  şəkildə  təhqiq olunması üçün kütləvi informasiya 
vasitələrinə  hərtərəfli dəstək göstərilməlidir. Məhz bu 
dəstək sayəsində  KİV-lər korrupsiya əməllərinin özünü 
büruzə verəcəyi sahələrdə, məsələn, məhkəmə icraatının 
gedişində  və hüquqi qərarların qəbul olunmasında, dövlət 
mülkiyyətinin daha geniş reyestrinin tətbiq olunmasında və 
xüsusilə də özəlləşdirmə zamanı dövlət mülkiyyətinin fiziki 
şəxslərə verilməsinin qeydə alınmasında  şəffaflığın təmin 
300 
 
olunmasında öz funksiyasını layiqincə yerinə yetirə bilər.
121
 
Lakin, iqtisadi çətinliklərlə  əlaqədar olaraq, kütləvi 
informasiya vasitələrinin çoxu oliqarxiya azlığının  əlində 
cəmləşmişdir. Buna görə  də korrupsiyanın ifşa olunması 
çox vaxt cəmiyyətdə  şəffalığın təmin olunması üçün yox, 
hakimiyyət uğrunda mübarizə üçün istifadə olunur. Bəzi 
hallarda isə, jurnalistlər özlərinin müəyyən “maraqlarına” 
çatmaq üçün korrupsiya mövzusundan sui-istifadə edirlər.  
Korrupsiyaya qarşı mübarizədə  KİV-in fəaliyyətini 
tədqiq edərkən bu sahədə  İnternetin yerini və rolunu qeyd 
etmək olduqca vacibdir. Hələ bir neçə il öncə kompüter 
şəbəkəsi üzrə yalnız bir qrup mütəxəssisə  məlum olan bu 
anlayış bu gün kompüter qəzet və jurnallarının, qeyri-ixtisas 
nəşrlərinin, televiziya və radioların həyat və  fəaliyyətinə 
dönməz  şəkildə daxil olmuşdur. XX əsrin sonlarında baş 
vermiş informasiya inqilabının yeni etapı ilə əlaqələndirilən 
bu qlobal şəbəkə diqqəti nə ilə  cəlb edir və jurnalistin 
yaradıcılığında hansı yeni effektlərin  əldə olunmasına 
imkan yaradır? Hər  şeydən  əvvəl,  İnternt informasiyanın 
yayılması, toplanılmış informasiya resurslarına giriş  və 
dünyanın müxtəlif ölkələrində kompüter şəbəkəsi 
istifadəçilərinin  əlaqə saxlamaları üçün praktik olaraq 
hədsiz dərəcədə geniş imkanlar yaradır. Bu xüsusiyyətlərinə 
görə  İnternet  şəbəkəsi yalnız onun özünə xas olan 
keyfiyyətləri ilə (yuxarıda sadalanan) KİV-in mühüm 
komponentlərindən biri kimi nəzərdən keçirilir. Məhz 
bununla  əlaqədar olaraq, əksər ölkələrdə bu və ya digər 
səviyyədə korrupsiya problemləri ilə məşğul olan strukturlar 
özlərinin saytlarını yaradır və burada cəmiyyətdə 
korrupsiyanın qarşısının alınmasına aid olan yerli, həmçinin 
                     
121
. Louise I.Shelley. Corruption in the Post-Yeltsin Era. EECR. Vol.9. 
Nos.1/2, Winter/Spring 2000. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə