Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə69/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

281 
 
12.
 
Hüquq-mühafizə orqanlarının korrupsiyaya 
uğramış hissəsinin cinayətkar fəaliyyətinin neqativ rolu 
KİV-də obyektiv işıqlandırılmalıdır. 
13.
 
Narkotik eyforiya vəziyyəti KİV-də  təsvir olun-
mamalı, narkotiklərin insan orqaizminə  mənfi təsiri 
anlaşıqlı dildə ictimaiyyətə çatdırılmalıdr.  
 
Jurnalistlərə və KİV-ə kömək məqsədi ilə Azərbaycan 
İnternet sektorunda narkotiklərin qanunsuz dövriyyəsinə 
qarşı mübarizə  və ondan sui-istifadə mövzusuna aid 
məlumat bazası yaradılmalı  və onun fəaliyyəti təmin 
olunmalıdır. Bu iş müvaiq dövlət strukturunun egidası 
altında metodik dəstəklə müşayiət olunmalıdır.  
Bu məsələ daim KİV –in yaradıcı kollektivlərində 
müzakirə olunmalıdır. 
 
Yoxlama sualları və tapşırıqları 
 
1.
 
Narkomaniyanın müasir dövrün qlobal problemi və 
jurnalistikanın mövzusu kimi xarakteristikasını açın. 
2.
 
Narkomaniya probleminin dünya jurnalistikasında 
işıqlandırılması tendensiyalarını izləyin. 
3.
 
Dünya və Azərbaycan KİV-ində narkomaniya 
probleminin işıqlandırılması  təcrübəsini müqayisəli  şəkildə 
təhlil edin. 
4.
 
Antinarkotik təbliğat işinin forma və metodlarını, 
mətbuatın çıxışlarının janr xüsusiyyətlərini müəyyən edin. 
 
 
 
 
 
 
 
 
282 
 
X MÖVZU 
 
Jurnalistika və qlobal korrupsiya 
problemi 
 
  Müasir dövrün qlobal problemlərindən biri də kor-
rupsiyadır. BMT-nin Korrupsiya əleyhinə Konvensiyası 
korrupsiyanın artıq lokal problem deyil, btün ölkələrin 
cəmiyyət və iqtisadiyyatına toxunan, buna görə  də 
qarşısının alınması  və  əleyhinə mübarizə aparılması 
sahəsində beynəlxalq  əməkdaşlığın müstəsna dərəcədə 
vacib əhəmiyyət kəsb etdiyi transmilli bir təzahür olduğunu 
xüsusi vurğulayır. 
“Korrupsiya” sözünün mənasının araşdırılmasına 
etimoloji yanaşma bizə bu təzahürün “corruptio” latın 
sözündən olub “korlanma, satın alınma” mənasında 
işlədilməsini müəyyən etmək imkanı verir. Müasir dövrdə 
korrupsiya anlayışı hakimiyyətin dağılması prosesində 
özünü büruzə verən sosial təzahür kimi nəzərdən keçirilir. 
Bu zaman dövlət funksiyalarının yerinə yetirilməsinə 
müvəkkil edilmiş dövlət (qeyri- dövlət) qulluqçuları  və ya 
digər  şəxslər öz xidməti mövqelərini, tutduqları  vəzifənin 
status və nüfuzunu şəxsi varlanmaları və yaxud da hansısa 
qrupun mənafeyi üçün məkrli məqsədlərlə istifadə edirlər. 
Korrupsiya - vəzifəli şəxslərin öz statusundan, təmsil 
etdiyi orqanın statusundan, vəzifə  səlahiyyətlərindən və ya 
həmin status və  səlahiyyətlərdən irəli gələn imkanlardan 
istifadə etməklə qanunsuz olaraq maddi və sair nemətlər, 
imtiyazlar və ya güzəştlər  əldə etməsi, habelə fiziki və 
hüquqi  şəxslər tərəfindən qeyd edilən maddi və sair 
nemətlərin, imtiyazların və ya güzəştlərin qanunsuz olaraq 
vəzifəli  şəxslərə  təklif və ya vəd olunması  və yaxud 


283 
 
verilməsi yolu ilə həmin vəzifəli şəxslərin ələ alınmasıdır.
114
 
 Korrupsiya 
mürəkkəb bir təzahür olmaqla, 
cəmiyyətin və dövlətin siyasi, iqtisadi və sosial vəziyyətinin 
məhsuludur. Korrupsiya özünün bir sıra xarici təzahürlərinə 
malikdir. Məsələn, korrupsiya sosial təzahür kimi müxtəlif 
korrupsiya  əməllərində özünü büruzə verir ki, bunların da 
bir hissəsi cinayət kimi müəyyən edilir və cinayət 
qaydasında təqib edilir. Bu da öz növbəsində, korrupsiya ilə 
hüquqi sfera arasında qarşılıqlı  əlaqənin olduğunu, yəni 
nəticə etibarı ilə  tərkib hissəsi kimi, xüsusi ictimai 
təzahürün – korrupsiya cinayətinin movcudluğunu müəyyən 
edir. Korrupsiya cinayəti – rəsmi qaydada idarəetməyə cəlb 
olunmuş 
şəxslərin (ictimai funksiyaların yerinə 
yetirilməsinə müvəkkil edilmiş dövlət və  bələdiyyə 
qulluqçularının və ya digər  şəxslərin) qeyri-qanuni gəlir 
əldə etmək məqsədi ilə malik olduqları statusun 
imkanlarından müxtəlif yollarla istifadə edərək törətdikləri 
cinayətdir. 
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 
korrupsiya probleminin get-gedə daha qlobal xarakter 
aldığını  və onun hətta inkişaf etmiş ölkələrin belə siyasi, 
iqtisadi, milli və  mədəni dayaqlarına sarsıdıcı  zərbələr 
vurduğunu nəzərə alaraq, hər il dekabr ayının 9-nu 
Beynəlxalq korrupsiya ilə mübarizə günü elan etmişdir. 
Həmin gün BMT-nin egidası altında dünyanın bir çox 
ölkələrində nümayişlər, seminarlar, bu problemə  həsr 
olunmuş digər müxtəlif tədbirlər keçirilir. 
BMT-nin Korrupsiya əleyhinə Konvensiyası 2003-cü 
il dekabr ayının 9-dan (Meksikanın Merida şəhərində) 
                     
114
 
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan 
Respublikasının Qanunu. Maddə 1.  
 
284 
 
imzalanmaq üçün açıq elan olunmuşdur. 2009-cu il dekabr 
ayının 9-na olan məlumata görə Konvensiyanı 140 dövlət 
imzalamış, 80 dövlət isə ratifiksiya etmişdir.  
 Konvensiyanın məqsədi korrupsiyanın qarşısının 
alınması  və aradan qaldırılmasından, korrupsiyanın 
qarşısının alınmasında və ona qarşı mübarizədə, o cümlədən 
aktivlərin qaytarılması üçün müvafiq tədbirlərin görülməsi 
sahəsində beynəlxalq əməkdaşlığı və texniki dəstəyi təşviq 
etməkdən və dəstəkləməkdən ibarətdir.  
BMT hesab edir ki, “korrupsiya iqtisadi inkişafı 
ləngidir, demokratik institutları və qanunun aliliyi prinsipini 
zəiflədir, ictimai asayişi pozur və ictimaiyyətin inamını 
sarsıdır, bununla da mütəşəkkil cinayətkarlığın 
çiçəklənməsinə, terrorizmə  və insanın təhlükəsizliyi üçün 
digər təhdidlərə şərait yaradır”.
115
 
Öz inkişafının keçid dövrünü yaşayan dövlətlər həm 
siyasi, həm iqtisadi, həm də sosial sahələrdə müəyyən 
böhran vəziyyətlərini yaşayırlar. Postsovet respublikaları da 
bu kontekstdə istisnalıq təşkil etmirlər, ona görə  də  hər 
hansı bir ölkədə vəziyyəti aydınlaşdırmaq üçün situasiyanın 
qısa kriminal icmalını vermək vacibdir.  
Azərbaycan öz müstəqilliyini yenidən elan etdikdən 
sonra dövlət orqanlarının korrupsiyalaşması məsələsi təxirə-
salınmaz tədbirlərin görülməsini tələb edən daha kəskin və 
vacib məsələyə çevrilmişdir. İqtisadi Əməkdaşlıq və İnkişaf 
Təşkilatının 2004-cü il iyunun 18-də Stambulda qəbul etdiyi 
Korrupsiyaya qarşı mübarizə üzrə  Fəaliyyət Planında 
göstərilir ki, Azərbaycanın təqdim etdiyi Milli məruzəyə 
əsasən, Azərbaycan korrupsiyanın sosial-iqtisadi inkişafa, 
bazar iqtisadiyyatının qurulmasına, investisiyaların cəlb 
olunmasına neqativ təsir göstərdiyini, demokratik dövlətin 
siyasi və dövlət institutlarını sarsıtdığını  dərk edir. Buna 
                     
115
 
BMT-nin Korrupsiya əleyhinə Konvensiyası. Preambula hissəsi.
 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə