Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirinin



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə67/100
tarix01.11.2017
ölçüsü4,51 Kb.
#7957
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   100

273 
 
formalaşdırılır.  Ən  əsası budur ki, bu cür antinarkotik 
təbliğat kampaniyaları yaponlar arasında narkotiklərə  qəti 
“yox” deyənlərin sayını xeyli artırır. 
Beynəlxalq təcrübədə diqqəti cəlb edən cəhətlərdən 
biri də budur ki, bəzi Avropa ölkələrində yeni bir vəzifə - 
antinarkogeneral vəzifəsi təsis edilmişdir. Bu şəxs digər 
vəzifə öhdəlikləri ilə yanaşı, dayanıqlı antinarkotik tbliğat 
kampaniyalarının təşkili ilə də məşğul olur. 
 
 
Qlobal “İnternet” informasiya şəbəkəsi narkomaniya və 
narkobiznes mənbəyidir 
 
Hər bir yeni texnokratik təzahür kimi İnternetin də 
mənfi tərəfləri vardır. İnternetdən narkomaniya və narkobiz-
nes haqqında informasiyanın yayılması məqsədi ilə də geniş 
istifadə olunur.  
Hələ 1997-ci ildə BMT-nin eksperti, Narkotiklərə 
nəzarət Proqramının koordiatoru Sandip Şoula sintetik 
narkotiklərin hazırlanması üçün İnternetin “gizli 
laboratoriyaya” çevrilməsi barədə bəyanat vermişdir. BMT-
nin məlumatına görə,  İnternet narkotiklərin, xüsusilə  də 
sintetik narkotiklərin istehsalı  və  qəbul edilməsinə aid 
reseptlərlə doludur. 
Həmçinin, İnternet şəbəkəsinin köməyi ilə fəal surətdə 
elektron narkotik alveri aparılır. Bu elektron 
kommunikasiya sisteminin istifadəçiləri kodlaşdırılmış 
ləqəblərlə (məsələn, “koka”, “ekstaz”, “makonha”, “min bir 
gecə”, “şəhrizad” və s.) narkosövdələşmələr aparır, malın 
göndəriləcəyi vaxt barədə  məlumatlar verir, yola salır və 
qarşılayır, qiyməti barədə razılığa gəlirlər. 
Tədqiqatlar gsstərir ki, dünya İnternet sistemində 
yalnız ingilisdilli mənbələrin (WEB- səhifə) sayı 100 
mindən çoxdur və bu şəbəkəyə  həftədə 2-5 yeni məluat 
274 
 
daxil olur. İspan,  ərəb və s. dillərdə  də çoxsaylı  mənbələr 
vardır. 
Bununla  əlaqədar olaraq, təkcə hüquq-mühafizə 
orqanları  işçilərində deyil, İnternet istifadəçilərinin böyük 
bir hissəsini 18 yaşına çatmamış yeniyetmələr təşkil 
etdiyinə görə, həmçinin valideyn və pedaqoqlarda maraq 
oyada bilən üç məqama diqqət yetirmək lazımdır: 
 
Birinci, ümumi xarakteristika. WEB- səhifələrin 
tədqiqatı göstərir ki, İnternetdə “narkotiklər” rubrikası 
altında yerləşdirilmiş informasiyaların 80 %-ni neqativ 
informasiya təşkil edir. 
 İkinci, (heyrətləndirici) xarakteristika. 
Bütün 
informasiyanın demək olar ki, yarısını “yumşaq” 
narkotiklərə (çətənədən hazırlanan) aid fayllar təşkil edir. 
Digər yarısını isə (50,9 %) “ağır” və ya “sərt” narkotiklər 
(amfetamin, hallüsinogen və s. ) aid informasiyalar təəşkil 
edir.  
Üçüncü, (kədərləndirici) xarakteristika.  Parnoqrafiya 
  söyüşlər (ana söyüşləri).  İnternet istifadəçilərinin 
narkotiklərdən xroniki asılılığı patologiyası  nəticəsində 
ədəbsiz və çoxmərtəbəli söyüşlərlə, erotikadan uzaq bulvar 
romanistiksı (roman filologiyası) ilə  həddən ziyadə 
“zibillənmişdir”. 
 
Narkomaniya və Azərbaycan KİV-i 
 
Son 15 ildə Azərbaycan KİV-inin narkomaniya prob-
lemləri ilə bağlı aparılmış monitorinqi göstərir ki, bu 
problemlə bağlı  təxminən 2000 yazı  dərc edilmişdir.  Əgər 
faizlə münasibətdə götürsək, bu yazıların böyük hissəsi güc 
strukturlarının narkobiznesə qarşı  həyata keçirdikləri 
tədbirlər haqqında və tibbi məzmundadır (HİV). Sonrakı 
yerlərdə beynəlxalq təcrübə barədə  (əsasən də hüquqi 
aspektdə) məqalələr gəlir: hakimiyyət strukturlarının 
səylərinin koordinasiyası, narkotik submədəniyyət və s. 


275 
 
barədə siyasətçilərin və deputatların fikirləri. Jurnalistlər 
problemin psixoloji, sosial, hüquqi, pedaqoji və ailə 
aspektləri barədə daha az yazırlar. Çünki, bunun üçün 
vəziyyətin öyrənilməsi və  təhlili xüsusi bilik tələb edir. 
Bununla yanaşı, narkotiklərlə bağlı dövlət siyasətinin 
dəyişməsinə uyğun olaraq məqalələrin yazılması üçün 
istiqamətlər, abı-hava, mənbələr də  dəyişir. Bunları  nəzərə 
alaraq, KİV-in bu sahədə fəaliyyətini 3 dövrə bölmək olar: 
 
Birinci dövr: 1986-1991-ci illər.  Həmin dövrdə 
Azərbaycan Sovetlər  İttifaqının tərkibinə daxil idi və bu 
sahədə siyasət “Narkomaniyaya qarşı mübarizənin 
gücləndirilməsi haqqında” SSRİ Ali Sovetinin Fərmanı 
(25.04.1974) və  və onun əsasında hazırlanmış idarə  və 
idarələrarası normativ aktlarla müəyyən olunurdu.  
Bu dövrdə  KİV-in çıxışlarının ümumi tendensiyası 
belə idi:  narkomaniya problemi zəif öyrənilmişdir. Onun 
masştabı Avropa və ABŞ-la müqayisədə çox azdır və qeyri-
məlumdur. İnteqral mütəxəssislər (lat. integer – tam, birbaşa 
aidiyyəti olan) yoxdur, lakin bəzi idarələr problemin 
mahiyyətini düzgün dərk edirlər. KİV-də isə bu dövrdə 
narkotikləri təbliğ edən materiallara rast gəlinmir. 
İkinci dövr: 1991-1999-cu illər.  1990-cı ilin 
sonlarından başlayaraq KİV materiallarının xarakteri kəskin 
şəkildə  dəyişir. SSRİ Konstitusiya Nəzarəti Komitəsi 
(KNK) “Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi 
haqqında” SSRİ Ali Sovetinin Fərmanını (25.04.1974) 
Konstitusiyaya, beynəlxalq aktlara və insan hüquqlarına 
uyğun olmadığına görə ləğv edir (KNK-nın “Alkoqolizm və 
narkomaniyadan  əziyyət  şəkəqn  şəxslərin məcburi 
müalicəəsi və yenidən  əmək tərbiyəsi məsələsinə aid 
qanunvericilik haqqında” qərarı). Həmçinin, həmin dövrdə, 
təxminən bir il sonra Azərbaycan müstəqillik əldə edir və öz 
qanunları ilə yaşamağa başlayır. 
276 
 
Bu illərdə hansı tendensiya szünü büruzə verir? 
Narkomaniya problemlərinə aid yazıların sayı  kəskin 
şəkildə artır. Lakin, «KİV narkotiklərə qarşı» kampaniyası 
xeyirdən çox ziyan gətirir. Problemə nüfuz etmək və 
səmimi şəkildə onun həllinə kömək etmək üçün jurnalitslər 
müavfiq hazırlığa, psixologiya, təbabət, konfliktologiya və 
s. barədə elemantar biliyə malik deyildilər. Həmçinin, 
narkogen informasiyanın nəşrini məhdudlaşdıran hüqui 
bazanın olmaması narkotiklərərə marağın formalaşdırıl-
masına şərait yaradır.  
1999-cu il iyunun 18-də “Narkotik vasitələrin, 
psixotrop vasitələrin və prekursorların qanunsuz dövriy-
yəsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublika-
sının qanunun qəbul edilir. Həmin qanunun 15-ci 
maddəsində KİV-lə əməkdaşlıq məsələsi öz əksini tapsa da, 
antinarkotik təbliğat, narkotik vasitələrin, psixotrop vasitə-
lərin və prekursorların dövriyyəsi sahəsində reklamın 
məhdudlaşdırılması  və  təbliğatın qadağan edilməsi 
məsələləri öz əksini tam tapmır.  
Bu qanunun qəbulundan sonra üçüncü dövr 
başlanır: 1999 – bu günə qədər. Qəzetlərdə yazıların sayı 
artır.  Məsələn, belə başlıqlar altında yazılar dərc olunur: 
“Millətin gələcəyi üçün təhlükə”, “Gənclik iynəyə 
oturmuşdur” və s. Bu yazılarda əsasən narkotiklərin zərərin-
dən danışılsa da, bəzən qeyri-şüurlu  şəkildə “ekstaz 
həbləri”, “bir həb  şən gecə keçirmək üşün iki nəfərə  bəs 
edir” və s. ifadələr işlədilir. Hətta narkotik  həblərin qiyməti 
(10-15 $) və satıldığı ünvan barədə də məlumat verilir. 
Bəzi jurnalistlər özləri də bilmədən narkotiklərin 
leqallaşdırılması ideyasına xidmət göstərirlər. Məsələn, 
“Avropada yüngül narkotiklərin leqallaşdırılması onların 
yaşaydığı  cəmiyyətdə seçim hüququnun nə  qədər inkişaf 
etdiyini göstərir…” və s. kimi ifadələri buna nümunə 
göstərmək olar. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə